408 saylı “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Mühasibat uçotunun məqsədlərindən biri müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələri haqqında dəqiq və şəffaf məlumat təqdim etməkdir. Bu baxımdan öhdəliklərin düzgün təsnifləndirilməsi və uçotu mühüm əhəmiyyət daşıyır. 408 saylı “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı bu sahədə mühüm rol oynayır.

Uzunmüddətli və qısamüddətli öhdəliklərin fərqi

Mühasibat uçotunda öhdəliklərin müddətə görə təsnifatı onların təqdimatı və qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu təsnifat Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (xüsusilə IAS 1-“Maliyyə hesabatlarının təqdim edilməsi”) və Azərbaycanın mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq aşağıdakı kimi aparılır:

  • uzunmüddətli öhdəliklər – 12 aydan artıq müddətə ödənilməsi nəzərdə tutulan borc və öhdəliklərdir;
  • qısamüddətli öhdəliklər – 12 ay ərzində və ya növbəti hesabat dövrü ərzində ödənilməsi planlaşdırılan borc və öhdəliklərdir.

Belə təsnifat maliyyə hesabatlarının düzgün təqdimatı və mühasibat uçotu məlumatları istifadəçilərinin  (maliyyə analitikləri, vergi orqanları, investorlar və s.) düzgün qərar verməsi üçün vacibdir.

Uzunmüddətli öhdəlikləri uçota alan mühasibat hesabları

Uzunmüddətli öhdəliklər  AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 4-ci “Uzunmüddətli öhdəliklər” bölməsində təqdim olunur. Bu bölmənin əhatə etdiyi uçot hesabları 5 maddə üzrə qruplaşdırılıb:

Mühasibat xidmətləri
  • “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”;
  • “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • “Təxirə salınmış vergi öhdəlikləri”;
  • “Uzunmüddətli kreditor borcları”;
  • “Sair uzunmüddətli öhdəliklər”.

Həmin maddələrdə toplanmış uçot hesablarının tam tərkibi ilə buradan tanış olmaq olar. Hesablar planın 5-ci “Qısamüddətli öhdəliklər” maddəsində  toplanmış mühasibat uçotu hesabları haqqında isə bizim eyni adlı səhifədə məlumat verilib.

408 saylı hesabın təyinatı və əhatə dairəsi

408 saylı “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinə (40-cı maddə) aid olan hesablardan biridir. Həmin maddəyə aid olan digər hesablar bunlardır:

“Digər uzunmüddətli faiz yaradan öhdəliklər” – geniş anlayışdır, xüsusi növlərə təsnif edilməyən bütün uzunmüddətli faiz yaradan öhdəlikləri özündə birləşdirir və şirkətin maliyyə dayanaqlığın qiymətləndirmək üçün diqqətlə təhlil tələb edir.

408 saylı “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında 401 – 407 saylı hesablarda göstərilməyən bütün digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan, hesablar planının 501 – 506 saylı hesablarda göstərilməyən bütün digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 507 saylı hesabda uçota alınır.

“Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə tənzimləmələr

408 saylı hesab üzrə uçot qeydlərinin tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 34.39-34.45 bəndləri əsasında aparılır. Tənzimləməlin mahiyyəti aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debit Kredit
Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər yarandıqda (34.39) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 408 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirildikdə (34.39) 408 saylı hesab 507 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (34.40) 408 saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (34.40) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 408 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa ödənildikdə (34.41) 408 saylı hesab “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
Öhdəlik üçüncü şəxs tərəfindən ödənilməsi (bənd 34.42) 408 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları
Öhdəliyin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi (34.43) 408 saylı hesab 631-5: “Digər maliyyə gəlirləri” hesabı
Öhdəliklər nizamnamə kapitalına çevrildikdə (34.44):
1. səhmlərin buraxılmasına

2. səhmlərin nominal dəyəri məbləğinə

3. səhmlərin nominal dəyərindən artıq məbləğinə (emissiya gəlirinə)

 

 

302: “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi”

408 saylı hesab

408 saylı hesab

 

301: “Nizamnamə (nominal) kapitalı”

302: “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi”

311: “Emissiya gəliri”

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər geri alınmış səhmlərin yenidən buraxılması hesabına nizamnamə kapitalına çevrildikdə (maddə 34.45):

1.    səhmlərin nominal dəyəri məbləğinə

2.    səhmlərin nominal dəyərindən artıq məbləğə (emissiya gəlirinə)

 

 

408 saylı hesab

408 saylı hesab

 

 

321: “Geri alınmış kapital (səhmlər)”

311: “Emissiya gəliri”

Praktik nümunə

“ABC” şirkəti böyük bir layihə üçün müştəridən 3 illik müddətə, layihənin maliyyələşdirilməsi məqsədilə 3 faizlə 10000 manat avans alır. Mühasibat yazılışları aşağıdakı cədvəldə verilib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Alınmış avans digər uzunmüddətli faiz xərcləri yaradan öhdəlik kimi uçota alınır 223: “Bank hesablaşma hesabları” 408 saylı hesab 10 000
1-ci il üçün faiz xarici hesablanıb 751: “Maliyyə xərcləri” 537: “Faizlər üzrə qısamüddətli borclar” 300
1-ci il üçün faiz borcu ödənilir 537: “Faizlər üzrə qısamüddətli borclar” 223: “Bank hesablaşma hesabları” 300
İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər) 751: “Maliyyə xərcləri” 300
2-ci il üçün faiz xarici hesablanıb 751: “Maliyyə xərcləri” 537: “Faizlər üzrə qısamüddətli borclar” 300
2-ci il üçün faiz borcu ödənilir 537: “Faizlər üzrə qısamüddətli borclar” 223: “Bank hesablaşma hesabları” 300
İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər) 751: “Maliyyə xərcləri” 300
Üçüncü ilin əvvəlində öhdəlik qısamüddətli kimi təsnif olunur (ödənişə qalan müddət 12 aydan çox deyil) 408 saylı hesab 507 saylı hesab 1000
Sonrakı müxabirləşmələr digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotuna uyğun verilir.

 

Beləliklə, 408 saylı “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı öz spesifikliyi ilə seçilir və yalnız 401–407-ci hesablarla əhatə olunmayan hallarda istifadə olunur. Bu hesab müəssisənin maliyyə hesabatlarında öhdəliklərin düzgün təsnif və təqdim olunmasına şərait yaradır və MUBS tələblərinə uyğun şəffaflıq təmin edir.