“Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər edilib

posted in: Vergi, Xəbər | 0

Nazirlər Kabineti “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.

Bu Qayda vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Vergilər Nazirliyinin  hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyinin xüsusi xəzinə hesabı açılır. Büdcədənkənar vəsaitin uçotu Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun həyata keçirilir. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Bu Qaydalarda dəyişiklik büdcədənkənar vəsaitdən istifadə istiqamətləri artırılıb. Artıq vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə bu vəsaitlər hesabına məqsədli təqaüdlər də ödəniləcək.

Qaydaya əsasən indiyə qədər büdcədənkənar vəsaitin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə ayrılıb. Bundan sonra büdcədənkənar vəsaitin 50 faizinədək olan məbləği bu məqsədlə ayrılacaq, ancaq bu halda illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla bağlı məhdudiyyət olmayacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhdudiyyət ləğv edilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnzibati Xətalar Məcəlləsində bir neçə kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 588-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 847-VQD, 851-VQD nömrəli, 17 noyabr tarixli 857-VQD, 870-VQD, 874-VQD, 882-VQD nömrəli, 1 dekabr tarixli 898-VQD, 901-VQD, 913-VQD nömrəli və 15 dekabr tarixli 949-VQD nömrəli qanunları) 598.1.7-ci maddəsindən “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2018-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 1722 nömrəli, 22 dekabr tarixli 1752 nömrəli və 2018-ci il 11 yanvar tarixli 1780 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “114.4” rəqəmləri “114.4-cü maddələrində, 154.1-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.

2. 4.5-ci bənddən “28.1,” rəqəmləri çıxarılsın və həmin bənddə “59.2, 154.1, 154.3” rəqəmləri “59.2-ci maddələrində, 154.1-ci maddəsinin birinci cümləsində, 154.1-1-ci maddəsində (birinci halda), 154.1-2-ci maddəsinin ikinci cümləsində, 154.9” sözləri ilə əvəz edilsin.

3. 4.17-ci bəndə “dördüncü cümləsində,” sözlərindən sonra “154.1-1-ci maddəsində (ikinci halda), 528-1.1-ci maddəsində,” sözləri əlavə edilsin.

4. 5.1-ci bənddən “227,” rəqəmləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qadın mühasib 194.000 manat pulu necə mənimsədi???

posted in: muhasibat, Xəbər | 0

Primorskiy diyarında mühasib dələduzluq yolu ilə 6,5 milyon rublu (194.000 manat) mənimsəyib.

Primorskiy diyarı üzrə Rusiya DİN-nin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları kənd təsərrüfatı müəssisəsinin mühasibi tərəfindən pulların mənimsənilməsi faktını aşkar ediblər.

Sözügedən cinayət hadisəsi ilə bağlı PRİMPRESS agentliyi məlumat yayıb.

“2015-ci ilin yanvar ayından, 2017-ci ilin oktyabr ayına kimi qadın mühasib öz xidməti vəzifəsindən sui-istifadə edərək məhsulların realizəsi ilə bağlı tərtib olunan mal fakturalarını saxtalaşdırmaq yolu ilə külli miqdarda pul oğurlamağa nail olub”.

Hesabatlarda mühasib müxtəlif məbləğlər göstərib. Belə ki, birinci növ kimi satılan xiyar məhsulunu sənədlərdə üçüncü növ kimi göstərib və bu zaman yaranan fərqi öz cibinə qoyub. Bu minvalla qadın müəssisəyə 6,5 milyon rubl məbləğində maddi ziyan vurub.

Axtarış Rusiya milli qvardiyasının dəstəyi ilə həyata keçirilib. Axtarış zamanı elektron daşıyıcılar və mühasibatlıq sənədləri müsadirə edilib.

Sözügedən fakt üzrə müvafiq maddə ilə cinayət işi qaldırılıb ki, həmin maddənin sanksiyasında on ilədək həbs müddəti nəzərdə tutulub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

8 martla bağlı mükafat və bayram təbriki

posted in: Xəbər | 0

Çöldə artıq bahardır və küçədə əlində çiçəklər tutmuş, gülümsəyən qadınlarla rastlaşırıq, axı bu gün 8 Mart Beynəlxalq qadınlar günüdür, onu bayram edirik. 8 Martla bağlı kollektivin gözəl yarısını təkcə güllərlə sevindirməzlər ki… Yəqin siz başa düşdünüz, maddi həvəsləndirmədən – bu bayramla bağlı pul mükafatından söhbət gedir. Bu günkü yazıda biz dövlət bayramları zamanı kimlərin mükafatlandırıla biləcəyi ilə bağlı ümumi qaydalara diqqət yetirəcəyik.

Öz işçilərinin mükafatlandırılması məsələsini həll edərkən, büdcə müəssisələrinin rəhbərliyi mükafatların verilməsi zamanı onların smetada, kollektiv müqavilədə, mükafatlandırma ilə bağlı qaydalarda nəzərdə tutulub-tutulmaması ilə maraqlanmalıdırlar.

Qaydalarla bağlı sənədə xüsusi diqqət yetirilməlidir, çünki ayrı-ayrı kateqoriyadan olan işçilərə mükafatların verilməsi ilə bağlı imkanlar və incəliklər, məhz, həmin sənəddə öz əksini tapıb. İndi isə biz bu qaydalardan “mükafat” normaları ilə bağlı formulları nümunə gətirəcəyik.

Beləliklə, dövlət bayramları ilə bağlı mükafat verilməsi kollektiv müqavilədə və ya mükafatlandırma ilə bağlı Qaydalarda hökmən öz əksini tapmalıdır. Bundan ötrü vəsaitlər isə smetada öz əksini tapmalıdır.  Lakin, hətta bu şərtlərə əməl etmək belə heç də həmişə mükafat verilməsindən ötrü yetərli sayılmır. Bəzi hallarda qanunvericilik bu cür mükafatların verilməsini məhdudlaşdırır. Və o səbəbdən bayramlarla bağlı mükafatlar da qadağa altına düşə bilər.

Amma, bütün hallarda zərif cinsin nümayəndələrini 8 Mart bayramında sevindirməyə dəyər. Onlara çiçək və şirniyyat ərmağan etmək olar ki, bundan ötrü elə də böyük məsrəflər lazım gəlmir. Deməli, burada əsas məsələ diqqətdir.

Əziz qadınlar, 8 Mart bayramınız mübarək!

Sizlərə möhkəm can sağlığı, bahar kimi gənclik təravəti, sevgi və harmoniya arzu edirik! Qoy həmişə sizin zərif qəlbiniz bahar kimi təravət saçsın, ailənizdə daim əmin-amanlıq və rahatlıq olsun.

Və qoy həmişə möhkəm cinsin nümayəndələrindən olan əzizləriniz və yaxınlarınız təkcə bu gün yox, ilboyu sizlərin qayğısına qalsınlar.

Sizlərə gözəl əhvali-ruhiyyə arzu edirik!

Mühasib qadınlara və mühasibatda çalışan qadın əməkdaşlara:

Saydınız, hesabladınız – Əlbəttə, yoruldunuz.

Diqqəti yayındırıb -Təbriki də oxudunuz.

Qoy bu gözəl qadınlar bayramında – Mart ayı Sizə ərmağan etsin

Özü ilə birlikdə hazır hesabat gətirsin – Əhvalınız il boyu yüksəldikcə yüksəlsin!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.