Dünya iqtisadiyyatında qadın rəhbərlərin rolu (IV hissə)

posted in: Xəbər | 0

Dünya iqtisadiyyatında qadın rəhbərlər 

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Dünya iqtisadiyyatı hər il kişilərə görə trilyonlarla dollar itirir. Qadınlar vəziyyəti necə düzəldəcəklər?

Sarsıdıcı zərbə

Gender bərabərliyinin irəliləyişində qazanılan dünya uğurları təhlükə altına düşüb. Koronavirus pandemiyası və onun ortaya çıxardığı böhran qadınların karyerasına sarsıdıcı zərbə vurub: bütün dünya üzrə qadınlar epidemiyanın başlıca qurbanlarına çevriliblər. Onlar iqtisadiyyatın ən çox zərər görmüş sahələrində: turizm, ictimai iaşə, əyləncə – kişilərdən daha fəal iştirak edirdilər. Bundan əlavə, məktəblər bağlandığı vaxtlarda onlar uşaqlarının yanında olmaqdan ötrü, çox vaxt işlərini buraxmalı olublar.

Ümumdünya tənəzzülü fonunda, Heidrick & Struggles işə personal qəbulu xidməti tərəfindən bildirildiyi kimi, qadınlara rəhbər vəzifələri daha az etibar edilir. Onlar hazırda dünyanın ən iri şirkətlərinin yalnız 3 faizində rəhbər vəzifələri tuturlar. Müqayisə üçün: epidemiyaya qədər qadınlar bütün dünyada 965 ən böyük şirkətdə dörd dəfə çox iş yerləri əldə etmişdilər. İndi şirkətlərdə böyük ehtimalla artıq baş direktor vəzifəsini tutmuş yeni liderləri seçəcəklər ki, bu rolda da çox vaxt kişilər üstünlük təşkil etmişlər.

Hər hansı bir işə düzəlmək üçün müraciət edərkən, seçim zamanı cinsə üstünlük verilməsinin nəticələri dəhşətli ola bilər. Oreqon ştatının Universitetindən (ABŞ) olan alimlər belə bir təcrübənin yalnız işçilərin ayrı-seçkiliyinə deyil, həm də məhsuldarlığın ümumi itkisinə gətirib çıxardığını, bunun isə öz növbəsində zərərlə nəticələndiyini bildiriblər. Dünya Bankının ekspertlərinin qiymətləndirməsinə görə, ölkələr qeyri-bərabər  əməkhaqqı ödənişləri üzündən hər il trilyonlarla dollar itirirlər. O cümlədən, qızların təhsilə məhdud çıxışı və əhalinin qadın hissəsinin əmək məhsuldarlığının və gəlirlərinin artırılması üzrə reallaşdırılmamış imkanlar hesabına dünya iqtisadiyyatının itkiləri ildə 15-30 trilyon dollar təşkil edir.

Fortune 500 siyahısından olan şirkətlərin nümunəsi göstərir ki, işçilərə tətbiq edilən ayrı-seçkiliyin fonunda məhsuldarlığın itirilməsi səbəbi ilə bir il ərzində həmin şirkətlər 2,8-17 milyon dollara qədər vəsaitləri itirə bilərlər. Pandemiya dövründə idarəçilikdə qadınlara daha az etibar etməyə başlayıblar: bir il əvvəl ilə müqayisədə 2020-ci ildə baş direktor vəzifəsinə qadınların təyinatı 39 faizə düşüb. 2019-cu ildə isə bu 44 faiz təşkil edirdi. Yaranmış bu vəziyyətə “ilk qadın tənəzzülü” adı verilib ki, bu da son onillikdə gender bərabərliyi sahəsində əldə olunmuş irəliləyişi risk altına salıb. Belə ki, indi hər şey dünyanın bu epidemiyanın öhdəsindən nə qədər tez gələ biləcəyindən asılıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA sahibkarlar üçün müxtəlif sektorlar üzrə bazar araşdırması aparıb

posted in: Xəbər | 0

KOB subyektləri, idarəetmə keyfiyyətinin təmin olunması, biznes, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Sahibkarların Beynəlxalq Forumu, onlayn satış platforması, Vətəndaşa dəstək, KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yeni məhsul və xidmətlərin yaradılmasına, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına dəstək məqsədi ilə müxtəlif sektorlar üzrə daxili bazar araşdırmaları aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verilir.

Bildirilir ki, KOBİA-nın təşəbbüsü ilə aparılmış daxili bazar araşdırmaları boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir. Bu sahələrdə sahibkarlıq fəaliyyətinə başlamaq və ya müvafiq sektorlarda fəaliyyətlərini daha da genişləndirmək istəyən sahibkarlıq subyektləri müvafiq daxili bazar araşdırmaları ilə KOBİA-nın internet səhifəsindən tanış ola bilərlər – https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi

Sahibkarın müraciəti əsasında aparılmış daxili bazar araşdırmasından fərqli olaraq, Agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.

2021-ci il ərzində Agentliyin təşəbbüsü ilə digər sahələrdə də daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur.

Qeyd edək ki, KOBİA tərəfindən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.

KOB subyektləri ehtiyaclarına uyğun daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını doldurmaqla Agentliyə birbaşa və ya elektron () müraciət edə bilərlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadçı peşəsi – Tarixi və təsviri

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

İqtisadçı peşəsinin tarixi

İlk iqtisadçılar çox əvvəllər meydana çıxmışlar. Yəni, əmtəə-pul münasibətlərinin meydana çıxması və inkişafı ilə eyni zamanda. Əlbəttə, o zamanlar bu başqa cür adlandırılırdı, amma, bu heç də mahiyyəti dəyişdirmir.

“İqtisadiyyat” termini ilk dəfə Qədim Yunanıstanda meydana çıxıb. İqtisadiyyatın problemləri barədə müxtəlif dövrlərdə Ksenofont, Platon və Aristotel öz düşüncələrini  yazmışlar. Bir çox alimlərdən fərqli olaraq onlar təkcə iqtisadiyyatdakı problemlərdən söz açmayıblar, həm də o problemlərin həlli yollarını axtarıblar və tapıblar.

İqtisadi nəzəriyyə uzun müddət müxtəlif istiqamətlərdə və müxtəlif ölkələrdə inkişaf edib. Klassik iqtisadi nəzəriyyəni isə məşhur alim Adam Smit yaradıb.

İqtisadiyyatın inkişafına özünün marksist siyasi iqtisadı ilə Karl Marks da böyük töhfələr verib. Onun yaratdığı bu konsepsiya uzun müddət keçmiş SSRİ-də dominantlıq edib.

Bazar iqtisadiyyatının qlobal inkişafı mərhələsində iqtisadçı peşəsi əmək bazarında ən çox tələb olunan peşədir. Bu, öz üstünlükləri və çatışmazlıqları ilə birlikdə iqtisadiyyatın istənilən sahəsində hərtərəfli universal bir peşədir.

Nəzəriyyəçilər və praktiklər arasında çoxlu sayda Nobel mükafatçıları və Aristotel, Adam Smit, Karl Marks, Pol Kruqman və digərləri kimi çoxsaylı məşhur iqtisadçılar var.

İqtisadçı peşəsi ilə bağlı tələblər

İqtisadçılığa başlayanlardan ötrü ilkin təhsil bazası rolunu əməkdar professorlar P. Kempbell, Makkonnel və Stenli L. Bryu tərəfindən yazılmış, iqtisadçı olmaq istəyənlər üçün iqtisadi nəzəriyyələr əsasında ensiklopediya oynayır.

Uğurlu inkişaf etməkdə və bu elmə yiyələnməkdə sizə aşağıdakı qabiliyyətlər və keyfiyyətlər kömək edə bilər:
  • intellektual qabiliyyət,
  • məntiqi və riyazi yaddaş,
  • diqqətin cəmləşməsi,
  • oturaqlıq,
  • böyük həcmli informasiyalar üzərində işləmək bacarığı.

Əgər siz yuxarıda sadalanan bacarıqlara maliksinizsə, onda bu peşəni seçə bilərsiniz.

Yox, əgər bunun sizə aid bir peşə olduğuna müəyyən şübhələriniz varsa, onda peşə oriyentasiyası üzrə testdən keçin.

İqtisadçı peşəsi – təsvir

Hər şey təşkilatın daha gəlirli fəaliyyət sahəsindən asılıdır: bank işi, inşaat, ticarət.

İqtisadçı əsasən bu işlərlə məşğul olur:

  • təhlil,
  • təkmilləşdirmə,
  • idarəçilik,
  • kadrlarla təminat,
  • pul axınlarının proqnozları və planlaşdırılması,
  • büdcə,
  • biznes-plan,
  • müqavilələr,
  • maliyyə göstəriciləri,
  • təşkilatların maliyyə-iqtisadi fəaliyyətlərində effektivliyi yüksəltmək üçün kredit portfeli.

İqtisadçıların fəaliyyət sahəsi çox genişdir, bu həm dövlət xidməti, maliyyə strukturları, restoran və mehmanxana biznesi, müəssisələr, həm də müxtəlif mülkiyyət formalı təşkilatlar, elmi-tədqiqat institutlarıdır.

Konkret fəaliyyət növündən asılı olaraq şərti şəkildə bunları ayırmaq olar: iqtisadçı-mühasib, iqtisadçı-mühəndis və iqtisadçı-menecer.

İqtisadçı bir növ – “maliyyə həkimi” kimidir, təşkilatların bütün güclü və zəif tərəflərini görürlər və prioritetlərin və məqsədlərin düzgün qurulması, maliyyə və zərərlərlə bağlı problemlərin ləğvi ilə bağlı qərarlar qəbul edir, xərclər və gəlirlərin optimallaşdırılması və minimal məsrəflər hesabına maksimal gəlirlər əldə edilməsinə çalışırlar.

Heç bir uğurlu müəssisənin plan-iqtisad şöbəsi mühasib, mühəndis, menecer, iqtisadçı kimi işçilərsiz keçinə bilməz. Bu peşələr çox vaxt işin əsas məqsədi – təşkilatın iqtisadiyyatını idarə etmək əsasında təşkil olunur. Vəzifənin iqtisadi komponenti məcburidir, seçimlər əməkdaşın xüsusi funksiyalarından asılıdır: iqtisadçı-mühasib, iqtisadçı-mühnədis, iqtisadçı-menecer.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?

posted in: Xəbər | 0

Zərərin keçirilməsi, Zərər, Kameral uyğunsuzluq məktubları, Kameral uyğunsuzluq məktubu, Hüquqi şəxs, nizamnamə kapitalı, əsas vəsaitlər, 57.1 və 58.1-1-ci maddələrin fərqi, vergi ödəyicilərinin mənfəəti, sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Məlum olduğu kimi, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanununun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 967 968 969 970 971 972 973 2. 683