Böhran Dövründə Mənfəətliliyin Artırılması modulu üzrə Master Klass

posted in: Xəbər | 0

Şirkət rəhbərlərinin diqqətinə!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə Business Group Ltd. marketinq və konsaltinq agentliyi tərəfindən “İstehsal və Topdansatış Fəaliyyət” sahəsi üzrə BÖHRAN DÖVRÜNDƏ MƏNFƏƏTLİLİYİN ARTIRILMASI modulu tərtib edilmişdir.  Sözügedən modulun master klassı biznes məsləhətçisi Yusif Əliyev tərəfindən təqdim olunacaqdır.

Sizi bu master klassda iştirak etməyə dəvət edirik.

Master klassın keçirildiyi tarix: 08.12.2017

Master klassın yeri: ASK ofisi, akad. Həsən Əliyev küç, 57

Master klassın müddəti: 14.00 – 17.00

Hədəf qrupu: Qərarverici şəxslər

Qeyd edək ki, master klassda iştirakçı sayı məhduddur. İştirak etmək üçün linkdə daxil olaraq  https://ask10.typeform.com/to/QYdZUe  qeydiyyatdan keçmək mütləqdir.

Master klass ödənişsiz əsaslarla keçiriləcəkdir.

Əlaqələnddirici şəxs: Elmira Balıyeva

Tel: +994 12 4657242

E-mail: 

Mənbə: ask.org.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Taksi xidmətlərinə görə ƏDV necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda UBER, “Taxify” və s. taksi xidmətindən istifadəyə görə tətbiqi gözlənilən 18%-lik əlavə dəyər vergisi (ƏDV) bütün ödənişləri əhatə etməyəcək.

Bank dairələrindən alınan məlumata görə, ölkə ərazisində qeyri-rezidentlərin xidmət haqqı həm yerli, həm də xarici banklara aid plastik kartlarla ödənilə bilər.

ƏDV-ni yalnız yerli banklara məxsus kartlarla edilən ödənişlərdən tutmaq mümkündür. Xarici banklara məxsus kart hesabından vergi tutmaq isə texniki baxımdan mümkün deyil.

Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən qeyri-adi vergilər (4-cü hissə)

posted in: Məqalə, Vergi | 0

Yağış vergisi

Bu vergi növü Litvada tətbiq olunub. Şəhər hakimiyyət orqanları yağış kanalizasiyalarının təmiri üçün vəsait əldə etmək məqsədilə vergi tətbiq etməyə məcbur olub. Qərarda belə deyilirdi ki, şəhər sakinləri yağış zamanı sututarların qurulması ilə məşğul olmalı, ya da dövlətə vergi ödəməlidilər. Belə ki, hər il baş verən yağışlar mövsümü bələdiyyə idarələri üçün əsl fəlakətə səbəb olurdu. Məmurların söylədiyinə görə mövcud kanalizasiya sistemləri və təmizləyici qurğular işin öhdəsindən gələ bilmir, buna müvafiq olaraq əlavə xərclər tələb olunur.

Həmrəylik vergisi

Belə bir vergi AFR ilə ADR-in birləşməsindən sonra Almaniyada tətbiq olunub. Səbəb isə çox sadə idi, belə ki, iki alman dövləti birləşərkən,  şərq torpaqları inkişaf səviyyəsinə qərb torpaqlarından xeyli geridə qalırdı. Və bu geriliyi aradan qaldırmaqdan ötrü 2 trilyon marka dəyərində sərmayə qoyuluşu tələb olunurdu. Buna görə 1991-ci ildə həmrəylik vergisi deyilən xüsusi bir vergi tətbiq edildi. Birləşməni maliyyələşdirməkdən ötrü gəlir vergisindən 5,5% həmrəylik vergisi tutulmağa başlandı.

 

Rus dilinə görə vergi

 

Rus dilindən istifadəyə görə vergi Estoniyada tətbiq edilib. Avropa Birliyinə daxil olduqdan sonra Estoniyanın Rusiyada səfiri işləmiş Mart Helme respublikada belə bir verginin tətbiqini təklif etmişdi. Siyasətçinin sözlərinə görə, “eston dilinin qorunması zəruridir” və bunun ən sadə və ağıllı yolu, cibə zərbə vurmağa yönələn tədbirlər ola bilər. Estoniyada rus dilindən istifadəyə görə xüsusi vergi tətbiq edilməlidir. Telekanalların rus dilində verilişlərinə baxmaq istəyən hər bir şəxs bunun üçün saniyə hesabilə pul ödəməlidir və bu da elə bir məbləğ təşkil etməlidir ki, insanlar həmin verilişlərə baxmaqdan imtina etməli olacaqlar. Yazılı mətbuat üçün isə vergi çap işarəsi və ya materialın hər kv sm nəzərə alınmaqla tutulmalıdır”.

 

Kazinoda oynama, vergidən azad ol

Yeni vergi növü tətbiq etməyən, hətta vergidən azad edən ölkələr də olurmuş. Belə ölkələrdən biri Monako knyazlığıdır. Məlum olduğu kimi, knyazlığın ərazisində yerləşən Monte-Karlo şəhəri həm də öz kazinoları ilə məşhurdur. Maraqlıdır ki, Monte-Karlodakı kazinoların oyun zallarında yalnız əcnəbi vətəndaşlar oynaya bilər. Hələ XIX əsrdə, oyun sənayesini inkişaf etdirməyi planlaşdırarkən, belə bir qərar qəbul olunub. Yerli sakinlər isə kompensasiya kimi gəlir vergisi ödəməkdən azad ediliblər. Baham adalarındakı kazinolarda da oxşar qadağa tətbiq olunub. Çox güman ki, bu qərarı qəbul etməklə, sözügedən ölkələr həm də öz vətəndaşlarının mənafelərini düşünüblər.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qeyri-rezidentə görə avans ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

posted in: Vergi, Xəbər | 0

 

Sual: Qeyri-rezident Azərbaycanda ƏDV ödəyicisi olan rezident şirkət üçün May 2017 dövründə xidmət göstərmişdir. Amma ƏDV məbləği Aprel 2017 dövründə ödənilmişdir. Sual olunur ki, əvəzləşmə dövrü nə zamandır? Hansı dövrün ƏDV bəyannaməsində əvəzləşməyə salınmalıdır. Xahiş olunur ətraflı izah verəsiniz.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sorğunuzda qeyd olunan halda əvəzləşdirmə may ayının ƏDV bəyannaməsində qeyd olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 169-cu və 175-ci maddələri.

Mənbə: taxes.gov.az

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.