Mühasiblər barədə maraqlı lətifələr (9-cu hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Sovet hakimiyyəti qurulduqdan sonra Orta Asiyadakı aullardan birində kolxoz təşkil edirlər. Kolxoz sədrini asanlıqla seçdikdən sonra baş mühasib yerinə kimi təyin edəcəklərini bilmirlər. Çünki həmin vəzifəyə layiq birini tapmaq müşkül bir işə çevrilir. O səbəbdən yerlilərdən daha fərasətli birini seçərək, Moskvaya mühasib kurslarına göndərirlər.

Doğma auluna qayıtdıqdan sonra həmin şəxs sakitcə işləməyə başlayır. İlkin olaraq o, özünə iki mühasibat kitabı tərtib edir. Birincini “GƏLDİM” adlandıraraq, ora səliqəli şəkildə gəlirlərə aid sənədləri qeyd edir. İkinciyə isə “GETDİM” adını verərək, həmin kitaba xərclərlə bağlı bütün əməliyyatları qeyd edir. Və bir il ərzində sakitcə bu cür işləməkdə davam edir.

Beləliklə, il başa çatır və artıq balansla bağlı hesabatı tərtib etmək lazımdır. Oturub hesablamağa başlayır, lakin nə qədər çalışsa da debet və kredit balansı uyğun gəlmir ki, gəlmir. O zaman mühasib gün ərzində çox fikirləşir, kursda öyrədilənləri xatırlamağa çalışır…

Nəhayət üçüncü bir kitab tərtib edərək onu belə adlandırır – “GETDİM VƏ BİR DAHA GƏLMƏDİM”!

Məqələnin əvvəlki hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

5 nümayəndəlik və 25 yerli şirkət ləğv olundu

posted in: Xəbər | 0

  • “Pedaqogika nəşriyyatı” (VÖEN: 1400160101) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əsgərov, ev 195, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “AYTUN” MMC (VÖEN: 2602706041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Lənkəran rayonu,Sütəmirdov küçəsi ünvanına bildirə bilərlər.
  • “Elektro Təchizat” MMC (VÖEN: 2903770251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Sumqayıt şəhəri, 3-cü mkr., ev 13/16, mənzil 26 ünvanına bildirə bilərlər.
  • “CEY Tİ İNTERNƏŞNL LÜKSEMBURQ ES.EY” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ( VÖEN: 1501139901) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 201, məhəllə 607 ünvanına bildirə bilərlər.
  • “MRC TRANSMARK İNTERNATİONAL B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701865831) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayil rayonu, Nizami,ev 90A ünvanına bildirə bilərlər.
  • “Qlobal Qarden” MMC (VÖEN: 1501424841) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 28, mənzil 61 ünvanına bildirə bilərlər.
  • “RED STAR BAKU” MMC (VÖEN: 2902420501) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay müddətində tələblərini Sumqayıt şəhəri, 17-ci mkr., ev 38, mənzil 63 ünvanına bildirə bilərlər.
  • “Aristokrat R.İ.M” MMC (VÖEN: 1601244711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, A.M.Cümə küçəsi, ev 11, mənzil 36 ünvanına bildirə bilərlər.
  • “FASHİON CİTY” MMC (VÖEN: 1501194681) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi ünvanına bildirə bilərlər.
  • “AFB Capital” MMC (VÖEN: 1302091661) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 ünvanına bildirə bilərlər.
  • “Xəzri” KM (VÖEN: 1300019321) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 556/57 məhəllə ünvanına bildirə bilərlər.
  • “TOPSTAFF LTD” MMC (VÖEN: 1503057651) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 36, mənzi 6 ünvanına bildirə bilərlər.
  • “ENTECH E END C” MMC (VÖEN: 1502561011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov, ev 11, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “AZƏR CNC” MMC (VÖEN: 2902388811) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 12-ci mkr., ev 32, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “ROYAL RENT A CAR” MMC (VÖEN: 1603038271) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, ev 54 ünvanına bildirə bilərlər.
  • “Kaspian Kompani-S” MMC (VÖEN: 1000942461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Binəqədi 7-ci mkr., yat., məhəllə 3123, ev 3, mənzil 3/103B ünvanına bildirə bilərlər.
  • “TƏRLAN” MMC (VÖEN: 1400304011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri,Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 27A ünvanına bildirə bilərlər.
  • “Caspian Corrosion Control” MMC (VÖEN: 1701380301) təsisçilərin qərarına əsasən  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayil rayonu, Xətai küçəsi, ev 41, mənzil 75 ünvanına bildirə bilərlər.
  • “Lekrus” MMC (VÖEN: 1301018051) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri,Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39  ünvanına bildirə bilərlər.
  • “Bağban – 1” MMC (VÖEN: 7700453611) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri,Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39  ünvanına bildirə bilərlər.
  • “MEGA LAMPA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1403544071) ümumi yığıncağı 05.03.2018-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir. Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1022, Bakı şəhəri,Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 46, mənzil 30 ünvanına bildirə bilərlər.
  • “Mammoet Kaspian B.V” şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1300008311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tower 2, 1-ci mərtəbə. Dentos Europe (Central Asia) Limited Şirkətinin şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilərlər.
  • “AA” Firması (VÖEN:  5100143951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay müddətində  tələblərini Zaqatala şəhəri, Əliabad qəsəbəsi ünvanına bildirə bilərlər.
  • “UİLLİ ƏND MEYRİS S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700851421) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “LONDEKS RESOSİZ S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “STAR 2017” MMC (VÖEN: 1902997091) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs) ev 18, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “ADVENTURE” MMC (VÖEN: 1902991701) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs) ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “EVENT COMPANY” MMC (VÖEN: 1803265711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Vidadi (Maştağa qəs.), ev 24 A, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “DREAM 2017” MMC (VÖEN: 2004152971) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 15, mənzil 0 ünvanına bildirə bilərlər.
  • “DİMES QAFQAZ” MMC (VÖEN: 1401160851) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay müddətində tələblərini Balakən rayonu, Mahamalar kəndi ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qadınların əmək hüquqları

posted in: Xəbər | 0

Hər bir insan cinsindən asılı olmayaraq, əmək fəaliyyəti dövründə öz şərəf və ləyaqətini qorumaq hüququna malikdir. Əksər ölkələrin Əmək qanunvericiliyində əmək fəaliyyəti ilə bağlı münasibətlərdə cinsi ayrı-seçkiliyə yol verilməsi qəti şəkildə qadağan olunub. Bu o deməkdir ki, əmək müqavilələri bağlanılarkən, məvaciblərin müəyyən edilməsi və iş öhdəliklərinin yerinə yetirilməsi zamanı kişilər və qadınlar bərabər hüquqlara malikdirlər.

Bir sıra qanuni qadağalar var ki, onlar uşaqlı və hamilə qadınların hüquqlarının qorunmasını təmin edir.

O cümlədən qadağan edilir:

  • hamiləlik və ya kiçik yaşlı uşaqlarının olması səbəbiylə qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina etmək;
  • işəgötürənin təşəbbüsü ilə hamilə qadınların işdən çıxarılması (bu qadağa bəzi istisnalarla 3 yaşınadək uşağı olan qadınlara, eləcə də 14 yaşına kimi uşaqları olan tək analara da şamil olunur);
  • hamilə və ya himayəsində yaşı 1,5 ildən yuxarı olmayan uşaqları olan qadınlarla əmək müqaviləsi bağlanarkən, sınaq müddəti təyin etmək;
  • hamilə qadınları ezamiyyətə göndərmək, istirahət günlərində, gecə növbələrində və ya iş vaxtından artıq müddətdə işlərə cəlb etmək.
  • hamilə qadınları analıq məzuniyyətindən geri çağırmaq və onların məzuniyyət günlərini pul ilə kompensasiya etmək.

Hamilə qadınlar və 1,5 yaşa kimi uşaqlarını böyüdən anaların uşaqlarının qidalandırılması ilə bağlı müntəzəm fasilələr götürmək hüquqları var. Eləcə də onların həmin müəssisədə daha yüngül işlərə keçirilmələrini tələb etmək hüquqları var.

3 yaşına kimi uşaqları olan analar üçün də bəzi imtiyazlar təyin edilib. Misal üçün, onlar uşağa baxmaqla bağlı məzuniyyət götürə bilərlər ki, bu zaman onun iş yeri qorunub saxlanılmalıdır.

İşəgötürən bu cür qadınları ezamiyyətə göndərmək, iş vaxtından artıq fəaliyyətə cəlb etmək, gecə növbəsinə, istirahət və ya bayram günləri işə çağırmaq üçün onlardan yazılı şəkildə razılıq almalıdır. Eyni zamanda, bu cür fəaliyyətlər üçün həm də tibbi göstəricilərin buna imkan verməsi barədə razılıq olmalıdır. Qeyd etmək lazımdır ki, qadının həmin işlərdən imtina etmək hüququ vardır və işəgötürən qadını həmin hüququ ilə tanış etməyə borcludur.

Uşağa baxmaqla bağlı məzuniyyətdə olduğu dövrdə qadının tam olmayan iş qrafiki ilə işləmək hüququ vardır.

Yetkinlik yaşına çatmayan uşaqları olan tək analar da belə bir hüquqa malikdirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İş vaxtından artıq iş nədir və necə ödənilməlidir?

posted in: Xəbər | 0
Əksər müəssisələrdə gündəlik normada müəyyən edilmiş iş vaxtından artıq işə cəlb edilmə bəzən istehsalat zərurəti ilə əlaqədar meydana çıxa bilir. Bu kimi hallarda isə işçilər öz hüquqlarından bixəbər olduqlarından onlara əlavələrin ödənilməsini tələb edə bilmir.
Bəs nədir bu iş vaxtından artıq iş?
Qanunvericiliyə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.Misal: A adlı işçinin gündəlik 8 saatdan artıq müddət ərzində işə cəlb edilməsi iş vaxtından artıq iş sayılır.Anlayış barədə məlumat əldə etdikdən sonra isə hansı hallarda iş vaxtından artıq işə cəlb edilmənin mümkün olduğunu öyrənmək yerinə düşərdi.Bu barədə danışmazdan əvvəl xatırlatmaq lazımdır ki, əmək şəraiti ağır və zərərli olan sahələrdə (bu sahələr Nazirlər Kabinetinin qərarı ilə konkret olaraq müəyyən edilmişdir) bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
Həmçinin qanunvericiliyə əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.İş vaxtından artıq işə cəlb etmə zamanı işəgötürən bu vaxtın dəqiq və dürüst uçotunu aparmağa borcludur. Qanunvericiliyə əsasən bu uçotun aparılma forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
Zənnimizcə bu hissədə qanunvericilikdə müəyyən boşluq vardır ki, bu boşluğun aradan qaldırılması və işçinin vəziyyətini yaxşılaşdıran tədbirlərin tətbiqi üçün iş vaxtından artıq vaxtda işə cəlb edilən işçinin mütləq yazılı razılığı alınmalı, həmçinin əvvəlcədən işçi artıq iş vaxtı ilə əlaqədar uçotun aparılma qaydaları ilə tanış edilməlidir.
Aşağıda göstərilən hallarda, həmçinin təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
Qanunvericiliyin müvafiq tələbləri barədə məlumat əldə olunduqdan sonra iş vaxtından artıq işə cəlb edilmə halında işçiyə ödənilən əmək haqqının məbləğinə olan əlavələri də izah etmək zəruridir.
Qanunverici bununla bağlı iki halı fərqləndirməyi zəruri hesab edir.
1) Əməyin vaxtamuzd ödənilməsi
2) Əməyin işəmuzd ödənilməsi
Birinci halda işçi konkret vaxt ərzində (misal üçün gündə 8, həftədə 40 saatdan çox olmayaraq) işəgötürənin verdiyi tapşırıqları icra etmək öhdəliyi daşıyırsa, ikinci halda işçi hər hansı işin icrasına görə (misal üçün bir təqvim həftəsi ərzində 5 ədəd avtomobil təmir etmək) öhdəlik daşıyır.
İş vaxtından artıq işə görə əməkhaqqına əlavənin miqdarı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində hesablanır.
Qanunvericiliyin mövqeyinə görə vaxtamuzd çalışan şəxslər hər əlavə saat ərzində 1 saatlıq əmək haqqının 2 qatını, işəmuzd çalışan şəxslər isə işəmuzd məbləğdən əlavə vaxtamuzd çalışan işçinin saatlıq tarif maaşının məbləğində əlavə əməkhaqqı almaq hüququna malikdir.
Onu da xatırladaq ki, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Yekunda qeyd edək ki, hamilə qadınların, 18 yaşına çatmayan işçilərin və 3 yaşına çatmamış uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilmədiyi halda,  yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir.