Siz özünüzü qıdıqlaya bilməzsiniz!

posted in: Məqalə | 0

 

Məlum olduğu kimi, mühasibat işi də intellektual fəaliyyət sahəsi hesab olunur və bu sahədə çalışan adamlardan yüksək bacarıq və vərdişlər, yaddaş qabiliyyəti və s. tələb olunur. Bu yazıda yaddaş və beynin işi haqqında maraqlı faktlar barədə məlumat verəcəyik.

Birinci fakt.
Siz özünüzü qıdıqlaya bilməzsiniz!

Xəstəni müşahidə edən həkim adətən ondan əllərini yuxarı qaldırmağı xahiş edir. Görəsən niyə? Çünki siz qıdıqdan qorxmayasınız deyə. Baxmayaraq ki, siz nə qədər istəsəniz belə özünüzü qıdıqlaya bilməyəcəksiniz və bu zaman həmin duyğunu yaşaya bilməyəcəksiniz.

Bu ondan irəli gəlir ki, beynimiz daha mühüm şeylərə, ətraf aləmdən gələn siqnallara fokuslaşıb, hansı ki, bu qədər duyğu ola-ola diqqətimiz lazımsız hərəkətlərimizə köklənməsin. Beynin bir hissəsi bu məqsədlər üçün mövcuddur, hansı ki, öz təmasımızı yad təmaslardan fərqləndirir və bu zaman gələn siqnalı generasiya edir. Beynin bu hissəsi onun ümumi həcminin 1/8-ni təşkil edir və 113 qr çəkiyə malikdir. Kiçikliyinə baxmayaraq, beynin bu hissəsi duyğu təsirlərimizin nəticələrini proqnozlaşdırır. Əgər, proqnoz faktiki sensor məlumatlara müvafiq gəlirsə, onda beyin bunun təhlükəsiz olduğunu bilir və bu səbəbdən onu gözardı edir.

Nəticə – Siz özünüzü qıdıqlaya bilməyəcəksiniz! Beyniniz bunu etməyə sizə imkan verməyəcək!

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Elektron imza şəxsiyyət vəsiqələrində olacaq

posted in: Xəbər | 0

Gələn ildən Azərbaycan vətəndaşlarına veriləcək yeni növ şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Bu elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Onun sözlərinə görə, elektron xidmətlərdən yeni şəxsiyyət vəsiqələri ilə istifadə etmək imkanı yaranacaq.

Bildirək ki, həmin şəxsiyyət vəsiqələri 5 il müddətinə verildiyi üçün imzalar da bu müddətdə qüvvədə olacaq. Qeyd edək ki, hazırda ölkədə mövcud olan elektron imzalar 3 illik verilir.

Mənbə: www.report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maddi imkanı olmayan şəxslər üçün mühasibat uçotu üzrə təlim layihəsi

posted in: muhasibat, Xəbər | 0

 

Maliyyə Elm-Tədris Mərkəzi maddi imkanı olmayan şəxslər üçün mühasibat uçotu üzrə təlim layihəsi hazırlayıb. Qeydiyyatdan keçmək üçün özünüz haqqında məlumatı ünvanına göndərməlisiniz.

Seçim zamanı ilk olaraq, şəhid ailələrinə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, əlillik dərəcəsi olanlara, məcburi köçkünlərə üstünlük veriləcəkdir.

Mənbə: Maliyyə Elm-Tədris Mərkəzi

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yeni Vergilər naziri təyin olundu

posted in: Vergi, Xəbər | 0

 

Prezident İlham Əliyev “M.Ç.Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncam ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.

Prezidentin digər bir sərəncamı ilə, Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilib.

Mikayıl Cabbarov təhsil naziri idi.

Qeyd edək ki, Vergilər naziri bu gün iclas keçirmişdi.

Mənbə: marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.