Əlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur?

posted in: Xəbər | 0

2-ci qrup əlillərə edilən güzəştlər haqqında məlumat əldə etmək istəyirəm. Onlara hansı vergi güzəştləri şamil olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsində əlilliyi olan şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutulub.

Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirlərinə güzəştlər tətbiq olunur.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əlavə olaraq qeyd olunub ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Həmçinin, Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləğinin 10 manat azaldılması ilə bağlı güzəşt müharibə ilə əlaqədar əlil olan şəxslərə də şamil olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199.3-cü, 207.2-ci maddələri.

Mənbə: vergiler.az

Əmlak vergisinin ödəyiciləri kimlərdir?

Əmlak vergisinin ödəyiciləri kimlərdir?

posted in: Xəbər | 0

Əmlak vergisinin ödəyiciləri

Bu verginin ödəyiləri həm fiziki şəxslər,  həm də müəssisələrdir. Əmlak vergisi ödəyicisi olmaq üçün sərəncamınızda, balansınızda vergiyə cəlb edilən əmlak olmalıdır. Məsələn, fiziki şəxs olaraq sizin yaşayış, qeyri-yaşayış sahələriniz, su, hava nəqliyyatı vasitəniz, yaxud vergi ödəyicisi olan fiziki şəxssinizsə əsas vəsaitləriniz yoxdursa əmlak vergisi ödəyiciləri qrupuna aid edilmirsiniz.

Həm fiziki şəxslər, həm müəssisələrin əmlak vergisinə cəlb edilməsinə baxmayaraq verginin tutulması, ümumiyyətlə vergitutma obyektləri fərqlidir.

Əmlak vergisi üzrə vergitutma obyektlərini 2 kateqoriyaya ayıra bilərik:

  • fiziki şəxslər;
  • müəssisələr.

Düzdür, fiziki şəxslərin bir qismi eyni zamanda sahibkarlıq fəaliyyətiylə məşğul ola bilər. 2022-ci ilə qədər vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslərin əsas vəsaitlərinə görə əmlak vergisinə cəlb edilməsi nəzərdə tutulmamışdı. 2022-ci ildən qüvvəyə minmiş əhəmiyyətli dəyişikliklərdən biri məhz sahibkarlıq subyektlərinin əmlak vergisi nümunəsində bir-birinə bərabər tutulması oldu. Deməli, artıq fərdi sahibkarlar da əsas vəsaitlərə görə əmlak vergisi ödəməlidir. Hesab edirik belə yanaşmaya çoxdan ehtiyac var idi.

Hansı fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir?

Bildiyimiz kimi fiziki şəxslər iki qrupa ayrılır:

  • sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar;
  • fərdi sahibkarlar.

Yuxarıda qeyd etdiyimiz kimi, mülkiyyətində tikililər – yaşayış, qeyri-yaşayış sahələri olan fiziki şəxslər əmlak vergisi ödəyiciləridir. Bu həm rezident, həm də qeyri rezident fiziki şəxslərə aiddir. Tikililər Azərbaycan Respublikasının Vergi Məcəlləsində “bina” kimi adlandırılır.

“Bina” anlayışı  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində aşağıdakı kimi müəyyən edilib (maddə 3.0.11):

Bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektidir.

Həmçinin, istifadə dərəcəsindən asılı olmayaraq su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslər əmlak vergisi ödəyiciləridir.


Vergi yoxlamasına hazırlaşırsınız? Peşəkar vergi mütəxəssisləri sizin xidmətinizdədir!


Vergi Məcəlləsinə 2022-ci ildə edilən dəyişikliklərə görə fərdi sahibkarlar balanslarında olan əsas vəsaitlərə görə əmlak vergisinin ödəyiciləri hesab olunur. Bu zaman Məcəllənin 197.1.1 maddəsində qeyd edilən aktivlər nəzərə alınmır.

Əmlak vergisi ödəyicisi olan fiziki şəxslər  bələdiyyələrdə qeydiyyata alınır və hesablanmış vergini yerli büdcəyə ödəyir.

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr

Balansında əsas vəsaitlər olan müəssisələr əmlak vergisi ödəyiciləri qrupuna aiddir. Onlar vergini dövlət büdcəsinə ödəyir. Vergi ödənişləri hesabat ili ərzində hər rüb üçün cari vergi ödəmələri şəklində ödəyir.

Amma bu heç də bütün müəssisələrə aid deyil. Məsələn, aşağıdakılar əmlaka vergisi ödəmir:

  • dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları;
  • büdcə təşkilatları;
  • Mərkəzi Bank, onun struktur vahidləri;
  • dövlət fondları və sair.

Əmlak vergisinin ödəyiciləri hesab edilməyən (vergidən azad edilən) müəssisələr qrupuna aid edilən hüquqi şəxslərlə  buradan tanış olmaq olar.

Vergi ödəyicisi hansı hallarda ƏDV qeydiyyatını ləğv edə bilər?

Birbank Biznes-lə sərəncam ödənişləri daha asan və rahatdır

posted in: Xəbər | 0

Birbank Biznes sahibkarlar üçün biznes proseslərini asanlaşdırmağa davam edir. Belə ki, ölkədə ilk dəfə olaraq sərəncam ödənişlərini mobil tətbiqdən etmək mümkündür. Bu funksionallıq onlara hesablarına daxil olan sərəncamları filiala getmədən, vaxt itirmədən, günün istənilən saatında rahatlıqla və operativ şəkildə ödəmək imkanı yaradır.

Bunun üçün sadəcə Birbank Biznes mobil tətbiqində Sərəncamlar bölməsinə klik edərək sərəncamı seçib ödəniş etmək kifayətdir.

Birbank Biznes mobil tətbiqini yükləmək və sahibkar hesabı açmaq üçün keçid edə bilərsiniz: https://onelink.to/ej5bbu 

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Onlayn biznes hesablarının açılması
  • Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi
  • Nağdsız valyuta mübadiləsi
  • Biznes krediti üzrə müraciətlərin edilməsi
  • Cari və kart hesabından QR-nağdlaşdırma
  • Mobil POS sifarişi və əməliyyatların qəbulu
  • Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
  • Əməkhaqqı kartlarına mədaxil
  • POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
  • Kliklə ödə xidməti
  • Süni intellekt əsaslı “Çat” sorğu xidməti
  • HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi
  • Sərəncamlara nəzarət və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

221 saylı “Kassa” hesabı üzrə uçot: xaricolmalar

Vergi ödəyicisi hansı hallarda ƏDV qeydiyyatını ləğv edə bilər?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Qanunvericiliyin bu tələbini vergi eksperti İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicisi ƏDV qeydiyyatından çıxa bilər, amma burada müəyyən hallar və məhdudiyyətlər var. İlk növbədə, ƏDV qeydiyyatından çıxmaq üçün vergi ödəyicisi vergiyə cəlb olunan əməliyyatlarını dayandırmalıdır. Yəni, vergi ödəyicisi ƏDV ödəyicisi kimi uçota alınıbsa, deməli fəaliyyəti nəticəsində yaranan dövriyyələr də ƏDV-yə cəlb olunacaq. Əgər o, fəaliyyətini müvəqqəti dayandırırsa, artıq bu, fəaliyyəti tam dayandırmaq sayılmır və qeydiyyatın ləğv olunması bu hala şamil olunmur. Deməli, vergi ödəyicisi fəaliyyətini tam dayandırmalıdır ki, vergiyə cəlb olunan əməliyyatları da dayandırsın. Odur ki, ƏDV ödəyicisi vergi ödəyicisi kimi ləğv olunan zaman əməliyyatlar dayandırılmış sayılır və bu zaman qeydiyyatdan çıxmaq üçün ərizə təqdim olunmalıdır.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1

Müəssisə qərara alıb ki, 01 iyul 2012-ci ildən fəaliyyətini 4 il müddətinə dayandırsın və bununla bağlı vergi orqanına ərizə təqdim edib. Həmçinin, ƏDV ödəyicisi kimi qeydiyyatın ləğvi ilə bağlı ərizə də təqdim edib. Vergi orqanı ərizəni qəbul etməyib. Faktiki olaraq müəssisədə əməliyyatlar dayanıb. Əvvəla, fəaliyyətin dayandırılması müvəqqətidir. İkincisi, vergi orqanı dəqiq bilmir ki, ərizə yazıb fəaliyyətini müvəqqəti dayandırdığını bəyan edən firmanın faktiki fəaliyyəti varmı? Ona görə də bu, qeydiyyatın ləğv olunması üçün əməliyyatların dayandırılması sayılmır. Bu halda firma fəaliyyətinin dayandırılması üçün ərizəni təqdim etməsinə baxmayaraq, ƏDV ödəyicisi kimi uçotda qalacaq.

Misal 2

MMC-nin təsisçiləri 01 avqust 2017-ci ildən müəsssisənin ləğv olunması ilə bağlı qərar qəbul edib, müvafıq sənədləşmələr həyata keçirib və qəzetdə elan verib. Vergi orqanlarının qeydiyyat idarəsində MMC ləğv prosesi aparılan müəssisə kimi qeydiyyata alınaraq bildiriş təqdim olunub. Bu zaman artıq MMC 158.1-ci maddəni əsas götürərək ƏDV qeydiyyatının ləğv olunması barədə ərizə təqdim etməlidir. Ərizədə ləğv tarixi 01 avqust 2017-ci il göstərilməlidir.

Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən ƏDV qeydiyyatı o halda ləğv edilə bilər ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmasın. Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan az olduğu halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Bu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) göndərməlidir.

Misal 3

2022-ci ilin mart ayında vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin ilin may ayından 2023-cü ilin may ayınadək onun vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 90.000 manat təşkil edib. 2023-cü ilin may ayının 15-də həmin vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyatının ləğv edilməsinə dair ərizə ilə vergi orqanına müraciət edib. Onun ƏDV məqsədləri üçün qeydiyyatının ləğv olunması elə həmin gündən qüvvəyə minir.

Qeyd edək ki, şərti misalda göstərdiyimiz hal Vergi Məcəlləsinin 158.1-ci maddəsində göstərilən hallara şamil edilmir. Məsələn, ƏDV məqsədləri üçün son qeydiyyatı 01 sentyabr 2022-ci il tarixində qüvvəyə minmiş müəssisə 01 may 2023-cü il tarixindən etibarən ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı tam dayandırırsa (məsələn, hüquqi şəxs olaraq ləğv olunursa), bu halda vergi ödəyicisi qeyd olunan bir il müddəti gözləmədən ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün (bizim misalda 01 may 2023-cü il) qüvvəyə minir.

Vergi Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

Mənbə: vergiler.az

222 saylı “Yolda olan pul köçürmələri” hesabı üzrə uçot

1 326 327 328 329 330 331 332 2. 691