Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nda nöqsanlar aşkarlayıb

posted in: Audit, Xəbər | 0

2015-2016-cı illərdə təhvil verilən subartezian quyularının yarıdan çoxunun suvarma gücü layihədə nəzərdə tutulandan aşağı olub. Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin bakteroloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmayıb və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən, 2015-2016-cı illərdə və 2017-ci ilin 9 ayında 13,8 min ha əkin sahəsinin (iki ildə) və 1,5 mln. nəfərə yaxın əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisinə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 50,8 mln. manat məbləğində vəsait ayrılıb. Layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş 762 ədəd subartezian quyularından 612 ədədi 22 avqust 2017-ci il tarixinədək təhvil verilib.

Müvafiq sərəncamlarda artezian quyularının tikintisi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ASC tərəfindən cəmi 55 ədəd artezian quyusu da qazılıb. Subartezian quyularının hər biri üzrə suvarma potensialının orta göstəricisi 25-30 hektar torpaq səhəsinin suvarılmasına nəzərdə tutulduğu halda, 2015-ci ildə təhvil verilən 302 subartezian və artezian quyusundan 55 ədədi 1-10 hektar, 34 ədədi 11-15 hektar, 42 ədədi 16-20 hektar, 66 ədədi 21-25 hektar, 105 ədədi 26 hektardan artıq torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2015-ci ildə təhvil verilən quyuların 65,2%-i, 2016-cı ildə isə 61,9%-nin layihə gücündən aşağı olmaqla az torpaq sahəsinin suvarılmasını təmin edəcək.

Müəyyən edilib ki, yeni subartezian və artezian quyularının bir qismi yaşıllıq sahələrinin suvarılmasına və istehsal obyektlərinə, parkların su təminatına, suvarma üçün infrastruktur olmadığı, həmçinin əkin sahəsi və yaşayış olmayan sahələrdə, otlaq sahələrində, öz təzyiqi ilə çıxan su mənbələrində, balıqartırma məntəqələri və fermaların su təminatı üçün onların yaxınlığında, su mənbəyinə malik olan mexaniki suvarma kanallarının və digər fəaliyyətdə olan quyuların yaxınlığında inşa olunub. Yeni tikilmiş subartezian və artezian quyuları üzrə su nümunələrinin bakteroloji və kimyəvi analizləri barədə məlumat lövhələri quyulara vurulmayıb və suyun keyfiyyət göstəriciləri barədə əhali məlumatlandırılmayıb.

Hesablama Palatasının Kollegiyası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması məqsədilə nəzərdə tutlmuş qaydada tədbirlərin görülməsi barədə qərar qəbul edib və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

27 şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “EXSPRESS RENT A CAR” MMC  (VÖEN:  1305255301) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Yasamal rayonu, Zahid Xəlilov, ev 31A, mənzil 13 ünvanına bildirə bilərlər.
  • “SAMET KALIP VE MADENİ EŞYA SANAYİ VE TİCARET ANONİM ŞİRKƏTİ”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ( VÖEN: 2003720401) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 87, mənzil 63 ünvanına bildirə bilərlər.
  • “İNTEREX SERVİVE GROUP LLP” şirkətinin  Azərbaycan  Respublikasındakı  Nümayəndəliyi (VÖEN: 1303096641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 1B, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “NOVACOTEK   TRANSPORTATİON   END DELİVERY  SERVİCES   LLP”  şirkətinin   Azərbaycan Respublikasındakı  Nümayəndəliyi (VÖEN: 1402766351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Nəsimi rayonu, Cavad xan küçəsi, ev 62, mənzil 28 ünvanına bildirə bilərlər.
  • “İDEAL” Fərdi İstehsalat Kommersiya firması (VÖEN: 1600045491) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 39, mənzil 51 ünvanına bildirə bilərlər.
  • “Domum” MMC (VÖEN: 1803423831) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, 4096-cı məhəllə, ev 13 ünvanına bildirə bilərlər.
  • “CARD PRO” MMC (VÖEN: 1400129851) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Nizami küçəsi, ev 4, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “AA Services B.V” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1303109191) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3001, Oskar Biznes Mərkəzi ünvanına bildirə bilərlər.
  • “AA Services Ltd” şirkətinin   Azərbaycan Respublikasındakı  Nümayəndəliyi Filialı (VÖEN: 1401885701) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, məhəllə 3001, Oskar Biznes Mərkəzi ünvanına bildirə bilərlər.
  • “Mehtiabad İstilik 2014” MMC (VÖEN: 3101376331) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini iki ay ərzində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.
  • “Çaylı İstilik 2014” MMC (VÖEN: 3101377251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.
  • “Masazir İstilik  2014” MMC ( VÖEN: 1301377251) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.
  • “Məhəmmədi İstilik 2014” MMC (VÖEN: 3101377121) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.
  • “Fatmayı İstilik 2014” MMC (VÖEN: 3101375951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.
  • “Mərhəmət Hüquq Firmasi” MMC (VÖEN: 1800194651) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 257 ünvanına bildirə bilərlər.
  • “NM – MASTERS” MMC (VÖEN: 1700481721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, ev 18 ünvanına bildirə bilərlər.
  • “NEF İNSTİTUTİON” MMC (1901302691) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv “Q”, bina 15, mənzil 11 ünvanına bildirə bilərlər.
  • Quba Rayon İstehsal İstehlak Kooperativinin Təsərrüfat Hesablı Avtoqaraji (VÖEN: 4500116201) 10.01.2018 – ci il tarixdən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba şəhəri, Fətəlixan küçəsi, ev 74 ünvanına bildirə bilərlər.
  • “Klass-M” MMC (VÖEN: 1001683181) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, məhəllə 3126 ünvanına bildirə bilərlər.
  • “Klassik Mebel” MMC (VÖEN: 1001387511) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu,  2-ci  mədən (Binəqədi qəsəbəsi) ünvanına bildirə bilərlər.
  • “KL İnşaat” MMC (VÖEN: 1003150991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marina Plaza 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “Maqo Mühəndislik” MMC (VÖEN: 2002812651) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marina Plaza 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “X Trans-Logistik” MMC (VÖEN: 1301266551) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov, ev 30, mənzil 21 ünvanına bildirə bilərlər.
  • “ORXİDEYA” kiçik müəssisəsi (VÖEN: 1400342491) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 103, mənzil 67 ünvanına bildirə bilərlər.
  • “RT Mühəndislik” MMC (VÖEN: 1502445871) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marina Plaza 9-cu mərtəbə ünvanına bildirə bilərlər.
  • “ƏRZURUM” MMC (VÖEN: 1400027021) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 138 ünvanına bildirə bilərlər.
  • “SALUS” MMC-yə (VÖEN: 1401188691) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, A.A.Mirqasımov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

posted in: Audit, Xəbər | 0

Hesablama Palatası audit zamanı “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində bir sıra nöqsanlar aşkarlayıb.

Hesablama Palatasının Kollegiyası “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Auditlə həmçinin avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkar edilib. Eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub.

Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların, əsasən, audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC-yə Kollegiya Qərarının surəti və Təqdimat, səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məktublar göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Beynəlxalq audit şirkətində həbs dalğası

posted in: Audit, muhasibat, Xəbər | 0

Beynəlxalq audit şirkəti olan KPMG-nin (“Klynveld Peat Marwick Goerdeler”) keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub.

Keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar.

Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.

KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

“WallStreetJournal” yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.

Qeyd edək ki, KPMG “Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır.  Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə “Deloitte” ,  “PWC” və “Ernst & Young”dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

Xatırladaq ki, “KPMG Azərbaycan limited” şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.