Hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

posted in: Xəbər | 0

ezamiyyə xərcləri, ezamiyyə xərclərinin hesablanması, gəlir vergisi, aparıcı mühasib, vakansiya.Azərbaycan qanunvericiliyinə əsasən, hüquqi şəxslərin dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri belə müəyyənləşdirilmişdir:

– bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün – 220 manat;

– kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün – 3 manat;

– digər hüquqi şəxslərin qeydiyyatı üçün – 11 manat.

Əsaslandırma: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-20.3-cü maddələri.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?

posted in: Xəbər | 0

əlavə məzuniyyət, Əmək Müfəttişliyi, əmək, uşaqların əmək hüquqları,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133.3-cü maddəsinə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:

  • 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara;
  • 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma;hərbi qulluqçunun arvadına (ərinə);
  • əlillərə;
  • müharibə veteranlarına;
  • Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə;
  • yaşı on səkkizdən aşağı olan işçilərə;
  • işləməklə yanaşı təhsil alan şəxslərə;
  • bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə.
Məcəllənin 133.4-cü maddəsinə əsasən, Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.

Mənbə: sosial.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Bakcell” abunəçiləri “Vətəndaş” tipli “Asan İmza”nı pulsuz istifadə edəcək

posted in: Xəbər | 0

"Asan İmza"nın aktivləşdirilməsi, sertifikatın onlayn alınması, Asan İmza, "ASAN imza" sertifikatları, Sertifikat, Asan İmza Simkartı, ASAN İmza Sim Kartı“Bakcell” abunəçiləri 1 iyul 2021-ci il tarixindən başlayaraq “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqını ödəməyəcəklər.

Bu imkandan 20 iyun 2020-ci il tarixindən xidmətə qoşulan vətəndaşlarla yanaşı, qeyd olunan xidməti 1 iyul 2021-ci il tarixindən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı, 2.50 AZN təşkil edirdi.

Xüsusilə vurğulanmalıdır ki, “Asan İmza” xidmətini mövcud olan mobil nömrədə aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaq.

Bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqəsi ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada “Asan İmza” xidmətini aktivləşdirərək “Asan İmza” SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

“Asan İmza” xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər.

“Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə edən abunəçilər Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanmaq imkanına malikdirlər.

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

posted in: Xəbər | 0

əlavə məzuniyyət, Əmək Müfəttişliyi, əmək, uşaqların əmək hüquqları,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Həmin maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118 (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər), 119 (Fizioloji keyfiyyətləri ilə bağlı işçilər), 120 (Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər) və 121-ci (Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçiləri) maddələrində göstərilən işçilərə şamil edilmir.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 576 577 578 579 580 581 582 2. 358