Bakıda Ümumukrayna mühasiblər konqresi keçiriləcək

posted in: muhasibat, Xəbər | 0

2018-ci il iyun ayının 21-25-də Bakıda Ümumukrayna Mühasibat Konqresi keçiriləcək. Tədbir belə adlanır: “12-ci Ukrayna-Xəzər Mühasibat Konqresi”  / Bakı 21-25 iyun, 2018-ci il.

Tədbirlə bağlı hazırlanan press-relizdə bildirilir ki,  bu konqres artıq on iki ildir ki, davam edir və ilin tədbiri hesab olunur. Mühasiblərin fikir və düşüncələrini hərəkətə gətirən, birləşdirici bir qüvvə kimi ortalığa çıxır.

Bundan əvvəlki illərdə  sözü gedən Ümumukrayna Mühasibat Konqresləri Yalta, Bukovel kimi Ukrayna şəhərlərində, Türkiyənin Quşadası regionunda, Gürcüstanın Batumi şəhərində və Latviyanın Yurmala şəhərlərində baş tutub.

Bu il sözügedən konqresin Bakıda təşkilini həyata keçirən təşkilatçılar, niyə məhz, Azərbaycan paytaxtına üstünlük verdiklərini belə izah ediblər.

Bu böyük hadisə bu il Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bakı təkcə paytaxt şəhəri deyil, həm də perspektivli inkişaf edən bir meqopolisdir. Bakı bu gün daha çox Dubaya bənzəyir.

İndi isə tədbirin proqramı barədə məlumat verək:

                                              Proqram

Əsas mövzu:

“Mühasib biznesdə: peşənin transformasiyası, beynəlxalq təcrübə”.

23/06/18 ŞƏNBƏ
08:00 – 09:00 Səhər yeməyi
10:00 – 10:30 12-ci Ukrayna-Xəzər mühasibat konqresinin açılışı

 

Spikerlər:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

Vadim Mazur, “Biznesin avtomatlaşdırılması birlikləri”

Lyudmila Qaponenko, Vergi, gömrük siyasəti və mühasibat uçotu metodologiyası Departamentinin direktor müavini – Ukrayna maliyyə nazirliyinin mühasibat uçotu metodologiyası idarəsinin rəisi

10:30 – 11:30 1№li Sessiya. Mühasibat uçotu aparılmasının strategiyası və mühasiblərin sertifikatlaşdırılması

Yeni çağırışlara və tələblərə cavab verən mütəxəssislər əldə etmək məqsədilə və müvafiq olaraq mühasibat uçotunu daha keyfiyyətli qura bilən  mühasiblərin sertifikatlaşdırılması zərurəti, bunun nəticəsində vergi orqanları tərəfindən cərimə sanksiyalarının minimuma endirilməsi və kənar auditorlara çəkilən məsrəflərin azaldılması.

Spiker:

Azərbaycan respublikası peşəkar maliyyə menecerləri assosiasiyasının nümayəndələri

11:30 – 12:00 Kofe-breyk
12:00 – 13:00 2 №li sessiya. Kənar audit və onun maliyyə göstəricilərinə təsiri.

Şirkətlərin kənar auditlərin keçirilməsində təcrübəsi və bunun nəticəsində daha əlverişli kreditlər əldə etmək, yeni bazarlara çıxmaq, məlumatın keyfiyyətinin yaxşılaşdırılması, nəzarətin gücləndirilməsi və s.

Spiker:  

“SOCAR” Azərbaycan Respublikası dövlət neft şirkətinin nümayəndələri.

13:00 – 14:00 Nahar
14:00 – 15:00 3 №li sessiya. Maliyyə hesabatlılığının beynəlxalq standartları (MHBS): ilk tətbiq

Spiker:

BDO Azərbaycan auditorlar şirkətinin nümayəndələri

15:00 – 15:30 4№li sessiya. Ukrayna qanunvericiliyində aktual və mühüm olan. Perspektiv qanunvericilik.

 

Spiker:

Lyudmila Qaponenko, Vergi, gömrük siyasəti və mühasibat uçotu metodologiyası Departamentinin direktor müavini – Ukrayna maliyyə nazirliyinin mühasibat uçotu metodologiyası idarəsinin rəisi

15:30 – 16:00 5№li sessiya.  Substance – real iştirak. Ukrayna şirkətləri üçün risklər.

Spiker:

Nikolay Matyuxa, auditor, müxtəlif iqtisadi sahələrdə konsaltinq üzrə ekspert,  BDO, Price Waterhouse kimi beynəlxalq şirkətlərdə işləyib.

16:00 – 18:00 “Sürətli iqtisadi dəyişikliklər şəraitində mühasib-idarəçinin rolu” Dəyirmi masa.

Öyrənin, bu gün sahibkarlar arasında niyə biznesin dəyərini artıra biləcək mühasiblərə böyük tələbat var, hesabat sahibinin hansı praktiki bilik və bacarıqlara ehtiyacı var, hansı qaydaları bilmək lazımdır.

 

Moderator:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

19:00 – 20:00 Şam yeməyi
24/06/18  Bazar günü
08:00 – 09:00 Səhər yeməyi
10:00 – 16:30 Master-klass «İdarəetmə uçotu: biznes-qərarların qəbulu üçün lazım olan məlumatların toplanılması və təhlili bacarığı»

1.       İdarəetmə uçotu məqsədləri üçün hansı klassik idarəetmə hesabatları və formalarından istifadə edilə bilər.

2.       Şirkətlərin sabit və dəyişkən xərclərinin paylanması anlayışı  pozulma nöqtəsini hesablamağ anecə kömək edir.

3.       Nəyə görə mənfəət marjı analizinə ehtiyac var.

4.       Xərcləmə davranış modelini anlayaraq, bundan məhsuldar xərclərin azaldılması məqsədləri üçün necə istifadə etmək.

5.       Alternativ idarəetmə qərarlarının qəbuledilməsi üsulunu bacarıqla necə tətbiq etmək olar.

6.       Biznesin dəyərləndirilməsi nəyə lazımdır və “Hazırda biznesin dəyəri necədir” və “Ertəsi gün bu neçəyə başa gələcək” suallarına necə cavab verməli?

7.       Müxtəlif maliyyə əmsalları nəyə lazımdır və bunun səmərəsi nədir.

8.       Büdcə nədir və onu nə ilə “həzm-rabedən” keçirirlər?

9.       Biznes-plan nəyə lazımdır və onu necə tərtib edirlər?

10.   Niyə və hansı hallarda uçotun avtomatlaşdırılması lazımdır və prinsipcə bu uçotun təşkili məqsədləri üçün hansı məsələləri həll edir.

Proqramın formatı: yalnız təcrübəyə istinad etməklə çərçivəsiz canlı ünsiyyət.

 

Spiker:

Sergey Polişuk, auditor, Juscutum Auditin idarəedici partnyoru

 

11:30 – 12:00 Kofe-breyk
13:00 – 14:00 Nahar
16:30 – 17:00 Ukrayna-Xəzər 12-ci mühasibat konqresinin bağlanışı

 

Spiker:

Apollon Pozov, “Ümumukrayna mühasiblər klubu” ictimai təşkilatının prezidenti, iqtisad elmləri namizədi

19:00 – 20:00 Şam yeməyi

Onu da qeyd edək ki, konqres iştirakçılarının tədbirdən kənar vaxtlarının səmərəli keçirilməsi üçün də zəngin proqram nəzərdə tutulub. Belə ki, iyunun 21-də Bakıda oteldə yerləşdikdən sonra tədbir iştirakçıları Azərbaycan paytaxtı ilə tanış olmağa başlayacaqlar. İyunun 22-də onlardan ötrü paytaxtımızın görməli yerlərinə ekskursiyalar təşkil olunacaq. İyunun 23-24-ü konqresin fəaliyyət günləridir. İyunun 25-də iştirakçılar üçün növbəti ekskursiya turu nəzərdə tutulub. Qonaqlar Bakı aeroportundan Kiyevə iyunun 26-da uçacaqlar.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Səyyar vergi yoxlamasının keçirilmə qaydaları

posted in: Vergi, Xəbər | 0

Vergi nəzarətinin bu forması həm çox zəhmət, vaxt, həm də yüksək peşəkarlıq tələb edir. Belə yoxlamaların aparılması o zaman məqsədəuyğun hesab edilir ki, onların aparılmasına çəkilən xərclər yoxlama zamanı əlavə olaraq hesablanmış məbləğdən dəfələrlə  az olsun.

Səyyar vergi yoxlaması bilavasitə vergi ödəyicisinin yerləşdiyi ərazidə həyata keçirilir. Bu cür yoxlamaların aparılması üçün vergi ödəyicilərinin seçilməsində təsadüfi, xüsusi, daxili  və kənar informasiya  əsasında  seçmə üsullarından istifadə olunur. Səyyar vergi yoxlamasının aparılması kifayət qədər çox vaxt tələb etdiyindən bütün vergi ödəyicilərində bu yoxlamanın aparılmasının müntəzəmliyini təmin etmək olmur. Buna görə də səyyar vergi yoxlamasının aparılması üçün orta statistik vergi ödəyicilərinin arasından təsadüfi olaraq müəyyən bir hissəsi seçilir. Xüsusi seçmə üsulu ilə elə vergi ödəyiciləri müəyyənləşdirilir ki, onlarda vergi qanunvericiliyinin pozulması ehtimalı daha yüksək olur.

Daxili informasiya əsasında seçmə üsulu bir neçə istiqamətdə aparılır. Bu zaman vergi ödəyicisinin vergi və mühasibat hesabatları göstəricilərinin analoji vergi ödəyicilərinin uyğun orta göstəriciləri ilə müqayisə edilir. Hesabat məlumatları orta göstəricilərdən kəskin surətdə fərqlənən vergi ödəyiciləri seçilir. Vergi orqanlarının yoxlamalar nəticəsində əldə etdikləri məlumatlar kənar mənbələrdən alınmış informasiyalar əsasında genişləndirilir. Belə informasiyaların əsas mənbələri maliyyə orqanlarından, banklardan, digər nəzarət orqanlarından, kütləvi informasiya vasitələrindən və digər mənbələrdən əldə edilmiş məlumatlardır.

Faylı yükləməklə səyyar vergi yoxlamasının keçirilmə qaydaları barədə geniş şəkildə məlumat əldə edə bilərsiniz.

Qaydaları bilməklə siz, hüquqlarınızı qoruya bilərsiniz.

Faylı yükləyin: Səyyar vergi yoxlamasının keçirilmə qaydaları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Ümumi Hesabat Standartının tətbiqi ilə bağlı təqdimat keçirilib

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert” Qrupunun üzvləri və Qrupa üzv olmayan digər bankların məsul şəxsləri üçün seminar keçirilib.

Seminar “Fatca və CRS üzrə praktiki məsələlər” mövzusunda, “Deloitte” Azərbaycan şirkətinin eksperti tərəfindən təqdim edilib.

Vergi direktoru Emil Qarayev “Deloitte Azərbaycan” və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda Ümumi Hesabat Standartının tətbiqi praktiki aspektləri ilə bağlı təqdimat keçirib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1000 manat məvaciblə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Lider

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 – 45
Cins : Kişi

Şəhər: Bakı

Əlaqədar şəxs: Şəfəq C

Telefon: 0125646598

Mobi: 0552451785

Elektron ünvan: 

İş barədə məlumat:

  • Mühasibat uçotunun təşkilinin əsasını
  • Maliyyə Palatası ilə iş təcrübəsinə malik olmaq
  • Uçot sənədləri üzrə ilkin sənədlərin formasını və onların doldurulma qaydasını bilməli
  • Hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli
  • 1C proqramında iş təcrübəsi
  • İş qrafiki: həftənin 5 günü, iş saatı 09:00-dan 18:00-dək
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək
  • Qanunvericiliyi və ona uyğun işlənib hazırlanmış bütün mühasibat uçotu standartlarını və uçota dair digər normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edilməsinə nəzarət etmək
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək
  • Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir, təqdim olunan hesabatların doğruluğuna görə məsuliyyət daşımaq və aidiyəti qurumların yoxlama proseslərini qanunvericiliyin tələbinə əsasən nizamlamaq
  • Vergilərlə yazışmaları aparmaq, şəxsi vərəqələrlə işləmək
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və cəmiyyətin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür, lazım gəldikdə dəymiş zərəri ödəmək üçün lazımi tədbirlər görmək
  • Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının uçotunun təşkli, çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyinin təmin edilməsi işlərini görmək
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünə, tərtibatına və arxivə təhvil verilməsini qanunauyğun şəkildə yerinə yetirilməsini təmi etmək
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv mexanikləşdirmə vasitələrinin yeridilməsi işlərinə rəhbərlik etmək
  • Bankın müxtəlif struktur bölmələri ilə qarşılıqlı əlaqələri təmin etmək
  • Müəssisənin aylıq və rüblük maliyyə hesabtlarını , məcmu balansını vaxtında hazırlayıb təqdim etmək
  • Rəhbərini maliyyə təsərrüfat pozuntusu hallarının aşkarlanıb qarşısının alınması haqqında məlumatlandırmaq və onun göstərişləri əsasında müvafiq təbdirlər görmək
  • Daxili və xarici auditin aparıldığı zamanlarda onlara lazımi məlumatların verilməsi və işlərinin aparılmasını təmin etmək
  • Maliyyə departamenti direktorunun tələb etdiyi forma və müddətlərdə fəaliyyətlərinə aid hesabatların işlənib hazırlanması və təqdim edilməsi
  • Gömrük bəyannamələrinin işlənilməsi

Mənbə: ejob.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.