“Lisenziyalar və icazələr” portalı gələn il işə düşəcək

posted in: Xəbər | 0

“Lisenziyalar və icazələr” portalı heç bir dövlət orqanına müraciət etmədən sırf “ASAN İmza” vasitəsi ilə elektron formada lisenziya və digər sənədləri almağa imkan yaradacaq.

Bunu portalın təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) rəhbəri İnam Kərimov deyib.

“Təbii ki, bu, korrupsiyaya və bürokratik əngəllərə qarşı mübarizədə mühüm addımdır. Portalın gələn il fəaliyyətə başlaması nəzərdə tutulur. Müvafiq dövlət qurumları portalı lazımi informasiyalarla təmin edəcək”, – deyə “ASAN Xidmət”in rəhbəri əlavə edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Azərenerji” ASC-nin Auditi zamanı nöqsanlar aşkar olunub

posted in: Audit, Xəbər | 0

“Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub.

Bu barədə Hesablama Palatasının adıçəkilən qurumda apardığı audit yoxlamasının açıqladığı nəticələrində deyilir.

Açıqlamaya görə, “Azərenerji”də elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

“Eyni zamanda, səmərəlilik və likvidlik göstəricilərinin təhlili ilə kapital və aktivlər mənfəətliliyin artırılması ilə bağlı potensialın tam reallaşdırılmadığı, likvidlik göstəricilərinin təhlili ilə qısamüddətli aktivlərin qısamüddətli öhdəlikləri yerinə yetirmək vəziyyətini əks etdirən göstəricinin aşağı olduğu, borclanma və digər göstəricilərin təhlili ilə isə cəmiyyətin öhdəliklərinin xalis kapitalından çox olması səbəbindən maliyyə risklərinin yüksək olduğu, həmçinin təqdim olunan maliyyə hesabatlarının göstəricilərinə əsasən, hər səhmə düşən dividend məbləğinin azaldığı müəyyən edilib”, – deyə Palatanın açıqlamasında deyilir.

Hesablama Palatasının Kollegiyası tərəfindən yol verilmiş nöqsanların audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qalan nöqsanların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və təqdimat “Azərenerji”yə göndərilib.

Kollegiya qərarında “Azərenerji” ASC tərəfindən “Şirvan İES” MMC və “Bakı İEM” MMC tərəfindən istehsal olunan enerjinin iqtisadi göstəricilərinin aşağı olması, hər iki stansiya üzrə maddi resurslardan məhsuldar və daha səmərəli istifadə olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edilməsi də əksini tapıb.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Mənbə: oxu.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi ödəyiciləri barədə lətifələr (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Bir özbək dayanıb kabab satır, bu vaxt ona bir kişi yaxınlaşıb soruşur:

– Kabab hansı heyvanın ətindəndir?

– Qoyun ətindən.

– Qoyunu nə ilə bəsləmisən?

– Onu nəylə bəsləməmişəm ki, qırmızı, hətta qara kürü də vermişəm.

– Vergi müfəttişiyəm. Sənə 20 sutka cəza verirəm.

– Axı nə üçün?

– Ona görə ki, ölkədə böhrandı, sən qoyunu qırmızı, qara kürü ilə yemləyirsən.

– Qardaş bağışla, ilk dəfədir, bir də belə şeylər təkrarlanmaz, götür 20 şiş kabab sənin olsun.

Özbəyi buraxırlar. Ertəsi gün başqa bir kişi həmin özbəyə yaxınlaşıb soruşur:

-Kabab nədəndir?

– Qoyun ətindən.

 – Nə ilə bəsləmisən?

– Bilmirəm, qoyun zibilxanada otlayır.

– Sanitar epidemoloji stansiyadan gəlmişəm, sənə 20 sutka cəza verəcəm.

Özbək həmin kişiyə də 20 şiş kabab verib yola salır. Növbəti gün yenidən bir nəfər özbəyə yaxınlaşıb soruşur:

– Kabab hansı ətdəndir?

– Qoyun ətindən.

–  Nə ilə bəsləmisən?

– Bilmirəm, 10 rubl verirəm, özü gedib ürəyi istəyəni tapıb yeyir…

Açıq məkanda reklam üçün dövlət rüsumunun məbləği təsdiq edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 19 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-1-ci və 33-2.2-ci maddələrinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə bir kvadratmetr üçün (icazənin müddəti və reklam daşıyıcısının növü nəzərə alınmaqla) dövlət rüsumunun məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

 

Sıra nömrəsi

 

Reklam daşıyıcısının növü

 

İcazənin müddəti

Dövlət rüsumunun məbləği

(manatla)

1.1. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) 1 il 100,0
1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) 1 il 50,0
1.3. Təsvirin dinamik dəyişdiyi daşıyıcılar:
1.3.1. roller 1 il 40,0
1.3.2. prizmatron və s. 1 il 17,0
1.4. Hərəkətsiz daşıyıcılar:
1.4.1. transparant 1 il 20,0
1.4.2. ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) 1 il 17,0
1.4.3. bilbord, meqabord 1 il 15,0
1.4.4. kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (1.4.1–1.4.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) 1 il 10,0

2. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

2.1. Bakı şəhəri üzrə – 1;

2.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 0.8;

2.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə – 0,7;

2.4. digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5.

3. Müəyyən edilsin ki:

3.1. həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir;

3.2. birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir;

3.3. icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə 2-ci hissədə nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur;

3.4. icazə müddətinin uzadılması, həmçinin istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamının yerləşdirilməsi hallarında mövcud icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilir.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.