Kalkulyatorla edəcəyimiz heyrətləndirici fokuslar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Kalkulyator vasitəsilə müxtəlif oyunlar oynamaq və fokuslar göstərməyin mümkünlüyünü məqalənin 1-ci hissəsində öyrənmişdik. İndi daha bir maraqlı fokusla tanış olacağıq.

Asan fokus:

  1. Fikrinizdə hər hansı bir rəqəmi tutun
  2. Həmin rəqəmi 3-ə vurun
  3. Alınan rəqəmin üzərinə 9 gəlin
  4. Onun da üzərinə 15 rəqəmini gəlin
  5. Bu rəqəmdən 3 rəqəmini çıxın
  6. Onu üçə bölün və fikrinizdə tutduğunuz rəqəmi ondan çıxın
  7. Bu fokusu istənilən rəqəmlə aparsınız belə, həmişə 7 rəqəmi alınacaq.

 

 

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gilan Holding Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Gilan Retail Group

Kateqoriya: Turizm və otelçilik

Vəzifə: Mühasib

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Öhdəliklər:

• Müxtəlif mədaxil, məxaric orderləri, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək;
• Dövlət büdcəsinə ödənişləri düzgün hesablamaq və vaxtında köçürmək, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaları hesablamaq;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparmaq;
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Vergi məktublarını cavablandırmaq;
• Əmək haqqının hesablanması və verilməsini təmin etmək.

Namizəddə tələblər:

• Ali iqtisadi təhsil;
• Mühasib kimi ən az 1 illik iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıq bilikləri;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını (xüsusəndə Excel) yüksək səviyyədə bilməli;
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti.

Dillər: Azərbaycan (Ana dili)

Bu linkə daxil olaraq müraciət edə bilərsiniz.

Son tarix: 30.04.2018

Mənbə: gilanholding.com

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

posted in: Müqavilələr, Xəbər | 1

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədi ilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsi ilə mülki-hüquqi müqavilələr arasında mövcud olan fərqlərdən aşağıdakılar qeyd edilə bilər:

  • Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin özüdürsə, mülki-hüquqi müqavilənin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir.
  • Əmək müqaviləsindən fərqli olaraq mülki-hüquqi müqavilə bağlanıldığı halda müqavilədə nəzərdə tutulmayıbsa işçiyə əmək kitabçası açılmır və iş stajı hesablanmır.
  • Əmək müqaviləsinə əsasən işəgötürən işçiyə qanunvericiliklə müəyyən olunmuş qaydada təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilədə sifarişçinin üzərinə qanunvericiliklə belə bir öhdəlik qoyulmur.
  • Əmək müqavilələrində işəgötürən işçini fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu və əməyin mühafizəsinə görə cavabdehlik daşıdığı halda, mülki-hüquqi müqavilələrdə icraçı bunları özü etməli və ya bu öhdəliklər müqavilədə əlavə şərtlər nəzərdə tutulmaqla tənzimlənməlidir.
  • Əmək müqaviləsi ilə çalışan işçi ilə tam maddi məsuliyyət barəsində müqavilə bağlanmamışdırsa, işəgötürənə dəymiş ziyana görə işçi orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Mülki-hüquqi müqavilələrdə isə icraçı müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa dəymiş ziyana görə tam məbləğdə məsuliyyət daşıyır.
  • Əmək müqaviləsi bağlamış işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilinin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətlərin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır.
  • Əmək müqaviləsi bağlandığı halda işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülkihüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfdən tutulur. Sadalanan fərqlərdən də göründüyü kimi əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hansı hallarda ölkə daxilində ödənişi xarici valyuta ilə aparmaq olar?

posted in: Vergi, Xəbər | 0

Sual: Azərbaycan Respublikası ərazisində xarici valyuta ilə (ABŞ Dolları) şirkətlərə pul köçürə bilərəm? Olarsa necə sənədləşdirilməlidir?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Mülki Məcəllənin 439-cu maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Yalnız tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

Bununla belə, rezident şəxslər arasında pul köçürmələrinin xarici valyutada aparılmasına qanunvericilikdə məhdudiyyətlərin olub-olmaması barədə aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.

BaxMülki Məcəllənin 439.1-ci maddəsi, Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli, 590-IIQ nömrəli “Banklar haqqında Qanununun 38.1-ci maddəsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə monitorinqi xidmətinin Hüquq və metodologiya şöbəsi haqqında Əsasnamə”.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.