Dünya iqtisadiyyatının inkişafı hələ də böyük potensiala malikdir

posted in: iqtisadiyyat, Xəbər | 0

Blomberg agentliyi bildirir ki, dünya iqtisadiyyatı növbəti ildə 4 faizlik yüksəliş nümayiş etdirəcək. Goldman Sachs-ın proqnozlarına görə, cari ildə bu artım 3,7 faiz ətrafında olacaq.

Aparıcı maliyyə qruplarının iqtisadçıları hesab edirlər ki, müşahidə edilən iqtisadi inkişaf hələ böyük potensiala malikdir. Bu gün o, hər hansı bir coğrafi region, sektor və ya ehtiyac mənbəyindən elə də güclü asılılıqda deyil. Hər hansıbir əhəmiyyətli iqtisadi və ya maliyyə təhlükəsi müşahidə olunmur. Bir çox nəhəng iqtisadiyyatlar hazırda böhran ərəfəsi dövrlə müqayisədə daha yüksək səviyyədə qərarlaşıblar.

Sürətli yüksəlişə baxmayaraq, bəzi iqtisadiyyatlar hələ də yüksək inflyasiyadan əziyyət çəkirlər. Amma, tədqiqatçılar belə hesab edirlər ki, növbəti ildə müşahidə ediləcək yüksək inkişaf templəri mərkəzi banklar tərəfindən faiz göstəricilərinin artırılması üçün əlverişli şərait yaradacaq.

Ümumilikdə, dünya iqtisadiyyatı hazırda  son onilliyin ən yaxşı göstəricilərinə malikdir.

JPMorgan Chase & Co, Morgan Stanley, Societe Generale SA daha ehtiyatlı proqnozlar veriblər. Onların fikrincə, dünya iqtisadiyyatı növbəti ildə 3,7 faiz artım göstərəcək. Ən bədbin proqnoz isə Citigroup İnc-dən gəlib, onların proqnozuna görə artım 3,4 faiz təşkil edəcək.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Assosiasiya sədri: Azərbaycanda torpağa görə, həm mədən vergisi, həm icarə haqqı, həm də ayrıca torpaq vergisi alınır

posted in: Vergi, Xəbər | 0

İstehsalçı şirkətlər xaricdən alınan xammala görə rüsum ödəməməlidir. Onları rüsumdan azad etmək lazımdır ki, malın maya dəyəri aşağı olsun və xaricə xammala gedən valyutalar ixracat hesabına bərpa olunsun.

Bunu jurnalistlərə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun nəqliyyat xərclərinin azaldılması üçün də müəyyən təklifləri olacaq: “Nəqliyyat xərcləri ən mühüm məsələlərdən biridir. Bu gün həm ölkə daxilində, həm də ölkə xaricində tikinti materiallarını ixrac edəndə maya dəyərində nəqliyyat xərci 30% təşkil edir. Dünyanın heç bir ölkəsində belə bir fakt yoxdur. Ən çoxu 5% olmalıdır”.

Assosiasiya sədri torpaq vergisi ilə bağlı da problemlərin olduğunu açıqlayıb: “Qanunda deyilir ki, yerin təkindən istifadəyə görə, mədən vergisi ödənilir və onunla da yekunlaşmalıdır. Amma digər ölkələrdən fərqli olaraq bizdə, torpağa görə həm icarə pulu alırlar, həm də torpaq vergisi. Sual yaranır ki, biz torpaqdan istifadə etmiriksə, niyə torpaq vergisi ödəməliyik? Bəs mədən vergisini niyə ödəyirik? Bir şey ki, yerin təki ilə bağlıdır, orda torpaqdan söhbət gedə bilməz. Hesab edirəm ki, gələcəkdə lisenziyalar birbaşa istifadəyə verilməlidir. Orda hər hansı bir torpaq icarəsi yaxud torpaq vergisindən söhbət getməməlidir. Bu, həm Avropada, həm Türkiyədə, həm İranda, həm də Rusiyada belədir. Amma bizdə bu boşluq var”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Müxtəlif ölkələr haqqında maraqlı məlumatlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
Ən qədim suveren dövlət

Misir – suverenliyini qazanan ilk dövlətdir. Bu, e.ə 3100-cü ildə ilk sülalənin formalaşdığı dövrdə baş verib. Yeri gəlmişkən, suveren dövlət anlayışının özü çox gəncdir: bu anlayış təxminən XIX əsrdə formalaşıb.

Ən çox məhbusu olan ölkə

ABŞ dünyada adamların ən çox məhbəs qəfəsləri arxasında olduğu ölkədir, dünyada olan məhbusların 25 faizi məhz, bu ölkədə yaşayır. İkinci yerdə Çin durur (1,6 milyon), onun ardınca Braziliya gəlir (659 min nəfər) və üçüncü yerdə Rusiya (623 min nəfər) durur.

Əhalisinin əksəriyyətinin köklükdən əziyyət çəkdiyi ölkə

Nauru dünyada elə bir  ölkədir ki, əhalisinin böyük əksəriyyəti köklükdən əziyyət çəkir, orada insanlar çox yemək və az hərəkət etməyə vərdiş ediblər.

Yoxa çıxma təhlükəsi ilə üzbəüz olan ölkə

Maldiv Respublikası yaxın gələcəkdə su altında qala bilər. Ada ildən-ilə daha çox suya çökür.

 

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.