Sumqayıt Texnologiyalar Parkı vakansiya elan edir

posted in: iqtisadiyyat, İş elanı, Xəbər | 0

İşəgötürən: Sumqayıt Texnologiyalar Parkı MMC

Vəzifənin adı: İqtisadçı

Vəzifə öhdəlikləri:

• Gündəlik balans, mənfəət və zərər hesabatını hazırlamalı;
• Aylıq və rüblük maliyyə nəticələrini rəhbərliyə təqdim etməli;
•Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakını təmin və koordinasiya etməli;
• Büdcəyə nəzarət, habelə hesabatlılıq üzrə öhdəlikləri həyata keçirməli;
• Xərclərin təhlilinin həyata keçirilməsi, variasiya təhlilini həyata keçirməli;
• Struktur bölmələr və məhsullar üzrə mənfəətlilik təhlilini etməli;
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqları icra etməli, təhlilləri aparmalı, təqdimatları hazırlanmalı.

Təhsil/Təcrübə:

• Maliyyə və iqtisadiyyat üzrə ali təhsil;
• Müvafiq sahədə ən az 2 il iş təcrübəsi;
• Azərbaycan dili sərbəst, Rus dili yaxşı səviyədə olmalı (İngilis dili biliyi üstünlükdür);
• MS office proqramları üzrə müstəqil şəkildə işləmək;
• Təzyiq altında işləmə bacarığı;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: 

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nikoil Bankda təcrübə proqramı

posted in: İş elanı, Xəbər, Xəzinədar | 0

Nikoyl İKB ASC Xəzinədar vəzifəsi üzrə təcrübə proqramı elan edir :

Tələblər:

Təhsil – Ali (Riyaziyyat,İqtisadiyyat,Maliyyə arzuolunandır)
Yaş həddi – 20 -25
İş stajı tələb edilmir

Dil bilikləri:

• Azərbaycan dili –mükəmməl səviyyədə;
• Rus dili –  mükəmməl səviyyədə ;
• İngilis dili – orta  səviyyədən yuxarı (üstünlük)

Kompyuter bacarığı: Microsoft Office-də sərbəst işləmə qabiliyyəti

Analiz etmə bacarığı olmalı;
Komandada işləmək bacarığı olmalı;
Detallara diqqətli olmalı və məsuliyyətli olmalı;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını “təcrübə proqramı-xəzinədar” qeyd edərək,   elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada dərmanlara və ərzaq məhsullarına vergi güzəşti götürüləcək

posted in: Vergi, Xəbər | 0

Hökumət bir sıra kateqoriyalara aid mallar üçün müəyyənləşdirilmiş əlavə dəyər vergisi üzrə güzəştli dərəcələrin ləğvi ilə bağlı müzakirələr aparır. Hazırda 10 faizlik güzəştli dərəcə ərzaq məhsullarına, uşaqlar üçün mallara, kitablara, dərsliklərə və dərmanlara şamil edilir. Qeyd edilmişdir ki, güzəştlərin ləğvi nəticəsində ünvanlı sosial yardımın artırılmasına şərait yaranacaq.

Buna baxmayaraq, bəzi məmurlar ərzaq məhsulları və dərmanlar həyat üçün ən zəruri əhəmiyyət daşıdığına görə bu məhsullar üçün vergi güzəştinin saxlanılmasında israrlıdırlar. Ünvanlı subsidiyaların verilməsi ilə bağlı isə hələlik münasibətlər tam aydın deyil.
«Vedemosti» qəzetində nəşr edilmiş proqnoza əsasən, 2018-2019-cu illər üçün güzəştli dərəcə büdcəyə 600-650 milyard rubla (16,66-18 milyard manat) başa gələcək. 2016-cı ildə Maliyyə Nazirliyi güzəştli əlavə vergisi dərəcəsinin 12 faizə qaldırılması, sonrakı illərdə hər il 2 faiz bəndi artı­rıl­ması, bundan başqa, əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faizdən 20 faizə çatdırılmasını təklif etmişdi.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1918-20-ci illərdə Azərbaycanın vergi siyasəti necə olub?

posted in: Vergi, Xəbər | 0
Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

1918-20-ci illərdə Azərbaycanın vergi siyasəti

1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikasının – Azərbaycan Cümhuriyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal-vergi sisteminin qurulması idi. Mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis edildi, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirildi.

Mütəxəssislər Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini şərti olaraq 2 hissəyə bölürlər:

1. Cari dövr üçün maliyyə-fiskal siyasət. Bu dövrdə Azərbaycan Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb.

2.Cümhuriyyət özünün imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi.

Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer verirdi. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə Vergi polisinin təsis edilməsi nəzərdə tutulsa da, hökumət bu qurumun fəaliyyətini məqəsəduyğun hesab etməmişdi.

Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlarından biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə, Zaqatala quberniyaları daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi Müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi. Hökumətin vergi növləri aşağıdakı tədiyyələr üzrə müəyyənləşdirilmişdi:

· Müstəqim (birbaşa vergilər) – torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və  dövlət gəlir vergiləri;

· Qeyri-müstəqim (dolayı vergilər) – tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan vergi, gömrük rüsumu və gəlirləri;

· Möhür haqqı – məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər;

· Hökumət inhisarlarına aid vergilər – mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər;

· Dövlət dəmir yolundan gəlirlər – yük daşınmasından gələn gəlirlər.

Azərbaycan Cümhuriyyətinin hakimiyyətinin ilk illərində ölkənin maliyyə vəziyyəti qənaətbəxş deyildi. Xəzinənin əsas gəlir mənbəyi olan neft sənayesində durğunluq yaranmış, Batumi limanı ilə xaricə ixracın həcmi xeyli azalmışdı, əsas alıcı ölkə olan Rusiya ilə münasibətlərin gərginləşməsi neft sənayesini ağır vəziyyətə salmışdı. Xəzinənin əsas mənbəyi olan neftdənkənar sahələrin inkişafı da zəif idi. Ölkənin ixracının əsasını təşkil edən neft sənayesi dağılmış, ağırlıq ərzaq – əmtəə məhsullarının üzərinə keçmişdi. Parlamentdə və hökumət strukturlarında neft sənayesinin aksiz vergisinə cəlb edilməsi, yaxud dövlət inhisarına verilməsi məsələsi ətrafında geniş müzakirələr başlandı. Məqsəd  Bakı neftindən xəzinəyə daha çox gəlir daxil olmasını təmin etmək idi. Geniş müzakirə və diskussiyalardan sonra liberal iqtisadiyyata üstünlük verilməsi, neft məhsullarının sərbəst satışı yolu ilə (neft məhsullarının aksizlərə cəlb edilməsi) büdcəyə müəyyən məbləğin köçürülməsi məqsədəuyğun hesab olundu. Bununla əlaqədar aksiz rüsumları haqqında nizamnamə qəbul edildi. Neft məhsulları aksizlərinin, gömrük rüsumlarının və dəmir yolu üzrə vergi dərəcələrinin artırılması məqsədəuyğun hesab olundu. Nazirlər Kabineti tərəfindən 1918-ci il oktyabrın 1-də neft sənayesinin özəlləşdirilməsi barədə dekret imzalandı və bu qərar həmin sahədə vergi tənzimlənməsində müsbət rol oynadı.

1919-cu ilin ortalarında dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynayan ən mühüm qanun («Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin dəyişdirilməsi haqqında») qəbul olundu ki, bu da ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edirdi. Qanun birbaşa vergilərin təyin olunmuş vaxt və tarif dərəcələrini müəyyən edirdi. Həmin növ vergilər hər 100 manatdan 30 manat olmaqla ilin başlanğıcında, fevralın 1-dən gec olmayaraq ödənilirdi. Digər vergilər müxtəlif rüblər üzrə, gəlir vergisi isə ilin sonunda, gəlirin həcmi bəlli olandan sonra ödənilirdi.

Vergi Müfəttişliyi 1919-cu ilin büdcə zərfinin müzakirələri zamanı dövlət büdcəsinə daxil olan gəlir mənbələrini genişləndirmək məqsədilə əmtəə və xammalın istehsalını artırmaq, digər iqtisadi sahələri canlandırmaq təklifləri ilə hökumətə müraciət etdi. Hökumət gəlir mənbələrinin artırılması təşəbbüsünü yüksək dəyərləndirərək bank fəaliyyətini canlandırmaq və banklara etibarı artırmaq üçün fəaliyyət planı hazırladı. Məqsəd imkanlı şəxslərin əlində cəmləşmiş 100 milyonlarla rubl pulun (həmin dövr əməliyyatlar Çar Rusiyasının ödəniş vasitəsi ilə tənzimlənirdi) milli iqtisadiyyata və ticarətə cəlb edilməsi idi.

Hökumətin həyata keçirdiyi siyasət nəticəsində 1919-cu ildə dövlət büdcəsinə ödənilən vergilərin həcmində əvvəlki illə müqayisədə artım qeydə alındı. Büdcədə dolayı və neft mədənlərindən alınan vergilər gəlirlərin 52,3 %-ni təşkil edirdi. Balıqçılıq təsərrüfatından daxil olan vergilər isə ümumi vergi gəlirlərinin təxminən 30%-nə bərabər idi. Gömrük daxilolmalarının payı vergilərdə 15 % idi. Digər vergilərin ümumi payı isə 4-5% təşkil edirdi.

Vergi siyasətində ən mühüm məqamlardan biri parlamentin 1919- cu il oktyabrın 2-də qəbul etdiyi qanuna əsasən, hərbi verginin ləğv edilməsidir. 1915-ci il aprelin 19-dan hərbi mükəlləfiyyətdən azad olunanlara tətbiq olunan verginin ləğvi hərbçilərdə yaranmış sosial narahatlığı da aradan qaldırdı.

Ardı var.

Hazırladı: Elbrus CƏFƏRLİ

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.