Avropa İttifaqı elektron ticarət üçün yeni ƏDV qaydalarını təsdiqləyib

posted in: Vergi, Xəbər | 0

Avropa İttifaqının iqtisadiyyat və maliyyə nazirlərinin təsdiq etdikləri qaydalar mal və xidmətlərin online alınması zamanı əlavə dəyər vergisinin yığılmasının asanlaşdırılmasına şərait yaradır.

Yeni qaydalar ƏDV-nin məsafədən qeydiyyata alınması üçün Aİ-nin “vahid pəncərə”sini genişləndirir, quruma daxil olmayan ölkələrdən alınan və qiyməti 150 avrodan artıq əməliyyatlar üçün yeni portal yaradılır. Aİ Şurasının şərhinə görə, bu dəyişiklik hər bir üzv dövlətdəki internet provayderlərinin ƏDV qeydiyyatından yayınmasının qarşısını almağa imkan verəcək. Aİ-nin açıqladığı statistikada göstərilir ki, yeni qaydalar əsasında yaranan öhdəliklərdən irəli gələrək şirkətlər mal və xidmətləri satdıqları hər bir Aİ ölkəsində 8000 avro xərcləyəcəklər. Bu norma şirkətlərə 2,3 milyard avroya qənaət etməyə şərait yaradacaq və üzv dövlətlərin ƏDV yığımını ümumilikdə 7 milyard avro artıracaq.

Bundan əlavə, yeni qaydaların izahına əsasən, ƏDV alıcı ölkədə ödəniləcək və online platformalara onu məsafədə həyata keçirilmiş tranzaksiyalardan tutmağa imkan verəcək. Digər tərəfdənsə, kiçik biznes subyektləri üçün şərtlər sadələşdirilir, startaplar və dəyəri 10 min avrodan az olan transsərhəd əməliyyatları isə əvvəlki kimi yerli qanunvericiliklə tənzimlənəcək.

Nəhayət, sui-istifadənin qarşısının alınması məqsədilə Aİ-dən kənardakı ölkələrdən dəyəri 22 mindən az olan kiçik məbləğli alışlar üçün tətbiq olunan istisna ləğv edilir: Aİ ölkələrindən idxal olunan və ƏDV tutulmayan malların illik məbləği, bu istisnaya görə 150 milyon avroya çatır.

Avropa Birliyinin iqtisadi və valyuta məsələlərinə məsul şəxs Pyer Moskovisi qeyd etmişdir ki, üzv ölkələrə aid olmayan şirkətlər “Avropa istehlakçılarına həm birbaşa, həm də online platformalar vasitəsilə satışlar üçün güzəştli rejimdən istifadə edə bilməyəcəklər”

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Azərsu” auditor seçir

posted in: Audit, Xəbər | 0

“Azərsu” ASC beynəlxalq standartların tələblərinə uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentindən ala bilərlər.

Tenderdə iştirak haqqı 300 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 yanvar 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 5 fevral 2018-ci il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 6 fevral 2018-ci il saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Mənbə: www.apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycana idxal edilən uçuş aparatları vergidən azad olunur

posted in: Vergi, Xəbər | 0

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.

Bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir. Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni-164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: gundeminfo.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qiymətli kağızlar bazarı haqqında qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712) aşağıdakı məzmunda 17.3-cü və 30.7-ci maddələr əlavə edilsin:

“17.3. Mərkəzi depozitar müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

30.7. İnvestisiya şirkəti müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

Mənbə: www.president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.