ƏDV ödəyicisi 30.000 manatdan çox olan borcunu nağd qaytara bilər?

posted in: Vergi, Xəbər | 0

Sual:  ƏDV ödəyicisi MMC tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxsdən 70.000 Azn nağd qaydada borc alınmışdır. Həmin vəsait nağd qaydada 70.000 Azn kimi bir təqvim ayi ərzində geri qaytara bilərmi?

Cavab: Bildiririk ki, ƏDV ödəyicisi tərəfindən ay ərzində aparılan nağd hesablaşmalar, o cümlədən də vergi orqanında uçotda olmayan fiziki şəxsdən alınmış borcun qaytarılması məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən həddən, yəni 30 000 manatdan artıq olmamalıdır.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, hüquqi şəxslə fiziki şəxs mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən qarşılıqlı surətdə asılı olan fiziki şəxs tərəfindən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bax: Vergi Məcəlləsinin 14-cü110-cu və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyinin ƏDV ilə bağlı məlumatı

posted in: Vergi, Xəbər | 0

Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.

1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur.

Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər      1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.

Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişin daşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ehtiyac meyarı artırılır

posted in: Maliyyə, Xəbər | 0

 

Azərbaycanda gələn il üçün ehtiyac meyarı ilkin proqnozla müqayisədə 14 manat və yaxud 12% artırılır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

“Ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, 2018-ci il ehtiyac meyarı 130 manata çatdırılır. Bu, ölkə prezidentinin əhalinin sosial müdafiəsinin gücləndirməsinə dəstəyini ifadə edir”, – deyə nazir qeyd edib.

Mənbə: report.az

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yaşayış minimumu təsdiq edilib

posted in: Xəbər | 0

Dekabrın 1-i parlament “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini təsdiq edib.

2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat proqnozlaşdırılır.

2017-ci ildə yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manatdır.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.