Ən qeyri-adi üç vergi

posted in: Məqalə, Vergi, Xəbər | 0

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni,  hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətə çatdırırıq.

  1. Kölgə salmağa görə tətbiq edilən vergi. Venesiyada binaların üzərinə kölgə salmaq qadağan edilib. Lakin bu yol kənarında yerləşən və çətirlərdən istifadə edən müxtəlif restoran və mağazalara şamil edilir. İş ondadır ki, sular qoynunda məskən salmış bu şəhərdə günəş nadir hallarda görünür və göy üzünü adətən buludlar örtür. Evlərin pəncərəsinə kölgə düşməsin deyə Venesiya hakimiyyət dairələri kölgəyə görə vergi tətbiq edib. Bir çox iş adamları vəziyyətdən çıxış yolunu tez tapıblar, belə ki, restoran və mağazaların küçəyə baxan hissəsində yerləşdirdikləri çətirləri söküblər. Öz iş yerlərinin görkəmini pozmaq istəməyən sahibkarlar isə vergini ödəməyə razılaşıblar.
  2. Qərbi Afrikanın bədbəxt və eyni zamanda ən kasıb millətinin yaşadığı ölkələrdən birində vətəndaşlar il ərzində 17 avro pul ödəyirlər ki, bu dövlətdə əmin-amanlıqdır. Yəni, müharibə yoxdur. Müqayisə üçün qeyd edək ki, bu ölkədə bir fincan qəhvə 17 sentə satılır. Və bu vergi ondan irəli gəlir ki, ölkədə hərbi əməliyyatlar aparılmır.
  3. Günəşin çıxmasına görə vergi. Gözəl və romantikdir, deyilmi? İbis, Mayorka və digər adalardan ibarət arxipelaqda çimərlikdə olduğuna görə gün ərzində vergi olaraq 1 avro pul ödəməlisən. Düzdür, hakimiyyət orqanları bu vergini çimərlikdə təmizlik yaratmaqdan ötrü vəsait əldə etmək məqsədilə tətbiq edib. Özü də xəzinəyə bu vergidən az vəsait daxil olmur. Arxipelaqa daxil olan təkcə Balear adalarına bir il ərzində 10.400.000 turist gəlir. Rəqəm həqiqətən fantastik hesab oluna bilər.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ələt azad iqtisadi zonası xarici investisiya və qeyri-neft ixracının artmasına səbəb olacaq” – Ekspert rəyi

posted in: Xəbər | 0

“Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb. İqtisadçı ekspert hesab edir ki, Ələt azad iqtisadi zonasının xüsusi status əsasında fəaliyyəti Azərbaycan iqtisadiyyatı və xarici investorlar üçün faydalı olacaq: “Ələt artıq terminal statusundan çıxaraq “Azad İqtisadi Zona” statusu qazanır. Bildiyiniz kimi, Ələt Azad İqtisadi zonasının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisdə iki oxunuşdan keçib. Nəticə etibari ilə sözügedən qanun Ələtə xüsusi status verir. Yəni, Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək. Bu statusun verilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Yeni güzəşt mexanizminin tətbiq olunması Ələt azad iqtisadi zonasına xarici investisiya cəlbini artıracaq. Burada artıq beynəlxalq hüquq normaları tətbiq ediləcək. Azərbaycanın öhdəliklərinin, eləcə də Ələt azad iqtisadi zonasında rezidentlərin öhdəliklərinin ayrıca qanunla müəyyənləşdirilməsi vacibdir. Təbii ki, bütün bunlar xarici investisiyanın cəlb edilməsinə imkan yaradacaq”.

V.Bayramov əlavə edib ki, hazırda Avropa Birliyi, eləcə də Körfəz ölkələrindən investisiyanın cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Ölkəyə yatırılan investisiyanın təxminən yarısının xarici investisiyalar olduğunu deyən iqtisadçı hesab edir ki, Ələt azad iqtisadi zonasının formalaşması yaxın illərdə birbaşa xarici investisiyanın əlavə olaraq 3 mlrd. dollar artmasına imkan verəcək.

V.Bayramov hesab edir ki, Ələtin yeni statusu həm də istehsalın təşviq edilməsinə zəmin yaradacaq: “Ələt azad iqtisadi zonası həm də istehsalın təşviq edilməsi baxımından mühüm rola malik olacaq. Çünki, həmin məhsulların, eləcə də xidmətlərin ixracından ölkəyə valyuta axını güclənəcək”.

Onun sözlərinə görə, strateji yol xəritəsində adambaşına düşən qeyri-neft ixracatının 450 dollara, bütovlükdə qeyri-neft ixracının 4,5 mlrd. dollara yaxın artırılması əsas hədəflərdəndir: “Azad iqtisadi zonanın yaradılması Ələtdə bugünkü 1,5 milyard dollarlıq qeyri-neft ixracının starteji yol xəritəsinə uyğun olaraq 3 dəfə artırılmasına imkan verəcək”.

Ələt azad iqtisadi zonasının yaradılmasının ölkədə məşğulluğun təmin edilməsi baxımından da kifayət qədər müsbət təsirləri olacaq. Ekspertin fikrincə, Ələtin xüsusi status əsasında fəaliyyəti  faktiki olaraq yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Təbii ki, yeni status ölkədə yükdaşımaların da həcmini artıracaq: “Yükdaşımalar Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycan üçün beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda əsas gəlir mənbələrindən biri kimi pronozlaşdırılır. Xüsusilə gələcəkdə strateji yol xəritəsinə uyğun olaraq beynəlxalq yükdaşımaların qeyri-neft sektorunda payının artırılması əsas hədəflərdən biridir. Bütövlükdə beynəlxalq yükdaşımalar sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın gücləndirilməsi Azərbaycan üzərindən daşınan yüklərin artmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycan Gürcüstan və Qazaxıstan yükdaşıma ilə bağlı vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə edib. Ötən il Azərbaycan vasitəsi ilə daşınan qeyri-neft məhsulların həcmi 65% artıb. Bu isə o deməkdir ki, Azərbaycan artıq nəqliyyat və beynəlxalq yükdaşımalar baxımından HUB-a çevrilmək potensialına və imkanına sahibdir. Eyni zamanda, bu ilin yanvar ayında Ro-Ro terminalı istifadəyə verildi. Bu, artıq Ro-Ro gəmilərinin yalnız Azərbaycan və Türkmənistan arasında deyil, Azərbaycan və Qazaxıstan arasında da istifadə edilməsinə imkan verəcək ki, bu da Xəzər dənizi vasitəsi ilə Azərbaycan üzərindən daşınan yüklərin daşınma vaxtının azalmasına imkan verəcək. Bu isə xarici investorlar və yükdaşıma şirkətləri üçün kifayət qədər cəlbedicidir. Bu baxımdan Ələt strateji baxımdan Azərbaycanın qeyri-neft sektorunun inkişafında və iqtisadi diversifikasiyada xüsusi paya malikdir. İnfrastruktur baxımından imkanların genişləndirilməsi strateji baxımından Ələtin nöbəti illərdə iqtisadiyyata daha yaxından töhfə verəcəyindən xəbər verir”.

V.Bayramov vurğulayıb ki, Ələtin infrastrukturunun genişləndirilməsi yaxın illərdə Azərbaycan vasitəsi ilə yükdaşımanın həcmini 2 dəfəyə yaxın artıra bilər.

Qeyd edək ki, dünyada nüfuzlu “Forbes” jurnalı Ələti Yeni İpək Yolu üzərində yerləşən 5 ən mühüm məkandan biri kimi dəyərləndirib. Jurnal Ələti Yeni İpək Yolunun ən çox uğur əldə edə biləcək logistika və istehsal zonası adlandırıb.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yumoru sevənlər üçün “Peşəyə meyillilik” testi

posted in: Məqalə, Xəbər | 0

Yumoru sevirsinizsə, bu test sırf sizin üçündür. Sadəcə bir sualı cavablandıraraq hansı peşənin sizə uyğun olduğunu müəyyən edə bilərsiniz 🙂

Sual: 2×2 neçə edər?

Cavab variantları:

  1. 2.
  2. Ölçü vahidlərinə bağlıdır.
  3. 79 (50 – bizə; 25 – sizə; 4 – kassaya).
  4. Sizə nə qədər lazımdır?
  5. İntim təklif etməməli.
  6. Orta hesabla 4.
  7. Üçdən beşə qədər.
  8. Bizim fikrimizcə, adi vaxtlarda olduğu kimi.
  9. Cavab verməkdə çətinlik çəkirəm, dəqiqləşdirmək lazımdır.
  10. Axmaq suallara cavab vermirəm.

Cavabların şifrinin açması:

  1. Müəllim.
  2. Proqramçı.
  3. Maliyyə direktoru.
  4. Mühasib.
  5. Katibə – referent.
  6. İqtisadçı.
  7. Hüquqşünas.
  8. Auditor.
  9. Marketoloq.
  10. Menecer.

Uğurlar 🙂

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Səhv yazılmış təsnifat koduna görə cərimə hesablana bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Əgər vergi verdikdə təsnifat kodunu indiyə kimi səhv qeyd etmişəmsə bu nəsə problem olarmı?

Cavab: Bildiririk ki, ödəniş aparılan zaman büdcə təsnifat kodu səhv göstərildikdə vergi orqanı vergi ödəyicisinin mükəlləfiyyətini uyğun olaraq müvafiq düzəlişlər apamaqla həmin məbləği şəxsi hesab vərəqəsinə işlədikdə hər hansı problem yaranmır.

Bununla belə, təsnifat kodunun vergi ödəyicisi tərəfindən düzgün göstərilməsi məqsədəuyğundur.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.