Mikro sahibkarlıq subyektləri üçün sosial sığorta haqqı üstünlükləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Məcəllənin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Hər iki sahibkarlıq subyekti üçün müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayı 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır. Bəs mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin fiziki şəxslərə nisbətdə sosial sığorta haqqı ödəmələrindəki üstünlüyü nədədir?

Bildiririk ki, həm hüquqi şəxs, həm də fiziki şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər), sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən, gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla, qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibarilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, fərdi sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Qanunun müddəalarına əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Əlavə olaraq, qanunvericiliyə əsasən, 3 muzdlu işçi üçün muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi halda, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin, “İşsizlikdən sığorta haqqında” Qanunda sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanmalı və “Tibbi sığorta haqqında” Qanuna əsasən, işçinin əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faizi həcmində icbari tibbi sığorta haqqı hesablanaraq tutulması və ödənilməsi müəyyən edilib.

Beləliklə, Bakı şəhərində digər sahələrdə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın bir ayı üzrə vergi və məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə öhdəlikləri aşağıdakı kimi olacaq:

Fərdi sahibkar üçün

Fərdi sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 400 * 25% = 100 manat Bakı şəhərində 100 faizi = 100 manat;
İcbari tibbi sığorta haqqı üzrə minimum aylıq əməkhaqqının 400 * 4 % = 16 manat.

Muzdlu işçi üçün

(Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə)

Əməkhaqqı

TUTULMUŞDUR

İşəgötürən tərəfindən

CƏMİ tutulmuşdur

Ödənilməli məbləğ

Gəlir vergisi

Pensiya fondu 3%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

Pensiya fondu 22%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

1,200.00

78.00

6.00

24.00

222.00

6.00

24.00

108.00

1,092.00

Hüquqi şəxs üçün

(Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə)

Əməkhaqqı

TUTULMUŞDUR

İşəgötürən tərəfindən

CƏMİ tutulmuşdur

Ödənilməli məbləğ

Gəlir vergisi

Pensiya fondu 3%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

Pensiya fondu 22%

İ.S.H. 0,5%

İ.T.S.H 2%

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

400.00

26.00

2.00

8.00

74.00

2.00

8.00

36.00

364.00

1,200.00

78.00

6.00

24.00

222.00

6.00

24.00

108.00

1,092.00

Qeyd: “Pensiya fondu” qrafasında hesablamalar 200 manatadək 3 faiz və 22 faiz, 200 manatdan yuxarı hissədən isə 10 faiz və 15 faiz nəzərdə tutulur.

Beləliklə, bir ay üzrə fərdi sahibkar və onun muzdlu işçi üçün ümumilikdə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə öhtəliklərinin cəmi 100+16+222+6+24 = 368 manat edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ümumi yanaşmasına görə, Məcəllənin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan dedikdə, hüquqi şəxsin qanuni təmsilçisi və əlavə olaraq iki işçi bu güzəştdən yararlanma hüququ əldə edir. Ancaq bu Məcəllənin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan dedikdə isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin özlərindən əlavə olaraq üç işçi nəzərdə tutulur. Bu da, öz növbəsində, hüquqi şəxslərə nisbətdə əlavə sosial sığorta haqqı öhdəliyi yaradır.

Mənbə: vergiler.az

DSMF-nin xərclərinin böyük hissəsi əhaliyə ödənişlərə yönələcək

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Maliyyə investisiyalarından faizlər

Müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin dövriyyə kapitalı üçün lazimi vəsaitlərdən artıq olan vəsaitləri alternativ investisiya layihələrində qiymətləndirmək fürsətləri olur. Alternativ investisiya mənbələri dedikdə bina, yeni avadanlıq, torpaq, digər uzunmüddətli maddi yaxud qeyri-maddi aktivlərin əldə olunaraq istehsal, xidmət, satış sahələrini genişləndirilməsi başa düşülür. Elə müəssisələr var ki, dövriyyə vəsaitindən artıq olan pullarını satış, xidmət, istehsal imkanlarını genişləndirmək əvəzinə riski daha az olan, faiz qazandıran sahələrə maliyyə investisiya qoyuluşunu həyata keçirilər.

Maliyyə investisiyaları dedikdə mənfəəti (faizlər, dividendlər və s.) artırmaq, kapitalın dəyərinin artım tempini yüksəltmək və investor üçün digər faydalar əldə etmək məqsədilə müəssisənin saxladığı aktivlər başa düşülür. Buna görə də, maliyyə investisiyaları ilk növbədə aktivlərdir və buna görə də onlar aktivlərin tanınması meyarlarına cavab verməlidir.

İnvestisiyaları müəssisənin balansında əks etdirmək üçün aşağıdakı şərtlər eyni zamanda yerinə yetirilməlidir:

  • maliyyə investisiyasının qiymətləndirilməsi etibarlı şəkildə müəyyən edilə bilər;
  • maliyyə sərmayəsindən gələcəkdə iqtisadi fayda əldə edilməsi gözlənilir.

Aşağıdakılar maliyyə investisiyaları kimi çıxış edə bilər:

  • səhmlər, digər korporativ hüquqlar (məsələn, müəyyən MMC-nin nizamnamə kapitalındakı paylar);
  • borc qiymətli kağızları (istiqrazlar, veksellər, və sair).

Qeyd etdiyimiz kimi hansı investisiya qoyuluşunda məqsəd onun istifadəsindən iqtisadi fayda əldə etməkdir. İqtisadi səmərə dedikdə, müəssisənin aktivlərin istifadəsindən vəsait əldə etmək imkan başa düşülür. İnvestisiyalara münasibətdə pul vəsaitlərinin daxil olması dividendlər, faizlər şəkilində ola bilər.

Faizlər üzrə debitor borclar

Digər təsərrüfat subyektləri ilə, habelə fiziki şəxslərlə hesablaşmaların aparılması bütün müəssisələrin fəaliyyətinin tərkib hissəsidir. Alıcılar və müştərilər, təchizatçılar və podratçılarla hesablaşmalar, maliyyə institutları və sosial sığorta fondları ilə, müəssisənin işçiləri və digər şəxslərlə hesablaşmalar – bütün bunlar müəssisələrin gündəlik işlərində qarşılaşdıqları hesablaşma münasibətlərinə misaldır.

Təsərrüfat subyektləri ilə digər hüquqi və fiziki şəxslər arasında təsərrüfat münasibətlərinin qurulması bir tərəfin digər tərəf qarşısında müəyyən öhdəliklərinin yaranmasını nəzərdə tutur. Üstəlik, tərəflərin qarşılıqlı öhdəliklərinin ödənilməsi çox vaxt eyni vaxtda baş vermir. Belə hallarda bir tərəf borcun ödənilməsini tələb etmək hüququna, digər tərəf isə onu ödəmək öhdəliyinə malikdir. Mühasibatlıqda bir tərəfin tələb hüququ debitor borc, qarşı tərəfin öhdəliyi isə kreditor borc adlanır.

Debitorlar dedikdə, keçmiş hadisələr nəticəsində müəssisəyə müəyyən məbləğdə pul vəsaitləri, habelə pul vəsaitlərinin ekvivalentləri şəklində borcu olan hüquqi və fiziki şəxslər başa düşülür.

Maliyyə investisiyaları üzrə debitor borclar müəssisəyə gələcək iqtisadi səmərələrin daxil olması ehtimalı olduqda və onun məbləği etibarlı şəkildə ölçülə bildikdə aktiv kimi tanınır. Mühasibat uçotu subyektlərində belə aktivlər uzunmüddətli (12 aydan çox) və qısamüddətli debitor borc kimi iki qrupa bölünür.

Faizlər üzrə uzunmüddətli debitor borcları üzrə uçot Hesablar planının eyni adlı, 176 saylı hesabı üzrə aparılır.

216 saylı aktiv hesab faizlər üzrə qısamüddətli debitor borclar üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Hesab elə belə də adlanır: “Faizlər üzrə qısamüddətli debitor borcları”.

216 saylı hesab üzrə uçotun əsasları

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”)  maddəsinə,  qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır.

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” maddəsi üzrə  aşağıdakı hesablar da açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır.

Qeyd edilən Qaydaların 23.8 maddəsinə görə: “216 №li “Faizlər üzrə qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara və kreditlərə görə hesablanmış faizlər üçün borcalanlar tərəfindən ödənilməli olan qısamüddətli debitor borclarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar göstərilir.”

“Faizlər üzrə qısamüddətli debitor borcları” hesabı üzrə tənzimləmələr

Maliyyə investisiyaları üzrə mühasibat yazılışlarının tənzimlənməsi yuxarıda qeyd edilən Qaydaların ayrı-ayrı maddələri üzrə tənzimlənir.

Hesabat dövrü ərzində mühasibat uçotu subyektinin faizlər üzrə qısamüddətli debitor borclarının uçotu üzrə müxabirləşmə Qaydaların 23.11 maddəsi ilə tənzimlənir.

Qısamüddətli debitor borclar kreditor borclarla əvəzləşdirildikdə müxabirləşmə həmin Qaydaların 23.17 maddəsi əsasında aparılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ümidsiz debitor borclar silindikdə verilmiş borclar, kreditlərə görə hesablanmış faizlər üzrə mühasibat yazılışları 23.19.1 maddəsinə uyğun verilir.

Mühasibat uçotu subyekti tərəfindən əvvəllər ümidsiz borc kimi silinmiş debitorlar tərəfindən borclarının qaytarılması zamanı silinmiş debitor borc üzrə ƏDV-yə 216 saylı hesabın debeti və 611-6 saylı subhesabın krediti üzrə mühasibat yazılışı verilir (Qaydaların 23.20 maddəsi).

Qısamüddətli debitor borclar üzrə məzənnə fərqi yarandıqda tənzimləmələr üçün 23.28 maddə tətbiq olunur.

Mühasibat uçotu subyektinin debitor borclarının müqabilində əldə etdiyi investisiyalar üzrə Qaydaların 23.29-cu maddəsinə uyğun olaraq 216, saylı hesabın krediti üzrə mühasibat yazılışı verilir.

Faizlər üzrə qısamüddətli debitor borcları ilə bağlı müxabirləşmə nümunəsi

İstiqrazların alınması zamanı faiz ödənişləri nümunəsində maliyyə investisiyaları qoyuluşlardan yaranan faizlər üzrə qısamüddətli debitor borc üzrə müxabirləşmə nümunəsinə  baxaq.

Nümunə. Müəssisə  bir il müddətli, dəyəri 1000 manat olan 3% illik gəliri olan 100 ədəd istiqraz alıb. İlin sonunda istiqraz sahiblərinə faizlərin ödənişi zamanı müxabirləşmə belə olacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İstiqrazların əldə edilməsi 232 – Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 100 000
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 23400.00
3 Fazilərin ödənilməsi 223 Bank hesablaşma hesabları 216 Faizlər üzrə qısamüddətli debitor borcları 3 000
4 Faizlərdən olan gəlirin tanınması 216 Faizlər üzrə qısamüddətli debitor borcları 631-1 Faiz gəliri 3 000

Sadələşdirilmiş vergi ödəyiciləri kimlərdir

İşsizlik sığortası üzrə ödənişlərin gələn il yüksələcəyi proqnozlaşdırılır

posted in: Xəbər | 0

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımlar 2025-ci illə müqayisədə 14,7 % çox olacaq.

Bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238,3 milyon manat, fondun gələn ilin yanvarın 1-nə yaradılacaq ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin məbləği isə 28,1 milyon manat nəzərdə tutulur: “Gələn il işsizlikdən sığorta haqlarının 236,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və yaxud 14,7 % çoxdur. Sığorta haqları üzrə yığımın 78 %-i və yaxud 184,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşəcək. 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricilərinə nisbətən 5,7 milyon manat çoxdur. Gələn il də Fondun xərcləri 13 istiqaməti əhatə edəcək”.

Deputat qeyd edib ki, 2026-cı ildə işsizliyə görə sığorta ödənişlərinin həcmi 28 milyon manat, yaxud Fondun xərclərinin 10,5 %-i qədər proqnozlaşdırılır: “Bu, cari ildəkindən 11 milyon manat və yaxud 65 % çoxdur. İşsizliyə görə sığorta ödənişlərinin artımı “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə edilən mütərəqqi dəyişikliklə bağlıdır”.

Mənbə: report.az

DSMF-nin xərclərinin böyük hissəsi əhaliyə ödənişlərə yönələcək

DSMF-nin xərclərinin böyük hissəsi əhaliyə ödənişlərə yönələcək

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 %-ni və yaxud 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək.

Bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, əmək pensiyalarının orta aylıq məbləğinin bu il 540,3 manat, gələn il isə 590,2 manat olacağı proqnozlaşdırılır: “Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin builki 576 manatdan 629 manata yüksəlməsi gözlənilir. Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 49,05 % və 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək”. Bundan başqa, deputat deyib ki, növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri ümumilikdə 91 milyon manat proqnozlaşdırılır.

Mənbə: report.az

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

1 87 88 89 90 91 92 93 2. 680