Sənədsiz qeyri-yaşayış sahəsi icarəyə verilərsə vergi orqanında uçota qoyula bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Heç bir sənədi olmayan qeyri-yaşayış sahəsi icarəyə verilərsə, həmin obyekt vergi orqanında hansı əsaslarla uçota qoyula bilər?

Cavab: Bildiririk ki, qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı andan yaranır. Bu zaman hər hansı səbəbdən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması həmin daşınmaz əmlakın faktiki mülkiyyətçisi tərəfindən icarəyə verilərək gəlir əldə etmək hüququnu məhdudlaşdırmır. Buna əsasən mülkiyyət hüququnu təsdiq edən sənəd olmayan daşınmaz əmlak icarəyə verilərkən tərəflər arasında icarə müqaviləsi bağlanmalı və “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 33.2-ci maddəsi, Mülki Məcəllənin 139-cu maddəsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Minimum tələblə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Fintex

İş barədə məlumat

  • Müxtəlif şirkətlərin vergi və mühasibat uçotunun aparılması
  • Dövlət orqanlarına müvafiq hesabatların göndərilməsi
  • İşdən irəli gələn tapşırıqların icrası
  • İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Ali təhsil
  • Mühasibat və vergi qanunvericiliyi sahəsində nəzəri biliklər
  • Ofis proqramları ilə işləyə bilmək
  • Məsuliyyətli, diqqətli

Əmək haqqı: 300-400 AZN

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Ani ödənişlər sistemi nədir?

posted in: Xəbər | 0

Son dövrlərdə müxtəlif ölkələrdə, xüsusilə də Avropada ani ödənişlər sistemi tətbiq edilir. Mərkəzi Bank tərəfindən ölkəmizdə də belə bir  sistemin tətbiqi layihəsinə başlanmışdır. Bəs bu  sistemin əsas mahiyyəti nədir, necə işləyir, üstünlükləri nədən ibarətdir? Mövzunu  «TuranBank»ın İnformasiya texnologiyaları üzrə  baş direktoru Bəxtiyar Məmmədov şərh edir.

Ani ödənişlər sistemi dünya təcrübəsində «Instant Payment System», yaxud «Fast Payment system» adı ilə tanınır. Əsas məqsədi qısa zaman ərzində pul vəsaitinin nağdsız şəkildə bir şəxsdən digər şəxsə ötürülməsidir. Ötürülməni isə klirinq mərkəzi təmin edir.

Bunu misal üzərində izah etmək üçün «klirinq sistemi» anlayışının nə olduğunu bilməliyik. Bir çox hallarda bank yolu ilə bir şəxsin digər şəxsə pul köçürdüyünü bilirik. Bu köçürmə zamanı bir bankın kassasına vəsait ödəyirik, digər bankın kassasından isə qarşı tərəf vəsaiti götürür. Bunlar ayrı-ayrı banklar olsa da, vəsaiti biri digərinə ötürə bilir. Bəs bu necə baş verir? Bu məqsədlə klirinq mərkəzlərindən istifadə edilir. Azərbaycanda Mərkəzi Bankın hesablaşma klirinq mərkəzi vardır. Bütün Azərbaycan banklarının isə Mərkəzi Bankda hesabı vardır. Şərti olaraq belə qəbul edək ki, banklar öncə müəyyən məbləğdə nağd pulu Mərkəzi Banka təhvil verir, Mərkəzi Bank isə həmin pulun məbləğini hər hansı bankın Mərkəzi Bankdakı hesabına mədaxil edir. Daha sonra bir bank digər banka köçürmə etdikdə Mərkəzi Banka (klirinq mərkəzinə) bu köçürmənin məbləği ilə bağlı elektron şəkildə məlumat ötürür, klirinq mərkəzi isə bu məlumata əsasən vəsaiti köçürən bankın hesabında olan məbləği azaldır, vəsaiti alan bankın isə hesabında olan məbləği artırır. Bu, klirinq sisteminin qısa və ümumi iş prinsipidir. Klirinq mərkəzi sanki arada bir neçə bankın vəsaitini əlində saxlayan, bankdan-banka köçürülən vəsaitlərin hesablaşmasını aparan «inanılmış üçüncü şəxs» funskiyasını yerinə yetirir.

Tutaq ki, Azərbaycanda yaşayan hər hansı şəxs digər şəxsə müəyyən məbləğdə vəsait göndərmək istəyir. İndiki halda şəxslərdən biri öz bankına yaxınlaşmaqla (yaxud da internet bank vasitəsilə) müştərisi olduğu banka ödəniş tapşırığı verməlidir. Bank bu ödəniş tapşırığını qəbul etməli və klirinq mərkəzinə  göndərməlidir.  Mərkəzi Bank isə klirinq mərkəzində həmin bankın müxbir hesabından müvafiq məbləğ qədər vəsaiti çıxmalı və digər bankın müxbir hesabını həmin məbləğ qədər artırmalıdır. Daha sonra isə vəsaiti alacaq şəxsin müştərisi olan bank klirinq mərkəzindən bu məlumatı əldə etməli və öz müştərisinin hesabını həmin vəsaitin məbləği qədər artırmalıdır. Qeyd etdiyimiz proses elektron şəkildə həyata keçirilir, lakin bütün yoxlamalar tam olaraq ani həyata keçirilmir və bir çox hallarda bu prosesin yerinə yetirilib tamamlanması üçün bir neçə dəqiqədən bir neçə saatadək, bəzən isə bir günədək vaxt sərf edilir. Həmçinin bu prosesin yalnız iş saatlarında həyata keçirilməsi mümkün olur.

Bir variant da budur ki, bir şəxsin digər şəxsə vəsait köçürməsi üçün plastik kartlardan istifadə edilə bilər. Prosessinq mərkəzləri bir sıra hallarda card-to-card xidməti təklif edirlər ki, bu xidmət vasitəsilə də müştərilər bankomatlardan digər bir şəxsin plastik kartına vəsait köçürə bilirlər. Proses  daha sürətli baş versə də, burada da kifayət qədər çətinliklər vardır. Göndərən şəxs qarşı tərəfin kart nömrəsini bilməlidir, bundan əlavə, bu hal üçün bankdaxili effektiv nəzarət mexanizmlərinin tətbiq edilməsi kifayət qədər çətindir.

Ani ödənişlər sistemi tətbiq edilərsə, bu halda da təxminən eyni proses həyata keçiriləcəkdir. Bir bank digər banka vəsaiti klirinq mərkəzi üzərindən göndərəcəkdir. Əsas fərq bu olacaq ki, yuxarıda qeyd edilən bütün proses tam avtomatlaşdırılmış rejimdə, istənilən günün istənilən saatında həyata keçirilə və bir neçə saniyə ərzində tamamlana biləcəkdir.

Avropada bu praktika daha irəli getmişdir, ölkələr daxilində tətbiq edilmiş ani ödənişlər sistemindən bir qədər də irəli addım atılmış, Avropa ölkələri arasında ani ödənişlər sistemi tətbiq edilmişdir. Məsələn, Avropa Banklar Assosiasiyasının klirinq mərkəzində 2017-ci ilin noyabr ayında «RT1» adlı ani ödənişlər sistemi fəaliyyətə başlamışdır. Bu sistemə artıq 20-dən çox bank qoşulmuşdur. Postsovet məkanında Latviyadan iki bank da bu sistemə qoşulanlar arasındadır.

Ani ödənişlər sistemində bir tranzaksiya üzrə köçürülməsinə icazə verilən vəsait limiti müxtəlif banklar üzrə müxtəlifdir: 30 avrodan 15.000 avroyadək dəyişir. İndiyədək bu sistem vasitəsilə vəsait köçürülməsinin sayı bir milyonu keçmişdir. Böyük ehtimalla ani ödənişlər sistemi üçün Azərbaycanda da müəyyən məbləğ limiti təyin ediləcək. Limitdən yuxarı həcmdə vəsait köçürmələri isə əvvəlki klirinq sistemi vasitəsilə yerinə yetiriləcəkdir. Limitin tətbiq olunmasına əsas səbəb nəzarət mexanizmlərinin effektiv təşkil edilməsidir. Belə hesab etmək olar ki, ani ödənişlər sisteminin ölkəmizdə tətbiqi nağdsız hesablaşmaların inkişaf etdirilməsi yolunda kifayət qədər üstünlüklər gətirə bilər. Gələcəkdə gündəlik həyata keçirilən ödənişlərin ani ödənişlər sistemi vasitəsilə həyata keçirilə bilməsini təmin edə biləcək bir sistem tətbiq olunacaqdır. Bu isə iqtisadiyyatın qan damarı olan bank sisteminin daha effektiv fəaliyyətini və texnologiyanın ölkə iqtisadiyyatına daha gərəkli bir töhfə verməsini təmin edəcəkdir.

Qeyd edək ki, artıq Azərbaycan Mərkəzi Bankı  tərəfindən «Ani ödənişlər sistemi»nin yaradılması üzrə açıq tender elan  olunub. Bankdan verilən məlumata görə, tenderin elan edilməsi tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının təchizatı, quraşdırılması və sistemin yaradılması ilə bağlıdır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasiblərin imtahan verməsi ilk növbədə böyük bizneslərdə tətbiq olunsun

posted in: Xəbər | 0

“Bir cümlədə ki, üç yerdə nəzarət sözü keçirsə, demək bunun axırı yaxşı qutarmayacaq. Mən üzr istəyirəm, 500 kiloqram pomidoru yığanın, qoyunu otaranın vaxtı varmı ki, hesabatlarla məşğul olsun?
Sertifikat, imtahan deyən kimi müəyyən problemlər ortaya çıxır. Mən xahiş edirəm ki, sözümdən inciməyin. Burada rayonlardan seçilən deputatlar bu məsələləri yaxşı bilirlər”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

O bildirib ki, mühasiblərin imtahan verməsini inqilabi formada yox, başqa formada etmək lazımdır. “Bu əvvəlcədən böyük bizneslərə tətbiq olunsun. Mikro və kiçik sahibkarlara elə şərait yaradaq ki, problemlər ortaya çıxmasın.Yəni, mümkün qədər bunu sadə edək. Bu gün dövlətin siyasəti odur ki, Azərbaycanda kiçik və orta sahibkarlıq inkişaf etdirilsin”.

Mənbə: modern.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.