Mühasibatlıq sahəsində görkəmli alimlər (Jan Gustav Kursel-Senel)

posted in: muhasibat, Məqalə | 0

Jan Gustav Kursel-Senel (1813-1892) – görkəmli fransız iqtisadçısı, Santyaqo universitetinin və Parisdəki ali məktəbin professoru, fransız mühasibatlıq düşüncəsinin görkəmli nümayəndələrindən biri.

Liberalizmin qəti tərəfdarı olan Jan Gustav, təsərrüfat prosesləri və onları idarəetmə metodlarını  əks etdirən orijinal mühasibatlıq konsepsiyasını və tətbiqi iqtisadiyyat nəzəriyyəsini yaradıb. Mühasibatlığın idarəetmə məqsədlərini qeyd edən Kursel-Senel yazırdı: “Uçot elmini bilmək hamıya vacibdir, lakin rəhbərlik edənlər üçün bunu öyrənmək bilavasitə zəruridir”. “Sərmayənin dövriyyəsi nə qədər yavaşdırsa, mühasibatlıq bir o qədər zəruridir”. Filiallar üzrə mərkəzləşdirilməmiş uçot işi şəraitində uçotun təşkili və balansın hesablanması ilə bağlı Kursel-Senelin baxışları çox maraqlıdır. O, belə hesab edirdi ki, mərkəzi idarə filialların hesabatını, filiallar isə mərkəzi idarənin hesabatını aparır. Kursel-Senel iki variantı nəzərdən keçirirdi. Birinci halda filialların balans hesabı (mənfəət və zərərlər) yekun Balans hesabına  və ya zərər və mənfəət hesabına köçürülür. İkinci halda isə qurama hesabatlar baş idarədə və filiallarda mövcud olan bütün dəyər və  borcları əlavə etməyə imkan verir, yəni, süni şəkildə şirkətdaxili saxta dövriyyələr yaradılır. Kursel-Senel ikinci variantı daha düzgün hesab edirdi.

Kursel-Senelin əsas əsəri : “Mühasibat uçotunun kursu”  adlanır.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Ən qeyri-adi vergilər (1-ci hissə)

posted in: Məqalə, Vergi | 0

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni, hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətinizə çatdırırıq.

Zənginliyə görə vergi.

“Zənginliyə görə” vergi Fransada tətbiq edilib. Fransa Konstitusiya şurası 1 milyon avrodan çox gəlirlərə malik insanlara “zənginliyə görə” 75 faizlik vergi tətbiq edib. Bu verginin tətbiqindən sonra bir çox fransız varlıları öz vətəndaşlıqlarını təcili dəyişdirməli oldular. Məsələn, məşhur fransız aktyoru Jerar Depardye “rus olmağın” ona ucuz başa gəldiyini bildikdən sonra Rusiya Federasiyası vətəndaşlığını qəbul etdi.

Ən dəhşətli vergi.

Tarixdə ən dəhşətli vergini Pakistanda,  Peşəvəri işğal etmiş Rancit Sinqx (1780-1839) tərəfindən 21 il ərzində tətbiq edilib. Bu qaniçən fateh vergi olaraq hər il Peşəvərdən başları kəsilməklə edam olunan yüz insanın kəlləsini istəyib.

Ən iyrənc vergi.

Tayantisuyu adlanan və qədimdə Amerika ərazisində yerləşən inklər ölkəsində XVI əsrin əvvəllərində kasıblığa görə vergi tətbiq edilib. Vergi yığanlar zəif və xüsusilə də kasıb insanlardan xərac kimi bir neçə bit və digər parazitləri toplayırdılar.

Zahiri görkəmə görə vergi.

Qədim Romada  ümumi vergilər və mənzildən istitifadəyə görə ödəmələrdən əlavə yəhudilər yaşayan əyalətin sakinləri həm də mənzilə sahib olma haqqına görə də pul ödəyirdilər. Eyni zamanda böyük şəhərlərə giriş və ya çıxışda zahirən yəhudiyə bənzəyən insanlardan bir neçə sestersi (o dövrün pul vahidi) pul alınırdı.

Havaya görə vergi.

Bizansda insanlardan hava ilə nəfəs aldıqlarına görə də vergi tətbiq edilibmiş. Hesab olunurdu ki, hava hamıya, eyni zamanda ayrı-ayrılıqda hər bir kəsə aiddir. Və əgər kiçik evlər oksigen qıtlığı təhlükəsi yaratmırsa da, böyük xoromların (taxtadan tikilən böyük binalar) tikintisi inşası, insanların bu gözəl nemətdən bəhrələnməsinə mane olur. Belə ki, böyük və geniş həcmli evlər oksigenin çox hissəsini özünə çəkir. Bu minvalla həmin evlərin sahibləri havanı mənimsəyir, digər insanların ondan istifadəetmə haqqını əlindən alır. Bu verginin miqdarı həmin binaların ölçülərinə proporsional hesablanırdı. Bina nə qədər böyük idisə verginin məbləği bir o qədər çox olurdu.

ABŞ-da vergilər artır?

posted in: Vergi, Xəbər | 0

Takie.org saytında Amerikada vergilərlə bağlı maraqlı yazı dərc edilib.  Həmin məqaləni saytımızın oxucuları üçün təqdim edirik.

Əmək statistikası bürosunun (ƏSB) açıqladığı məlumata görə, ötən il amerikalılar vergilərə, ərzaq və geyimə xərclədiklərindən daha çox pul ödəyiblər.  “İstehlak xərcləri” adlandırılan sənəddə deyilir ki, federal vergilər, yerli vergilər və ştat vergiləri  2016-cı ildə 10 489 dollar təşkil edib. Müqayisə üçün deyək ki, ABŞ sakinləri qida və geyim üçün orta hesabla 9 006 dollar xərcləyirlər ki, bu xərclərin də böyük hissəsi ərzağa gedir.

İlk dəfə bu fakt barədə CNSNews.com nəşrinin jurnalistləri yazıblar. 2013-cü illə müqayisədə vergilər 43 faiz artıb. ƏSB-nin verdiyi məlumata görə, həmin dövr ərzində federal vergilər 5743 dollardan 8367 dollara yüksəlib. Gəlirdən tutulan yerli və ştat vergiləri isə 1629 dollardan 2046 dollara qədər qalxıb.

Statistika məlumatları dərc edildikdən sonra prezident Donald Tramp vergi islahatlarını həyata keçirmək üçün Konqressə təzyiqlər etmək istəyir. Missuri ştatında etdiyi çıxışında Tramp Konqresi vergi sistemini sadələşdirməyə və faiz dərəcələrini aşağı salmağa çağırıb. Prezident hesab edir ki, vergi sisteminin mürəkkəbliyi ədalətsizliyə gətirib çıxarır. Bundan isə sadə amerikalılar əziyyət çəkir,  hansı ki,  şəxsi mühasiblər komandasının xidmətlərini ödəyə bilmirlər,  bu qarışıqlıqdan yalnız varlı və iri sahibkarlar faydalanırlar. Bundan əlavə,  ƏSB-nin məlumatına görə,  amerikalıların 2016-cı ildə ən böyük xərci mənzillə bağlı olub, il ərzində mənzilin icarəsi və digər xərclərə orta hesabla 18 886 dollar pul xərclənib.