ADAU tələbələri Mühasibatlıq üzrə I Olimpiadanın qalibi olublar

posted in: muhasibat, Xəbər | 0

ADAU tələbələri Mühasibatlıq üzrə I Olimpiadanın qalibi olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Azərbaycan Texnologiya Universitetində təşkil olunan müsabiqədə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri fəal iştirak edərək ilk yerləri tutublar.

Olimpiada iştirakçıları Gəncədə yerləşən ali təhsil müəssisələrində mühasibat uçotu ixtisaslarında təhsil alan tələbələr arasından 11-13 dekabr tarixlərində keçirilən görüşlər əsasında seçilib. Olimpiadada tələbələr 2 saat ərzində Maliyyə Nazirliyinin Elm-tədris mərkəzi tərəfindən hazırlanan 50 suala cavab verməyə çalışıblar. Cavablar dərhal ekspert qrupu tərəfindən yoxlanılaraq qaliblər müəyyən edilib. Nəticələrə əsasən ADAU-nun tələbəsi Nemət Zülfüqarlı 92 bal toplayaraq olimpiadanın qalibi olub. ADAU-nun təhsil ocağının tələbələri Vahid Göyüşov 2-ci yerə, Sərxan Əsgərov və Sabir Mehdiyev 3-cü yerə layiq görülüblər. Sonrakı 7 yerdən 5-i də ADAU tələbələrinin payına düşüb.

Mükafatlandırma mərasimində qaliblərə diplom və qiymətli hədiyyələr, digər bütün iştirakçılara isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub.

Mənbə: www.mektebgushesi.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bir neçə adda mal idxal gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki poladdan hazırlanmış prokatlar  və qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) idxal gömrük rüsumundan azad edilib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər və elektrotexniki poladdan hazırlanmış prokatlara 0,50 faiz, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələrinə (şixta külçələri) 5 faiz idzal gömrük rüsumu tətbiq olunur. Dəmir filizinin birbaşa reduksiya məhsulları və parça, okatış və ya analoji formalarda olan digər məsaməli dəmir, tərkibində əsas elementin miqdarı minimum 99,94 faiz olan parça, okatış və ya analoji formalarda dəmir qrupundan dəmir filizinin birbaşa reduksiya məhsulları da 5 faiz idxal gömrük rüsumundan azad edilib. Bu qrupdan digər mallar üçün 5 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb. Poladlıq və güzgü çuqundan, qara metallardan qranullar və tozlar, külçələr və ya digər ilkin formalarda dəmir və aşqarlanmamış polad, eni 600 mm və ya daha çox olan, soyuq vəziyyətdə yayılmış (soyuq vəziyyətdə sıxılmış), üzərinə metal çəkilməmiş, qalvanik və ya başqa örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat, eni 600 mm və ya daha çox olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüklü, dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokata tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Eyni zamanda korroziyaya davamlı polad və aşqarlanmış poladların digər növləri -qazma işləri üçün aşqarlanmış və aşqarlanmamış poladlardan içiboş çubuqlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu dəyişməyib.

Dəmirdən və ya aşqarlanmamış poladdan yarımfabrikatlar qrupundan eni ikiqat qalınlığından az olan düzbucaqlı (kvadrat da daxil olmaqla) en kəsikli 0,25 kütlə % və ya daha çox, lakin 0,6 %-dən az karbon olan yarımfabrikatlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu gələn ildən 3 dəfə qaldırılır. Bu qrupdan digər yarmıfabrikatlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu gələn il də qüvvədə olacaq. Eni 600 mm və ya daha çox olan, isti yayılmış, üzərinə metal çəkilməmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokata tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qalınlığı 3 mm-dən az olan məlumatlar istisna ilə, 2017-ci ildə tətbiq edilməyə davam ediləcək. Bu qrupda rulonlarda, isti yaymadan başqa sonrakı emala məruz qalmamış, aşındırılmış, digər məmulatlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu ləğv olunub. Ancaq dörd tərəfi və ya düzbucaqlı bağlı kalibrdə yayılmış, eni 1250 mm-dən çox olmayan və qalınlığı 3 mm-dən az olan məlumatlar üçün 5 faiz idxal gömrük rüsumu dəyişməyib.

Döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuşdaxil olmaqla dəmirdən və ya  aşqarlanmamış poladdan digər çubuqlara tətbiq edilən idxal gömrük rüsumuna gəlincə, bu qrupdan döyülmüş, yayma prosesində alınan oyuqları, çıxıntıları, şırımları və ya digər deformasiyaları olan və ya yaymadan sonra burulmuş çubuqlara  tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qüvvədə qalıb. Tərkibində karbonun miqdarı 0,25 %-dən az olan, dairəvi en kəsikli, diametri 80 mm, 80 mm-dən az və çox olan betonun armaturlaşdırılması üçün istifadə olunan çubuqlara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da dəyişməyib. Tərkibində karbonun miqdarı 0,25 %-dən az olan dairəvi en kəsikli, diametri 80 mm, o cümlədən 80 mm-dən az və çox olan çubuqlara və tərkibində 0,25 % və ya daha çox karbon olan dairəvi en kəsikli, diametri 80 mm, o cümədən 80 mm-dən az və çox olan çubuqlara tətbiq edilən 10 faiz idxal gömrük rüsumu gələn ildən 15 faiz olacaq.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Banklararası hesablaşmalar kriptovalyuta ilə aparılacaq

posted in: Xəbər | 0

BƏƏ və Səudiyyə Ərəbistanı banklararası hesablaşmaları kriptovalyuta ilə aparacaq.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkənin bankları arasında hesablaşmalarda istifadə olunacaq yeni kriptovalyutanın tətbiqinə hazırlaşır.

Bu açıqlamanı BƏƏ Mərkəzi Bankının sədri Mubarək Rəşid əl-Mansuri “Gulf News” agentliyinə bildirib.

Əl-Mansuri qeyd edib ki, yeni kriptovalyuta blokçeyn texnologiyası əsasında işlənib hazırlanacaq. Fiziki şəxslərin bu kriptovalyutaya girişi mümkün olmayacaq. Kriptovalyuta ancaq BƏƏ və Səudiyyə Ərəbistanı mərkəzi bankları və kommersiya bankları arasında hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunacaq.

“Bu, banklar və mərkəzi bankların apardığı əməliyyatların rəqəmsallaşmasıdır”, – Əl-Mansuri əlavə edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Banklar haqqında qanuna dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 803-VQD nömrəli Qanunu) 41.2-ci maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Bank müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.