Azərbaycanda sahibkarlıq subyektləri 4 bölgü meyarı ilə təsnifləşdiriləcək

posted in: Xəbər | 0

Azərbaycan parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. Dəyişiklik sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini artırmaq üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üzrə təsnifləşdirilməsi məqsədilə hazırlanıb.

Dəyişikliyi nəzərdə tutan qanun layihəsi parlamentin 29 dekabr tarixli plenar iclasında müzakirə olunacaq.

Qanuna əlavə edilmiş 4.1 maddəyə görə, sahibkarlıq subyektlərinin bölgüsünə əsasən, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kiçik bizneslə məşğul olanların vergidən azad olunması təklif edilib

posted in: Vergi, Xəbər | 0

Millət vəkili Adil Əliyev kiçik bizneslə məşğul olan sahibkarların vergidən azad edilməsini təklif edib.

Millət vəkili bu barədə Milli Məclisdə Vergi Məcəlləsinin müzakirəsi zamanı fikir səsləndirib. Onun sözlərinə görə, manatın devalvasiyasından sonra parlamentdə təmsil etdiyi Nərimanov rayonunda kiçik bizneslə məşğul olan əksər dükan sahibləri müflis olub.

“Sahəsi 5 kvadratdan 100 kvadrat metrədək olan dükanların demək olar ki, əksəriyyəti bağlıdır. Bu insanların çoxu kiçik bizneslə məşğul olmaq üçün banklardan kredit götürüblər. Mən təklif edərdim ki, həmin ərazidə manitorinq aparılsın və bağlı qalan dükanların sahiblərinə 1-2 illik vergi amnistiyası təbiq olunsun. Onlar müəyyən olunan müddət ərzində vergidən azad edilsinlər və bu amnistiyanın hesabına banklara olan borclarını bağlasınlar”, – deyə millət vəkili əlavə edib.

Mənbə: baku.ws

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sahibkar Prezidentə müraciət etdi – Əsassız yazılan vergi cəriməsi ləğv edildi…

posted in: Vergi, Xəbər | 0

Çingiz İbrahimovdan, Yevlax, Azərbaycan

20 dekabr 2017, 14:20

Hörmətli cənab Prezident,

Sahibkar kimi mənə əsassız vergi cəriməsinin yazılması ilə əlaqədar Sizə müraciət etmişdim. Sizin göstərişinizlə müraciətimə operativ və ədalətli şəkildə baxıldı. Aidiyyəti dövlət orqanı yaranmış problemə aydınlıq gətirdi və narahatlıq doğuran məsələnin həll olunması üçün addımlar atıldı. Hazırda problemlərim həll olunub.

Möhtərəm cənab Prezident, müraciətimə diqqətlə yanaşılmasından və problemlərimin həll olunmasından çox razı qaldım. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, mən və ailəm Sizin daxili və xarici siyasətinizi, sahibkarlığın inkişafına verdiyiniz yüksək dövlət dəstəyini, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara və imkansız ailələrə olan qayğısını daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

İbrahimov Çingiz Muxtar oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnflyasiya ilə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

İnflyasiya ilə əlaqəli hadisələr elə də əyləncəli görünmür, lakin iqtisadiyyat tarixində bununla bağlı maraqlı faktlar da az deyil. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırıq.

  1. Zimbabvedə inflyasiya 20 və 21-ci əsrlərdə bütün rekordları qırıb. 2008-ci ildə bu ölkədə (rəsmi məlumatlara əsasında) inflyasiya 231 milyon faiz təşkil edib, qeyri-rəsmi məlumatlara görə isə 6,5×10108% (6,5 kvinkvatriqintilliyon%) təşkil edib. Məsələn, 2008-ci il iyulun 4-də saat 17:00-da bir banka pivə 100 milyard Zimbabve dollarına satılıbsa, saat 18:00-da isə bundan 50 milyard dollar baha satılıb. Zimbabve kağız əskinaslar üzərində ən çox sayda sıfırlar olan pullara malikdir (100 000 000 000 000).
  2. Dünya tarixində müharibədən sonra ən böyük inflyasiya Macarıstanda baş verib. 1945-46-cı illərdə bu ölkədə inflyasiya elə sürətlə gedib ki, bu prosesi hiper inflyasiya adlandırmaq daha düzgün olardı. Ölkədə hər 15 saatdan bir qiymətlər ikiqat yüksəlib (4,19×1016%). 1945-ci ilin ortalarında isə dolların kursuna nisbətdə bu 1320×1 səviyyəsinə qalxdı. İlin sonuna yaxın isə bir dollara nisbətdə kurs  125 min pengöyə düşdü. 1946-cı ildə vəziyyətin sabitləşdirilməsindən ötrü yeni valyuta, “adopengö”erzas-valyuta (vergi pengösü) dövriyyəyə buraxıldı. Amma, üç ay sonra, 1946-cı ilin aprel ayından adopengönün kursu üç dəfə ucuzlaşdı, martın sonunda 1 ABŞ dolları 40 000 adopengö və ya 1 750 000 adi pengöyə bərabər oldu. 1946-cı ilin aprelində isə macar valyutası ifrat həddə ucuzlaşdı, mayın 1-də 1 dollar 94 milyon adopengö və ya 59 milyard pengöyə bərabər oldu. Macar hökuməti vəziyyəti sabitləşdirməkdən ötrü növbəti addıma getməli oldu, bu dəfə kağız əskinaslar üzərindəki çoxsaylı sıfırlar yığışdırıldı və bir milyon pengö “1 milpengöyə” çevrildi. 1946-cı ilin aprelində inflyasiya sutkada 400 faizə çatdı, qiymətlər hər gün 5 dəfə yüksəlirdi – əskinaslar anidən qiymətdən düşürdü. Mayın sonunda 1 milyard milpengö (1 kvadrilyon pengö) artıq 2,4 ABŞ sentinə bərabər idi.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.