Cari il bitməmiş dividend ödəmək olar?
Cari il bitməmiş dividend ödəmək olar?
Sual: Şirkət cari il bitməmiş bank hesabına daxil olan vəsaitdən öz təsisçilərinə dividend ödəyə bilərmi? Yəni cari ilin sonunda əldə olunacaq xalis mənfəət hesabından avans olaraq, ÖMV ödəmək şərti ilə öz təsisçilərinə dividend paylaya bilərmi? Qeyd edim ki, şirkət gəlirli şirkətdir, xərcləri çox azdır.
Cavab: Bildiririk ki, vergi qanunvericiliyi ilə təsisçilərə dividendlərin verilməsi qaydasında hər hansı məhdudiyyətlər nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.
Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.
Bax: Мülki Məcəllənin 90-1-ci və 106-3.2-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax: Turagentin əldə etdiyi komisyon haqqı ilə bağlı vergi öhdəliyi


Fırıldaqçılar bank köçürmələri ilə əlaqəli sxemlərin köməyi ilə britaniyalılardan gündə təxminən bir milyon dollar əldə edirlər. “Which” Milli istehlakçılar təşkilatı itkiləri hesablayıb. Eyni zamanda Böyük Britaniya sakinləri fırıldaqçılara köçürdükləri pulların yarıdan azını geri qaytara bilirlər, “The Guardian” qəzeti belə yazıb.
Dünyada ən varlı dövlət – Fars körfəzində yerləşən kiçik ərəb ölkəsi olan Qətər hesab olunur. Elə də böyük olmayan əraziyə və az sayda əhalisi olmasına baxmayaraq, bu ölkə artıq neçə ildir ki, əsas iqtisadi göstəricilərə görə liderdir. Bu gün nəinki kiçik bir dövlət, heç istənilən böyük dövlət də stabil iqtisadi vəziyyəti ilə öyünə bilməz. Bax, Qətərin unikallığı elə bundadır.
Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə (və ya fiziki şəxsə) alınan malın dəyəri, gömrük rüsumu və ƏDV ödənilib. Bu məbləğ ödəmə mənbəyində vergiyə (ÖMV) düşürmü?