14 nəfər ailə üzvünü öldürən qatil mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mumbay yaxınlığında yerləşən Hindistanın Teyn şəhərindən olan mühasib öz ailəsinin 14 üzvünü, o cümlədən yeddi uşağı qətlə yetirib. Guardian nəşrinin yerli polisə istinadən məlumatına görə, 35 yaşlı Hasnin Ənvər Varekar cinayəti törətdikdən sonra özü də intihar edib.

Qətldən əvvəl qohumlar, özlərinə məxsus evlərdən birində ailə məclisinə toplaşıblarmış. Polis güman edir ki, Varekar yeməyə yuxugətirici dərman qatıbmış və qohumları yatdıqdan sonra evin qapılarını bağlayıb və bıçaqla onların üzərinə hücum çəkib. Qatil əvvəlcə həyat yoldaşını və 2 qızını, daha sonra valideynlərini və bacılarını  qətl etdikdən sonra özünü asaraq intihar edib.

Yalnız qatilin 21 yaşlı bacısı sağ qalıb.  Onun boğazı kəsilsə də, sağ qalmağı bacarıb. Sky News xəbər verib ki, öldürülənlərin hamısının boğazları kəsilib.

Polis orqanları mühasibi belə dəhşətli cinayətə təhrik edən motivləri araşdırır. Press Trust of İndia nəşri fərz edir ki, qatil bu dəhşətli cinayətə mülkiyyət mübahisəsi üzündən gedə bilərdi.

Hadisə 28 fevral 2016-cı ildə baş verib.

Vergi orqanlarının büdcə öhdəlikləri artırılır

posted in: Vergi, Xəbər | 0

Gələn ilin Azərbaycan dövlət büdcəsində daxilolmaların 39,3%-i və yaxud 7,907 mlrd. manatı Vergilər Nazirliyinin payına düşəcək.
“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 262 mln. manat və yaxud 3,4% çoxdur.
Dövlət Gömrük Komitəsinin büdcə yükü isə 8% və yaxud 180 mln. manat artırılaraq 2,43 mlrd. manata çatdırılıb. Bu, gələn il gözlənilən ÜDM-in 3,5%-i qədər, büdcə gəlirlərinin isə 12,1%-i qədərdir.
Əvvəlcədən qeyd olunduğu kimi, 2018-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 9,216 mlrd. manat transfert ediləcəyi, 574 mln. manat isə digər mənbələrdən (o cümlədən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat) gözlənilir.
Xatırladaq ki, 2018-ci ilin büdcə gəlirləri 20,127 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da gözlənilən ÜDM-in 28,9%-i olmaqla 2017-ci ilin proqnozundan 20% və yaxud 3,361 mlrd. manat çoxdur.

Mənbə: report.az

Mühasibatlıq sahəsində görkəmli alimlər (Jan Dümarşe)

posted in: muhasibat, Məqalə | 0

 

Jan Batist Dümarşe (1874-1946) – hamı tərəfindən qəbul edilən və üzərində  üç əşyanın (günəş, tərəzi və Bernulli əyrisi) əks olunduğu və “Elm – vicdan – müstəqillik ” devizi yazılmış məşhur mühasiblər gerbini yaratmış  görkəmli fransız alimidir.

Dümarşenin düşüncəsinə görə uçot hüquqi deyil, sırf iqtisadi doktrinadır, siyasi iqtisadın əks tərəfidir. Uçotu iqtisadi doktrina kimi xarakterizə edən Dümarşe, onu təsərrüfatın bir orqanizm kimi başa düşülməsi ilə izah edir. O, uçotun təkamülünə embrionun inkişafı kimi yanaşırdı; müxtəlif uçot orqanlarının ardıcıl differensiasiyası və funksional fəaliyyəti kimi baxırdı; onun fikrincə mühasib hesabları qurmur, o bunu bir zooloqun bu və ya digər canlını tapması və onu təsvir etməsi kimi görürdü. Bütün bu “canlı orqanizmlər” (hesablar), ibtidai hesablamadan başlamış Kapitalın hesablanmasına qədər hər şey Dümarşe tərəfindən elementar “hüceyrələr” kimi qəbul edilirdi. Bu konsepsiyaya əsasən debet və kreditin əhəmiyyətinə apriori (təcrübədən və təcrübənin nəticəsindən asılı olmayaraq) yanaşmaq lazımdır, çünki onlar həmişə hesabatın konkret xüsusiyyətlərindən bəhrələnərək ortaya çıxır.

Dümarşenin əsas əsərləri bunlardır: “Mühasibat uçotunun pozitiv nəzəriyyəsi” Paris 1914-cü il. Eləcə də “Hesablama ornalogiyası”, “İnteqral hesablama formaları”, “Hesabın valentliyi”, “Hesablamanın məntiqi həcmi”.

 

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-dək uzadılır

posted in: Vergi, Xəbər | 0

Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.

Z.Səmədzadə bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: “Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”.

Millət vəkili isə Vahid Əhmədov bildirib ki, bu vaxtadək dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi, o cümlədən qida məhsullarına təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar həyata keçirilmirdi: “Burada yalnız qida məhsullarının keyfiyyətindən söhbət gedir. Başqa yoxlamalardan söhbət getmir. Mən bunu dəyişdirərdim, necə ki, dərman vasitələrinin keyfiyyəti yazılıb, burada o cümlədən qida məhsullarının keyfiyyətinə nəzarət yazılmalıdır”.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Mənbə: 1news.az