Azərbaycanda maskadan istifadə məcburi oldu

posted in: Xəbər | 0

Azərbaycanda maskadan istifadə məcburi oldu

Gömrük rüsumu, Tibbi maska, Tibbi maskalardan istifadə, cərimələr,Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

Karantin rejiminin müddəti uzadıldı

Malların ixrac qeydi ilə satışı Qaydası, aztəminatlı azərbaycanlılar, sosial yardım, gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi, aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiHazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a bildirilib ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır:

Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib:

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Xatırladaq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Bir daha bütün şəxsləri COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

126 milyon manat nizamnamə kapitalına malik şərabçılıq müəssisəsi yaradılıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kürdəmir-Şərab” ASC-ni dövlət qeydiyyatına alıb.

Yeni səhmdar cəmiyyətinin hüquqi ünvanı Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsi, ev 24, nizamnamə kapitalı 126 488 400 manat, qanuni təmsilçisi isə Aqil Savalan oğlu Səmədovdur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kiçik şirkətlərdə işçilərin çoxu ənənəvi iş modelinə qayıtmağa hazır deyil

posted in: Xəbər | 0

kaspersky“Kaspersky” şirkəti dünya üzrə kiçik və orta sahibkarlıq işçilərinin dörddə üçünün (74 %) pandemiya bitdikdən sonra adəti iş prosesinə qayıtmağa hazır olmadığını aşkarlayıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, uzaqdan işə keçid nəticəsində insanlar üçün bundan sonra da əldə saxlamaq istədikləri imkanlar yaranıb: yaxınlarla daha çox vaxt keçirmək (47 %), pula qənaət (41 %) və hər yerdən işləməyin mümkünlüyü (32 %). Bunlar “Kaspersky” tərəfindən 2020-ci ilin oktyabrında aparılan “Pandemiya sonrası iş: o necə təşkil ediləcək” adlı yeni bir araşdırmanın təqdim etdiyi məlumatlardır.

Sorğu göstərib ki, insanlar əvvəlcədən mövcud olan məhdudiyyətlərdən uzaqlaşır və öz mənafelərinin ön planda olduğu daha çevik şəraitdə işləmək istəyirlər. Beləliklə, respondentlərin təxminən üçdə biri əvvəllər qəbul edilmiş bu və ya digər qaydalara qayıtmaq istəmirlər. Məsələn, 39 % respondent səkkiz saatlıq iş qrafikində yenidən işləməyə hazır deyil, 34 %-i ofisə, 32 %-i isə beş günlük iş həftəsinə bağlı olmaq istəmir.

Hər üç nəfərdən biri (32 %) pandemiya bitdikdən sonra uzaqdan işə davam etmək istəyir. İşçilər işəgötürənlərdən, xüsusilə texnologiyanın istifadəsi ilə bağlı dəstək gözləyirlər – sorğu iştirakçılarının 38 %-i bu barədə məlumat verib. Onların rəylərinə görə, daha məhsuldar, təhlükəsiz olmaq və eyni zamanda daima əlaqə saxlaya bilmək üçün lazımi avadanlıqların, alətlərin və texniki dəstəyin əlverişliliyi mühüm əhəmiyyət kəsb edir.

“Pandemiya insanların bir çox proseslərə baxışlarını, iş həyatı və ev mühitin anlamlarını dəyişib. Təcrid zamanı əldə edilən daha böyük vaxt sərbəstliyi bir çox adi və rəhbər işçinin iş prosesinə yeni bucaqdan baxmasına imkan verib,” “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

“Yəqin ki, ev ofisləri həyatımızda hələ uzun müddət qalacaq. Buna görə də, işçilər informasiya təhlükəsizliyi məsələləri də daxil olmaqla, bir çox müstəqil və operativ qərarlar qəbul etməli olacaqlar. Bu, şirkətlərin kiber təhlükəsizliyindən məsul mütəxəssislərin nəzərə alması vacib olan potensial riskləri daşıya bilər”, – o deyib.

Çevik rejimdə işləyən işçiləri qorumaq üçün “Kaspersky” şirkətlərə bir sıra tövsiyə edib.

İş məlumatlarını və cihazlarını həm də parol, şifrə və ehtiyat nüsxə vasitəsilə qorumaq, işçilərin ofis daxilində və xaricində iş tapşırıqlarını yerinə yetirmək üçün istifadə etdikləri istənilən cihazın təhlükəsizliyini təmin etmək lazımdır. Bunun üçün Kaspersky Endpoint Security Cloud kimi bir həlldən istifadə edilə bilər.

Qeyd edək ki, “Pandemiya sonrası iş: o necə təşkil ediləcək” adlı araşdırma “Censuswide” agentliyi tərəfindən xüsusi olaraq “Kaspersky” üçün aparılıb. Anketdə Braziliya, Belçika, Çin, Fransa, Almaniya, İtaliya, Yaponiya, Lüksemburq, Malayziya, Meksika, Hollandiya, Rusiya, İspaniya, Cənubi Afrika, Türkiyə , BƏƏ, İngiltərə və ABŞ-da fəaliyyət göstərən və işçi heyəti 250 nəfəri keçməyən şirkətlərin 8 min əməkdaşı iştirak edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 738 739 740 741 742 743 744 2. 354