Uşaqların əmək hüquqlarının tənzimlənməsi, onlara verilən güzəştlər

posted in: Xəbər | 0

Uşaqların əmək hüquqlarıAzərbaycan qanunvericiliyində uşaqların əmək hüquqları təsbit olunub. Əmək münasibətlərində uşaqlara verilən güzəştlərlə bağlı sualları əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb:

– Nüsrət müəllim, ölkəmizdə vətəndaşların əmək hüquqları hansı yaşdan yaranır və necə tənzimlənir?

Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Belə müqaviləni bağlayan işəgötürən İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. Həmin maddəyə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslərə 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslərə 3.000 manatdan 5.000 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Mül­­­ki Mə­­­cəl­­­lə­­­yə gö­­­rə 7 ya­­­şın­­­dan 18 ya­­­şı­­­na­­­dək olan yet­­­kin­­­lik ya­­­şı­­­na çatmayan­­­la­­­rın məh­­­dud fə­­a­­­liy­­­yət qa­­­bi­­­liy­­­yə­­­ti var­­­dır və on­­­lar 18 ya­­­şı­­­na çatdıqdan son­­­ra tam fə­­a­­­liy­­­yət qa­­­bi­­­liy­­­yə­­­ti olan şəxs­­­lər he­­­sab edi­­­lir­­­lər. Ona gö­­­rə də Əmək Mə­­­cəl­­­lə­­­sin­­­də ya­­­şı 18-dən aşa­­­ğı olan şəxs­­­lə­­­rin əmək hü­­­qu­­­qu ilə bağ­­­lı mü­­­əy­­­yən im­­­ti­­­yaz­­­lar nə­­­zər­­­də tu­­­tul­­­ub.


Əmək Mə­­­cəl­­­lə­­­sin­­­də ya­­­şı 18-dən aşa­­­ğı olan şəxs­­­lə­­­rin əmək hü­­­qu­­­qu ilə bağ­­­lı mü­­­əy­­­yən im­­­ti­­­yaz­­­lar nə­­­zər­­­də tu­­­tul­­­ub


– 18 yaşına çatmamış uşaqlar valideynlərin icazəsi ilə işə cəlb olunarkən onlara əmək münasibətlərində hansı güzəştlər verilir?

Qeyd etdiyiniz kimi, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən aşağı olan şəxslərin əmək hüquqları ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və imtiyazları belə sıralamaq olar:

  • ya­­­şı 18-dən az olan şəxs­­­lər­­­lə əmək mü­­­qa­­­vi­­­lə­­­si bağ­­­la­­­nar­­­kən sı­­­naq müd­­­də­­­ti mü­­­əy­­­yən edil­­­mir;
  • ya­­­şı 18-dən az olan iş­­­çi­­­lə­­­rin əvəz­­­çi­­­lik qay­­­da­­­sın­­­da əla­­­və iş ye­­­rin­­­də çalışmaları­­­na yal­­­nız on­­­la­­­rın həm əsas, həm də əla­­­və iş ye­­­rin­­­də gün­­­də­­­lik iş vax­­­tı­­­nın cə­­­mi Əmək Mə­­­cəl­­­ləsi­­­nin 91-ci mad­­­də­­­sin­­­də on­­­lar üçün nə­­­zər­­­də tutul­­­muş qı­­­sal­­­dıl­­­mış iş vax­­­tın­­­dan çox ol­­­ma­­­dıq­­­da, yol ve­­­ri­­­lə bi­­­lər;
  • ya­­­şı 18-dən az olan iş­­­çi­­­lər at­­­tes­­­ta­­­si­­­ya­­­dan ke­­­çi­­­ril­­­mir;
  • ya­­­şı 18-dən az olan şəxs­­­lər işə yal­­­nız tib­­­bi mü­­a­­­yi­­­nə ke­­­çi­­­ril­­­dik­­­dən son­­­ra qəbul edi­­­lir­­­lər və on­­­lar 18 ya­­­şı­­­na ça­­­ta­­­na­­­dək hər il işə­­­gö­­­tü­­­rə­­­nin və­­­sa­­i­­­ti hesabı­­­na hök­­­mən tib­­­bi mü­­a­­­yi­­­nə­­­dən ke­­­çi­­­ril­­­mə­­­li­­­dir­­­lər;
  • ya­­­şı 18-dən az olan və işə­­­muzd iş­­­lər­­­də ça­­­lı­­­şan iş­­­çi­­­lə­­­rin əmə­­­yi yaş­­­lı iş­­­çi­­­lər üçün mü­­­əy­­­yən edil­­­miş işə­­­muzd qiy­­­mət­­­lər üz­­­rə ödə­­­ni­­­lir, Əmək Mə­­­cəl­­­ləsi­­­nin 91-ci mad­­­də­­­si ilə mü­­­əy­­­yən edil­­­miş qı­­­sal­­­dıl­­­mış iş vax­­­tı ilə yaş­­­lı iş­­­çi­­­lə­­­rin gündə­­­lik iş vax­­­tı ara­­­sın­­­da­­­kı müd­­­dət fər­­­qi üçün on­­­la­­­ra ta­­­rif də­­­rə­­­cə­­­si üz­­­rə əla­­­və haqq ve­­­ri­­­lir;
  • ya­­­şı 18-dən az olan iş­­­çi­­­lə­­­ri ge­­­cə vax­­­tı iş­­­lə­­­rə, iş vax­­­tın­­­dan ar­­­tıq iş­­­lə­­­rə, istirahət, iş gü­­­nü he­­­sab edil­­­mə­­­yən bay­­­ram və di­­­gər gün­­­lər­­­də işə cəlb edilməsi, ha­­­be­­­lə on­­­la­­­rın eza­­­miy­­­yə­­­tə gön­­­də­­­ril­­­mə­­­si qa­­­da­­­ğan­­­dır. Ax­­­şam sa­­­at 20-dən sə­­­hər sa­­­at 7-dək olan müd­­­dət ya­­­şı 18-dən az olan iş­­­çi­­­lər üçün ge­­­cə vax­­­tı he­­­sab edi­­­lir;
  • pe­­­şə­­­kar­­­lıq sə­­­viy­­­yə­­­si­­­nin, ix­­­ti­­­sa­­­sı­­­nın (pe­­­şə­­­si­­­nin) ki­­­fa­­­yət də­­­rə­­­cə­­­də ol­­­ma­­­dı­­­ğı üçün tut­­­du­­­ğu və­­­zi­­­fə­­­yə uy­­­ğun gəl­­­mə­­­di­­­yi­­­nə gö­­­rə Əmək Mə­­­cəl­­­ləsi­­­nin 70-ci mad­­­də­­­si­­­nin «c» bən­­­di­­­nə əsa­­­sən ya­­­şı 18-dən az olan iş­­­çi­­­nin əmək mü­­­qa­­­vi­­­lə­­­si ləğv edi­­­lə bil­­­məz.

Bunlardan əlavə, ya­­­şı 18-dən az olan iş­­­çi­­­lər­­­lə əmək mü­­­qa­­­vi­­­lə­­­si bağ­­­la­­­yar­­­kən on­­­la­­­rın əmək və pe­­­şə vər­­­diş­­­lə­­­ri­­­nin ar­­­tı­­­rıl­­­ma­­­sı üçün işə­­­gö­­­tü­­­rən tə­­­rə­­­fin­­­dən tə­­­min edil­­­mə­­­li olan əla­­­və şərt­­­lər, öh­­­də­­­lik­­­lər nə­­­zər­­­də tu­­­tul­­­ma­­­lı­­­dır. Az­­­yaş­­­lı ol­­­du­­­ğu­­­na və ya əmək vər­­­diş­­­lə­­­ri­­­nin, ya­­­xud pe­­­şə­­­kar­­­lıq sə­­­viy­­­yə­­­si­­­nin aşa­­­ğı ol­­­ma­­­sı­­­na gö­­­rə işə qə­­­bul olunmasın­­­dan im­­­ti­­­na edi­­­lə bil­­­məz.


Ya­­­şı 18-dən az olan iş­­­çi­­­lər­­­lə əmək mü­­­qa­­­vi­­­lə­­­si bağ­­­la­­­yar­­­kən on­­­la­­­rın əmək və pe­­­şə vər­­­diş­­­lə­­­ri­­­nin ar­­­tı­­­rıl­­­ma­­­sı üçün işə­­­gö­­­tü­­­rən tə­­­rə­­­fin­­­dən tə­­­min edil­­­mə­­­li olan əla­­­və şərt­­­lər, öh­­­də­­­lik­­­lər nə­­­zər­­­də tu­­­tul­­­ma­­­lı­­­dır


– 18 yaşdan aşağı olan şəxslərin əməyinin tətbiqi qadağan olunan sahələr hansılardır?

– Yaşı 18-dən az olan şəxslərin əmək şə­­­ra­­i­­­ti ağır, zə­­­rər­­­li olan iş yer­­­lə­­­rin­­­də, ha­­­be­­­lə ye­­­ral­­­tı tu­­­nel­­­lər­­­də, şax­­­ta­­­lar­­­da və di­­­gər ye­­­ral­­­tı iş­­­lər­­­də, əx­­­la­­­qi ka­­­mil­­­li­­­yi­­­nə mən­­­fi tə­­­sir gös­­­tə­­­rən ge­­­cə klub­­­la­­­rın­­­da, bar­­­lar­­­da, al­­­ko­­­qol­­­lu və ener­­­ge­­­tik iç­­­ki­­­lə­­­rin, tü­­­tün məmulat­­­la­­­rı­­­nın dövriyyəsi ilə bağlı olan işlərdə işləməsi qadağan edilir. Bu siyahıya tok­­­sik pre­­­pa­­­rat­­­la­­­rın is­­­teh­­­sa­­­lı, da­­­şın­­­ma­­­sı, sa­­­tı­­­şı və sax­­­la­­­nıl­­­ma­­­sı iş­­­lə­­­rin­­­də, nar­­­ko­­­tik va­­­si­­­tə­­­lə­­­rin, psi­­­xot­­­rop mad­­­də­­­lə­­­rin və on­­­la­­­rın pre­­­kur­­­sor­­­la­­­rı­­­nın döv­­­riy­­­yə­­­si ilə bağ­­­lı olan və hə­­­ya­­­tı­­­na, sağ­­­lam­­­lı­­­ğı­­­na və ya mə­­­nə­­­viy­­­ya­­­tı­­­na təh­­­lü­­­kə tö­­­rə­­­də bi­­­lən di­­­gər iş yerləri də aiddir. Eləcə də ic­­­ba­­­ri ümu­­­mi or­­­ta təh­­­sil haq­­­qın­­­da qanunvericiliyin şa­­­mil edil­­­di­­­yi ya­­­şı 18-dən az olan şəxs­­­lə­­­rin bu təh­­­si­­­li­­­ni tam həcmdə al­­­maq im­­­ka­­­nın­­­dan məh­­­rum edə bi­­­lən iş­­­lə­­­rə gö­­­tü­­­rül­­­mə­­­si qa­­­da­­­ğan­­­dır.

Ya­­­şı 18-dən az olan iş­­­çi­­­lə­­­rin əmə­­­yi­­­nin tət­­­bi­­­qi qa­­­da­­­ğan olu­­­nan əmək şə­­­ra­­i­­­ti zə­­­rər­­­li və ağır olan is­­­teh­­­sa­­­lat­­­la­­­rın, pe­­­şə­­­lə­­­rin, ha­­­be­­­lə ye­­­ral­­­tı iş­­­lə­­­rin si­­­ya­­­hı­­­sı Azər­­­bay­­­can Res­­­pub­­­li­­­ka­­­sı Na­­­zir­­­lər Ka­­­bi­­­ne­­­ti­­­nin 24 mart 2000-ci il ta­­­rix­­­li 58 nöm­­­rəi qə­­­ra­­­rı ilə mü­­­əy­­­yən edil­­­ib. Əmək Mə­­­cəl­­­lə­­­si­­­nə əsa­­­sən, ya­­­şı 18-dən az olan iş­­­çi­­­lə­­­rin qanunla mü­­­əy­­­yən edil­­­miş nor­­­ma­­­lar­­­dan ar­­­tıq ağır əş­­­ya­­­la­­­rın qal­­­dı­­­rıl­­­ma­­­sı və bir yer­­­dən baş­­­qa ye­­­rə da­­­şın­­­ma­­­sı iş­­­lə­­­ri­­­nə cəlb edil­­­mə­­­si qa­­­da­­­ğan­­­dır.


Yaşı 18-dən az olan şəxslərin əmək şə­­­ra­­i­­­ti ağır, zə­­­rər­­­li olan iş yer­­­lə­­­rin­­­də, ha­­­be­­­lə ye­­­ral­­­tı tu­­­nel­­­lər­­­də, şax­­­ta­­­lar­­­da və di­­­gər ye­­­ral­­­tı iş­­­lər­­­də, əx­­­la­­­qi ka­­­mil­­­li­­­yi­­­nə mən­­­fi tə­­­sir gös­­­tə­­­rən ge­­­cə klub­­­la­­­rın­­­da, bar­­­lar­­­da, al­­­ko­­­qol­­­lu və ener­­­ge­­­tik iç­­­ki­­­lə­­­rin, tü­­­tün məmulat­­­la­­­rı­­­nın dövriyyəsi ilə bağlı olan işlərdə işləməsi qadağan edilir


– 16 ya­­­şın­­­dan 18 ya­­­şa­­­dək olan işçilə­­­rin əmək funk­­­si­­­ya­­­sı­­­na hansı nor­­­ma­­­lar həd­­­din­­­də ümu­­­mi çə­­­ki­­­si olan ağır əş­­­ya­­­la­­­rın əl ilə qal­­­dı­­­rıl­­­ma­­­sı və da­­­şın­­­ma­­­sı iş­­­lə­­­ri­­­nin gö­­­rül­­­mə­­­si (xid­­­mət­­­lə­­­rin göstə­­­ril­­­mə­­­si) da­­­xil edi­­­lə bi­­­lər?

Bununla bağlı qanunvericilikdə aşağıda göstərilən hədlər müəyyənləşdirilib:

  • ki­­­şi­­­lə­­­rin baş­­­qa iş­­­lə­­­ri gör­­­mək­­­lə ya­­­na­­­şı, ey­­­ni za­­­man­­­da ümu­­­mi çə­­­ki­­­si 15 kiloqramdan çox ol­­­ma­­­yan əş­­­ya­­­la­­­rın əl ilə qal­­­dı­­­rı­­­la­­­raq baş­­­qa ye­­­rə da­­­şın­­­ma­­­sı, ha­­­be­­­lə ümu­­­mi çə­­­ki­­­si 10 ki­­­loq­­­ram­­­dan çox ol­­­ma­­­yan əş­­­ya­­­nın bir metr ya­­­rım­­­dan ar­­­tıq hündür­­­lü­­­yə qal­­­dı­­­rıl­­­ma­­­sı;
  • qa­­­dın­­­la­­­rın baş­­­qa iş­­­lə­­­ri gör­­­mək­­­lə ya­­­na­­­şı, ey­­­ni za­­­man­­­da ümu­­­mi çə­­­ki­­­si 10 kiloqram­­­dan çox ol­­­ma­­­yan əş­­­ya­­­la­­­rın əl ilə qal­­­dı­­­rı­­­la­­­raq baş­­­qa ye­­­rə da­­­şın­­­ma­­­sı, ha­­­be­­­lə ümu­­­mi çə­­­ki­­­si 5 ki­­­loq­­­ram­­­dan çox ol­­­ma­­­yan əş­­­ya­­­nın bir metr ya­­­rım­­­dan ar­­­tıq hündürlü­­­yə qal­­­dı­­­rıl­­­ma­­­sı;
  • bü­­­tün iş gü­­­nü (iş növ­­­bə­­­si) ər­­­zin­­­də mün­­­tə­­­zəm ola­­­raq ümu­­­mi çə­­­ki­­­si 10 kiloqramdan çox ol­­­ma­­­yan əş­­­ya­­­nın əl ilə qal­­­dı­­­rı­­­lıb baş­­­qa ye­­­rə da­­­şın­­­ma­­­sı;
  • 15 ki­­­loq­­­ram­­­dan ar­­­tıq gü­­­cün sərf edil­­­mə­­­si tə­­­ləb olu­­­nan yük­­­lən­­­miş tə­­­kər­­­li ara­­­ba və ya hə­­­rə­­­kət edən di­­­gər va­­­si­­­tə­­­lər­­­lə əş­­­ya­­­la­­­rın da­­­şın­­­ma­­­sı.

Ya­­­şı 16-dan az olan qız­­­la­­­rın bü­­­tün iş gü­­­nü ər­­­zin­­­də mün­­­tə­­­zəm ola­­­raq yükqal­­­dır­­­ma və da­­­şın­­ma iş­­­lə­­­ri­­­nə cəlb edil­­­mə­­­si qa­­­da­­­ğan­­­dır.


Vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında bəzi dəyişikliklər edilib

posted in: Xəbər | 0

xərclərin uçotu, gəlirlərin uçotu,Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 19 aprel tarixli 1341 nömrəli, “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 iyun tarixli 1460 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 555; 2019, № 12, maddə 1945; 2022, № 8, maddə 855) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

1.1.1. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

1.1.2. 3.6-cı bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və həmin bəndə “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

1.1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Yekun müddəalar

7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “Alış sifarişi”, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Malların mətbəxdən anbara qaytarılmasi aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” və “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

1.2.1. 1.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;”;

1.2.2. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

1.2.3. 3.6-cı bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

1.2.4. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Yekun müddəalar

7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”.

2. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1076; 2019, № 12, maddə 1945; 2022, № 8, maddə 855) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

2.1.1. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

2.1.2. 3.6-cı bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və həmin bəndə “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

2.1.3. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Yekun müddəalar

7.1. “Malların təhvil-qəbul aktı”, “Malların alış aktı”, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların qaytarılması aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

7.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

7.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” üzrə:

2.2.1. 3.4-cü bəndin üçüncü cümləsinə “əmtəə-nəqliyyat” sözlərindən əvvəl “elektron” sözü əlavə edilsin;

2.2.2. 4.5-ci bənddə “vasitəsinə” sözü “vasitəsi üçün” sözləri ilə, “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz olunsun və həmin bəndə “avtonəqliyyatı üçün” sözlərindən sonra “elektron” sözü əlavə edilsin;

2.2.3. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

“9. Yekun müddəalar

9.1. “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

9.2. “Malların alınması üçün vəkalətnamə” ciddi hesabat blankıdır, onun forma və rekvizitlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

9.3. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”, “Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” və “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151; 2021, № 12, maddə 1398; 2022, № 9, maddə 1037) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.15-ci yarımbəndindən “səyyar” sözü çıxarılsın, həmin yarımbənddə “göstəriciləri” sözü “göstərici” sözü ilə əvəz olunsun və “təmin etmək” sözlərindən sonra “və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1492; 2017, № 4, maddə 603; 2018, № 9, maddə 1840, № 12 (II kitab), maddə 2698; 2021, № 1, maddə 79; 2022, № 5, maddə 538) 3.3-cü və 4.1-ci bəndləri ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2023-cü il.

Mənbə: president.az


Vergi Məcəlləsi: 57 və 58-ci maddələrin şərhi

posted in: Vergi, Xəbər | 0

Maliyyə sanksiyası nədir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ölkədə vergi sistemini, vergitutmanın əsaslarını, ödəyicilərlə vergi orqanları arasındakı münasibətləri, vergi nəzarətini və sair belə məsələləri tənzimləyir. Vergi qanunvericiliyi üzrə pozuntulara görə məsuliyyət də bu sıradandır. Bu Məcəllənin Ümumi hissəsində (V fəsil) şərh olunub. VM-in bir neçə maddəsində vergi qanunvericiliyinin pozulması hallarına görə maliyyə sanksiyaları nəzərdə tutulub. 57.1 və 58.1-1 maddələri də belə hallardandır. Bu maddələr arasında əsas fərq nədir?  Nə üçün kameral vergi yoxlamasında hesablanmış əlavə məbləğ istisna təşkil edir?

Bu suallara cavab verməzdən öncə qısaca “maliyyə sanksiyası” anlayışına nəzərə salaq.

Maliyyə sanksiyaları fiziki yaxud hüquqi şəxslərin fəaliyyətini məhdudlaşdırmaq, onlara təzyiq və təsir göstərmək məqsədilə tətbiq edilən tədbirlərdir. Maliyyə-hüquq normaları maliyyə hüququnun əsas elementləridir. Sanksiyalar maliyyə – hüquq normaları pozuntularının nəticələridir.

Dövlət orqanları, məsələn:

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı;
  • Dövlət Vergi Xidmətinin qrumları
  • gömrük orqanları maliyyə sanksiyaları tətbiq edə bilərlər.

Maliyyə sanksiyalarının məbləği sahə qanunvericiliyinin normativ aktlarının xüsusi hüquqi maddələri ilə nəzərdə tutulur (məsələn, Vergi Məcəlləsi).

Hesablamanın müxtəlif üsullarına baxmayaraq, bütün maliyyə sanksiyaları ümumi hüquqi təbiətə və xarakterik xüsusiyyətə malikdir ki, bu da fiziki yaxud hüquqi şəxsdən dövlətə pul vəsaitlərinin məcburi ötürülməsi nəticəsində mülkiyyətçinin dəyişdirilməsidir.

İndi isə gəlin məqalənin əvvəlində qoyulan suala qayıdaq.

Vergi Məcəlləsinin 57.1 və 58.1-1 maddələri arasında əsas fərq nədir?

Vergilər Nazirliyi sualın cavabı olaraq aşağıdakıları bildirib (mənbə,vergi az):

Vergi Məcəlləsinin 57-ci maddəsi hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyalarını, 58-ci maddə isə vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyalarını müəyyən edir. Məcəllənin 57.1-ci maddəsi vergi hesabatını, o cümlədən müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat sanksiyanı əks etdirir. 58.1-ci maddəyə görə isə vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması zamanı yayınma aşkar edildikdə maliyyə sanksiyası tətbiq olunmur. Yalnız azaldılmış vergi məbləği vergi orqanı tərəfindən bərpa olunur və müvafiq qaydada faizlər hesablanır.

Qeyd edək ki, V fəsildə maliyyə sanksiyalarının tərkibi genişdir. Vergi Məcəlləsində 2023-cü ildə bu istiqamətdə müəyyən dəyişikliklər edilib. Dəyişikliklərin çox hissəsi artıq qüvvəyə minib, bəziləri isə  2023-cü ilin 01 oktyabrından qüvvəyə minəcək.


Vergi Məcəlləsinə dəyişikliklər 2023: hansı yeniliklər var?

posted in: Xəbər | 0

Dəyişikliklərin əsas istiqamətləri

Milli Məclis tərəfində qəbul edilmiş Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ilin yanvarın 1-dən tətbiq edilməyə başlanıb. Dəyişiklikləri 5 istiqamətdə qruplaşdırmaq olar. Onlar hansılardır?

  1. Ölkədə investisiya mühitinin təşviqi: belə təşviq tədbirləri yerli istehsalı da əhatə edir;
  2. Ölkədə ləğv prosesində olan banklar var, ikinci istiqamət onların sabit vergi xərclərinin optimallasdırmağa yönəlib;
  3. Vergi inzibatçılığında bəzi məsələlərin tənzimlənməsi və təkmilləşdirilməsi;
  4. Sosial xarakterli güzəştlərlə əhalinin vergi və maliyyə yükünün azaldılması;
  5. Azərbaycanın beynəlxalq reytinqinin yüksəldilməsinə yönəlmiş dəyişiklikləri.

İşğaldan azad olunmuş ərazilərdə tətbiq ediləcək vergi azadolmaları

Birinci qrupa daxil olan dəyişikliklərin bir qismi “İşğaldan azad olunmuş ərazilərdə iqtisadi inkişafın sürətlənməsinə dair” Prezident fərmanı ilə qarşıya qoyulan tapşırıqların icrasına yönəlib.  Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ildə və sonrakı illərdə işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işlərinə öz müsbət təsirini göstərəcək. Belə ki, dəyişikliklərdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar müəyyən edilib. Həmçinin, həmin ərazidə istehsal fəaliyyəti ilə məşğul olan  ƏDV ödəyiciləri üçün də bir sıra vergi azadolmaları tətbiq edilir. Belə fəaliyyət sahələri müvafiq siyahı ilə təsbit olunur.

Yerli istehsalın təşviqi

Aqrar sahənin inkişafının sürətlənməsi əsas prioritet kim müəyyən edilib. Müəyyən edilmiş   tədbirlər, vergi və vergitutma güzəştləri idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsinə yönəlib. Həmin məhsulların əhatə dairəsi, onların maya dəyərinin aşağı salınması istiqamətində işlər, maya dəyərinə daxil olan xərc maddələrinin optimallaşdırılması, aqrar sahədə qiymət əlçatanlığını təmin edilməsi qarşıda duran əsas məsələlərdir, aqrar emal müəssisələrinə vergi təşviqləri də buna yönəlib.

Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ildən etibarən investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilən bu tədbirlərlə yanaşı, həm də istehsal sahələri qurmaq üçün idxal olunacaq əsas vəsaitlərin ƏDV-dən azad olunmasın da nəzərdə tutulub. Həmin əsas vəsaitlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Sosial xarakterli vergi güzəştləri

Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ildən vergi ödəyicilərinin bir sıra kateqoriyaları üçün güzəştlər nəzərdə tutub. Məsələn:

  • şəhid övladları, onların valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən azad edilr.
  • 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ qoşunlarının müdaxiləsi nəticəsində şəhid olan şəxslərin valideynləri və həyat yoldaşları ilə yanaşı artıq onların övladlarına da 100 manatlıq vergi güzəşti tətbiq edilir.

Digər güzəşt 2019-cu ildən tətbiq edilən “ƏDV geri al” layihəsi ilə bağlıdır. Tətbiq edilən yenilik geri qaytarılan ƏDV faizləri ilə bağlıdır. Belə ki, nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya qaytarılan 15%-lik hissə 17,5%-ə qaldırılıb, nağd əməliyyatlar üzrə isə 10%-lik ƏDV hissə 5%-ə endirilib.

Bir daha qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər 2023-cü ilin 1 yanvardan qüvvəyə minib. Əgər siz, hələ də dəyişikliklərin məzği ilə tam tanış olmaməsənəzsa, narahat olmayan, onlarla  “Azərbaycan Mühasiblər Məktəbinin” təşkil etdiyi vebinarda, vergi eksperti Azər Qəmbərovun təqdimatında ətraflı tanış ola bilərsiniz.


1 578 579 580 581 582 583 584 2. 690