Audit xidmətinə görə bitcoinlə də ödəmə qəbul edilir

posted in: Audit, Xəbər | 0

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti göstərdiyi xidmətə görə ilk dəfə olaraq bitcoində ödəmə qəbul edib. Bu barədə Şirkətin Honq-Konq ofisindən məlumat verilib.

Məlumatda həmçinin bildirilir ki, “PwC” bundan sonra kriptovalyutaların ilkin emissiyası, kriptovalyuta birjaları və kripto-fondlarla bağlı konsaltinq xidmətləri göstərəcək.

“Bu qərar Şirkətimizin yeni texnologiyalar və innovativ biznes-modellərini bütün xidmət spektri üzrə tətbiq etdiyimizi göstərəcək. Həmçinin aldığımız qərar, bitcoin və digər məşhur kriptovalyutaların geniş qəbul edilmiş hesablaşma vasitəsinə çevrildiyini əks etdirəcək”, – deyə şirkətin Asiya-Sakit Okean regionu üzrə rəhbəri Reymund Çao (Raymund Chao) bildirib.

Xatırladaq ki, dekabr ayının 18-dən etibarən ABŞ-ın CME və CBOE birjaları bitkoinlə fyuçers əməliyyatlarına başlayacaq. Hazırda bitcoinin qiyməti isə 11 300 dollara bərabərdir.

Mənbə: www.report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Beynəlxalq Mühasibat Uçotunun Əsasları” üzrə təqaüd proqramı

posted in: muhasibat, Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi tələbələr üçün ödənişsiz təqaüd proqramı elan edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin BAKALAVR və MAGİSTR pilləsində təhsil alan TƏLƏBƏLƏRİN nəzərinə!

Maliyyə Elm-Tədris Mərkəzi hər zaman ənənəsinə sadiq qalaraq respublikamızda mühasibat uçotunun inkişafına dəstək məqsədi ilə “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” fənni üzrə təqaüd proqramı elan edir.

Təlimdə iştirak etmək istəyən tələbələrin 2017-ci il 25 dekabr tarixinədək qeydiyyatdan keçmələri tələb olunur.

Seçim müsahibə əsasında aparılacaqdır və müvəffəqiyyət qazanan 20 nəfərə Mərkəzin hesabına ÖDƏNİŞSİZ təlim keçiriləcəkdir.

Qeydiyyata düşmək üçün:

Əlaqə telefonu: +(994) 12 404 81 59;

E-poçt: " target="_blank" rel="noopener">.

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

Mənbə: www.marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

96 yaşlı mühasibə 4 il həbs

posted in: Məqalə, Xəbər | 0

Aşağı Saksoniyada Tselle alman şəhər məhkəməsi “Osventsimin mühasibi” kimi tanınan 96 yaşlı Oskar Gröning barədə hökm çıxarıb. Hökmə görə o, 4 il həbs cəzası çəkməlidir. Bu haqda Spiegel nəşri məlumat yayıb.

2015-ci ilin iyulunda özünün bilavasitə iştirakı olmasa da Gröning 300 min insanın qətlində təqsirli bilinərək dörd il müddətinə həbsə məhkum edilib.

Onun vəkilləri apellyasiya şikayəti verərək, müdafiəçisi olduğu şəxsin sağlamlığı səbəbiylə bu cəzanı çəkmək iqtidarında olmadığını bildiriblər, amma məhkəmə qərar verib ki, məhbus elə həbsxana şəraitində zəruri olan tibbi xidmətlə təmin olunur.

Gröning 1942-ci ildən 1944-cü ilə qədər Osventsim həbs düşərgəsində xidmət edib. Onun əsas vəzifəsi ölüm düşərgəsinə gətirilən insanların pullarını və digər qiymətli əşyalarını qəbul etməkdən ibarət olub. Sonra isə Grening toplanmış vəsaitləri Berlinə yola salırmış.

Osventsim həbs düşərgəsi Polşada Krakov şəhərindən 60 km-lik məsafədə yerləşib. Bu ölüm düşərgəsi almanların yaratdığı ən böyüyüdür, eyni zamanda yəhudi soyqırımı – Xolokostun başlıca simvollarından hesab olunur. Müxtəlif hesablamalara görə, Osventsimdə 1,4 milyon insan qətlə yetirilib ki, onların da bir milyondan çoxu yəhudi olub. Hazırda həbs düşərgəsinin ərazisində muzey fəaliyyət göstərir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Trump-ın bu ilki ən mühüm uğuru-vergilər 35%-dən 20%-ə endirildi

posted in: Vergi, Xəbər | 0

ABŞ Senatı ölkənin vergi sistemində son 30 ilin ən iri dəyişikliklərini nəzərdə tutan 1,5 trilyon dollarlıq vergi layihəsini az fərqlə təsdiq edib. Respublikaçı senatorların mübahisəli vergi layihəsi 51 səslə qəbul edilib.

Amerika şirkətləri üçün vergini 35 faizdən 20 faizə endirəcək layihənin Senatdan keçməsi ABŞ prezidenti Donald Trump və Respublikaçılar Partiyasının bu ilki ən mühüm uğuru kimi qiymətləndirilib.

Demokrat senatorlar 1,5 trilyon dollarlıq vergi layihəsini təhlil etmək üçün səsvermənin bazar ertəsinə təxirə salınmasını təklif edib, ancaq Respublikaçılar bu təklifi yekdilliklə rədd edib. Demokratların dəyişiklik təklifləri də Respublikaçılar tərəfindən əngəllənib.

Layihə Konqresdə qəbul edilərsə, Trump sənədi imzalayacaq.

Son 30 ilin ən böyük vergi güzəştlərini əks etdirən vergi layihəsinin il bitmədən masasında olmasını istəyən Tramp deyib ki, Amerika miqyasında çalışqan ailələrə böyük vergi güzəştləri təmin etməyə bir addım da yaxınlaşdıq.

Mənbə: sputnik.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.