Fiziki şəxslərin gəlir vergisi bəyannaməsi

posted in: Xəbər | 0

Gəlir vergisi ödəyiciləri və vergitutma obyekti

Fiziki şəxslərin gəlir vergisinin bəyannaməsi üzrə müddətlər haqqında danışmazdan öncə gəlir vergisi ödəyiciləri və vergitutma obyektləri barədə qısa məlumat verək. Çünki bu vergi növü üzrə vergitutma obyektləri hazırlanmalı olan hesabatlara da təsir edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin VIII fəsli fiziki şəxslərin gəlir vergisi üzrə əsas müddəaların şərhinə həsr olunub. Məcəllənin 95-ci maddəsinə görə bu verginin ödəyiciləri rezident və qeyri-rezident fiziki şəxslərdir. Vergitutma obyektlərini 96-cı maddəsinə əsaslanaraq aşağıdakı kimi qruplaşdıra bilərik:

  • rezident fiziki şəxslərin vergiyə cəlb edilən gəlirləri;
  • xüsusi notariusların notariat hərəkətlərinə, göstərilən xidmətlərə görə aldığı haqlar;
  • ödəmə mənbəyində tutulan vergilər üzrə, vergiyə cəlb olunan gəlirlər;
  • qeyri-rezident fiziki şəxsin vergiyə cəlb edilən gəlirləri.

Gəlir vergisi bəyannaməsi üzrə müddətlər

Fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin təqdim edilməsi üzrə müddətlər, bunları nəzərə almaqla, aşağıdakı kimi qruplaşdırıla bilər:

  • fiziki şəxslərin gəlir vergisi bəyannaməsi – hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq;
  • cari ödəmələr üzrə arayış – hər rüb başa çatdıqdan sonra 15 gün ərzində;
  • xüsusi notariusların gəlir vergisi bəyannaməsi – hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq;
  • idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi – hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq.

Ödəmə mənbəyində tutulan vergilər hüquqi şəxslərin və fərdi sahibkarların öhdəlikləri hesab olunur, vergi bəyannaməsi vergini tutan şəxslər tərəfindən təqdim edilir. Məsələn, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyiciləri tərəfindən uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim edilir.

Gəlir vergisi ödəyiciləri aşağıdakı hallarda gəlir vergisi bəyannaməsini 30 gün müddətində vergi orqanına təqdim etməlidir:

  • AR ərazisində sahibkarlıq fəaliyyətini dayandırdıqda;
  • AR ərazisində xitam verdikdə.

Hesabat dövrü vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər.

Hesabatların təqdim edilməsi tarixi iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. 

Gəlir vergisi bəyannaməsi necə hazırlanır?

Vergi hesabatları elektron, yaxud kağız daşıyıcıda təqdim edilə bilər. Gəlir vergisi bəyannaməsinin kağız daşıyıcıda hazırlamaq üçün formanı və onun doldurulma qaydası haqqında təlimatı buradan yükləmək olar.

Vergi hesabatlarının elektron daşıyıcıda hazırlamaq üçün Bəyannamə Tərtibat Proqramından (BTP) olunur. Bu məqsədlə BTP-ni İnternet Vergi İdarəsinin saytının “E-Bəyannamə” hissəsinin “Lazımlı proqramlar” bölməsindən yükləmək və kompüterdə quraşdırmaq lazımdır.

Gəlir vergisi bəyannaməsi İnternet Vergi idarəsinin saytında yüklənir və quraşdırılır

 

Fiziki şəxslərin gəlir vergisinin bəyannaməsinin hazırlama ardıcıllığı Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış videoda ətraflı şərh olunub.

Hazırlanmış hesabat real vaxt rejimində, İnternet Vergi İdarəsinə gücləndirilmiş elektron imzadan istifadə etməklə daxil olaraq göndərilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 57-ci maddəsində  hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub. Məsələn, gəlir vergisi bəyannaməsini əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat maliyyə sanksiyası tətbiq edilə bilər.

Maliyyə dünyasından maraqlı faktlar toplusu

posted in: Məqalə, Xəbər | 0

Maraqlı faktlar 

1980-ci ildən başlayaraq, Britaniyanın fond birjasının aparıcı indeksi olan FTSE100 siyahısından yüz şirkətdə top – menecerlərin maaşları 4000%, onların tabeliyində olanların maaşları isə 300% artıb.

2010-cu ildə FTSE100 (Financial Times Stock Exchange) siyahısından olan şirkətlərin direktorlarının əməkhaqlarının orta yüksəlişi 50% artmaqla hər biri üçün 2,7 milyon funt sterlinq təşkil etdi ki, bu da ölkə üzrə orta göstəricidən 100 dəfədən çox demək idi.

2011-ci ilin sonuna FTSE indeksi 5572 bənd təşkil edirdi ki, bu da 1999-cu ildəki göstəricidən 1358 bənd aşağı demək idi.

2008-ci ildə Zimbabvedə inflyasiya 231 000 000 faizə çatmışdı.

300 il əvvəl çay şirkətinin adında şriftlə yazılmış “Tuayninqz” sözü tarixdə ən köhnə dəyişməz kommersiya loqotipidir.

Çində donuz əti istehsal edən digər 43 ölkədə birlikdə olduğundan daha çox donuz var.

Çinin Çjutsi şəhərinin milyon nəfər sakini il ərzində 8 milyard cüt corab istehsal edir. Bu, dünya corab istehsalının 35%-ni təşkil edir.

1835-ci il yanvarın 8-i tarixdə yeganə gündür ki, ABŞ-ın dövlət borcu olmayıb.

İtaliyada ən nəhəng korporasiya mafiyadır. Onun dövriyyəsi 178 milyard dollar təşkil edir ki, bu da ÜDM-nin 7%-ni təşkil edir.

IKEA – dünyanın üçüncü ən böyük ağac istehlakçısıdır; şirkət hər il 2 milyard İsveç frikadeleklərini satır.

İldə 14 000 funtdan çox qazanc əldə edən adamlar, planetin ən varlı adamlarının 4% təşkil edir.maraqlı faktlar

“Birds eye” şirkəti 2011-ci ildə 225 milyard dondurulmuş noxud satıb; həmin noxudlarla 40 olimpiya hovuzunu doldurmaq mümkündür.

Əgər “Birds eye” şirkətinin satdığı bütün vaflilər il ərzində üst-üstə yığılsaydı, onun hündürlüyü 474 Everest zirvəsi hündürlüyündən də yüksək olardı.

2012-ci ildə “Apple” korporasiyasının hesabında, amerikan hökumətinin hesabında olan puldan daha çox vəsait var idi.

“Gillette” şirkəti 1903-cü ildə ilk dəfə öz məhsulunu satmağa başlayarkən, cəmi 168 ədəd ülgüc satmışdı.

İlk reklam sinqllarını (musiqi) qəzetlər çap etmişdi – oxuculara onları sərbəst şəkildə oxumağı təklif olunurdu.

Amerikada piarçıların sayı jurnalistlərin sayından üç dəfədən də çoxdur.

Britaniya pərakəndə ticarəti satılmayan hədiyyə sertifikatlarından ildə 250 milyon funt vəsait əldə edir.

Maraqlı faktlardan biri də odur ki, Amerika Bankı başlanğıcda İtaliya Bankı adlanırdı.

2011-ci ildə Bibliya (İncil) bütün dünyada 25 milyon nüsxədə çap olunmuşdu və həmin ildə çap edilmiş İKEA kataloqlarının sayı 208 milyon nüsxə olmuşdu.

2005-ci ildə Britaniyada 54 milyarder ümumilikdə 14,7 milyon funt gəlir vergisi ödəyib. Həmin məbləğdən 9 milyon funtu – britaniyalı sənayeçi dizayner Ceyms Dayson ödəyib.

2011-ci ildə dünyanın ən bahalı yaşayış rayonu olan Hayd-park-1-in, London evlərində 62 mənzil sahibindən yalnız doqquzu heç olmasa hansısa bələdiyyə vergisini ödəyib.

600 000 çox şirkət (o cümlədən Hayd-park-1 yerləşən 25 mənzili olanlar) Britaniyanın Vircin adalarında (əhalisi vur-tut 28 882 nəfər təşkil edir) qeydiyyatdan keçib.

2009-cu ildə Amerikanın “Eksson” Neft Şirkəti 19 milyard dollar mənfəət əldə etmişdir, bundan 156 milyon dollar isə federal verginin qaytarılması şəklində geri alınmışdır.

İnsanın Aya göndərilməsi və Üsamə bin Ladenin axtarışları (1957-2011-ci illər) amerikan hökumətinə eyni məbləğə və eyni vaxta başa gəmişdi: on il və 100 milyard dollara.

Böyük Britaniyada adambaşına Almaniyada olduğundan 13 dəfə çox mühasib düşür.

Kanadada mühasib peşəsinin xüsusiyyətləri

Vergi bəyannaməsi: ƏDV və aksiz vergisi

posted in: Vergi, Xəbər | 0

Vergi bəyannaməsi nədir? Əlavə dəyər vergisi bəyannaməsi nə vaxt təqdim edilir? ƏDV bəyannaməsi necə hazırlanır? Aksiz vergisi bəyannaməsi üzrə müddətlər necədir? Bu və digər suallara aşağıda cavab verməyə çalışacağıq.

Vergi bəyannaməsi

Vergi bəyannaməsi vergi ödəyicisinin müəyyən müddət ərzində əldə etdiyi gəlirlər və onlara şamil edilən vergi güzəştləri və azadolmalar haqqında vergi orqanlarına təqdim etdiyi rəsmi hesabatdır. Vergi bəyannamələri:

  • vergi öhdəliyini hesablamağa;
  • ödənişləri planlaşdırmağa;
  • artıq ödənilmiş vergilərin geri qaytarılmasını tələb etməyə imkan verir.

Respublikamızda vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası AR Vergi Məcəlləsinin 72-ci maddəsi ilə tənzimlənir. Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsi hesab olunur.

Bəyannamələr vergi ödəyicisi tərəfindən aşağıdakı üsullardan biri ilə təqdim edilə bilər:

  • şəxsən;
  • rabitə təşkilatı vasitəsi ilə;
  • elektron sənəd formasında.

Vergi bəyannaməsinin təqdim edilmə müddətləri VM-nin müvafiq maddələri ilə müəyyən edilir. Bu müddətlərdən gec təqdim edilmiş vergi hesabatları üçün maliyyə sanksiyaları tətbiq edilə bilər (minimum 40 manat).

Yuxarıda qeyd edilənlər həm ƏDV bəyannaməsi, həm də aksiz bəyannaməsinə aiddir.

Əlavə dəyər vergisi bəyannaməsi

ƏDV bəyannaməsi hər hesabat ayı üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verilir və həmin müddətdə də vergi dövlət büdcəsinə ödənilir.

Əgər vergi ödəyicisinin fəaliyyətinə ay daxilindı xitam verilərsə (yaxud vergi ödəyicisi ləğv edilərsə) əlavə dəyər vergisi necə verilir? Bu zaman bəyannamə hesabat ayının əvvəlindən fəaliyyətini dayandırdığı günə qədər olan dövr üçün, növbəti ayın 20-dən gec olmayaraq, 30 gün müddətində təqdim edilir.

Aksiz vergisi bəyannaməsi

Aksiz vergisi və ƏDV  istehlak (xərc) üzərinə qoyulan vergilər qrupuna aiddir. Bu vergilərin əsas xüsusiyyəti ondan ibarətdir ki, vergitutma obyekti İstehlakçılar pulu xərclədiyi (istehlakçının gəliri xərc kimi reallaşdığı) anda yaranır.  Xərc üzərindən vergilərin dərəcələri alınan əmtəənin xarakterinə görə fərqlənə bilər.  Məsələn, qida kimi zəruri məhsullarının dəbdəbə üçün alınmış zərgərlik məmulatlarının vergi dərəcələri eyni olmur. Bu aksiz vergisində daha qabarıq hiss olunur. Bu vergi növü üzrə bəyannamələrin təqdim edilməsi müddətləri ƏDV bəyannaməsi ilə oxşardır.

Aksizli mallar istehsal edildikdə hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməsi və həmin müddətdə vergi orqanına aksiz vergisi bəyannaməsinin təqdim edilməsi zəruridir.

Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.

ƏDV bəyannaməsi necə hazırlanır?

Yeni başlayan mühasiblərin çətinlik çəkdiyi məsələlərdən biri də əlavə dəyər vergisi bəyannaməsinin hazırlanması olur. Çətinliyin əsas səbəbi isə bəyannaməni tam halda görə bilməməkdi.

Accounting.Az  konsaltinq şirkətinin direktoru Ramin Ramazanovun  bəyannamənin hazırlanması haqında tövsiyələrini sizə təqdim edirik: “Uzun illər əvvəl bu problemi mən də yaşamışam, ona görə də işi asanlaşdıracaq bir vasitəni yazsam yeni başlayanların köməyinə çata bilər.“

Çalışın ki, ƏDV Bəyannaməsi BTP-yə yığmazdan əvvəl bir Excel faylına yığılsın. Bu faylı özünüzə uyğun şəkildə yarada bilərsiniz, məsələn, elə şirkət var ki, heç zaman qeyri-rezidentə ödəmə etmir və ya YGB-si olmur. Bu halda bu bölmələrin saxlanmasının mənası yoxdur.

ƏDV bəyannaməsinin hazırlanması üçün köməkçi Excel faylının yeni başlayan mühasiblər üçün aşağıdakı üstünlüyü var:

  • mühasib özü baxarkən tam şəkildə hər şey ona aydın olur;
  • əvəzləşdirmələri rahat şəkildə edə bilir;
  • kameral məktuba rahat şəkildə cavab yaza bilir;
  • rahat başa düşülən olduğundan əlavə dəyər vergisi bəyannaməsi verilmədən öncə rəhbərliyə təqdim olunur (“bu borc hardan yarandı?” sualı olmur);
  • vergi yoxlaması zamanı vergi müfəttişinə təqdim edilir, hətta onun da veriləcək əlavə sualı qalmır.”

Təbii ki, bütün bunlar tövsiyələrdir. Hər bir mühasib ƏDV bəyannaməsi (eləcə də aksiz vergisi bəyannaməsi) hazırlamaq üçün öz praktikasında uyğun qaydalar işləyib hazırlaya bilər.

Əmlak vergisi bəyannaməsi və ödəmələr

posted in: Xəbər | 0

Müəssisələrin əmlak vergisinin bəyannaməsi

Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 20 faizi həcmində dövlət büdcəsinə vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələri həyata keçirirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əmlak vergisinin ödəyicisi olan müəssisələr və fərdi sahibkarlar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər.

Hüquqi şəxsin, qeyri-rezidentin daimi nümayəndəliyinin, habelə fərdi sahibkarın ləğvi hallarında 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir. Bu müddətin başlanma tarixi:

  • fərdi sahibkar vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi;
  • digər hallarda isə ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən hesablanır.

Həmin vaxtadək illik əmlak vergisi üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) müəssisələr və fərdi sahibkarlar  əmlak vergisini dövlət büdcəsinə ödəyirlər.

Fiziki şəxslərin əmlak vergisi üzrə bəyannamə verirmi?

Fiziki şəxslər əmlak vergisi üzrə bəyannamə təqdim etmirlər. Vergi Məcəlləsinin 197.1.1 maddəsi ilə müəyyən edilmiş vergitutma obyektləri üzrə vergi ödəyən fiziki şəxslər cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək yerli (bələdiyyə) büdcəsinə ödəyirlər. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 

Əmlak vergisi bəyannaməsi necə təqdim olunur

Vergi bəyannamələri kağız yaxud elektron daşıyıcıda təqdim olun bilər. Kağız daşıyıcıda vergi bəyannamələrinin formasını buradan yükləmək olar. Elektron daşıyıcıda əmlak vergisi bəyannaməsinin doldurulma qaydası ilə DVX-nin hazırladığı videodan ətraflı məlumat almaq mümkündür.

Fəaliyyəti müvəqqəti dayandırılmış müəssisədə əmlak vergisi bəyannaməsi necə verilir?

Belə bir situasiyanı araşdıraq: 5 il müddətinə fəaliyyətini müvəqqəti dayandırmış müəssisənin balansında avadanlıq qalıb. Vergi qanunvericiliyi həmin müəssisənin əmlak vergisi bəyannaməsinin  təqdim olunması tələb olunur. Əgər müəssisədə çalışan yoxdursa bu hesabatları kim təqdim etməlidir? Olmaz ki, Dövlət Vergi Xidməti avtomatik olaraq, həmin əmlak üzrə vergini hesablasın və müəssisənin şəxsi vərəqəsində sadəcə yaranan borc göstərilsin?

Cavab: Vergi Məcəlləsinin 16.4-cü maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandıraraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir. Fiziki və hüquqi şəxslərin əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198-ci, 200-cu, 201-ci maddələri, torpaq vergisinin hesablanması isə Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələrinə uyğun həyata keçirilir. Vergi ödəyicisi tərəfindən əmlak vergisi hesabatı vaxtında vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və digər əlaqəli məlumatlara əsasən vergini hesablamaq hüququ vardır.
Hüquqi şəxsin səlahiyyətli nümayəndəsi bəyannamələrin vergi orqanına təqdim edilməsi zamanı köməkliyin göstərilməsi üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər (mənbə: taxes.gov.az).

 

Yenidən qiymətləndirmə zamanı yaranan fərq bəyannamədə necə əks etdirilir?

Başqa bir situasiya yenidən qiymətləndirmə zamanı yaranan müsbət fərqin əmlak vergisi bəyannaməsində əks etdirilməsi ilə bağlıdır. Belə bir hala baxaq.

Firmada əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində qalıq dəyəri aşağıdakı kimi olub:

  • əvvəlki – 100000 manat;
  • sonra – 120000 manat;
  • müsbət fərq – 20000 manat.

Vergi Məcəlləsinə əsasən yenidən qiymətləndirmədən yaranan müsbət fərq məbləği əmlak vergisinə cəlb olunmur. Əmlak vergisi bəyannaməsinin azadolmalar üçün əlavələrində yenidən qiymətləndirilmədən yaranan müsbət fərqin əks etdirilməsi yoxdur. Yenidən qiymətləndirmədən sonrakı dəyəri bəyannamənin vergi hesablama hissəsində – “azad olma”da göstərilsə də əlavələrdə uyğun maddənin əks etdirilməsi olmadığı üçün vergi orqanı kameral qaydada hesablama edir. Bu problemi aradan necə qaldırılmalıdır?

Cavab: Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır. Beləliklə, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan müsbət fərq əmlak vergisindən azadolma şəklində müəyyənləşdirilmədiyindən əmlak vergisi bəyannaməsinin Əlavəsində – “Vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat” hissəsində əks etdirilməsinə zərurət yoxdur (mənbə: taxes.gov.az).

Yaşayiş və qeyri-yaşayiş sahələrinin satişindan tutulan vergilər

Əmlakla bağlı digər məqam yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlıdır. Düzdür, bu əmlak vergisi ilə bağlı deyil, notariusların əməliyyatlarına aiddir. Belə əməliyyatlar zamanı müqavilələri təsdiq edən notariuslar sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

1 495 496 497 498 499 500 501 2. 700