Read More9
Read More9

Mühasibat uçotu subyektlərində mənfəət

posted in: Xəbər | 0

Mənfəətlilik göstəricisi 

Müəssisə üçün onun kapitalına təsir edən mənfəətlilik göstəricisi önəmli məsələdir. Bu göstərici rentabelliyin hesablanmasında mühüm rol oynayır. İnvestorlar rentabelliyə çox önəm verirlər. Çünki onların alacaqları dividend birbaşa onunla bağlıdır.

Yeri gəlmişkən, rentabellik əmsalla yaxud faizlə ifadə olunur, pul vəsaitlərindən və digər resurslardan səmərəli istifadə göstəricisidir. Səmərəliliyin qiymətləndirilməsi zamanı bir-neçə bir neçə rentabellik göstəricisindən istifadə olunur ki , bunlardan ən əsası ümumi rentabellik göstəricisidir:
R(ümumi) = (Mb/A)*100, burada Mb-balans mənfəəti, A –aktivlərin dəyəridir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan mühasibat uçotu subyektinin fəaliyyətinin nəticəsi mənfəət yaxud zərərdir. Bu göstəriciyə nəzarət etmək üçün hesabat müddəti 1 il qəbul edilir.

Təşkilatın mənfəət yaxud zərərlə çalışması şirkət rəhbərlərinin və ümumiyyətlə menecer heyətinin səmərəli işinin əsas göstəricisidir. Direktorlar şurası, maliyyə hesabatlarının tərkibinə daxil olan ikisinə, Maliyyə Vəziyyəti Haqqında Hesabata (MVHH)Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabata (MZHH) xüsusi diqqət göstərirlər.

Mənfəət necə hesablanır?

Təşkilatın gəlirləri, xərcləri, ümumi mənfəətə, o isə öz növbəsində təşkilatın kapitalına təsir edir. Kapital hesablarının müxtəlif olması artıq sizə məlumdur. Sizinlə kapitala sərvət demişdik, sərvəti isə əvvəlcədən bizdə olansonradan qazandığımız olmaqla iki əsas yerə ayırmışdıq.

Nizamnamə kapitalımız bizə əvvəlcədən məxsus olan sərvətdirsə, bəs sonradan qazanılan sərvətimiz ? O necə formalaşır ?

Əlbəttə, əsas etibarıyla bizim satışımızla. Deməli məsələn hansısa məhsulları satacağıq, onları aldığımız zaman, fəaliyyətimiz zamanı çəkdiyimiz xərcləri çıxacağıq, geridə qalan məbləğ təmiz pulumuz, yəni qazancımız, mənfəətimiz olacaqdır.

Mənfəətimizi müəyyən etdikdən sonra qanun əldə edilmiş həmin mənfəətə görə dövlətə vergi ödəməyimizi tələb edəcək. Mənfəətdən vergini ödəyəcəyik və əlimizdə qalan pul xalis qazancımız, yəni xalis mənfəətimiz olacaqdır. Yuxarıda dediklərimizi düsturla yazsaq:

 

Mənfəət = Gəlir – Xərc
Xalis mənfəət = Mənfəət – Mənfəət vergisi.

 

Bəs xalis mənfəətimizin aqibəti necə olacaq ?  İşlədik, xərc çəkdik, sonra qazancımızdan xərclərimizi çıxdıq mənfəətimizi tapdıq, sonra ondan vergi ödəyib xalis mənfəətə çıxdıq. Bunu indi nə edək ?

“Bölüşdürülməmiş mənfəət” hesabı

Əldə edilmiş xalis mənfəətin əsas etibarıyla 3 mümkün aqibəti ola bilər:

  • xalis mənfəəti heç kəsə verməyib uçotumuzda, kassamızda saxlayarıq;
  • onu təsisçiyə verə bilərik, ya da;
  • onu nizamnamə kapitalımızın artırılmasına yönəldə bilərik.

İstənilən halda qərarları şirkət sahibləri (payçılar, səhmdarlar) qəbul edir.

Sonuncu ikisi barədə saytımızın digər məqalələrində ətraflı məlumat verilir. Gəlin indi ən sadə hala baxaq: o pulu heç kəsə vermirik, yönəltmirik, özümüzdə saxlayırıq. Bu halda onu xalis mənfəət hesabımızdan çıxarıb, başqa bir hesaba qoyaq ki, heç nəyə, daha dəqiq desək bundan sonrakı illərdəki xalis mənfəətlərimizə qarışmasın. Sözügedən məqsədə xidmət edən hesabın adına “Bölüşdürülməmiş mənfəət” hesabı deyək.

Belə çıxır, sonradan qazandığımız sərvətin adına bölüşdürülməmiş mənfəət deyəcəyik. Müəssisənin ilkin fəaliyyət ilinin sonunda, əldə etdiyi mənfəəti heç kimlə bölüşmədiyi halda xalis mənfəəti elə bölüşdürülməmiş mənfəətdir:

Kapital (Sərvətimiz) = Nizamnamə kapitalı (ilkin sərvət) + Bölüşdürülməmiş mənfəət (sonradan qazanılan sərvət).

Kapital öhdəlikdir?

Əslində kapital da elə öhdəlikdir. Axı bizim müəssisə vaxtıyla ona nizamnamə kimi qoyulmuş (ilkin sərvət), yaxud sonradan qazanılan xalis mənfəəti (qazanılmış sərvət) öz payçılarına verməlidir. Payçıların şirkəti yaratmaqda məqsədləri gəlir əldə etmək idi. Belə çıxır, fiziki olaraq mövcud olmayan, yalnız sənədlərdə olan şirkətimiz, firmamız, hüquqi şəxsimiz əvvəl axır bütün sərvətini payçılarına verəcəksə, deməli, əslində elə kapital da öhdəlikdir. Sadəcə biz təsisçilərə, payçılara olan öhdəliklərimizi kapital adlandıra bilərik:

Hesabat dövrünün ümumi mənfəəti (zərəri) Hesablar Planında 801 nömrəli hesabda uçota alınır. Sözügedən hesab köməkçi hesabdır. Digər köməkçi hesablar kimi ilin sonunda bağlanır. 801 nömrəli hesab xalis mənfəət hesabına (341 nömrəli hesab) bağlanır. O isə öz növbəsində keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına  bağlanır.

Kimlərə torpaq vergisində güzəşt tətbiq olunur?

Daxili mühasibatlıq və onun təşkilində müəssisənin vəzifələri

posted in: Xəbər | 0

Mühasibat uçotu hüquqi və sahibkarlıqla məşğul olan fiziki şəxslərin iqtisadi fəaliyyətində vacib proseslərindən biridir. Bu prosesin keyfiyyəti onun səriştəli təşkilindən asılıdır. Qeyd etmək lazımdır ki, daxili mühasibatlıq uçotun aparılmasının mümkün variantlarından yalnız biridir. Qanun mühasibat uçotu subyektinin rəhbərinə mühasibat şöbəsi yaratmaqla yanaşı, həm də mühasibat uçotunun aparılması üçün digər üsulları seçmək hüququ verir:

  • mikro sahibkarlıq subyektlərinin rəhbərinə və fərdi sahibkarlara öz mühasibatlığını aparmaq hüququ verilib;
  • mühasibat uçotu subyektləri kənar mütəxəssislə mülki-hüquqi müqavilə bağlaya bilər;
  • mühasibatlıq yaxud onun funksiyalarının bir hissəsi maliyyə və mühasibat sektorunda autsorsinq əsasında çalışan konsaltinq firmasına ötürülə bilər.

Niyə mühasibatlığın təşkili üçün rəhbər məsuliyyət daşıyır?

Çünki “Mühasibat uçotu haqqında” qanunun 3.2 maddəsinə görə mühasibat uçotu xidmətinin təşkilinə, o cümlədən  müvafiq struktur bölmənin təşkilinə uçot subyektinin rəhbəri məsuldur. Bu zaman o, Maliyyə Nazirliyinin Kollegiyasının qərarlarında sadalanmış mühasibatlığın təşkili üzrə ümumi prinsiplərə, mühasibat xidməti qarşısında duran vəzifələrə əsaslanmalıdır. Onun istifadə edə biləcəyi həmin qaydalar bunlardır:

Mühasibat subyektinin rəhbəri müəssisədə mühasibat uçotunun olmamasına görə məsuliyyət daşıyır, habelə:

  • vaxtında və etibarlı mühasibat məlumatlarının əldə edilməsin təmin edir;
  • şirkətin fəaliyyətinə maliyyə nəzarəti həyata keçirmək üçün şərait yaradır.

Bu şərtləri təmin etmək habelə səmərəli mühasibatlıq bölməsinin təşkili üçün müəssisə, onun rəhbərinin timsalında, konkret tədbirləri həyata keçirir.

Mühasibatlığın təşkilində menecer hansı tədbirləri həyata keçirir?

Müəssisənin rəhbəri daxili mühasibatlıq bölməsini təşkil etməklə aşağıdakıları təmin edir:

  • ilkin uçot sənədlərini və sənəd dövriyyəsini;
  • inventarizasiyanın aparılmasını;
  • işçi Hesablar Planının (sadələşdirilmiş uçotu tətbiq etmədikdə), uçot siyasətinin, uçot və hesabat formalarının məzmununun təsdiqini.

Bununla belə, əslində şirkət rəhbərinin rolu əslində bunları əhatə edir:

  • heyətin tərkibində mühasibat vəzifələrinin daxil edilməsi (ən azı bir mühasib);
  • mühasibatlıq şöbəsinin (baş mühasiblə) yaradılması;
  • mühasibatlığın autsorsinqi məsələsinin araşdırılması.

Əgər seçim qanunun bütün meyarlarına cavab veribsə, menecerin ilkin mühasibat sənədləri ilə iş üçün seçdiyi şəxslər tərəfindən müvafiq tələblərə ciddi əməl olunmasını təmin etmək şansı olcaq.

Tələblərin birbaşa icraçıları bunlardır:

  • şirkətin struktur bölmələri;
  • maddi məsul şəxslər.

Bu tədbirlərin təmin edilməsi müəssisə rəhbərindən mühasibat uçotu üzrə dərin biliklərə malik olmağı tələb etmir.

Mühasibatlıq bölməsinə kim rəhbərlik edir?

Müəssislərdə daxili mühasibatlığın təşkili struktur bölmələrin yaradılması, ayrı-ayrı maddi məsul şəxslərin, həmçinin mühasibat uçotuna məsul şəxsin təyin edilməsi ilə bitmir. Bu şəxslərin işini əlaqələndirmək, bölmənin səmərəli işini təşkil etmək vacibdir. Bunu baş mühasib (yaxud müəssisənin rəhbəri tərəfindən təyin edilmiş səlahiyyətli şəxs) həyata keçirir. “Mühasibat uçotu haqqında” qanunun 3.3-cü maddəsinə görə: “Mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.”

Qanunun 3.4-cü maddəsi isə baş mühasibləri mütləq peşəkar mühasiblər olmalı olan qurumların əhatəsini müəyyən edir. Peşəkar mühasib sertifikatının verilməsi qaydası  Qanunu V-I fəslində şərh olunub.

Daxili mühasibatlıq bölməsinin təşkili zamanı mühasiblər nəzərə almalıdırlar ki, bütün təsərrüfat əməliyyatları Azərbaycan Respublikasının valyutası – manatla uçota alınır. Mühasibat uçotunda həmçinin xarici valyutada və ya kəmiyyət ifadəsində ifadə olunan məlumatlar ola bilər, lakin bu, əlavə xarakter daşıyır.

Mühasibatın və vergi uçotunun təşkilinin xüsusiyyətləri

Qanunun 3.3 maddəsində qeyd edildiyi kimi, baş mühasib mühasibatlığın təşkilini, fəaliyyətini elə qurmalıdır ki, vergi hesabatları vaxtında tərtib edilsin. Bunun üçün qanunun tələblərinə uyğun vergi uçotu da aparılmalıdr. Ən ətraflı vergi uçotu mənfəət vergisi ödəyiciləri tərəfindən həyata keçirilir.

Mənfəət vergisinin uçotu sxemi mühasibat uçotunu praktiki olaraq təkrarlayır və demək olar ki, mühasibat uçotuyla eyni təməl prinsiplərə əsaslanır. Fərq əsasən müəyyən gəlir və ya xərclərin tanınma ardıcıllığında olur.

Digər vergilər üçün uçot müəyyən bir məcburi ödəniş üçün vergitutma bazasının xüsusiyyətləri nəzərə alınmaqla daha sadə təşkil edilir.

Məsələn, ƏDV üçün hesablamalar vergi ödəyicisinin təqdim etdiyi və aldığı hesab-fakturalara əsaslanır, əmlak vergisi üçün obyektlərin mühasibat uçotu məlumatlarına görə müəyyən olunan qalıq dəyərindən istifadə olunur.

Mühasibatlıq uçotun təşkilinin planlaşdırılması

Müəssisələrdə daxili mühasibatlığın təşkili və mühasibat uçotunun qurulması əsas elementlərin planlaşdırılmasından  başlayır.

Sənədləşmə və sənəd dövriyyəsinin planı. Müəyyən spesifik sənədlər (məsələn, kassa orderləri) istisna olmaqla, bir çox ilkin sənədlər üçün formalar müəssisə tərəfindən hazırlana bilər. Mühasibatlığın təşkili zamanı mühasibat kargüzarlığı, sənəd dövriyyəsi planının tərtibi də önəmlidir.

İşçi hesablar planı. Bu sənəd mühasibatlıqda təsərrüfat fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq mövcud qanunvericilik və standartlar əsasında hazırlanır, sintetik və analitik uçotun istiqamətləri seçilir, uyğun subhesablar müəyyən edilir.

İnventarizasiya planı. İnventarizasiyanın aparılması üçün məcburi şərtlər var, məsələn, illik hesabatdan əvvəl onun aparılması mütləqdir. Habelə müəssisədə əlavə şərtlər də nəzərdə tutula bilər. Əsas odur ki, inventarizasiyanın biznes proseslərinin axınına təsiri minimal olsun.

Hesabatlılıq planı. Şirkətin mühasibat və vergi hesabatlarının tərkibi onun fərdi xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Məsələn, ümumi vergi sistemi üçün bəyannamələr bir formada təqdim ediləcək, xüsusi rejimlər üçün isə tamamilə fərqli.

Təşkilati – texniki plan. Özündə mühasibat uçotunun təşkili üçün ümumi proseduraları, təlimat və qaydaları, o cümlədən istifadə olunan proqram məhsullarını əks etdirir.

Müəssisədaxili mühasibatlığın təşkili yoxsa autsorsinq?

Müəssisənin rəhbəri mühasibat uçotunun qurulması zamanı müxtəlif variantları nəzərdən keçirə bilər. Daxili mühasibatlıq bölməsinin təşkili ilə yanaşı kənar mütəxəssislərin, mühasibat autsorsinqi sektorunda çalışan konsaltinq şirkətlərinin köməyindən istifadə də mümkündür. “Bunlardan hansı daha sərfəlidir?” sualının cavabı birmənalı deyil. Müəssisənin rəhbəri qərarı bütün nüansları nəzərə alaraq verməlidir.

Qeyd edək ki, mühasibat autsorsinqinin müəyyən üstünlükləri var, buraya resurslara qənaət, əməliyyatın səmərəliliyi, uçotun keyfiyyəti, zəmanət kimi göstəriciləri aid etmək olar. Uçotun müxtəlif sahələrini kənar mütəxəssislərə, autsorsinq şirkətlərinə verməklə mühasibat uçotu subyektinin rəhbəri gəlir gətirən biznes proseslərinə daha çox vaxt və diqqət ayıra bilər. Bu isə istənilən biznesdə önəmlidir, vacib şərtdir.

Aydındır ki, bütün bu üstünlüklər yalnız autsorsinq şirkəti yüksək peşəkar səviyyədə, məsuliyyətlə fəaliyyət göstərdikdə ortaya çıxır.

Uçot subyektlərində mühasibatlıq bölməsinin təşkili zamanı kənar mütəxəssislərin göstərdiyi xidmətlər çoxşaxəlidir. Seçim zamanı bizimlə də əlaqə saxlaya bilərsiniz, əməkdaşlarımız böyük həvəslə sizə kömək edər.

İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər

posted in: Xəbər | 0

Biznes sahibləri üçün faydalı imkanlar yaradan Birbank Biznes-in əlverişli tarifi “Maestro” müştərilərinə sərfəli təkliflər təqdim etməyə davam edir. Belə ki, ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilirlər. Hazırda isə tarifə daha bir əməliyyat əlavə edilib.

24 iyul 2024-cü il tarixindən etibarən “Maestro” tarifinə qoşulan hər bir sahibkar seçim zamanı POS (terminal) əməliyyatlarını da ala bilər. Bu isə biznes sahiblərinə bank xərclərinə standart tarifə nisbətən orta hesabla 65%-dək endirim almaq imkanı yaradır.

Ətraflı məlumat üçün: https://kbl.az/bbprmp

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi

Kimlərə torpaq vergisində güzəşt tətbiq olunur?

posted in: Xəbər | 0

Torpaq vergisinin məbləği Vergi Məcəlləsinin 14-cü fəslinin müddəaları ilə tənzimlənir. Bəs bu verginin məbləği hesablanarkən kimlərə güzəşt edilir? Suala iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 207.2-ci maddəsində qeyd olunub ki, bu Məcəlləsinin 102.1-1 -ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:

  • Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının;
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
  • Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Misal 1

Həlak olmuş döyüşçünün dul arvadının mülkiyyətində Naxçıvan sahərində 3.600 m² həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 1.200 m² bağ sahəsi vardır. Bu halda güzəşt hüququ həlak olmuş döyüşçünün dul arvadının mülkiyyətində olan torpağa verildiyi üçün 3.600 m² həyətyanı sahəyə görə hesablanmış 10,8 manat ((3.600 m² : 100 m²) x 0,3 = 10,8 manat) torpaq vergisindən 10 manat güzəşt çıxılaraq 0,8 manat (10,8 – 10 = 0,8 manat) vergi ödənilir. Həmin şəxsin istifadəsində olan 1200 m² bağ sahəsinə hesablanmış 3,6 manat ((1.200 m² : 100 m²) x 0,3 manat = 3,6 manat) vergi məbləğinə güzəşt verilmir və vergi tam məbləğdə bələdiyyə büdcəsinə ödənilir:

Misal 2

Müharibə veteranı olan şəxsin Kəngərli rayonunun Xok kəndində mülkiyyətində olan 1.8 ha bağ sahəsi var. Bu halda vergi güzəşti nəzərə alınmaqla torpaq vergisi aşağıdakı kimi hesablanır:

10.000 m²-ə qədər olan hissə üçün – (10.000 m² : 100 m²) x 0,1 = 10 manat;
10.000 m²-dən yuxarı olan hissə üçün – (8.000 m² : 100 m²) x 0,2 = 16 manat;
(10 manat + 16 manat = 26 manat) – 10 manat (vergi güzəşti) = 16 manat.

Misal 3

Milli Qəhrəmanın istifadəsində olan Abşeron rayonu ərazisində yerləşən bağın sahəsi 3.000 kvadrat metrdir. Onun ödəməli olduğu torpaq vergisinin məbləği aşağıdakı kimi hesablanır:

(3.000 m² : 100 m²) x 0,5 = 15 manat.

Torpağa görə güzəşt fiziki şəxslərin mülkiyyətində olan torpaqlar üzrə tətbiq edildiyindən, bu misalda torpaq Milli Qəhrəmanin istifadəsində olduğu üçün ona 10 manat güzəşt verilmir və hesablanan 15 manat torpaq vergisi tam olaraq ödənilir.

Misal 4

Müharibə əlilinin Bakı şəhərində 1.200 kvadrat metr bağ sahəsi vardır. Onun ödəməli olduğu torpaq vergisinin məbləği aşağıdakı kimi hesablanır:

Hesablanmış torpaq vergisi (1200 m²: 100 m²) x 0,6 manat = 7,20 manat.

Lakin güzəşt məbləği (10 manat) hesablanmış məbləğdən (7,20 manat) çox olduğu üçün müharibə əlili torpaq vergisi ödəməyəcək.

Qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxslərə 10 manat güzəşt onların istifadələrində olan torpaqlara görə deyil, yalnız mülkiyyətlərində olan torpaqlar üçün verilir. Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt torpaq sahələrinin ölçülərinə mütənasib qaydada müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

Mənbə: vergiler.az

Sadələşdirilmiş vergidən digər vergilərə keçid zamanı məqamlar

1 355 356 357 358 359 360 361 2. 700
error: Content is protected !!