Mühasiblər üçün ödənişsiz seminar!

posted in: muhasibat, Məqalə, Xəbər | 0

ELAN 
MMF Seminar

24 dekabr 2017-ci il tarixində saat 10:00-da Milli Mühasiblər Forumunun bir qrup spikerləri olan tanınmış mühasib və audit sahəsinin mütəxəssisləri Mehdi Babayev, Radil Fətullayev, Kəmaləddin Quliyev və Emin Səttarov Forum qabağı seminar keçirəcəklər.

Seminarın əsas mövzuları aşağıdakılardlr:
– Sadələşdirilmiş vergi bəyannaməsinin və mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin və “verginin hesablanması” bölməsinin mühasibat uçotu məlumatları əsasında düzgün doldurulması qaydası.
– Elektron qaimə fakturaların tətbiqi ilə əlaqədar yeniliklər, elektron qaimə fakturaların praktiki tərtibatı, təqdim edilməsi, elektron imzalama və digər tətbiqlərin müsbət tərəfləri və yarana biləcək cətinliklərin aradan qaldırılması yolları.
– Vergi orqanı tərəfindən göndərilən uyğunsuzluq məktublarının (kameralların) kompleks cavablandırılması yolları.
– Kredit almaq məqsədilə müəssisənin maliyyə təhlilinin aparılması.
– Digər daha maraqlı və mühasibatlığa dair praktik aktulal məsələlər barədə peşəkar izahların verilməsi.
– İştirakçılar tərəfindən verilən sualların cavablandırılması.

Tədbirin Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK-nın) Akt zalında baş tutması planlaşdırılır.
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə (Azərneftkimyamaşın binası, Kral şadlıq sarayı ilə üzbəüz).

Qeydiyyat üçün e-poçt ünvanına soyad, ad, ata adı, iş yeri, vəzifə, e-mail və telefon nömrənizi göndərməyiniz xahiş olunur.

Əlavə məlumat üçün əlaqə telefonu:
(012) 480 28 45
(070) 511 77 31
(055) 333 76 90
Əlaqələndirici şəxs: Nəzir Xalid

Mənbə: mmf.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib dahi ünsiyyətçidirmi? (Son – 9-cu hissə)

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin sizin üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

Son – 9-cu hissə

Bəli bu çox güclü arqumentdir, lakin, nədənsə biz incik qalırıq və xəyal qırıqlığı yaşayırıq. Unutmayın ki, istifadəçi öz məqsədlərindən ötrü sizdən istifadə edir və sizə tələ quran odur, hansı ki, ora düşmüsünüz. (Məqalənin əvvəlki hissəsində istifadəçi insanlardan söz açmışdıq).

Vərdiş etdiyiniz davranış sxemini dəyişdirməyi təcrübədən keçirin və görəcəksiniz ki, o tamamilə başqa cür danışmağa başlayacaq. Ola bilsin bundan sonra o, “Əxlaq” istifadəçisinə çevriləcək və sizi vicdanlı olmağa, etika və əxlaq normalarına əməl etməyə və hətta şərəfli olmağa səsləyəcək, sizdə günahkarlıq hisslərini oyandırmağa çalışacaq. Onlar bilirlər ki, insanlar xoşagəlməz vəziyyətdə qalmağı sevmirlər, ona görə belə vəziyyətdən çıxmaq və daha yaxşı görünməkdən ötrü çox şeyə gedə bilərlər.

İstifadəçilərin hansı tipə aid olmasından asılı olmayaraq, onlar həmişə bizim dəyərlərimiz və zəifliklərimiz üzərində oyun qururlar. Ünsiyyətçilik qabiliyyəti özündə müxtəlif adamlarla konstruktiv partnyorluq, münaqişəsiz münasibətlər qurmaq bacarığını ehtiva edir.

Əməkdaşlara motivasiya vermək, yaxşı emosional mühit yaratmaq, adamların şəxsi keyfiyyətlərini nəzərə almaq – bunun özü də ünsiyyət qabiliyyətidir. Eyni zamanda istifadəçiləri tanımaq və onlara qarşı dirəniş göstərməyi bacarmaq da çox mühümdür.

Məqalənin 8-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 556

Bakı şəhəri, 15 dekabr 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il
28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş
“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər
edilməsi barədə

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na aşağıdakı
məzmunda 44-47-ci hissələr əlavə edilsin:

44. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödədiyi
illik haqq
45. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq
46. Nəzarət markasının alınmasına görə haqq
47. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq

Azərbaycan Respublikasının
                                                                      Baş naziri                                         Artur Rasi-zadə  

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergidən yayınmaq üçün köhnə qoca dostlar evləndi

posted in: Vergi, Xəbər | 0

 

İrlandiyada iki dostun qeyri-adi üsulla vergidən yayınması hakim dairələri belə şoka salıb. 

Məsələ 85 yaşlı Matt-in evini 30 illik dostu Michael-a vəsiyyət etmək istəməsi zamanı qarşıya çıxan vergi problemindən sonra ortaya çıxıb. Belə ki, yerli qanunvericiliyə görə, Matt-in evinə sahib olmaq üçün Michael evin ümumi dəyərinin 33 faizi məbləğində vergi verməli olub. Bundan yan keçmək üçün qoca dostlar evlənmək qərarına gəliblər. Formal olaraq qəbul edilən qərar onları əlavə pul ödəməkdən azad edib.

Mənbə: atv.az

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.