Read More9
Read More9

Mühasibatın tarixi inkişafı: elm mərhələsi

posted in: muhasibat, Xəbər | 0

Mühasibat işi və onun komponentləri

Mühasibat işi bütün təzahürlərində mühasibin peşəkar fəaliyyətidir. Bu fəaliyyətə uçotun təşkili və aparılması, təşkilatın maliyyə hesabatlarının və uçot siyasətinin formalaşdırılması, hesabat məlumatlarına nəzarət, təhlil, mühasiblərin və auditorların peşəkar təşkilatlarında iştirakını nümunə göstərə bilərik.

Mühasibatın əsas komponentlərinə bunları aid etmək olar:

  • mühasibat uçotunun nəzəriyyəsi (elmi fəaliyyət);
  • tətbiqi mühasibat fəaliyyəti (praktik fəaliyyət);
  • zəruri etik və peşəkar səviyyəyə malik mühasibin özü.

Bu komponentlər mühasibatın tarixi inkişafının müəyyən mərhələlərində təşəkkül taparaq, bir-birinə təsir edərək inkişaf ediblər.

Mühasibat uçotunun tarixi

Mühasibat işinin təşəkkülü və inkişafı uçotun inkişafı ilə birbaşa bağlıdır. Mühasibat uçotunun tarixi inkişafının mərhələlərin müəyyən edilməsi olduqca şərtlidir, çünki müasir elm onun vaxt, hansı tarixi anda yarandığına və “mühasibat uçotu”, “hesabatlılıq”, “audit” kimi anlayışların necə meydana çıxmasına birmənalı cavab verə bilməz. Məhz bu səbəbdən uçotun tarixinə yanaşma da müxtəlifdir. Belə yanaşmalardan biri professor T.V. Sokolova məxsusdur. Mühasibat işinin metodologiyasının tarixi inkişafına əsaslanan bu yanaşmada uçotun inkişafının altı mərhələsi fərqləndirilir.

Natural uçot mərhələsi 

Birinci tarixi mərhələ natural uçot dövrü (e.ə. 4 min – e.ə. V əsr) əhatə edir və uçotun yaranması ilə bağlıdır. Bu mərhələdə mühasibin uçot ideyası olduqca primitivdir: o, nəyi görürsə, nə ilə işləyirsə, onları uçotda əks etdirmək istəyir. Uçotun inkişafının bu mərhələsində “təsərrüfat fəaliyyəti faktı”, “inventar” kimi anlayışlar yarandı.

Mühasibatın tarixi inkişafının dəyər dövrü 

Mühasibat işinin inkişafının ikinci tarixi mərhələsi (e.ə. V əsr – 1300-cü illər) dəyər dövrü adlanırdı və pulun əmələ gəlməsi ilə bağlı idi. Bu mərhələdə uçot pulun dəyər ölçüsü və ödəniş vasitəsi kimi funksiyalarına uyğun olaraq iki istiqamətdə inkişaf edirdi:

  • patrimonal – əmlakın uçotu;
  • kameral – pulun hərəkətinin əks etdirilməsi.

Bu mərhələdə mühasibat həm natural, həm də dəyər ölçüsündə aparılırdı.

Uçotun ikili yazılış mərhələsi

Üçüncü mərhələ – uçotun diqrafik mərhələsi (1300-1850) Luca Pacioli tərəfindən unikal ikili yazılış metodunun təklif edilməsi ilə əlamətdar oldu. İkili yazılış yaxud diqrafik uçot  digər Avropa ölkələrində də yayıldı və uçotun nəzəri əsaslarının inkişafına yol açdı. İkili yazılışa əsaslanan mühasibat uçotu nəzəriyyəsi XV əsrin sonlarında İtaliyada tam formalaşdı. Hazırda da İkili yazılış metodu öz aktuallığını itirməyib, bütün dünya ölkələrinin, o cümlədən Azərbaycanın mühasibat uçot sisteminin əsasını təşkil edir.

Mühasibat işinin metodologiyasının tarixi inkişafının üçüncü mərhələsində patrimonal uçot:

  • uniqrafik (sadə uçot);
  • diqrafik (ikili yazılış) uçota bölündü.

Bu mərhələdə həm də uçot hesablarının tipologiyası aparıldı, diqrafik mərhələnin alimləri tərəfindən bir sıra nəzəri əsaslar irəli sürüldü.

Nəzəri-praktiki mərhələ

1850-1900-cü illəri əhatə edən bu mərhələ diqrafik uçotun hüquqi və iqtisadi istiqamətlərdə inkişafı ilə xarakterizə olunur. Mühasibat uçotunun tarixi inkişafının nəzəri-praktiki mərhələsində hesabların elmi təsnifatı aparıldı, uçot nəzəriyyələri inkişaf etdirilərək onun elmi mərhələsi üçün istiqamətlər inkişaf etdirildi.

Mühasibatın tarixi inkişafında elm mərhələsi

Uzun əsrlər boyu mühasibat işi praktiki fəaliyyət növü (hesabdarlıq) kimi mövcud olmuşdur. O özündə  səhv edilə-edilə öyrənilənlər sırasından seçilmiş proseduraları birləşdirirdi.

19-cu əsrin ortalarında mühasibat elminin (hesabdarlığın) əsasları qoyulmuş, onun kateqoriyaları formalaşmış və əsaslandırılmışdır.

19-cu əsrin sonlarına qədər mühasibat uçotunun hüquqi şərhi üstünlük təşkil edirdi, 20-ci əsrin əvvəllərindən o, iqtisadi anlayış kimi tanındı. Hər iki elmi istiqamət birlikdə mövcud idi, zaman-zaman birinin təsiri artır, digəri zəifləyirdi, lakin heç bir doktrina dominant əhəmiyyət kəsb etmədi və heç biri tarixin səhifələrində itib-batmadı.

Eyni zamanda, şərti kateqoriyaların meydana gəlməsi əvvəlcə kortəbii xarakter daşıyırdı. Amma müəyyən məqamda onları anlamaq zərurəti yarandı. Bu proses mərkəzi kateqoriyanın – balansın təfsiri ilə başladı. Balansın anlamına fərqli yanaşmalar var idi:

  • bəziləri bunu ikili yazışın nəticəsi (dinamik şərh);
  • digərləri isə sadələşdirilmiş inventar siyahısı (statik şərh) kimi başa düşürdü.

Sonuncu təsdiq tələb edirdi ki, bu da müasir auditin yaranmasına səbəb oldu.

Mühasibat işinin tarixi inkişafının bu mərhələsində məsrəflərin uçotu, habelə iş və xidmətlərin maya dəyəri mühüm əhəmiyyət kəsb etməyə başladı. Məsrəflərin uçotu patrimonial və kameral uçotu bir-biri ilə bağlayırdı. Sonuncu xərcləri smetaya uyğun, birinci isə – yarandıqca qeydə alırdı.

Maya dəyərinin kalkulyasiyası nəzəriyyəsi XX əsrin əvvəllərində meydana çıxdı. Bu, tam dəyərin hesablanmasını əhatə edirdi. Buraya:

  • həm birbaşa;
  • həm də dolayı xərclər daxil idi.

Kameral uçotun sonrakı təsiri, qarşıdan gələn xərclərin ilkin hesablanmasını və ciddi normativ nisbəti təmin edən standart-xərc (“standart-kost”) sistemini yaratdı. Bu uçotda inqilab idi.

30-cu illərin ortalarında (söhbət XX əsrdən gedir) məsrəflərin hesablanmasının “direkt-kost” prinsipləri formalaşdırıldı. Maya dəyərinə yalnız birbaşa xərclərin daxil edildiyi bu üsul tam olmayan maya dəyəri hesabınadək satış qiymətlərini endirməklə  istehsal həcmini genişləndirməyə imkan verdi.

50-ci illərin əvvəllərində xərclərin məsuliyyət mərkəzləri, yəni  xərclərin formalaşdığı yerlər üzrə uçot metodu təklif edildi. Nəhayət, XX əsrin sonlarında ABC (activity based costing) – hər bir idarəetmə funksiyası üçün xərclərin hesablanması metodu təklif edildi. Sonradan bu metod mühasibat işində yeni istiqamətin – idarəetmə uçotunun yaranmasına səbəb oldu.

19-cu əsrin ortalarından səhmdar cəmiyyətlərin çoxalması, vergitutmada dəyişikliklər vergi qanunvericiliyinin kəskin güclənməsinə səbəb oldu. Bir sıra Avropa ölkələrində (Almaniya, Fransa, İsveç, Belçika, Danimarka, Lüksemburq və s.) ciddi və çox təfərrüatlı mühasibat uçotu qaydaları tətbiq edilir ki, bu da cəmiyyətdə xüsusi hüquq sahəsinin – mühasibat (maliyyə) hüququnun yaranması gözləntilərinə səbəb oldu.

Beləliklə, mühasibat uçotunun tarixi inkişafının beşinci (elmi) mərhələsində (1900-1950) mühasibat işinin keyfiyyətcə transformasiyası baş verir:

  • balans hesabatı ayrıca inkişaf etməyə başladı;
  • elmi tədqiqatın hesabdarlıq və balansın öyrənilməsi kimi iki sahəsi meydana çıxdı;
  • məsrəflərin uçotu və maya dəyərinin hesablanması əhəmiyyət kəsb etməyə başladı;
  • kalkulyasiya nəzəriyyəsi yarandı.

Mühasibat elminin yaranmasına və inkişafına D. Xarris, Q. Emerson, P. Kaştan, X.L. Lkark, D.A. Xiqqins və başqaları böyük töhfə verdilər. Müasir audit də mühasibatın tarixi inkişafının beşinci mərhələsində baş verdi.

Mühasibat işinin müasir mərhələsi

Müasir (1950-ci ildən indiyədək) dövrü əhatə edən altıncı mərhələdə  mühasibat uçotu öz fənninə, metoduna, nəzəri və metodoloji əsaslarına malik olan iqtisadi elm kimi meydana çıxmışdır. Müasir müəssisənin (təşkilatın, firmanın) təsərrüfat idarəetmə sistemində mühasibat uçotunun rolu bu mərhələdə müəyyən edildi.

Mühasibat uçotunun tarixi: nəzəri-praktik mərhələ

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun metod seçilərkən hesablama necə həyata keçirilir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər. İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin bu tələbini şərh edir: 

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 151-ci maddəsi cari vergi ödəmələrinin hesablanmasını tənzimləyir. Məcəllənin 151.1-ci və 151.2-ci maddələri ötən ili mənfəətlə başa vuran vergi ödəyicisi tərəfindən tətbiq edilir. 151.1-ci maddə tətbiq edilərkən hesablamalar zamanı vergi ödəyicisinin yalnız mənfəət vergisinin göstəricisinə istinad edilir, 151.2-ci maddə üzrə isə aşağıdakı göstəricilərdən istifadə edilir:

  • vergi ödəyicisinin rüb ərzində gəlirlərinin məbləği (xərclər çıxılmadan);
  • vergi ödəyicisinin keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsal.

Misal 1

Vergi ödəyicisinin 2022-ci ilin 1-ci rübündə dövriyyəsi 30.000 manat, 2021-ci il ərzində ümumi gəliri isə 180.000 manat olub. Gəlirdən çıxılan xərclər 60.000 manat olduğu üçün mənfəət vergisi 24.000 manat təşkil edib:

180.000 – 60000 = 120.000 manat;

120.000 x 20% = 24.000 manat.

Deməli, verginin gəlirlərdə xüsüsi çəki əmsalı 0,13-dür:

24.000 : 180.000 = 0,13.

Bu zaman I rüb üzrə cari vergi ödəməsi 3.900 manat olacaq:

30.000 x 0,13 = 3900 manat.

Digər misala isə “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” üzərindən baxaq:

Misal 2

Vergi ödəyicisinin 2021-ci il üzrə ümumi gəliri 40.000 manat təşkil edib. Xərclər nəzərə alındıqdan sonra hesablanan mənfəət (gəlir) vergisi 4.400 manat təşkil edib. Deməli, vergi ödəyicisinin əvvəlki ildə hesablanmış mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi 0,11 əmsal olacaq:

4.400 : 40.000 = 0,11.

Tutaq ki, vergi ödəyicisinin 2022-ci ilin I rübü üzrə gəliri 5.000 manat olub. Bu zaman “Cari vergi ödəmələri haqqında Arayış”ın aşağıdakı maddələri belə doldurulacaq:

Bölmə 2. Cari vergi ödəmələrinin hesablanması:

Vergi Məcəlləsinin 151.2-ci maddəsinə əsasən:

290. Əvvəlki hesabat ilində ümumi gəlir: – 40.000 manat (avtomatik qeyd edilir).

291. Əvvəlki hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisi – 4.400 manat (avtomatik qeyd edilir).

292. Əvvəlki hesabat ilində hesablanmış mənfəət (gəlir) vergisinin ümumi gəlirdə xüsusi çəkisi: – 0.11 (avtomatik qeyd edilir).

293. Cari rübdəki ümumi gəlirin həcmi: – 5.000 manat (əllə qeyd edilir).

294. Cari vergi ödəməsinin həcmi: 550 manat (5.000 manat (cari rübdəki gəlirin həcmi) x 0,11 (ötən ilin mənfəətinə görə hesablanan əmsal)).

295. Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinin tələbləri nəzərə alınmaqla cari vergi ödəməsinin həcmi: 137,50 manat

550 x 25% = 137,50 manat.

Misalın davamı kimi, hesab edək ki, vergi ödəyicisinin II rübdə gəliri 8.000 manat artaraq ilk 6 ay üzrə 13.000 manat olub. Həmkarlarımızı maraqlandıran məsələ odur ki, bu zaman vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsi üzrə metodu tətbiq edərkən 8.000 manat, yoxsa 13.000 manat qeyd edəcək?

Xatırladaq ki, Vergi Məcəlləsinin 151.2-ci maddəsində “rübdəki həcmini” ifadəsi olduğu üçün vergi ödəyicisi arayışda 13.000 yox, 8.000 manat məbləğində cari vergi ödəməsi hesabladığını qeyd edəcək.

Misalı davam etdirək. Vergi ödəyicisi müəyyən edir ki, 2022-ci ilin III rübündə gəliri 15.000 manat olsa da həmin rübdə xərcləri 17.000 manat təşkil edib. Həmçinin, 2022-ci ilin 9 ayının yekunlarına görə zərərlə işləyib. Bəs bu halda (vergi ödəyicisi həm 3-cü rübün, həm də 9 ayın yekunlarına görə zərərlə işləyib) “Cari vergi ödəməsinin hesablanması haqqında Arayış”a əsasən, cari vergi ödəməsi həyata keçirilməlidirmi?

Öncəki misalda da qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 151.2-ci maddəsində “rübdəki gəlirinin həcmini” ifadəsi qeyd olunduğu üçün xərclər nəzərə alınmayacaq. Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsini tətbiq edərkən rüb ərzində zərərlə işləməsinin təsiri olmayacaq, çünki hər rüb üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) qeyd edilməsi tələb olunur.

Mənbə: vergiler.az

Mədən vergisi üzrə kameral vergi məktublar barədə tövsiyələr

Vergi uçotu kursu

posted in: Vergi, Xəbər | 0

Vergi uçotu kursu

Vergi uçotu kursu Azərbaycan Respublikasının Vergi qanunvericiliyi, Vergi məcəlləsi və vergi uçotu zamanı istifadə edilən digər qanunvericilik aktları və Vergi məcəlləsinə uyğun təşkil edilmiş vergi uçotunun qaydalarını, Vergi məcəlləsində olan dəyişiklikləri, vergi bəyannamələrinin hazırlanmasını və vergi qanunvericiliyinin mühasibat uçotunda düzgün əks etdirilməsini əhatə edir. Həmçinin təlim vergilərlə bağlı məsələlərin geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq.

Kurs kimlər üçündür?

  • Mühasib və auditorlar;
  • Vergi mütəxəssisləri və iqtisadçılar;
  • PMS imtahanına hazırlaşanlar;
  • Bu sahəni öyrənmək istəyən digər peşə sahibləri.

Təlimçi barədə:

Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 12 təlim / 48 saat / Həftədə 1 dəfə, şənbə günləri, saat: 15:00-19:00

Kursa daxildir:

  • 12 təlim / 48 saat;
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Kursa qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 1 ay boyu iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək üçün və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Təlimlərin yekununda (keçirilən mövzuları əhatə edən) sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı almaq üçün 80% davamiyyət, müvəffəqiyyət sertifikatı almaq üçün isə 80% davamiyyət və yekun imtahandan minimum 70% nəticə əldə etməlisiniz.


Proqrama nəzər yetirin:

Mövzu saat VM-nin maddələri və ya digər qanunvericilik aktları
Vergi qanunvericiliyi, vergi münasibətləri və yeni anlayışlar, ikiqat vergitutmanın aradan qaldırılmasına dair tələblər, test sualları 4 saat VM 1-13 maddələr, Beynəlxalq sazişlər, DTA formaları üzrə yeniliklər, Nazirlər Kabinetinin qərarları
Bazar qiyməti. Transfer qiymətlər. Vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi agenti, daimi nümayəndəlik anlayışları, testlər 4 saat VM 14-31 maddələr, Konstitusiya Məhkəməsi Plenumunun qərarı,Transfer qiymətlərin müəyyən edilməsi barədə Vergilər Nazirliyi Kollegiyasının qərarı
Vergi nəzarəti, uçot qaydaları, vergi yoxlamaları, kameral və səyyar vergi yoxlamaları, yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi, sənədlərin tələb edilməsi, baxış, operativ vergi nəzarəti, xronometrajın keçirilməsi, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları, şikayətlərin verilməsi və şikayətlərə baxılması qaydası, testlər 4 saat VM 32-60 maddələr, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi haqqında qanun, Konstitusiya Məhkəməsi Plenumunun qərarı,Nağdsız hesablaşmalar haqqında qanun, Konstitusiya Məhkəməsi plenumunun qərarı, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi
Vergilərin ödənilməsi üzrə ümumi qaydalar, vergitutma obyektinin müəyyən edilməsi qaydaları, məlumatların verilməsi, vergi öhdəlikləri, vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın verilməsi, əmlakın siyahıya alınması, hərracın və elektron hərracın keçirilməsi, əlaqəli məlumatlara əsasən vergilərin hesablanması, testlər. 4 saat VM 61-94 maddələr, Nazirlər Kabinetinin qərarı, Mülki Məcəllənin ödənişlərinin növbəliliyi prinsipi haqqında maddələri, Yaşıl Dəhlizə daxil olma qaydaları
Fiziki şəxslərin və xarici fiziki şəxslərin gəlir vergisinin müəyyənləşdirilməsi, hesablama qaydaları, fiziki şəxslərin gəlir vergisinə dair məsələlər həlli, testlər, bəyannamələrin doldurulması qaydaları, fiziki şəxslərin gəlir vergisinə dair məsələlər həlli, məsələlər həlli 4 saat VM 95-102 maddələr, Nazirlər Kabinetinin qərarları, DSMF haqqında qanun, sosial müavinətlər,işsizlik sığortası haqqında qanun
İlk sınaq imtahanı və imtahanqabağı müzakirə 1+3 saat Məsələlər
Hüquqi şəxslərin mənfəət vergisi və azadolmalar, gəlirin əldə edilməsi və gəlirdən çıxılan və çıxılmayan xərclər, amortizasiya normaları və təmir xərcləri, ödəmə mənbəyində vergilər, testlər, məsələlər həlli, bəyannamələrin məsələ həlli ilə doldurulması qaydası 2 saat VM 103-115 maddələr, AR Prezidentinin Fərmanları
Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərə görə ödəmə mənbəyində tutulan vergilər, testlər, məsələlər həlli, bəyannamələrin məsələ həlli ilə doldurulması qaydası 2 saat VM 116-129 maddələr, AR Prezidentinin Fərmanları
Maliyyə lizinqi və ona dair yeniliklər, hüquqi şəxsin ləğvi, yaranması və yenidən təşkili, kassa və hesablama metodu ilə vergilərin hesablanması, cari vergilərin hesablanması, testlər, məsələlər həlli 4 saat VM 130-152 maddələr. Konstitusiya Məhkəməsi Plenumunun qərarı
ƏDV uçotu, qeydiyyat və uçotdan çıxma, vergitutma obyekti, azadolmalar, testlər, məsələlər 4 saat VM  153-165 maddələr, Nazirlər Kabinetinin qərarı, AR Prezidentini  Fərmanı, Tax Free, fiziki şəxsin aldığı qeyri-kommersiya xarakterli malların idxalı və yaxud ƏDV-nin geri qaytarılması qaydaları
Vergi tutulan dövriyyənin vaxtının və yerinin müəyyən edilməsi, qeyri-rezidentin ƏDV-si, əvəzləşdirilmələr, məsələlər həlli, bəyannamələrin məsələ həlli ilə doldurulması qaydası 4 saat VM  166-181 maddələr,qeyri-rezidentin ƏDV-nin vaxtının müəyyənləşdirilməsi və əvəzləşdirilməsi
İkinci sınaq imtahanı və imtahanqabağı müzakirə 1+3 saat məsələlər
Aksiz vergisi, torpaq, yol vergisi, mədən vergisi testlər, məsələlər 4 saat VM  182-195 maddələr, İnzibati Xətalar Məcəlləsi, Gömrük Məcəlləsi və Cinayət Məcəlləsi üzrə müddəalar
Əmlak vergisi, sadələşdirilmiş vergi, banklar və notariuslar tərəfindən tutulan sadələşdirilmiş vergi, bina tikintisi ilə məşğul olan şəxslərə hesablanan sadələşdirilmiş vergi, sabit vergi məbləği, məsələlər, testlər 4 saat VM  196-202 maddələr, 218-221 maddələr
Əmlak vergisinə, sadələşdirilmiş vergiyə, ƏDV, mənfəət vergisi və s. vergilərin hesablanmasına dair məsələlər həlli 4 saat VM  196-221 maddələr
Son test imtahanı 1+3 saat məsələlər

 

Proqramı yükləyin: Vergi uçotu kursu

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 09 29
📱+994 50 225 82 05

Ünvan: Caspian Plaza


Kapital Bank-da dollar depoziti sərfəlidir

posted in: Xəbər | 0

Kapital Bank-da dollar depoziti. kapital bank, dollar depozitiKeyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan  ölkənin birinci bankı Kapital Bank-ın depozit məhsulu üzrə şərtləri çox sərfəlidir.  Belə ki, əmanət müddəti 12 aydan 36 ayadək olmaqla bankın USD valyutası üzrə depozit faizi 3.5%-dir.

Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir. Bundan başqa əmanət yerləşdirən müştərilərə depozitin 80%-i həcmində nağd və ya kartla kredit xətti təklif edilir.

Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kddpr

140 ildən çox tarixə mailik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.

Müxtəlif regionlarda mühasibatın tarixi inkişafı

1 445 446 447 448 449 450 451 2. 685
error: Content is protected !!