ƏDV ödəmə terminalı ilə ödənildikdə əvəzləşdirilə bilər?

posted in: Vergi, Xəbər | 0

Sual:  Alınmış malın dəyərini qarşı tərəfin hesabına ödəmə terminalı vasitəsi ilə ödədikdə (ƏDV hissəsi ayrıca olaraq qarşı tərəfin depozit hesabına ödənilib) alınmış mala görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək olarmı?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün

– verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

– malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

– alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

– vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq ödəniş terminalları vasitəsi ilə ödənişin aparılması nağdsız hesablaşmalara aid edilir.

Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.

Bax: Vergi Məcəlləsinin 175.1-ci maddəsi, “Nağdsız  hesablaşmalar haqqında” Azərbycan Respublikasının Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda mühasiblərin dövlət reyestri yaradılacaq

posted in: muhasibat, Xəbər | 0

Azərbaycanda peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması planlaşdırılır.

Bu məsələ “Mühasibat uçotu” haqqında qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərdə bildirilir ki, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdır.

Peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Beynəlxalq standartlar əsasında hazırlanmış Milli Mühasibat Uçotu Standartlarında beynəlxalq standartlarla tənzimlənən bütün məsələlərin öz əksini tapması tələbini nəzərə alaraq, mövcud paralelliyin aradan qaldırılması üçün qanun layihəsində Milli Mühasibat Uçotu Standartları barədə müddəaların ləğvi nəzərdə tutulub.

Eyni zamanda, mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini özündə ehtiva edən müddəaların yeni redaksiyada verilməsi, maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq beynəlxalq standartlara keçidin özündə əks etdirilməsi, habelə beynəlxalq standartlar üzrə ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul olunan və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının sadələşdirilmiş forması olan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəxalq Standartlarının tətbiqi ilə bağlı müddəalar layihəyə daxil edilib.

Bununla da ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəxalq standartlara keçid təmin ediləcək.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Mənbə: trend.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“SM Agro” MMC mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

“SM Agro” MMC

Mühasib

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Ümumi mühasibat uçotu

Tələblər:

  • Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
  • İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
  • Əla kompüter bilikləri (Microsoft Office, 1C);
  • Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

E-mail: 

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

May ayında hansı günlər qeyri-iş günüdür??

posted in: Xəbər | 0

May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü və 28 May – Respublika günü iş günləri hesab edilmir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri qeyd edib ki, 9 May- Faşizm üzərində Qələbə günü çərşənbə gününə təsadüf edir və qeyri-iş günüdür: “28 May – Respublika günü isə bazar ertəsinə düşdüyündən həmin günün qeyri-iş günü olması ilə yanaşı, bu, eyni zamanda, beşgünlük iş həftəsi üzrə işləyənlərin üç gün (şənbə, bazar və bayram günü olan bazar ertəsi) ardıcıl olaraq istirahət etməsinə imkan verəcək”.

E.Babayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə  təsdiq edilmiş “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır: “Bu norma altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsi üzrə çalışanlara da şamil edilir”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.