Vergilər Nazirliyi bəzi normativ sənədlərə dəyişiklik etdi

posted in: Vergi, Xəbər | 0

Bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi, qüvvədən düşməsi və yeni müddəaların əlavə edilməsi ilə əlaqədar vergilər nazirinin müvafiq əmrilə bir neçə normativ sənəddə dəyişikliklər edilib.

“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi qaydası, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”, “Sadələşdirilmiş verginin bəyannaməsi”nə 2 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası, “Torpaq vergisinin bəyannaməsi”nə 1 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası yeni redaksiyada təsdiq edilib.

Vergilər nazirinin 13 yanvar 2017-ci il tarixli əmrilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi qaydası, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin forması və “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”, “Torpaq vergisinin bəyannaməsi”nə 1 N-li Əlavənin forması və onun tərtib edilməsi qaydası” ləğv edilib.

Mənbə: taxes.gov.az

Mühasiblər haqqında maraqlı lətifələr (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Uncategorized | 0

Ciddi və məsuliyyətli hesab edilən mühasib sənəti haqqında yazılan bir çox lətifə var. Sətiraltı mənaları ilə bəzən mühasiblərin sehrbaz, göz bağlayıcı olduqlarını qeyd etmək olar. Aşağıda qeyd olunan lətifələrdəki kimi. Bu sahəyə olan hörmətimiz çox böyükdür və işləri çox olan mühasiblərimizi qısa da olsa, işdən uzaqlaşdırıb onlara gülüş bəxş etmək istəyirik.

“Yeni ruslardan” olan şirkət direktorunun dostu bir gün ona deyir: – Petroviç, bilirsənmi ki, öz mühasibin sənin haqda yalan danışır? – Bu mühüm  deyil! Əsas odu ki, həqiqəti danışmasın…

Ezamiyyətdən qayıdan işçi mühasibin yanına gəlir və xərcləri əks etdirən hesabatı ona təqdim edir: “1.Şlyapa – 120 rubl.” Və ardınca da hər şey sıralama ilə qaydasında gəlir. Mühasib ondan soruşur: – Bu nə şlyapadır? – Heç, ezamiyyətdə olarkən almışam. Mühasib ona deyir: – Bu hesabat yaramır – təzədən hazırlayın. Kişi yenidən öz yerinə qayıdıb siyahını təzələyir və burada artıq şlyapanı siyahıda orta yerdə göstərir. Mühasib bu dəfə də hesabatı qəbul etməyib, işçini geri qaytarır. Kişi üçüncü bir siyahı ilə onun yanına qayıdır, mühasib siyahını oxuyur və şlyapanı orada görmür. – Bəz şlyapa hardadır? – Oradadır, amma ay onu tapdın ha!

Bank direktoru işə yeni qəbul etmək istədiyi mühasibdən soruşur; – Axırıncı iş yerində nə qədər çalışmısınız? – Dörd il. – Pis deyil. Bəs niyə oradan çıxdınız? – Amnistiya elan etdiklərinə görə.

İki köhnə dost bir-birilə rastlaşır. – İşlərin necə gedir? Harada işləyirsən? – Belə də. Aeroportun baş mühasibi işləyirəm. – Yəni, o qədər pis iş yeridir ki? – Axı, mən oradan nə çırpışdıra bilərəm? Təyyarə?

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

60 dəqiqə ərzində mühasibatı öyrən

posted in: muhasibat, Məqalə | 0

Sadəcə 60 dəqiqəyə ödənişsiz olaraq, online şəkildə və ingilis dilində mühasibatı öyrənmək istərdinizmi? Udemy saytı bu şansı sizin üçün yaradır. 10 il ərzində minlərlə tələbəyə ən sadə, qısa və əyləncəli yolla mühasibatı öyrədən Vincent Turnerin rəhbərliyi ilə, ixtisasınızdan asılı olmayaraq siz mühasibatlığın əsaslarına yiyələnə bilərsiniz. Bunun üçün https://www.udemy.com/accounting-in-60-minutes-a-brief-introduction/ linkinə daxil olaraq videonu izləməyiniz kifayətdir.

Yiyələnəcəyiniz biliklər:

  • Mühasibat bərabərliyi;
  • Balans hesabatları;
  • Gəlir-xərc hesabatları;
  • Debit və kreditlər;
  • Nəyə görə mənfəət nağd pula bərabər deyil!

 

Bəs bu kursdan kimlər yararlana bilər?

  • Sadəcə olaraq mühasib olmaq istəyənlər;
  • Biznes sahibkarları;
  • Menecerlər;
  • Bisnes tələbələri;
  • Mühasibatlığı yeni öyrənməyə başlayan tələbələr.

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda dəyişikliklər edildi

posted in: Hüquq, muhasibat, Uncategorized, Xəbər | 0

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724) aşağıdakı dəyişikliklər edilsin:

  1. 2.0.11-ci maddədən “təkmil sertifikata malik” sözləri çıxarılsın.
  2. 2.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.15-ci və 2.0.16-cı maddələr əlavə edilsin:

“2.0.15. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;

2.0.16. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır.”.

  1. 4.3-cü maddəyə “yerli” sözündən sonra “və ya xarici” sözləri əlavə edilsin.
  2. 7.1.2-ci maddə ləğv edilsin.
  3. 7.2-ci maddədə “Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər” sözləri “Əcnəbilər” sözü ilə əvəz edilsin.
  4. 7-1-ci maddənin birinci cümləsinə “qeydiyyatı” sözündən sonra “, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” sözləri əlavə edilsin.
  5. Aşağıdakı məzmunda 7-2-ci maddə əlavə edilsin:

Maddə 7-2. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron

dövlət qeydiyyatı

7-2.1. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir.

7-2.2. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) fəaliyyət sahəsi barədə məlumatı bəyan edir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

7-2.3. Elektron dövlət qeydiyyatı zamanı xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.

7-2.4. Elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin elektron ünvanına göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndərilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2017-ci il.