Nağd topdansatış zamanı kassa çeki yoxsa mədaxil orderi verilir ?

posted in: Vergi, Xəbər | 0

Sual: Sadələşdirilmiş vegi ödəyicisi istehsal etdiyi məhsulların topdan və pərakəndə satışını həyata keçirir. Pərakəndə satış kassa aparatı (NKA) vasitəsi ilə, topdansatış isə sifarişçi ilə müqavilə bağlanıb qaimə-faktura təqdim edilməklə həyata keçirilir. Topdansatış zamanı bəzi hallarda təqdim edilmiş malların dəyəri sifarişçinin arzusu ilə nağd ödənilir və həmin məbləğ üçün ciddi hesabat blankı “kassa mədaxil orderi” yazılır və rüblük hesabatlarda hasilatdan əldə edilmiş gəlirlərə aid edilir. Beləliklə, “kassa mədaxil orderi” vasitəsi ilə aparılan ödənişə kassa aparatından çek vurulmur. Bu halda Vergi Məcəlləsinin pozulması halı yaranırmı?

Cavab: Bildiririk ki, malların topdansatışı zamanı ödənişin ciddi hesabat blankları ilə rəsmiləşdirilməsi vergi qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, rəsmiləşdirmənin NKA vasitəsi ilə aparılması yalnız pərakəndə ticarətə aiddir.

Bax: Vergi Məcəlləsinin 13.2.63-cü və 16.1.8-ci maddələri.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Latviyada saxta şirkətlərin fəaliyyəti qadağan ediləcək

posted in: Xəbər | 0

Latviyanın Baş naziri, Maliyyə Sektorunun İnkişafı Şurasının sədri Maris Kuçiniskis  ölkədə saxta şirkətlərin fəaliyyətinə qadağa qoyan qərarı dəstəklədiyini bəyan etmişdir. Onun açıqlamasına əsasən, bu məsələyə   hökumət  aprelin 3-də, Latviya Seymi isə aprelin 8-də baxacaq.

Gözlənildiyinə görə, qarşıdakı altı ay ərzində banklar mənşəyi məlum olmayan şirkətlərlə işgüzar münasibətlərini tam dayandırmalıdırlar. Bu cür şirkətlərdən müxtəlif qanunsuz maliyyə əməliyyatlarında, eləcə də çirkli pulların yuyulmasında istifadə edilir.  Onlar offşor hesablardan və digər fırıldaq mexanizmlərindən də yararlanırlar.

Maliyyə naziri xanım Dana Reyzniyetse-Ozola qeyd etmişdir ki, nəzərdə tutulan qadağanın əsas məqsədi ölkənin maliyyə sektorunda sabitliyin, etibarlılığın və uzunmüddətliliyin təmin edilməsidir. Maliyyə sektoru risklər yaratmaq əvəzinə, iqtisadiyyatın inkişafına kömək etməlidir. Onun sözlərinə görə, bu sahədə tədbirlər planı hazırlanarkən Maliyyə Nazirliyindən, Banklar Assosiasiyasından  və digər aidiyyəti qurumlardan alınmış rəy və təkliflər nəzərdən keçirilmişdir. Tədbirlər planında ölkənin bank sisteminin nizama salınmasına xüsusi diqqət yetirilmişdir.

Maliyyə və Kapital Bazarı Komissiyasının sədri Peters Putninşin açıqlamasında isə qeyd edilmişdir ki, banklara öz gələcək fəaliyyətlərinin strateji planlarını hazırlamaq üçün on gün vaxt verilmişdir.  Bu müddət ərzində banklar saxta şirkətlərə xidmət göstərməkdən imtina etməklə üzləşəcəkləri ziyanın əvəzini nə ilə dolduracaqları ilə bağlı da məlumat verməlidirlər. Komissiyanın məlumatına əsasən, Latviya banklarının müştəriləri arasında iyirmi mindən artıq saxta şirkət vardır ki, onların da üçdə ikisi ölkə ərazisində qeydiyyata alınmışdır.  Həmin şirkətlərin Latviyanın bank təşkilatlarının kredit dövriyyəsindəki xüsusi çəkisi 36,57 faiz təşkil edir. Xarici müştərilərin isə 44,5 faizi bu bankların payına düşür.

Hökumət bankların gələcək fəlaiyyəti ilə bağlı öz mövqeyini açıqlayandan sonra Latviyanın nüfuzlu «Rietmumu» bankı offşor qurumların açdıqları hesablarla əlaqələrin dayandırılması barədə məlumat yaymışdır. Bank öz mövqeyini elə əsaslandırmışdır ki, «yeknəsək risk yaradan» müştərilərlə əməkdaşlıqdan imtina etmək qərara alınmışdır.

Mətbuatın yazdığına görə, artıq offşor şirkətlərin hesabları bağlanmışdır. Bu hesablara giriş əldə etmək üçün offşor şirkətin benefisiarlarını açıqlamaq və onların pul vəsaitlərinin haradan gəldiyi barədə məlumat vermək lazımdır. Şərtlərdən biri də işgüzar tərəfdaşlar, həmçinin onlarla tanışlığın şərtləri barədə məlumatın verilməsidir. Ekspertlər hesab edirlər ki, bu addımın atılması sayəsində offşor yurisdiksiyaları mənasını itirərək lazımsız bir şeyə çevriləcək.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Pul haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Dünyada bütün dövrlərdə, belə demək mümkünsə qədimdə və indi tədavüldə olan pullar haqqında ötən məqalədə məlumat vermişdik. Bu dəfə sizə dünyanın ən bahalı pulu barədə bilgi vermək istəyirik.

Dünyada ən bahalı pul – “Dağınıq saçlar” (Flowing Hair dollar) adını almış amerikan gümüş dolları hesab olunur. Bu gümüş pul Amerikada, Filadelfiya ştatındakı sikkəxanada 1794-cü ildə zərb edilib. Həmin sikkə hərracda satıldıqdan sonra dünyanın ən bahalı pulu adını qazanıb. O, 2013-cü ildə rekord məbləğə 10,016,875  dollara satılıb. Daha əvvəl isə 2010-cu ildə 7 850 000 dollara satılmışdı. 1794-cü ildə bu sikkələrdən cəmi 2000 ədəd buraxılıb ki, onlardan 242 ədədi keyfiyyətcə pis alındığına görə, yenidən əridilib.

“Dağınıq saçlar” gümüş dollar sikkəsi dünya tarixində həqiqətən hüquqi cəhətdən reytinqdə ən bahalı pul hesab edilir. Bu, pul hərracları tarixində mütləq rekord hesab olunur. O, numizmatika sahəsində hər bir kolleksiyaçının əlçatmaz arzusu hesab olunur, sözün düzü, həmin sikkəni öz kolleksiyasında görməyi heç xəyal belə etmək mümkün deyil. Yeri gəlmişkən, Azadlıq heykəlini əks etdirən və üzərində dağınıq saçlar zərb edilmiş və 1804-cü ildə məhdud sayda buraxılmış on beş dollarlıq sikkə 2008-ci ildə hərracda 3 725 000 dollara satılıb. Amma, 1794-cü ildə buraxılmış və az əvvəl söz açdığımız gümüş sikkə son illərdə hərraclarda ən çox sifariş olunan pul hesab edilir. Bu nəfis dollar haqlı olaraq “dünyanın ən bahalı pulu” titulunu daşıyır.

 

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Rusiyada vergilər artır??

posted in: Vergi, Xəbər | 0

Rusiyanın lenta.ru saytında vergilərlə bağlı maraqlı bir yazı dərc olunub. Həmin yazını diqqətinizə çatdırırıq.

Putinin proqramını yerinə yetirmək üçün hökümətə pul lazımdır.

Rusiya prezidenti Vladimir Putin Federal məclisə göndərdiyi müraciətində faktiki olaraq Rusiyanın yaxın altı il ərzində daxili siyasətinin konturlarını cızmış oldu. Əsasən insan kapitalına üstünlük veriləcəyini bəyan edən Rusiya lideri, yaxın illərdə büdcədən səhiyyə, təhsil və infrastruktur sahəsinə ayrılacaq xərclərin atrırılacağı anonsunu verib.

Prezidentin proqramı olduqca baha başa gələn bir proqram olacaq.

Məqalədə qeyd olunur ki, bəyan edilən məqsədlərin həyata keçirilməsinə yaxın altı il ərzində 20,5 trilyon rubl (360 milyard ABŞ dolları) vəsait lazım gələcək. Sosial sahə və nəqliyyat strukturunun inkişafı üçün 8,4 trilyon rubl, səhiyyədə keyfiyyətin yüksəldilməsinə görə 5,2 trilyon rubl, təhsil sahəsi üçün 3,6 trilyon, demoqrafik problemlərin həllinə görə isə 3,4 trilyon rubl lazım gələcək. İqtisadçılar federal büdcədən hazırda ayrılan vəsaitlərlə bu proqramın yerinə yetiriləcəyinə inanmırlar.

Hakimiyyət orqanları hələ ki, proqramın maliyyələşdirilməsindən ötrü dəqiq mənbələr müəyyən edə bilməyiblər.

Prezident seçkilərindən bir neçə ay əvvəl vergi sisteminin stabil qalacağına dair vədlər də verilmişdi. Həmin vaxt bilidirlmişdi ki, 2018-ci ilin sonuna kimi yeni vergilərin tətbiqi planlaşdırılmır.

Hökumət fiziki şəxslərdən tutulan gəlir vergisinin yüksəlişi ilə bağlı problem görmür.

Hökumət qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir neçə variantı nəzərdən keçirir ki, bu da hökmən adi rusiyalıların maraqlarına toxunacaq. Hazırki məqamda ən ehtimal olunan variant fiziki şəxslərdən tutulan gəlir vergisi tarifinin 13 faizdən 15 faizə qaldırlması hesab olunur.

Maliyyə nazirliyi isə geniş miqyaslı vergi manevrini təklif edir.

Maliyyə naziri Anton Siluanov sığorta haqlarının indiki 30 faizdən 22 faizə endirilməsini, paralel olaraq ƏDV-nin isə 18 faizdən 22 faizə qaldırılması təşəbbüsü ilə çıxış edib. Belə bir manevr işəgötürənin həyatını yüngülləşdirsə də, onun tətbiqi sadə ruslara zərbə vuracaq, axı, istehsalçılar və satıcılar yekun qiymətə həm də ƏDV-ni oturdurlar.

Maliyyə nazirliyi köhnə vergini yenidən geri qaytarmaq istəyir.

Prezidentin meqalayihələrinin maliyyələşdirilməsi üçün maliyyə nazirliyinin irəli sürdüyü variantlardan biri də satışdan tutulan verginin yenidən geri qaytarılması təklifidir ki, bu dəfə onun “dövriyyədən yığım” adı ilə tətbiqi planlaşdırılır. Həmin yığımın həcmi və kriteriyaları barədə isə hər hansı bir açıqlama verilmir. Satışdan tutulan vergi Rusiyada 1998-2004-cü illərdə tətbiq olunub ki, o vaxt həmin vergi satılan malın qiymətinin 5 faizini təşkil edirdi. Sözügedən verginin tətbiqi istehlakçıların həyatına mənfi təsirini göstərəcək, belə ki, satıcılar həmin beş faizi də malın yekun qiymətinə əlavə edəcəklər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.