Read More9
Read More9

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 69 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 5-ci hissəsində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 72 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 150 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1598 (Cild I) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 2.4-cü bəndində “Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 oktyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1178 (Cild I); 2024, № 2, maddə 235) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və madditexniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 may 2024-cü il

Mənbə: nk.gov.az

İpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması

İpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması

posted in: Xəbər | 0

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidmətinin saytında nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”

Mənbə: vergiler.az

Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçidin stimullaşdırılması

ƏDV ödəyicisinə maliyyə sanksiyaları və cərimələrin tətbiqi

posted in: Xəbər | 0

ƏDV üzrə maliyyə sanksiyaları yalnız qanunvericiliyin əlavə dəyər vergisi üzrə tələblərinin pozulması zamanı deyil, digər hallarda da tətbiq edilə bilər. Belə ki, qanunvericilikdə maliyyə sanksiyaları və inzibatı cərimələr ümumi xarakter daşıyır, hər hansı qrup vergi ödəyicisi üçün nəzərdə tutulmayıb. Məsələn, bəyannamə vaxtında təqdim edilmədikdə (yaxud, heç təqdim edilmədikdə) hesablanan 40 manat maliyyə sanksiyası (Vergilər Məcəlləsi, maddə 57.1) həm ƏDV ödəyiciləri, həm də digər vergi mükəlləfiyyətli ödəyicilər üçün nəzərdə tutulub.

Bu məqalədə ƏDV ödəyicilərinin ən çox rastlaşa biləcəyi maliyyə sanksiyaları (MS) haqqında qısa məlumat verilir.

Verginin azaldılması

Vergi məbləğinin azaldılması aşağıdakı səbəblərdən ola bilr:

  • bəyannamədə gəlirin  az göstərilməsi;
  • xərcin artıq göstərilməsi;
  • mövcud olmayan xərcləri əlavə edilməsi;
  • digər səbəblər.

Bəyannamə təqdim etməyərək hesablanmamış vergi , təqdim edilərək hesablanmalı olan vergiyə nəzərən azaldılma hesab edilir. Əlavə dəyər vergisi məbləğinin azaldılması ƏDV üzrə maliyyə sanksiyası tətbiq edilən hallardan biridir.

Bəyannamələr həm kameral, həm də səyyar yoxlamada təftiş edilir. Verginin azaldılması səyyar yoxlama prosesində aşkarlanarsa, sizə azaldılmış məbləğin əlli faizi həcmində maliyyə sanksiyası hesablana bilər.

Bu kameral yoxlamada aşkar edilmiş azaldılmaya aid deyildir. Belə hallarda əlavə vergi hesablanır, vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilir.

Nümunə 1: Vergi ödəyicisinin 2020-ci il iyul ayında təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyə məbləği 15000 manat göstərilib. Lakin həmin dövrü əhatə edən səyyar yoxlama zamanı aşkar olunur ki, həmin bəyannamə üzrə dövriyyə məbləği 20000 manat təşkil etməli idi. Yayındırılmış vergi məbləğinə görə 50% maliyyə sanksiyası tətbiq edilir. Yəni :

Büdcəyə bərpa edilən ƏDV məbləği : (20000-15000)*18% = 5000*18%= 900

Hesablanan MS : 900*50%= 450 manat

Əlavə dəyər vergısi dövriyyəsinin düzgün müəyyən edilməməsi tez-tez rast gəlinən haldır. Buna bir sıra amillər təsir edir, məsələn:

  • ƏDV bəyannaməsinin il ərzində hər ay təqdim edilməsi xəta ehtimalın artırır;
  • VM-in 166-cı və 177-ci maddələri ilə müəyyən edilən əlavə dəyər vergisinin hesablanıb ödənilməsi vaxtlarının düzgün müəyyən edilmir.

Hətta, son nəticədə dövlət büdcəsinə faktiki eyni məbləğdə vergi ödənsə də, əməliyyatın   bəyannamədə uyğun ayda göstərilməməsi ƏDV üzrə maliyyə sanksiyası ilə nəticələnir. Bir daha qeyd edək ki, sanksiya yalnız səyyar yoxlama prosesində aşkarlanan pozuntulara  tətbiq edilir.

Nümunə 2: Sahibkarlıq subyekti təqdim etdiyi ƏDV bəyannaməsində 3200 manat dəyərində vergi bəyan edib. Bəyannamə təqdim edildikdən sonra aparılan kameral yoxlama zamanı onun pərakəndə satışları nəzərə almadığı, hesablanmalı olan verginin 4000 manat olduğu müəyyən edilmişdi. Sahibkarlıq subyektinə uyğunsuzluq bildirişi göndərilsə də, onun tərəfindən bəyannamə dəqiqləşdirilmədiyi üçün vergi orqanı yayındırılan məbləğ üçün əlavə vergi hesablayır. Maliyyə sanksiyası tətbiq edilməyəcək, amma ödənməmiş vergi üçün faizlər hesablanacaq (VM, maddə 59.1).

ƏDV qeydiyyatına alınmadan fəaliyyət göstərilməsi

Əlavə dəyər vergisi qeydiyyatına alınmadan fəaliyyət zamanı maliyyə sanksiyası qeydiyyat  prosedurundan yayınmaya görə deyil, yayınaraq büdcəyə daxilolma azıdıldıqda hesablana bilər.

Nümunə 3: Topdansatış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyekti 2021-ci ilin noyabr ayında VM-in 155.1-ci maddəsi üzrə ƏDV qeydiyyatına alınmalı idi. Lakin ərizə ilə müraciət etmir və bu hal kameral qaydada aşkarlanmır. 2022-ci ilin fevral ayında yoxlama prosesində aşkar olunur ki, vergi ödəyicisi bir neçə aydır müvafiq qeydiyyatına alınmadan fəaliyyət göstərir. Nəticədə ona noyabr ayından etibarən büdcəyə ödəməli olduğu 4400 manat vergi məbləğinə görə 2200 manat maliyyə sanksiyası hesablanır və həmin məbləğ büdcəyə bərpa edilir.

Yuxarıdakı nümunədə qeydiyyat olmadan fəaliyyət zamanı büdcəyə ödənməli əlavə dəyər verişi məbləği olmasa, ƏDV ödəyicisinə maliyyə sanksiyası hesablanmır.

ƏDV ödəyicilərində pos-terminal, NKA, qəbzlə bağlı maliyyə sanksiyası

Pərakəndə satış qaydasında əhaliyə malların satışında nəzarət kassa aparatı (NKA) quraşdırmaq tələb edilir (VM, maddə 16.1.8).

Operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin NKA qəbzi, pos-terminal çekinin verməməsi, bir sıra hallarda ümumiyyətlə pos-terminaldan imtina halları aşkar edilir. Texniki nasaz NKA, çekdə məlumatların tam olmaması da belə hallardandır. Belə pozuntulara:

  • birinci dəfə min;
  • ikinci dəfə üç min;
  • üç və daha artıq təkrar olunduqda altı min manat maliyyə sanksiyası hesablanır.

Təqvim ilinin sonunda isə belə demək olarsa “sıfırlanma” olur, yəni yeni təqvim ilində baş vermiş ilk hal birinci kimi qəbul edilir.

ƏDV ödəyicilərində nağdsız hesablaşmalar

Azərbaycanda nağdsız əməliyyatlar, belə əməliyyatlar zamanı limitlər müvafiq qanunvericilik aktı ilə tənzimlənir. Qanun pozuntularına görə nağd pul vəsaitini ödəyən, yaxud qəbul edən, bəzən isə hər iki tərəfə maliyyə sanksiyası tətbiq edilə bilər (VM, maddə 58.7-1).

Nümunə 5: İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi təqvim ayı ərzində xammal və digər xidmətlər üçün bir neçə halda qarşı tərəfə ümumilikdə 35000 AZN ödəniş edib. Bu limitdən 5000 AZN çoxdur. Həmin ödəyici belə hala ikinci dəfə yol verdiyi üçün 5000 * 20% = 1000 AZN məbləğində maliyyə sanksiyası tətbiq edə bilər.

Məxaric əməliyyatları zamanı limit nəzərdə tutulmayıb.

Nümunə 6: ƏDV ödəyicisi qarşı tərəflərlə müqavilələr əsasında 42000 AZN dəyərində mal satışı həyata keçirib. Qarşı tərəflər nağd formada həyata keçirilən pul ödənişləri kassaya qəbul etmişdir. Bu zaman nağd formada pul qəbuluna görə ona MS hesablanmır, çünki 30000 AZN limit məxaric əməliyyatları üçün nəzərdə tutulub.

Bəzi məbləğlər limitə aid edilmir.

Nümunə 8: Pərakəndə ticarətlə məşğul olan ƏDV ödəyicisi təqvim ayında təhtəlhesab şəxsə nağd qaydada 48000 AZN pul verib. Həmin vəsaitdən vergi ödəyicisi olmayan kənd təsərrüfatı istehsalçısından kənd təsərrüfatı məhsulu alınmasına 2000, vergilərin ödənməsinə 3200 AZN ödənib. 4800 manat bank hesabına qoyulub. Qeyd edilən məbləğlər limitə aid edilmir.Aylıq limitdən kənarlaşma 8000 AZN-dir ((48000-3200-2000-4800)-30000=8000)

ƏDV ödəyicisinə maliyyə sanksiyası : 8000 * 10 % = 800 AZN.

ƏDV ödəyicisi tərəfindən uçot sənədlərinin düzgün tərtib edilməməsi

Kassaya nağd pul vəsaitinin mədaxili, məxarici zamanı müvafiq orderlərin, habelə baş kitabın tərtib edilməməsi pul vəsaitlərinin uçotdan yayındırılması hesab edilə və EDV ödəyicisnə maliyyə sanksiyasının (təqvim ilində birinci dəfə  min manat, sonrakı hallarda iki min manat)  hesablanması ilə nəticələnə bilər. 1000 AZN-ə qədər yayındırılmış məbləğə MS hesablanmır.

Malların mədaxili üçün mütləq müvafiq ilkin uçot sənədləri – yük gömrük bəyannaməsi (YGB), elektron alış aktı, elektron qaimə-faktura kimi sənədlər mövcud olmalıdır. Əks halda 10, 20 və 40 faiz olmaqla ƏDV ödəyicisinə maliyyə sanksiyaları tətbiq edilə bilər.

Maya dəyərinin kalkulyasiyası məqsədi ilə məsrəflərin uçotu metodları

Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçidin stimullaşdırılması

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinə edilən əlavəyə əsasən, vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən olunmuş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Bu dəyişikliyin məqsədi mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə keçidini stimullaşdırmaqdır. Qeyd edək ki, Nazirlər Kabinetinin 556 saylı qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlar” təsdiq edilib:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları  

İşçilərin orta siyahı sayı (nəfər)

 

İllik gəlirləri (ig) (min manat)

Mikro sahibkarlıq 1 – 10 ig< 200
Kiçik sahibkarlıq 11- 50 200 < ig < 3000
Orta sahibkarlıq 51 – 250 3000< ig<30000
İri sahibkarlıq 251 və ondan yuxarı 30000 < ig

Maddədə diqqət yetiriləsi 5 vacib məqama nəzər salaq.

Birinci məqam. Mikro sahibkarlıq subyektini kiçik sahibkarlıq subyektinə keçidə stimullaşdırmağın bir şərti Vergi Məcəlləsinin 102.1.30-ci maddəsindəki 75 faizlik vergi güzəştindən istifadə etməməkdir.
Misal üçün, vergi ödəyicisinin müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən çoxdur və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadığı üçün mikro sahibkarlıq subyekti 75 faizlik güzətdən istifadə edibsə, o zaman kiçik sahibkarlıq subyektinə keçid zamanı qeyd olunangüzəşt tətbiq edilməyəcək.

İkinci məqam. Mikro sahibkarlıq subyektindən kiçik sahibkarlıq subyektinə keçid zamanı maksimum 3 illik dövr nəzərdə tutulur. Vergi ödəyicisi bir, iki və üç ildən sonra kiçik sahibkarlıq subyektinə keçərsə, ötən dövr və dövrlər üçün hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində güzəşt hüququndan istifadə edəcək.

Misal 1

Mikro sahibkarlıq subyekti 2024-cü və 2025-ci ildə gəlir vergisi ödəyicisi kimi 20 faizlik dərəcə ilə vergi ödəyib və 75 faizlik vergi güzəştindən istifadə etmək hüququna malik olmayıb. 2026-cı ildə vergi ödəyicisi kiçik sahibkarlıq subyekti olduğu halda, həmin il üzrə hesablanmış gəlir vergisi öhdəliyindən 2024 və 2025-ci illər üzrə hesablanmış gəlir vergisinin 75 faizi qədər məbləğ çıxılacaq.
Üçüncü məqam. Mikro sahibkarlıq subyekti mütləq 3 il ərzində kiçik sahibkarlıq subyektinə keçməlidir ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş stimullaşdırıcı güzəştdən istifadə etsin.

Misal 2

İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və mikro sahibkarlıq subyektinə aid edilən vergi ödəyicisinin işçisi yoxdur. Onun 2024-cü il üzrə vergiyə cəlb edilən gəliri 100.000 manat olduğundan gəlir vergisi 20.000 manat təşkil edib:

100.000 x 20% = 20.000 manat.

Vergi ödəyicisinin 2025-ci il üzrə gəliri 150.000 manata yüksəldiyi üçün gəlir vergisi 30.000 manat təşkil edib:

150.000 x 20% = 30.000 manat.

Vergi ödəyicisinin 2026-ci il tarixdə gəliri 220.000 manat olduğu üçün kiçik sahibkarlıq subyekti hesab edilib:

220.000 x 20% = 44.000 manat.

Bu zaman vergi ödəyicisi 44.000 manat gəlir vergisi hesablasa, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinin tələbləri üzrə dövlət büdcəsinə bəyan edəcəyi məbləğ 6.500 manat təşkil edəcək:

44.000 – 22.500 – 15.000 manat = 6.500 manat.

Burada 22.500 manat 2025-ci il üzrə gəlir vergisinin 75 faizi, 15.000 manat isə 2024-ci il üzrə gəlir vergisinin 75 faizidir.

Göründüyü kimi, vergi ödəyicisi bəyan etdiyi 44.000 manatlıq gəlir vergisi üzrə 6.500 manat vergi ödəyəcək ki, bu da 37.500 manat azalmadır.

Sonda bir məqamı da bildirək ki, mikro sahibkarlıq subyektinin illik gəliri 200.000 manatdan çox olduqda kiçik sahibkarlıq subyektinə keçdiyi halda, o, təqdim olunan mallara (iş, xidmətlərə) görə 18 faizlik dərəcə ilə ƏDV tətbiq etmək məcburiyyətində qalacaq.

Mənbə: vergiler.az

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

1 384 385 386 387 388 389 390 2. 691
error: Content is protected !!