Dünyada ən güclü inflyasiya hansı ölkədədir?

posted in: Xəbər | 0

ən güclü inflyasiya,Plexanov adına Rusiya iqtisad universitetinin (RİU) iqtisadiyyat kafedrasının dosenti Aleksandr Timofeyev dünya ölkələrinin mərkəzi banklarının hesabatlarını öyrəndikdən sonra bildirib ki, pulun ən sürətli ucuzlaşması Zimbabvedə baş verir – belə ki, 2022-ci ildə bu ölkədə inflyasiya 244% təşkil edib.

Siyahıda ikinci yerdə 156 faiz ucuzlaşma ilə Venesuela gəlir, onun adınca 142 faiz ucuşlaşma ilə Livan, 139 faiz ucuzlaşma ilə Suriya və 92 faiz ucuzlaşma ilə Argentina qərarlaşıb.

Coğrafi cəhətdən Rusiyaya yaxın olan dövlətlərdən Türkiyə bu reytinqdə ən yüksək pillədə qərarlaşıb – 64%.

“Türkiyədə bu il inflyasiya 85,5%-ə çatıb, – Timofeyev əlavə edib. – Bütün AB ölkələrində valyuta məzənnələrinin iki rəqəmli azalma tempi müşahidə edilib. İndi bütün ölkələrə islahatlar və iqtisadiyyatın təmiri lazımdır. Yaşayış xərcləri – qida, yanacaq, su və elektrik enerjisinin qiymətləri bütün ölkələrdə yüksəlib. Hətta ABŞ-də belə, inflyasiya 9%-dən çox olub”.

Rusiya statistika idarəsnin (Rosstat) hesablamalarına görə, ötən il Rusiyada inflyasiya 11,9% təşkil edib. Bu ölkəni İtaliya – 11,6% və Böyük Britaniya – 10,7% izləyir.


Aksiz vergisi üzrə dövriyyələrin dəqiqləşdirilməsi, əvəzləşdirmə və qaytarılma

posted in: Vergi, Xəbər | 0

Aksiz vergisi bəyannaməsi, Hesablamalar zamanı dövriyyələrin dəqiqləşdirilməsi 

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə (maddə 186-1.) 2022-ci ildən başlayaraq aksizli mallarla bağlı bir sıra dövriyyələrin dəqiqləşdirilməsinə əsas verən hallar müəyyənləşdirilmişdir. Belə hallara məhsulun aşağıdakı səbəblərdən geri qaytarılması aiddir:

  • istifadə müddətinin bitməsi;
  • zay olma;
  • digər səbəblər.

Əgər istehsalçı şəxs aksizli məhsula vergi hesablayaraq istehsalın həyata keçirildiyi binadan kənara buraxmışsa və həmin mallar yuxarıda qeyd edilən səbəblərdən geri qaytarılıbsa, bu zaman aksiz hesablaması üçün dövriyyənin dəqiqləşdirilməsi aparıla bilər. Yəni həmin mallara hesablanmış aksiz, həmin malların qaytarıldığı dövr üçün azaldılır.

Azaldılma zamanı aşağıdakı şərtlər ödənilməlidir:

  • geri qayıtmanın səbəbi istifadə müddətinin bitməsi yaxud malların zay olması olmalıdır;
  • vergi orqanına müvafiq aktın tərtibi və aksizin azaldılması məqsədi ilə müraciət edilməlidir;
  • akt, Dövlət Vergi Xidmətinin nümayəndəsi ilə birgə, müraciətdən keçən 5 iş günü ərzində tərtib edilməlidir.

Hesablama üçün dövriyyənin azaldılması aktın yazıldığı hesabat dövrü üçün icra olunur. Tərtib edilmiş akt hesabatla birgə DVX-nin müəyyən qurumuna təqdim edilir. Azaldılma aparılan mallar məhv edildikdə, onların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.

İstehsal ehtiyacları üçün əvəzləşdirilmə 

Aksizli mal digər aksizli malların istehsalı üçün istifadə etmədikdə, ödənilmiş aksizlər məhsulun maya dəyərinə daxil edilməlidir. Bəzən aksizli mal alıcısı, onları vergi tutulan digər aksizli məhsulun istehsalına sərf edir. Bu halda onun malların alışı zamanı ödənmiş aksizi əvəzləşdirmək yaxud geri almaq hüququ var.

ƏDV-də olduğu kimi aksiz vergisində də əvəzləşdirmə yaxud büdcədən geri alınması mövcuddur

 

Burada mühüm qayda tətbiq olunur: aksizlər yalnız faktiki ödənildikdən sonra əvəzləşdirilə bilər. Əvəzləşdirilmə hüququ xammalın, materialların alışı üzrə qaimə-fakturalar, idxalı zamanı isə yük gömrük bəyannamələri kimi sənədlərlə təsdiq edilməlidir. Əvəzləşdirməyə görə müraciət ərizəsi aksiz bəyannaməsi ilə birgə vergi orqanına verilir.

Artıq ödənmiş aksizlər əməliyyat üzrə ilkin sənədləri vergi orqanına təqdim edildikdən sonra, VM-nin tələbləri (maddə 87) nəzərə alınmaqla  45 gün ərzində qaytarılır.

Nümunələrə baxaq.

Nümunə-1: Firma konyak materiallarını istehsal edən fiziki şəxsdən E-qaiməyə uyğun dəyəri nağdsız ödəməklə 5500 litr konyak materialları almış, ondan hər biri 0.5 litr olmaq şərtilə 10000 ədəd konyak istehsal edib. Hesabat ayını əhatə edən bu mallardan 9000 ədədini istehsal binasının hüdudundan kənara buraxmışdır. VM-nin 189-cu maddəsini nəzərə alıb firmanın aksiz öhdəliyini hesablayaq.

VM maddə 189 aksizi əvəzləşdirmə

– Firma konyak materiallarını alarkən fiziki şəxsə 22000 manat (5500*4.0) aksiz ödənişi etmişdir.

– Hesabat ayı ərzində istehsal binasının hüdudları kənarına buraxılmış 9000 ədəd konyakın miqdarına aksiz dərəcəsini tətbiq etməklə aksizin məbləğini hesablayırıq:

                                       9000 (ədəd) * 0.5 (l) * 4.0 = manat = 18000 manat

– Firmanın malı alarkən ödədiyi aksizin məbləğilə onun hesabat ayında hesabladığı aksiz məbləği arasındakı fərq

                   18000 – 22000 = – 4000 manat onun öhdəliyini təşkil edəcəkdir.

Deməli hesabat dövrü üçün firmaya aksiz üzrə 4000 manat büdcədən qaytarılmalıdır.


İş axtarırsınız? Vakansiyalara nəzərə salın!


Nümunə-2: Vergi ödəyicisi hesabat dövründə E-qaimə əsasında 8 min litr spirt (içməli) almış, həmin spirtdən hesabat dövründə birinin topdansatış bazar qiyməti 0.7 manat olmaqla 0.5 litrlik 15000 ədəd araq (vodka) istehsal edib istehsal binası hüdudundan kənara buraxmışdır.

– Şəxsin aksiz üzrə öhdəliyini müəyyənləşdirək. Vergi ödəyicisi tərəfindən alınmış spirtə görə ödədiyi aksiz 32000 (8000 * 4.0 ) manat təşkil edir.

– İstehsal edilən akzisli malın əvvəlcə həcmi (kəmiyyəti) müəyyənləşdirilir: 15000 * 0.5 = 7500 litr. Həmin miqdarı aksizin dərəcəsinə vuraraq 7500 * 4.0 = 30000 manat hesablanmalı olan aksizin məbləği tapılır.

– Firmanın malı alarkən ödədiyi aksiz məbləğilə onun hesabat ayında hesabladığı akzis məbləği arasındakı fərq

32000 – 30000 = 2000 manat büdcədən qaytarılmalıdır.

İstehsal ehtiyacları üçün aksizlərin əvəzləşdirilməsi VM-in 189-cu maddəsi ilə tənzimlənir. Buradan aksizin əvəzləşdirmə qaydaları ilə bağlı əlavə nümunələr tapmaq olar.

İxrac zamanı aksiz vergisi

Aksiz ödəyiciləri son istehlakçı – vətəndaşdır; başqa ölkənin vətəndaşlarından vergi tutulması qeyri-qanunidir, ona görə də ixrac zamanı bu vergi ödənilmir (aksizli mallara 0% dərəcə tətbiq edilir).

Əgər idxal olunan aksizli mal sonrakı ixrac üçün nəzərdə tutulubsa, idxal zamanı ödənilən aksiz təkrar ixrac edilən malların həcminə mütənasib məbləğdə 15 gün müddətində qaytarılır. Geri qaytarılmanı akzisi alan gömrük orqanı həyata keçirir.

Nümunə-3: “İsti Əllər” MMC-dən Gürcüstana təkrar ixrac məqsədilə noyabr ayında Qazaxstandan Azərbaycana idxal etdiyi aksizli maldan idxal zamanı gömrük idarəsində 32000 manat aksiz vergisi tutulmuşdur. Həmin şirkət idxal edilmiş malların 70 faizini Gürcüstan şirkəti ilə bağlamış yazılı müqaviləyə uyğun olaraq dekabr ayının 10-unda Gürcüstana göndərib. Belə olan halda, idxal zamanı həmin şirkətdən tutulmuş aksizin 70%-i yəni 22400 manat dekabr ayının 25-inə qədər Gömrük idarəsi tərəfindən həmin şirkətə qaytarılmalıdır.


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

posted in: Xəbər | 0

Sahibkarlıq sahəsində yoxlamalarAzərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişiklik qəbul edilsə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Mənbə: report.az


İstehlakçıya bonus kimi verilən məhsulun dəyəri gəlirdən çıxılan xərclərə aid edilirmi?

posted in: Xəbər | 0

nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıMən vergi ödəyicisi kimi qeydiyyata alınmışam və Azərbaycan Respublikasının ərazisində neft məhsullarının pərakəndə satışı işi ilə məşğulam. Satdığım hər 1.000 litr neft məhsuluna görə 100 litr bonus verirəm. İstehlakçıya bonus olaraq verdiyim məhsulu mənfəət və gəlir vergisi bəyannamələrində xərc kimi göstərə bilərəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən, malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 96-cı, 104-cü və 159-cu maddələri.

Mənbə: vergiler.az


Uşaqların əmək hüquqlarının tənzimlənməsi, onlara verilən güzəştlər


1 577 578 579 580 581 582 583 2. 690