Avtomobillərin idxal gömrük rüsumu dəyişəcək

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»ndə edilən dəyişikliyə əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.

Qeyd edək ki, hazırda qüvvədə olan «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Facebook” 25 ölkədə vergi ödəyəcək

posted in: Vergi, Xəbər | 0

“Facebook” sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəlib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, qurumun maliyyə direktoru Deyv Venerin sözlərinə görə, şəbəkə reklamlardan gələn bütün gəlirlərindən yerləşmə əsasında vergi ödəmək əvəzinə, vergiləri bu ofislər vasitəsilə ödəyəcək. Bununla da reklamlardan gələn gəlirlər dünyanın 25 ölkəsində vergiyə cəlb olunacaq.
“Facebook” bu qərara digər texnologiya nəhəngləri ilə birlikdə vergi planlaşdırılması vasitəsilə vergidən yayınmaqda ittiham olunandan sonra gəlib. “Biz hesab edirik ki, yerli satış strukturu bütün dünyada hökumətlər və siyasi dairələr üçün onların ölkələrindəki satışlarla bağlı şəffaflığı tam təmin edəcək”, -deyə Vener bildirib.
Onun fikrincə, bu qərarın həyata keçirilməsi əhəmiyyətli həcmdə resurs tələb edir. Buna baxmayaraq, şirkət vergi məsələlərində gələcəkdə problemlə üzləşməmək üçün təminat yaratmaq məqsədilə yeni “billinq” sisteminin tətbiqini mümkün qədər çalışır.
Yeniliklərə 2018-ci ildən başlanılması və 2019-cu ilin birinci yarısında bu prosesin tam başa çatdırılması gözlənilir.
Mənbə: www.xezexeber.az

Vergilər məcəlləsinə yeni 1 maddə əlavə edildi

posted in: Vergi, Xəbər | 0

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509; Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 856-VQD nömrəli Qanunu) 164.1.37-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.38-ci maddə əlavə edilsin:

“164.1.38. mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

44 şirkət ləğv edildi

posted in: Xəbər | 0

  1. “The First Croup Real Estate” MMC (VÖEN: 1303819051) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri Səbail rayonu, Nizami küç ev 90A ünvanına bildirə bilərlər.
  2. “BORBE” MMC (VÖEN: 140313061) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 62, mənzil 5 ünvanına müraciət edə bilərlər.
  3. “SAMET KALIB VE MADENİ EŞYA SANAYİ VƏ TİCARƏT ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 2003720401) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı Şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 87, mənzil 63 ünvanına bildirə bilərlər.
  4. “İMPERATRİÇA” MMC (VÖEN: 1900955161) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Ə. Qarayev ev 1/1 ünvanına bildirə bilərlər.
  5. “NURAY-R” Xarici Mədəni, İqtisadi Əlaqələr Firması (VÖEN: 1000125551) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 33a, mənzil 23 ünvanına bildirə bilərlər.
  6. “DƏNİZ YOLU NMS” MMC (VÖEN: 1602503721) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski ev 94, mənzil 13 ünvanına bildirə bilərlər.
  7. “KLM” MMC (VÖEN: 1700823681) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, mənzil 24 ünvanına bildirə bilərlər.
  8. “VİESBAK” MMC (VÖEN: 1601213371) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Nizami rayonu, Azər Manafov, ev 14, mənzil 54 ünvanına bildirə bilərlər.
  9. “BAYRAM-B.İ” MMC (VÖEN: 1200177451) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ Gülçülük ev 14, mənzil 1 ünvanına bildirə bilərlər
  10. “AİİF-2012” MMC (VÖEN: 1901504331) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ qəsəbəsi ev 22, ünvanına bildirə bilərlər.
  11. “AİİF-2011” MMC (VÖEN: 1701217491) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Səbail rayonu, Sabir  ev 3, ünvanına bildirə bilərlər.
  12. “FİNANCE CONSALTİNG” MMC (VÖEN: 180154231) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Nazim İsmayılov küçəsi ev 3, ünvanına bildirə bilərlər.
  13. “RAN CONSALTİNG” MMC (VÖEN: 1901504461) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Suraxanı  rayonu, Hövsan  ŞTQ, Hövsan qəsəbəsi, ev 22, ünvanına bildirə bilərlər.
  14. “RAN ASSİST” MMC (VÖEN: 1601854381) ləğv oluduğunu elan edir. Kreditorlar tələblərini Bakı Şəhəri, Nizami  rayonu, Qara Qarayev prospekti, ev 1, mənzil 46 ünvanına bildirə bilərlər.
  15. “AS CAPITAL” MMC (VÖEN: 1402451711) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Nəsimi  rayonu, Süleyman Rüstəm, ev 9, ünvanına bildirə bilərlər.
  16. “ENGA CAPİTAL” MMC (VÖEN: 1402893991) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Nəsimi  rayonu, Süleyman Rüstəm, ev 9, ünvanına bildirə bilərlər.
  17. “RELT CAPİTAL” MMC (VÖEN:1402887881) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Nəsimi  rayonu, Süleyman Rüstəm, ev 9, ünvanına bildirə bilərlər.
  18. “EXPRESS RENT A CAR” MMC (VÖEN: 1305255301) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Yasamal  rayonu, Zahid Xəlilov, ev 31A,  mənzil 13 ünvanına bildirə bilərlər.
  19. “Alko-Ticarət” MMC (VÖEN: 2001064791) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Xətai  rayonu, Pivə Zavodu, ev 26, ünvanına bildirə bilərlər.
  20. “Bakı Ayaqqabı”  ATSC (VÖEN: 1600073361) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Keşlə qəsəbəsi, 8-ci köndələn küçəsi, ev 1, ünvanına bildirə bilərlər.
  21. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Yasamal Telefon Qovşağının (VÖEN: 9900053761) bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir.
  22. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Xətai Telefon Qovşağının (VÖEN: 9900049511) bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir.
  23. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Qaradağ Telefon Qovşağının (VÖEN: 9900057031) bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir.
  24. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Sabunçu  Telefon Qovşağının (VÖEN: 9900052021) bütün hüquq və vəzifələrinin varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir.
  25. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Xəzər Telefon Qovşağının (VÖEN: 9900056541) bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir.
  26. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Nizami Telefon Qovşağının (VÖEN: 9900057741) bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir.
  27. “Bakı Telefon Rabitəsi”  MMC-nin tabeliyində olan, hüquqi şəxs olmayan Bakı kabel  Qovşağının (VÖEN: 9900048851) bütün hüquq və vəzifələrinin hüquqi varisi olan “Bakı Telefon Rabitəsi” MMC-yə keçməsi şərtilə ləğvini elan edir
  28. “BETTA 2018”  MMC (VÖEN: 1403928381) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri Nəsimi rayonu, S.Rüstəmov 9, ünvanına bildirə bilərlər.
  29. “ZETTA 2017”  MMC  (VÖEN: 1403738281) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri Nəsimi rayonu, S.Rüstəmov 9, ünvanına bildirə bilərlər.
  30. “Alfa 2018”  MMC  (VÖEN: 1403928401) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini Bakı Şəhəri, Nəsimi rayonu, S. Rüstəmov 9, ünvanına bildirə bilərlər.
  31. “AİR-2015”  MMC  (VÖEN: 2903341511) ləğv oluduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Sumqayıt  şəhəri,  18-ci mikrorayon, ev 31, mənzil 66 ünvanına müaricət edə bilərlər.
  32. “SAMAN”  MMC  (VÖEN: 2901867901) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Sumqayıt  Şəhəri  Metallurq küçəsi, Ağac emalı zavodunun şimal ünvanına  bildirə bilərlər.
  33. “İMİŞLİ SUTİKİNTİNƏQLİYYAT”  Açıq Səhmdar Cəmiyyət  (VÖEN: 5500186291) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  İmişli rayonu Bəhrəmtəpə   ŞTQ ünvanına  bildirə bilərlər.
  34. “Kamran-N”  MMC (VÖEN: 3300081811) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Ağdaş  rayonu Pirəzə ünvanına  bildirə bilərlər.
  35. “Xan-Qroup”  MMC (VÖEN: 3300223041) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Ağdaş  rayonu Pirəzə ünvanına  bildirə bilərlər.
  36. “Nikkam LTD”  İstehsalat-Kommersiya firması (VÖEN: 1700499061) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı Şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ev 45/1, mənzil 2 ünvanına  bildirə bilərlər.
  37. “Domum” MMC (VÖEN: 1803423831) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, 4096-cı məhəllə, ev 13 ünvanına bildirə bilərlər.
  38. “Silikat”  MTK (VÖEN: 1700508471) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı Şəhəri, Mərdanov qardaşları küçəsi, ev 6,  mənzil 18 ünvanına  bildirə bilərlər.
  39. “Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki, hüquqi ünvanı Bakı Şəhəri olan “Azərbaycan Respublikası Ticarət Nazirliyi Bakı şəhəri Kurort Ticarət İdarəsi” (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 16.05.1995-ci il tarixində D-416 saylı şəhadətnaməsi ilə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində Bakı Şəhəri, Nərimanov rayonu, Z.Xəlilov küçəsi, 11 ünvanına bildirə bilərlər.
  40. “Rabitə və Mülki Təsərrüfat” MMC ( VÖEN: 1503048891) 18 dekabr 2017-ci il tarxində fəaliyyətini dayandıraraq ləğv olunduğunu elan edir. Debitor və kreditorlar iki ay ərzində tələblərini Koroğlu Rəhimov küçəsi, ev 2,  mənzil 2 ünvanına bildirə bilərər.
  41. “Norfolk”  MMC (VÖEN: 1402229881) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı Şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 9 mənzil 3 ünvanına  bildirə bilərlər.
  42. “Assest Group” MMC (VÖEN: 1402511521) ləğv olunduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Bakı Şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov ev 9  ünvanına  bildirə bilərlər.
  43. “B.A.T. (U.K.AND EXPORT) LİMİTED”  şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300036311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı  Şəhəri, Yasamal rayonu, Tibilisi prospketi ev 49 C  “ Çıraq Plaza” 10-cu mərtəbə ünvanına bildirə bilərlər.
  44. “Universal Ticarət-2016” MMC-yə məxsus (VÖEN: 2903876781) ləğv oluduğunu elan edir. Kreditorlar  iki ay ərzində tələblərini  Sumqayıt Şəhəri, 51-ci məhəllə, ev 37  ünvanına  bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.