214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Debitor borcların uçotu nə üçün vacibdir

Mühasibat uçotu subyektlərində debitor borclar müxtəlif səbəblərdən yaranır, məsələn:

  • sifariş edilmiş materiallar üçün avans ödənişlər materiallar təhvil alınanadək debitor borc sayılır;
  • əsas idarəetmə heyətinə borc məbləğləri verilə bilər;
  • icarə müqavilələri üzrə debitor məbləğlər yarana bilər və sair.

Ödəmə müddətinə debitorlar belə qruplaşdırılır:

  • qısamüddətli, o cümlədən icarə üzrə qısamüddətli debitor borclar;
  • uzunmüddətli, o cümlədən icarə üzrə uzunmüddətli debitor borcları.

“Debitor borclar” kimi təqdim edilən aktivlərin, o cümlədən icarə üzrə qısamüddətli debitor borcların həcminə nəzarət sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin sabitliyi üçün önəmlidir. Nəzarət üçün dəqiq uçot lazımdır.

214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” adlı hesab belə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub.

İcarə üzrə uzunmüddətli debitor borclarının uçotu Hesablar planının eyni adlı, 174 saylı hesab üzrə aparılır. Burada həmin hesab üzrə uçotun əsasları, müxabirləşmə nümunələri verilib.

İcarə münasibətləri və lizinq

İcarə münasibətləri bəzi mühasiblərə, sahibkarlara bəsit görünsə də əslində belə deyil, bunun kimi münasibətlər əsas etibarilə Mülki Məcəllə, “İcarə haqqında”, “Torpaq icarəsi” haqqında AR qanunları vasitəsilə tənzimlənir. Mülki Məcəllə icarə haqqında ümumi müddəaları, habelə icarə müqaviləsi ilə bağlı bir sıra şərtləri müəyyən edir, digər 2 qanun isə icarə münasibətlərinin daha ətraflı tənzimləməsin həyata keçirir.

İcarənin predmeti müxtəlif ola bilər. Bunlara binaları, daşınar əşyaları, torpaq sahələrini, hüquqları, müəssisələri misal göstərə bilərik. Qanunvericiliyə uyğun təyin edilmiş müəyyən kateqoriya əmlakın dairəsi, növləri icarə münasibətlərinin obyekti ola bilməz.

Beynəlxalq təcrübədə lizinq əməliyyatı anlayışı geniş yayılıb. Lizinq əməliyyatlarının icarə münasibətləri ilə çoxlu oxşarlıq təşkil etdiyini, sanki icarənin xüsusi forması olduğunu deyə bilərik. Oxşarlıqla yanaşı lizinqi ənənəvi icarədən fərqləndirən cəhət onun üçtərəfli olması, əmlakın (lizinq obyektinin) lizinq məqsədindən ötrü alınması kimi hallardır. Təcrübədə adətən maliyyə lizinqi yaxud sadəcə lizinq adlandırdığımız bu anlayış əslində maliyyə icarəsidir. İcarənin vərdiş etdiyimiz klassik formasına isə əməliyyat icarəsi deyilir.

İcarə üzrə qısamüddətli debitor borcların uçotu hesabı

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”) maddəsinə,  qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır. 214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir.

Mühasibat uçotu subyektlərində 214 saylı hesab üzrə uçotun aparılması, hesablar üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır.

Ümumiyyətlə, qeyd edilən Qaydaların 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” üzrə məlumatların əks edilməsi üçün aşağıdakı hesablar açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır.

214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onun aktivlərindən istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödəniləcək olan, habelə maliyyə icarəsində olan aktivlərə qoyulmuş xalis investisiya dəyərinə bərabər məbləğdə qısamüddətli debitor borclarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qaydaların 23.6-cı maddəsinə görə 214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı üzrə aşağıdakı subhesablar açılır:

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi 214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları” hesabı üzrə iki subheab açıla bilər.

214 saylı hesab üzrə uçotun nizamlanması qaydaları

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı, mühasibat uçotu subyektinin aktivlərinin istifadə etmə hüququnu təmin edən müqavilələrə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə haqlarının ƏDV-si həmin qaydaların 23.13 bəndinə uyğun nizamlanır.

Qısamüddətli debitor borclar üzrə müsbət məzənnə fərqi yarandıqda həmin qaydaların 23.28 bəndi ilə nizamlanır.

Beynəlxalq uçot standartlarına uyğun tənzimləmə

İcarələrin tanınması, ölçülməsi, təqdimatı, məlumatın açıqlanması prinsiplərini 16 №-li “İcarələr” MHBS (IFRS 16) müəyyən edir. Müəssisə maliyyə öhdəliyini 9 nömrəli “Maliyyə Alətləri” MHBS-a (IFRS 9) uyğun olaraq tanımalıdır.

Obyektin icarəyə verilməsindən gəlir əldə edildikdə müxabirləşmə nümunəsi

Müəssisə obyektlərin icarəsi fəaliyyəti ilə məşğul olur. Həmin obyektlərdən ikisini digər hüquqi şəxsə icarəyə vermişdir. İki obyekt üçün aylıq icarə haqqı ƏDV daxil olmaqla 2950 AZN təyin edilib. Ay sonunda qarşı tərəf bütün borcunu ödəmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Obyektlərin icarəyə verilməsi nəticəsində debitor borcları formalaşdıqda 214 – İcarə üzrə qısamüddətli debitor borcları 601 – Satış 2500,00
2 ƏDV nəzərə alındıqda 214 İcarə üzrə qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 450,00
3 Xidmətə görə olan əsas məbləğ bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 214 İcarə üzrə qısamüddətli debitor borcları 2500,00
4 Xidmətə görə olan ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 214 İcarə üzrə qısamüddətli debitor borcları 450,00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 450,00

Gəlir vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

Yenilənmiş 7 rəqəmli fəaliyyət kodlarının siyahısı

posted in: Xəbər | 0

7 rəqəmli fəaliyyət kodu nədir?

Azərbaycanda fəaliyyət göstərən hər bir hüquqi və fiziki şəxs (MMC, fərdi sahibkar və s.) vergi uçotuna alınarkən öz iqtisadi fəaliyyət növünü seçməlidir. Bu fəaliyyət növləri 7 rəqəmli kod ilə müəyyən edilir və buna İqtisadi Fəaliyyət Növlərinin Təsnifatı (İFNT) deyilir.

7 rəqəmli fəaliyyət kodu nə üçün lazımdır?

  • Vergi rejiminin müəyyən edilməsi

  • ƏDV qeydiyyatı tələbi

  • Lisenziya və icazələrin uyğun seçilməsi

  • Statistika və dövlət uçotu

  • Fəaliyyət növünün rəsmiləşdirilməsi və gələcək dəyişikliklərin rəsmi qaydada aparılması

Yenilənmiş 7 rəqəmli fəaliyyət kodlarının siyahısına nəzər yetirə bilərsiniz: 7 rəqəmli fəaliyyət kodları (658 downloads )

Təsisçi və direktor eyni şəxs olduqda müqavilə münasibətləri necə tənzimlənir?

Mikro sahibkarlıq subyektlərinə güzəşt necə tətbiq olunur?

posted in: Xəbər | 0

16.10.2025-ci il tarixdə üç nəfər işçi ilə əmək müqaviləsi bağlanılıb. Onlardan 2-si tam, digəri isə yarımştatla işə götürülüb. Bu halda, müəssisə qaydaya uyğun şəkildə minimum 3 işçisi olmaqla mənfəət vergisi üzrə güzəşt əldə edə biləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 5 dekabr tarixli Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə ölkə Prezidentinin fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə, digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq olunmur.

Sorğuya cavab olaraq bildirilib ki, qanunvericilikdə qeyd olunan güzəşt maddəsinin məqsədləri üçün işçilərin ştat, yaxud yarımştat olması ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Mənbə: vergiler.az

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

10 milyona yaxın kartımızdan Birbank kartlarına köçürmələr limitsiz və komissiyasızdır

posted in: Xəbər | 0

Yerli maliyyə bazarında innovativ həllərin ilk yaradıcılarından olan Kapital Bank milyonlarla müştərisinə rəqəmsal üstünlüklər təklif edir. Xüsusən də köçürmələr istiqamətində müştərilərinin tələbini qarşılayan bank, rəqibləri arasında ilk sıralarda yer alır. Belə ki, banka məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz və kommisiyasızdır. Yəni, Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Digər yerli bank kartlarına köçürmə edənlərsə şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər.

Qeyd edək ki, müştəri davranışlarına uyğun olaraq bir qism müştəridə fərdi yanaşma nəticəsində müxtəlif limitlər tətbiq edilir. Həmin müştərilər Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bu haqda ətraflı məlumat ala bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatlarına daxil olaraq “Xərclər üzrə limit” bölməsindən şəxsi limiti görmək  mümkündür.  SMS və ya Birbank tətbiqində bildiriş almayan müştərilərsə kartın üstünlüklərindən hər zaman olduğu kimi istifadə edə bilərlər.

Həmçinin ölkənin dörd bir yanında olan 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə maliyyə əlçatanlığı təqdim edir. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız mədaxil şansı da yaradır.

Eyni zamanda Birbank taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. Üstünlüklərlə dolu Birbank Star kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.

Birbank kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və mollarda yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olar.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Peşəkar mühasib sertifikasiyası vergi daxilolmalarına müsbət təsir edir

1 108 109 110 111 112 113 114 2. 693