Vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçiriləcək
Vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə mayın 26-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, namizədlər mayın 25-i saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.
İmtahan saat 11:00-da başlayacaq və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 148 nəzarətçi-müəllim cəlb olunacaq.
İmtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçib.
İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə, ümumilikdə 200 test tapşırığı təqdim olunur.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq alt bölməsində yerləşdirilmişdir.
İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.
Mənbə: fins.az
Sual: Vergi Məcəlləsinə əsasən investisiya sənədi almış hüquqi şəxs sənəd alındığı tarixdən həmin şəxsin əldə etdiyi mənfəətin 50% mənfəət vergisindən azad edilir. Hüquqi şəxs müvafiq sənədi təqvim ilinin iyun ayında alarsa, bu zaman həmin şəxs həmin il üçün gəlirlərinin və xərclərinin uçotunu necə aparmalı və mənfəət vergisinin bəyannaməsində yanvar-may və iyun-dekabr ayları üzrə əməliyyatları necə əks etdirməlidir?
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi hansı qaydada həyata keçirilir?