Read More9
Read More9

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi kimdir?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinə rəis təyin olunan Ələkbər Comərd oğlu Məmmədov indiyə qədər DVX-nin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bundan əvvəl isə 2011-2019-cu illər ərzində beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi, Beynəlxalq Əməkdaşlıq və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Vergilər Nazirliyindən öncə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbəri, “Azərinvest” Maliyyə-Sənaye Qrupunun sədri, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi – Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsinin rəisi, Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru, “Azərqarant” Qapalı Səhmdar Sığorta şirkətinin sədri, “Azərnəqliyyatbank” Açıq Səhmdar Bankının Müşahidə Şurasının sədri vəzifələrində də fəaliyyət göstərib.

Ə.Məmmədov 2022-ci ildə Azərbaycan Prezidentinin 3145 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xidmətlərinə görə” “Tərəqqi”, 2015-ci ildə Prezidentin 1038 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

150-dən çox elmi məqalələrin, metodik göstərişlərin, sahibkarlığın müxtəlif sahələrini əhatə edən elmi-tədqiqat işlərinin, kitabların müəllifi olan hüquq üzrə elmlər doktoru, professor Ə.Məmmədov Azərbaycan, ingilis, türk, alman və rus dillərini də bilir.

Xüsusi rütbəsi Baş vergi xidməti müşaviridir.

Mənbə: report.az

111-ci hesabda torpaq, tikili və avadanlıqların daxil olması üzrə müxabirləşmələr

Vergi ödəyiciləri hansı yeni elektron qaimə-fakturanı təqdim etməlidirlər?

posted in: Xəbər | 0

Bu ildən Vergi Məcəlləsinin 70 və 71-ci maddələrinə yeni əlavələr edilib. İqtisadçı ekspert Anar Bayramov həmin yenilikləri şərh edir.

Vergi Məcəlləsinin 70.2-4-cü maddəsinə əsasən, vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir.

Maddənin tələblərindən göründüyü kimi, vergi ödəyicisi yanlız müraciət etdiyi halda vergi orqanı cavabların kağız daşıyıcıda olan surətini ona təqdim etməyə borcludur. Dəyişiklikdə digər məqsəd ondan ibarətdir ki, kağız daşıyıcıda olan surətin verilməsi hallarının azaldılması yolu vergi orqanı ilə vergi ödəyicisinin elektron sənəd dövriyyəsinə keçməsini təmin etməkdir. Sənəd dövriyyəsinin elektronlaşdırılması, operativliklə yanaşı, kağız sərfiyyatına qənaət, vaxt itkisi və maliyyə xərcinin azalmasına xidmət edəcək.

Bəs hansı halda vergi ödəyiciləri yeni elektron qaimə-faktura təqdim etməlidirlər?

Təcrübədə rast gəlinən problemlərdən biri də avans ödənişləri zamanı elektron qaimə-fakturanın tələb edilməsidir. Vergi ödəyicisi qarşı tərəfdən ona avans ödənilməsini tələb etdikdə, qarşı tərəf həmin bəndin müqavilədə olmasını mütləq tələb kimi qoyurdu. Bəzi vergi ödəyiciləri qarşı tərəfə bütün növ, o cümlədən avans ödənişlərinin yalnız elektron qaimə-faktura üzrə həyata keçirə biləcəklərini bildirirdi.

Vergi orqanı tərəflər arasında avans ödənişi zamanı bu cür problemlərin yaranmaması, həmçinin avans ödənişlərinə nəzarət baxımdan 1 yanvar 2024-cü il tarixdən yeni elektron qaimə-fakturanın tətbiq edilməsinə qərar verib.

Vergi Məcəlləsinə əlavə edilən 71-1.5.12-ci maddəyə əsasən, yeni elektron qaimə-faktura “Alınmış avans ödənişləri barədə” adlanır. Avans ödənişləri zamanı göndərilən elektron qaimə-faktura ilə bağlı bəzi vacib məqamları qeyd etmək istərdik.

Birinci məqam. Avans ödənişləri üzrə elektron qaimə-fakturanın göndərilmə vaxtı avansın alındığı gündür.

Misal 1: Vergi ödəyicisi qarşı tərəfdən 20 aprel 2024-cü il tarixdə avans ödəmək tələb edirsə, o zaman həmin tarixdə “Alınmış avans ödənişləri barədə” adlı elektron qaimə-fakturanı göndərməlidir.
İkinci məqam: “Alınmış avans ödənişləri barədə” elektron qaimə-fakturanın gec təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Misal 2: Vergi ödəyicisi qarşı tərəfə avans ödənişləri üzrə elektron qaimə-fakturanı 10 yanvar 2024-cü il üzrə təqdim etsə də bu ödəniş 9 yanvar 2024-cü il tarixdə qəbul olunub. Bu zaman vergi orqanı tərəfindən avans ödənişləri üzrə elektron qaimə-fakturanın gec təqdim edilməsi üzrə hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcək.

Üçüncü məqam: Avans üzrə qaimə-fakturanın yalnız ƏDV ödəyiciləri tərəfindən təqdim olunması nəzərdə tutulmur. Bəzi həmkarlar hesab edirlər ki, avans ödənişləri üzrə ƏDV öhdəliyi yarandığı üçün yalnız ƏDV ödəyiciləri həmin sənəddən istifadə etməlidir. Amma istənilən mükəlləfiyyətə malik olanlar, o cümlədən sadələşdirilmiş və ya ƏDV ödəyicisi olmayan mənfəət (gəlir) vergisi ödəyiciləri də avans ödənişləri üzrə elektron qaimə-fakturadan istifadə etməlidir.

Dördüncü məqam: Avans ödənişləri üzrə elektron qaimə-faktura təqdim edilməsi malların təqdim olunması anlamına gəlmir.

Misal 3: Vergi ödəyicisi 2024-cü ilin aprel ayında təqdim edəcəyi 30.000 manatlıq mallar üzrə həmin ilin mart ayında 40 faizi həcmində, yəni 12.000 manat məbləğində elektron qaimə-faktura təqdim edib. Bu zaman vergi ödəyicisi aprel ayında malları təqdim edəndə 18.000 manat (30.000 manat (təqdim ediləcək malların dəyəri) – 12.000 manat (avans məbləği)) yox, təqdim edilən malların dəyəri – 30.000 manat məbləğində “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura təqdim edəcək.

Mənbə: vergiler.az

Təsərrüfat uçotu sisteminin tərkib hissələri

Dövlət Vergi Xidmətində yeni təyinat olub

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat olub.

Mirzə Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə rəis təyin edilib.

O, buna qədər Vergi auditi Baş İdarəsinin rəis müavini idi.

Mirzə Mirzəyev Bakı Dövlət Universitetində İqtisadi kibernetika üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Mənbə: banker.az

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

posted in: Xəbər | 0

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə görə, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib: “Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlayıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:

Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 469 Günay Mamedova, 287 Gəray Məmmədov”.

Müavinətlərin hesablanmasında hansı dəyişikliklər edilib?

1 395 396 397 398 399 400 401 2. 684
error: Content is protected !!