Ən varlı dövlət

posted in: Xəbər | 0
birbank biznes

Dünyada ən varlı dövlət – Fars körfəzində yerləşən kiçik ərəb ölkəsi olan Qətər hesab olunur. Elə də böyük olmayan əraziyə və az sayda əhalisi olmasına baxmayaraq, bu ölkə artıq neçə ildir ki, əsas iqtisadi göstəricilərə görə liderdir. Bu gün nəinki kiçik bir dövlət, heç istənilən böyük dövlət də stabil iqtisadi vəziyyəti ilə öyünə bilməz. Bax, Qətərin unikallığı elə bundadır.

İyirminci əsrin ortalarına qədər Qətər isti səhrada yerləşən, feodalizm həddində qalmış kasıb ərəb dövləti idi. Ölkədə iqtisadiyyatın yüksəlişi 1971-ci ildə qaz yatağının kəşfindən sonra başlanılıb. Həmin andan Qətərə pul axını başladı, sənayesi inkişaf etdi, yollar və şəhərlər tikilməyə başladı. Yeni maliyyə imkanları sayəsində Qətər iqtisadi inkişafı üçün xarici mütəxəssisləri fəal şəkildə cəlb etməyə başladı. Onların köməyi ilə bir neçə neft yatağı aşkar edilmiş, metallurgiya və kimya sənayesi yaradılmış, mühəndis və nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir. İslam dövlətinin müasir inkişaf səviyyəsini daha asan təsəvvür etmək üçün bir neçə faktı nümunə gətirək.

Qətər barədə ümumi iqtisadi və demoqrafik məlumat:

– adambaşına düşən ÜDM 129 638 ABŞ dolları təşkil edir (dünyada birinci yer);

– təbii qaz ehtiyatına görə dünyada üçüncü yer;

– təbii qazın ixracı üzrə dünyada altıncı yer;

– neft və neft məhsullarının ixracına görə dünyada iyirmi birinci yer;

– ÜDM-nin 50%-ni neft və qaz istehsalı və satışları verir;

– 10% vahid korporativ vergi dərəcəsi (dünyada ən aşağı vergi dərəcəsindən biri);

– əhalinin 90%-i paytaxtda cəmləşib;

– əhalisi 2 766 459 nəfərdir;

– ölkə əhalisinin 12%-ni yerli sakinlər təşkil edir;

– əhalinin savadlılıq səviyyəsi 98,5%-dir;

– ölkədə işsizlik səviyyəsi 0,1% təşkil edir;

– orta aylıq əməkhaqqı 3300 dollar təşkil edir;

– əhalinin 68,1%-i dövlət bölməsində çalışır.

Ölkənin maliyyə vəziyyətinin yaxşı olmasına baxmayaraq, Qətər hökuməti öz dövlətinin gələcəyinə böyük diqqət yetirir. Qətər öz infrastrukturunun yaradılmasına və inkişafına külli miqdarda maddi vəsaitlər yatırır: metro, yollar, aeroportlar, xəstəxanalar, şəhərlər, həmçinin yeni stadionlar, muzeylər və məscidlər. İnvestisiya strategiyasında yerli maliyyəcilər tərəfindən xarici aktivlərə pul qoyuluşuna xüsusi önəm verilir: xarici şirkətlər, texnologiyalar və daşınmaz əmlak. Qətər hökuməti ildən-ilə əsas vəzifəsinin ölkə iqtisadiyyatının neft və qaz asılılığından tədricən uzaqlaşmalı olduğunu vurğulayır. Qeyd etmək lazımdır ki, bu onlarda yaxşı alınır.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email