Nisyə satılan mallara kassa çeki verilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Bilirik ki, sadələşdirilmiş verginin obyekti “təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmi”-dir. Tutaq ki, hesablama medotu ilə işləyən sadələşdirilmiş vergi ödəyicisi malın pulunu satdığı anda almır və təbii ki, vergi öhdəliyi yaranmır.

  1. Vergi qanunvericiliyinə görə satıcı nisyə satdığı mala kassa çeki verməlidirmi?
  2. Əgər nisyə satdığı malı kassaya vursa, bəyannamə ilə kassa göstəriciləri arasındakı fərqdən kameral hesablanmaz ki?

Cavab: Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respulikasının Qanununda satıcının malın satılması zamanı alıcıya qəbzin, malın, kassa çekinin və ya digər yazılı sənədin verilməsi, saxlanılmış kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədlər əsasında 14 gün ərzində satıcının alıcıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və dəyişdirmə üçün qəbul etməyə borclu olduğu bildirilir. Bu baxımdan da vergi ödəycisi təqdim etdiyi mala görə ödəniş edilməsə də NKA çekinin təqdim olunması labüddür. Bununla belə, təqdim olunan malın dəyərinin hansı qaydada NKA-ya daxil edilməsi barədə əlavə məlumatı Servis Texniki Xidmət Mərkəzlərindən əldə etməyiniz məqsədəuyğundur. Əlavə olaraq bildiririk ki, vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Bax: Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Əmək haqqından vergitutma – Həyatın yığım sığortası zamanı

posted in: Vergi, Xəbər | 0

Həyatın yığım sığortası üzrə sığortalanan işçinin əmək haqqından vergi hansı qaydada tutulur?

Vergi Məcəlləsinin (VM) 102.1.8-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdikdə sığortaolunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğ fiziki şəxslərin gəlir vergisindən azaddır.

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır (VM, maddə 116.2).

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.

VM-in 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur (VM, maddə 116.3).

VM-in 101.1-ci maddəsinə uyğun olaraq, muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin  25 faiz dərəcəsi ilə vergi tutulur.

 

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası üzrə ödənilən sığorta haqqı işəgötürən tərəfindən bank vasitəsilə sığortaçının bank hesabına köçürüldüyü halda, sığorta haqqı fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəlirindən çıxılaraq qalan hissəsindən VM-in 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulur.

Samirə Musayeva
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Əməkhaqqından vergi
Mənbə: vergiler.az

Vergi məcəlləsində daha bir kiçik dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509) 53.4-cü maddəsində “və İnzibati xətalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinin” sözləri “, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Məşğulluq haqqında qanunda dəyişiklik edildi – Məcburi əməyə cəlb etməyə görə cinayət məsuliyyəti

posted in: Xəbər | 0
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 10, maddə 884; 2014, № 11, maddə 1344, № 12, maddə 1528; 2017, № 7, maddə 1280) 29.2-ci maddəsinə “təqsirkar olan şəxslər” sözlərindən sonra “cinayət məsuliyyətinə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.