ƏDV geri al

posted in: Xəbər | 0

ƏDV ödəmələrinin geri alınması halları

Məlumdur ki, əlavə dəyər vergisi dolayı vergi növüdür, onu yekunda mallara satış əlavəsi kimi istehlakçı ödəyir. Bunu nəzər alaraq, dövlət tərəfindən bəzi hallarda ödənilən ınması üçün əlavə qaydalar tətbiq edir. Bu zaman bəzi amillər şərtlənməlidir. Hal-hazırki qanunvericiliklə aşağıdakı hallarda ƏDV geri alınması qaydaları tətbiq edilir:

Ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ƏDV geri al, Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənildikdə ƏDV geri al

Əvəzləşmə hesablamadan artıq olduqda ƏDV geri alınması

Vergi ödəyicisi yalnız əlavə dəyər vergisinə sıfır dərəcəylə cəlb edilən əməliyyatlar aparırsa, müraciət edərək 20 gün ərzində ödədiyi əlavə dəyər vergisi məbləğlərini geriala bilər. Bir-neçə fəaliyyətlə məşğul olduğu halda ƏDV-yə sıfır dərəcə ilə cəlb edilən əməliyyatlar heç olmasa 50% təşkil edərsə, ödənmiş ƏDV-ni geriala bilər.

Yuxarıda qeyd etdiyimiz şərtlərə uyğun gəlməyən vergi ödəyicilərinə münasibətdə verginin geri alınması müddəti ən çoxu 4 ay müəyyən edilib.  Şərt belədir:

Mühasibat xidmətləri
  • əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olmalıdır;
  • əvəzləşdirilmək üçün ödənilmiş verginin gömrükdə ödənilməsi fərqi etmir.

Yuxarıda qeyd edilən ƏDV geri alınma müddətləri riskli vergi ödəyicilərində fərqlənir. “Riskli vergi ödəyicisi” anlayışı AR Vergi Məcəlləsinə 29 noyabr 2019-cu il tarixli qanunla edilmiş dəyişiklər nəticəsində daxil edilib. Riskli vergi ödəyicilərinə xüsusi nəzarət edilir, onların ödədikləri əlavə dəyər vergisinin gerialınması proseduru başqadır.

Məsələn, yuxarıda qeyd etdiyimiz müddətlər riskli vergi ödəyicilərinə münasibətdə əlavə şərtlə şərtlənir. Şərtə əsasən onların fəaliyyəti üzrə bütün vergi nəzarəti tədbirləri (operativ nəzarət, səyyar, kameral) bitməlidir.

Əvəzsiz köçürmələr zamanı ƏDV məbləğinin geri alınması

Təcrübədə nadir olaraq rast gəlinən bir məqam var, vergi ödəyicisi beynəlxalq müqaviləyə əsasən əvəzsiz köçürmə əldə etmişdir. Həmin əvəzsiz köçürmədən sonra ölkəmizdə bəzi mallar alınmış, xidmətlərdən faydalanılmışdır. Vergi qanunvericiliyi icazə verir ki, əvəzsiz köçürmə beynəlxalq müqaviləyə əsasən xaricdən daxil olmuşdursa, onun istifadəsi zamanı ödənilmiş ƏDV məbləği geri alınsın. Əvəzsiz köçürmədə vergi 45 gün ərzində qaytarılır.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə geri alınmalar

Vergi qanunvericiliyinə, daha dəqiq, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən vətəndaşların aldığı yaşayış, qeyri-yaşayış sahələriylə bağlı ödəmiş olduqları ƏDV məbləğinin 30 faizi geri qaytarıla bilər.

Mənzil satışı zamanı ƏDV-nin geri alınması

Yenə 29 noyabr 2019-cu il tarixli dəyişikliklə Vergi Məcəlləsinə yeni məzmunlu 165.6-cı maddənin əlavə edilməsi gözlənilən idi. Çünki həmin qanun layihəsiylə artıq bina tikintisi sektorunda olan vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmiş, məcbur ƏDV ödəyicisi olmuşdur. Yəni artıq bina tikintisi fəaliyyətiylə məşğul olan şəxslər tərəfindən vergilər tikilən binadakı yaşayı/qeyri-yaşayış sahələrinin sahəsinə əsasən deyil, təqdim edilmiş mənzillər, qeyri-yaşayış sahələrindən əldə edilmiş gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətdən (gəlirdən) ödəyəcəklərdi. Belə olan təqdirdə təbi ki, gəlirlərə bağlı vergilər vergi ödəyiciləri tərəfindən gəlirlər az göstərilməklə azaldıla bilərdi.

Yayınma halları olmasın deyə əməliyyatların nağdsız olmasını stimullaşdırmaq, ƏDV-dən məbləği geri qaytarmaq yoluyla vergidən yayınma hallarının qarşısının alınması istiqamətində Vergi Məcəlləsinə həmin maddə əlavə edildi. Bu zaman artıq 1 il idi ki, fərdi istehlak malların qaytarılmasıyla bağlı vergi orqanlarının təcrübəsi vardı, bunun satışların şəffaflaşdırılmasında   rolu göz qabağında idi.

Ticarət/ictimai iaşə obyektlərindən alınmış mallara görə

İstehlakçıların hüquqlarının müdafiəsi istiqamətində atılmış önəmli addım olmaqla yanaşı, vergitutma məsələlərinin şəffaflaşdırılması istiqamətində atılmış ciddi addım 30 noyabr 2018-ci il tarixində Vergi Məcəlləsinə əlavə edilən 165.5 maddəsi idi. Belə ki, artıq rəsmi satışlarla yanaşı qeyri-rəsmi satışlar edən bir sıra vergi ödəyiciləri satışlarını istehlakçıların tələbiylə rəsmiləşdirmək məcburiyyətində qaldı.

Əksər hallarda alıcılara çeklər verilmirdi, nəticə olaraq sonradan, ələlxüsus alıcılar tərəfindən malların qaytarılması, habelə dəyişdirilməsi zamanı onların hüquqları tapdalanırdı. Alıcıya çek verməyən satış obyekti isə, malların qaytarılması zamanı birmənalı çek tələb edirdi. Bu hallar tam olmasa da köklü şəkildə aradan qaldırılmağa başlandı. Lakin, sözügedən məsələ aktuallığını saxlamaqdadır.

Həmin maddə çərçivəsində ƏDV məbləğinin qaytarılması neft-qaz məhsulları, istehlak üçün alınmış olmayan mallardan başqa bütün mallara şamil edildi (məsələn tax free-də bu məhdud mallara şamil edilirdi) . 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklərlə bəzi mallar ümumi siyahıdan çıxarıldı, habelə tibbi xidmət əlavə edildi. Yeni istisnalar alkoqollu içkilər, avtomobil, tütün kimi aksizli mallar idi. Təbii ki burada konkret amillər şərtləndirildi:

  • mallar neft-qaz məhsulları olmalı deyildir.
  • mallar istehlak üçün nəzərdə tutulmalıdır
  • alıcı fiziki şəxs olmalıdır
  • malların alışıyla bağlı mütləq nka qəbzi olmalıdır
  • mallar alıcı tərəfindən ən gec 90 gün öncə alınmış mal olmalıdır.
  • NKA qəbzi vergi məcəlləsinin 50.8-ci maddəsinə uyğun olmalıdır.

Əgər siz fərdi sahibkarsınızsa, malı sahibkarlıq məqsədiylə alırsınızsa, NKA qəbzinin olmasına baxmayaraq, ƏDV məbləğini qaytara bilməzsiniz.

Vergi qaytarılması tətbiq edilən mal və xidmətlər 

Fiziki şəxs olan istehlakçılar tərəfindən respublika ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış aşağıdakı mallara ƏDV qaytarılması tətbiq edilmir:

  • neft və qaz məhsulları;
  • avtomobillər;
  • alkoqollu içkilər;
  • tütün məmulatları.

ƏDV-nin qaytarılması qaydaları tətbiq edilən xidmətlər aşağıdakılardır:

  • bərbərxanaların xidmətləri;
  • gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər;
  • teatr tamaşaları, film nümayişi;
  • muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlər;
  • tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər (Vergi Məcəlləsi 165.5)

“ƏDV geri al” qaydası həm nağd, həm də nağdsız ödənişlər zamanı tətbiq edilir. Sadəcə nağd ödənilmiş ƏDV məbləğinin yalnız 5 % , nağdsız ödənilmiş ƏDV-nin 17,5%-i qaytarılır. Həmin faizlər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan məbləğlərə şamil edilmir. Belə xidmətlərə görə qaytarılan məbləğ yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.

Ticarət / ictimai iaşə obyektindən alınmış mallara bağlı çekinizi tələb edin, çalışın 90 gün ərzində onun ƏDV-sini qaytarasınız. Həmin müddət keçdikdən sonra bunu edə bilməyəcəksiniz. Bundan başqa sizə verilmiş qəbzin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olduğuna diqqət etməyi unutmayın.

Qeyd edilmiş prosedurlar bağlı daha ətraflı oxuya bilərsiniz.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış müəyyən kateqoriya mallara, xidmətlərə görə ƏDV-nin qaytarılması tətbiq edilə bilər. Bu Vergi Məclləsinin 165.3-cü maddəsində təsbit olunub. Belə mal və xidmətlərə aşağıdakılar aiddir:

  • istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV;
  • özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV.

Sonuncu halda ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır. Verginin qaytarılması proseduru “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” ilə tənzimlənir.

TAX free

Qeyri-neft sektorunun inkişafı məqsədiylə yalnız kənd təsərrüfatına fokuslanmaq yalnış olardı. Turizm sahəsi qeyri-neft sektorunda xüsusi paya sahibdir. ƏDV məbləğinin tax free mexanizmiylə geri qaytarılması turizmin inkişafını dəstəkləməklə, qeyri-neft sektorunun inkişafına yönəlmişdir. 2016-cı ildən etibarən vergi qanunvericiliyində turizm sektorunun inkişafına yönəlik stimullaşdırıcı normaların sayı artmışdır.

TAX free mexanizmi üzrə ƏDV məbləğinin qaytarılmasında bir neçə başlıca şərt vardır :

  • alıcının vətəndaşlığı
  • alıcının yaşı
  • alıcının vəzifəsi
  • malların : növü, təyinatı, alınma müddəti, dəyəri
  • beynəlxalq nəqliyyatın forması

İlk növbədə geri qaytarılma yalnız əcnəbi, habelə vətəndaşlığı olmayan şəxslərə şamil edilir . Yəni siz Azərbaycan vətəndaşısınızsa,  hətta xaricdə qalan şəxs olsanız belə Azərbaycanda aldığınız mallara görə ödədiyiniz tax free qaydasında ƏDV məbləğini geri ala bilməsiniz. Həmçinin yaşı 14-dən aşağı olan şəxslər aldıqları mallara görə ödənilmiş ƏDV məbləğini geriala bilməzlər.

ƏDV məbləğinin bu cür qaytarılma mexanizmi bəzi mallara şamil edilmir. Bunlara nümunə olaraq dərmanlar, tibbi ləvazimatlar, aksizli mallar, ərzaq malları, nəqliyyat vasitələri ehtiyat hissələri və s. demək olar.

İstənilən halda mallarınız istehsal yaxud kommersiya fəaliyyəti məqsədləri üçün istehlak malları olmalıdır. Mallar sizin tərəfdən ən geci 90 gün öncə alınmış mallar olmalıdır.

Malların dəyəriylə bağlı tələb onların heç olmasa ƏDV məbləğiylə birgə 300 azn dəyərində olmasıdır. Burada qəsd edilən bir mal üçün deyil, bir partiya üzrə alınmış malların ümumi dəyəridir. Ən əsası-  sözügedən prosedurlar yalnız hava, su nəqliyyatı vasitəsiylə ölkədən çıxarılan, ƏDV ödəməklə əldə edilən mallara aid edilir.

Sözügedən ƏDV geri alınması tam şəkildə (20% xidmət haqqı və bank komissiyası tutulmaqla), alıcı necə istəyərsə (nağd, nağdsız) o formada müvəkkil bank tərəfindən ödənilir. Hal-hazırki müvəkkil bank “Bank Silk Vey” ASC-dir. (“PREMİUM BANK” ASC).

Qeyd edilmiş proseduralarla  ətraflı burdan tanış olmaq olar.