213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Debitor borcların uçotu nə üçün vacibdir?

Debitor borclar müxtəlif səbəblərdən yarana bilər, məsələn:

  • sifariş edimiş materiallar üçün avans ödənib, amma materillar hələ təhvil alınmayıb. Bu zaman avans məbləği debitor borc sayılır, yaxud;
  • işçiləri əsas idarəetmə heyətinə borc verilə bilər, yaxud mühasibatlıq səhv hesablama nəticəsində işçiyə lazım olduğundan artıq pul köçürüb.

Maliyyə vəziyyətinin sabitliyi üçün “debitor borclar” adı altında təqdim edilən aktivlərin həcminə nəzarət etmək vacibdir. Nəzarət üçün isə aktivlərin onların, o cümlədən, əsas idarəetmə heyətinin debitor borcları üzrə dəqiq uçot vacibdir. Debitor borclar ödəmə müddətinə görə aşağıdakı kimi təsniləşdirililə bilər:

  • qısamüddətli, o cümlədən əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları;
  • uzunmüddətli, o cümlədən əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları.

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” adlı hesab belə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub.

Hesablar planının 173 saylı “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” üzrə uçotun əsasları, müxabirləşmə nümunələri burada verilib.

Əsas idarəetmə heyətinin qısamüddətli debitor borclarının uçotu hesabı

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  mühasibat uçotu subyektlərində uçotun aparılması, hesablar üzrə müxabirləşmələrin verilməsi qaydalarını tənzimləyir.

Uzunmüddətli debitor borcları üzrə uçot hesabları Hesablar Planının 1-ci bölməsinin (“Uzunmüddətli aktivlər”) 17-ci (“Uzunmüddətli debitor borcları”) maddəsinə,  qısamüddətli debitor borcları üzrə uçot hesabları isə 2-ci bölmənin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) uyğun açılır.  213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı 21-ci maddəyə daxil olan hesablardan biridir. Hesab üzrə mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsilə bağlı malların (işlərin və xidmətlərin) satışı prosesində əsas idarəetmə heyəti tərəfindən ödəniləcək olan qısamüddətli debitor borclarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks olunur.

Ümumiyyətlə, yuxarıda qeyd edilən Qaydaların 23.1-ci maddəsinə görə “Qısamüddətli debitor borcları” üzrə məlumatların əks edilməsi üçün aşağıdakı hesablar açıla bilər.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na görə qısamüddətli aktiv kimi Əsas idarəetmə heyətinin debitor borcları 213 saylı hesabda aparılır.

213 saylı hesab üzrə uçotun nizamlanması qaydaları

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı üzrə hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı qeyd edilən Qaydaların 23.11-ci, satılmış malların qaytarılması, ucuzlaşdırılması, habelə verilmiş güzəştlər 23.15-ci bəndi ilə nizamlanır.

Hesabat dövrü ərzində malların (işlərin, xidmətlərin) satışı üzrə əlavə dəyər vergisi həmin Qaydaların 23.13.-cü bəndlə tənzimlənir.

Qısamüddətli debitor borclara görə ödənişlər uçot hesablarında əks olunması zamanı Qaydaların 23.16-cı bəndindən, qısamüddətli debitor borclar kreditor borclarla əvəzləşdirildiyi zaman isə 23.17-ci bəndindən istifadə olunur.

Beynəlxalq uçot standartlarına uyğun tənzimləmə

213 saylı əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları hesabı üzrə uçotun tənzimlənməsi məqsədilə mühasibatın aşağıdakı beynəlxalq standartları istifadə edilə bilər:

  • 9 saylı “Maliyyə Alətləri” MHBS (IFRS 9) / 39 nömrəli “Maliyyə alətləri: Tanınma və ölçülmə” MUBS (IAS 39);
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15)

Qeyd edilən beynəlxalq standartlara görə müəssisənin idarəetmə heyətində səhmdarların (payçılar) özləri və ya kənardan cəlb olunmuş mütəxəssislər istirak edə bilir. Əgər müəssisədə idarəetmə əməliyyatını səhmdarlar özləri edirsə onlara ödəniləcək pul dividend (xalis mənfəətin bölüşdürülməsi) sayılır. Lakin bu zaman diqqət olunmalı bir məqam yaranır ki­­, sözü gedən pulun divident olması üçün səhmdarların yığıncağından çıxacaq yekun protokolda xalis mənfəətin bölüşdürülməsi ilə bağlı qərar qəbul olunsun. Digər halda ödənilən pul səhmdarların müəssisəyə borcu sayılaraq “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” hesabı ilə bağlı məlumatların uçotu 213 nömrəli hesabda aparılır.

213 saylı hesab üzrə müxabirləşmə nümunəsi

Aşağıdakı nümunədə müəssisə daxilində fəaliyyət göstərən işçiyə borc verilən zaman müxabirləşmələr əks olunub.

Nümunə: “ABC” MMC kassa hesabından öz işçisinə 3500 manat qısamüddətli borc verilir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisənin tikişçisinə borc verildikdə 213 – Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları 221 – Kassa 3500.00
2 Borcun bir hissəsi qaytarıldıqda 221 – Kassa 213 – Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları 2500.00
3 Borcun qalan hissəssi əməkhaqqıdan tutulduqda 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcları 213 – Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları 1000.00

Ezamiyyə normalarına hansı dəyişikliklər edilib?

Peşəkar mühasib sertifikasiyası vergi daxilolmalarına müsbət təsir edir

posted in: Xəbər | 0

“Peşəkar mühasib sertifikasiyası prosesi, ilk növbədə, uçotun şəffaflaşması və keyfiyyətinin yüksəldilməsi, həmçinin beynəlxalq mühasibat standartlarına uyğun qurulması və dövlətin fiskal siyasətinə dəstək vermək məqsədilə tətbiq edilmiş prosesdir”. Bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov Maliyyə, mühasibatlıq, audit və rəqəmsallaşma üzrə I Beynəlxalq Simpoziumda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, bu prosesin təşkili və icrasında Dövlət Vergi Xidməti, xüsusilə DVX-nin Tədris Mərkəzi əhəmiyyətli rol oynayıb: “Peşəkar mühasiblərin sertifikasiyası “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Bu məqsədlə 2019-cu ildə sözügedən Qanuna müvafiq dəyişikliklər edilib. Həmçinin, həmin ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilib. Qeyd edilən aktların qəbulu ilə bu prosesin normativ-hüquqi bazası formalaşıb. Lakin həmin Qaydaların təşkilinə kimi bu sahədə ixtisaslaşmış ictimai təşkilatlar – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və “Azərbaycan Gənc Mühasiblər” İB tərəfindən çoxlu sayda müzakirələr və məsləhətləşmələr aparılıb. Müzakirələrdə DVX-nin Tədris Mərkəzinin əməkdaşları vergi qanunvericiliyi üzrə ekspert kimi yaxından iştirak ediblər”.

R.Əhmədov əlavə edib ki, 20.01.2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi, DVX və qeyd edilən ictimai birliklər arasında birgə memorandum imzalanıb.

Məqsəd sənədi imzalayan tərəflərin PMS üzrə imtahanların məzmun və strukturunun formalaşdırılması, təbliği, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin paylaşılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlığının qurulması olub.

Şöbə rəisi artıq mühasiblərin 30-40 faizinin bu sertifikasiyadan keçərək müvafiq sertifikatlara yiyələndiyini, digərlərinin isə müəyyən kurslar vasitəsilə PMS imtahanlarına hazırlaşdıqlarını, tədris prosesində DVX-nin də mühüm rol oynadığını vurğulayıb: “Tədris Mərkəzində hər il mühasiblər üçün ödənişsiz olaraq seminarlar təşkil edərək onları vergi qanunvericiliyindəki yeniliklərlə bağlı məlumatlandırırıq. Eyni zamanda, əməkdaşlarımız həm sertifikasiya imtahanlarında istifadə olunan sualların formalaşmasında, həm onun qapalı rejimdə ekspertizasında, həm də imtahan nəticələrinin yoxlanılmasında yaxından iştirak edirlər”.

Sorğu bazasının formalaşmasının vergi uçotuna uyğunluğu ilə bağlı məsələyə toxunan R.Əhmədov bildirib ki, ekspertiza zamanı sualların vergi qanunvericiliyində edilmiş yeniliklərə uyğunluğu yoxlanılır: “Əvvəllər sualların formalaşmasında bir pərakəndəlik mövcud idi. Artıq son illərdə bu məsələlər də aradan qaldırılıb. 10 ballıq test tapşırıqlarında istifadə olunan cədvəllərin vahid formaları təsdiq edilib və sualları hazırlayarkən həm vergi qanunvericiliyinə, həm də vergi inzibatçılığına əsaslanırıq. Çalışırıq ki, sualların quruluşu tətbiq edilən vergi hesabatlarına uyğun olsun. Bu da müəssisələrdə vergi uçotunun təşkili ilə bağlı problemlərin aradan qalxmasına müəyyən dərəcədə kömək etmiş olur. Biz vergi yoxlamaları zamanı PMS imtahanlarından keçən baş mühasiblərin çalışdığı müəssisələrdə vergi uçotunun daha dəqiq aparıldığının şahidi oluruq. Belə ki, sertifikatlı mühasiblərin fəaliyyəti nəticəsində müəssisələrdə vergi hesabatları daha dəqiq tərtib olunur, bu isə dövlət büdcəsinə vergi daxilolmalarının artan dinamika ilə inkişafına öz müsbət təsirini göstərir”.

Xatırladaq ki, qanunvericilikdə peşəkar mühasib olmayan şəxslərin baş mühasib kimi işə götürülməsinə görə hüquqi məsuliyyət də nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsinə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az

“Prefiling” sistemi: mikro və kiçik sahibkarlar üçün asan vergi bəyannaməsi

“Prefiling” sistemi: mikro və kiçik sahibkarlar üçün asan vergi bəyannaməsi

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verdiyi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin öncədən doldurulması – “prefiling” sistemi bəyannamələrin daha çevik hesablanıb təqdim edilməsinə imkan verəcək. Bu fikri vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev səsləndirib. Onun sözlərinə görə, bu, xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin işini asanlaşdırır: “Məlumdur ki, sadələşdirilmiş vergi rejimindən daha çox fiziki şəxslər istifadə edirlər, lakin bəzi hallarda onlar da hesabatları hazırlamaqda çətinlik çəkirlər. Bunun üçün ayrıca mühasib cəlb etməyə ehtiyac yaranır, buna isə əlavə vəsait tələb olunur. “Prefiling” sistemi həmin vergi ödəyicilərinə vergi bəyannamələrini daha rahat və asan formada təqdim etmələrinə, eləcə də onların maliyyə itkilərinin qarşısını almağa imkan verir. Sahibkarların bu sistemdən rahatlıqla yararlana bilməsi isə onun üstünlüyü kimi dəyərləndirilir”.

X. Feyzullayev əlavə edib ki, hələlik “Sadələşdirilmiş vergi bəyannaməsi” və vahid muzdlu bəyannaməni öncədən hazırlamaq mümkündür: “Sahibkarlar hesabat müddətində şəxsi kabinetlərinə daxil olduqda həmin bəyannamələri hazır görə bilərlər. Sadəcə, bəzən onların əlində olan rəqəmlərlə vergi orqanlarının məlumat bazasındakı rəqəmlər uyğun gəlməyə bilər. Bu zaman vergi ödəyiciləri özləri həmin yanlışlıqları redaktə etməklə, bəyannaməyə doğru rəqəmləri daxil edə bilərlər. Bu, həm vaxt baxımından, həm də maliyyə xərclərinə qənaət baxımından sahibkarlar üçün xeyli əlverişlidir. Xüsusilə mikro sahibkarlar üçün DSMF hesabatlarında da belə bir rahatlıq mövcuddur”.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayının 1-dən etibarən Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib. Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi yer alır.

“Prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri öz elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

Mənbə: vergiler.az

Təsisçi və direktor eyni şəxs olduqda müqavilə münasibətləri necə tənzimlənir?

212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qloballaşan iqtisadiyyat şəraitində bir çox şirkətlər törəmə müəssisələr təsis edərək müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu münasibətlər fonunda yaranan maliyyə tələbləri və öhdəliklərinin düzgün uçotu müəssisənin maliyyə hesabatlarının şəffaflığı və etibarlılığı üçün mühüm əhəmiyyət kəsb edir. Uçotun aparılması zaman 212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabı müvafiq məlumatların ümumiləşdirilməsində vacib rol oynayır. Bu məqalədə debitor borcların anlayışı və təsnifatı, qısamüddətli debitor borcların uçot standartları, habelə törəmə müəssisələrlə bağlı uçotun xüsusiyyətləri şərh olunur.

Debitor borclar: anlayış və müddətə görə təsnifat

Debitor borclar – müəssisənin digər hüquqi və ya fiziki şəxslərdən mal və xidmətlərin satışından, avans ödəmələrindən və ya borc verilməsindən yaranan alacaq hüququnu ifadə edir. Bu borclar müəssisənin aktivlərinin tərkib hissəsidir və onların vaxtında ödənilməsi dövriyyə vəsaitlərinin sabitliyi baxımından vacibdir.

Debitor borcları ödəniş müddətinə görə aşağıdakı kimi təsnif edilir:

Borcun növü Müddət Xüsusiyyətlər
Qısamüddətli debitor borclar 12 ayadək Dövriyyə aktivləri tərkibində; əsasən cari əməliyyatlarla bağlı
Uzunmüddətli debitor borclar 12 aydan artıq Maliyyə investisiyaları və ya uzunmüddətli kreditlər

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na əsasən mühasibat uçotu subyektləri üçün Hesablar Planının 21-ci maddəsində qısamüddətli, 17-ci maddəsində isə uzunmüddətli debitor borcların uçotu aparılır. 212 saylı hesab bu təsnifatın qısamüddətli borclar kateqoriyasına aiddir.

“Mühasibat uçotu subyektləri” anlayışı Qaydaların 1.1 bəndi ilə müəyyən edilib və kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur.

 

Qısamüddətli debitor borclar üzrə uçot standartları

Qısamüddətli debitor borcların uçotu üçün aşağıdakı mühasibat standartlarına əsaslanır.

 MUBS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi” (IAS 1):

  • aktivlər cari və qeyri-cari olaraq təsnif edilir;
  • 12 ay ərzində ödənilməsi gözlənilən alacaqlar cari aktivlər kimi göstərilir.

MHBS 9 – “Maliyyə alətləri” (IFRS 9):

  • debitor borclar maliyyə alətləri kimi qiymətləndirilir.
  • ilk tanınma zamanı real dəyərlə, sonrakı mərhələdə isə amortizasiya olunmuş dəyərlə və ya ədalətli dəyərlə göstərilə bilər;
  • qiymətdəndüşmə riskləri qiymətləndirilir.

MHBS 24 – “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” (IAS 24)

  • əgər debitor borc əlaqəli tərəfə, yəni törəmə müəssisəyə aiddirsə, bu münasibət maliyyə hesabatlarında ayrıca açıqlanmalıdır;
  • qiymətlərin bazar səviyyəsinə uyğun olub-olmaması və əməliyyatların şərtləri mütləq şəkildə bəyan edilir.

MUBS 39 – “Maliyyə alətləri: Tanınma və ölçülmə” (IAS 39):

  • debitor borclar tanınma, ölçmə, dəyərsizləşmə və təqdimat mərhələlərinə görə uçota alınır.
  • şübhəli borclara qarşı ehtiyat ayrılması tələb olunur.

Törəmə (asılı) müəssisənin qısamüddətli debitor borcları

Törəmə müəssisədən 12 ay ərzində alınması gözlənilən qısamüddətli debitor borcları 212 saylı mühasibat hesabında aparılır. 212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində törəmə (asılı) müəssisələr tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

MHBS 24-ə əsasən, törəmə müəssisələrlə olan əməliyyatlar maliyyə hesabatlarında ayrıca bölmədə açıqlanmalı, Əməliyyatların iqtisadi mahiyyəti, şərtləri, bazar qiymətindən fərqlənmə halları qeyd edilməlidir.

Uçot zamanı risklərə nəzarət məqsədi ilə törəmə müəssisəyə verilmiş borcların geri qaytarılması gecikərsə, şübhəli borclar üzrə ehtiyat yaradılmalıdır.

212 saylı hesab üzrə uçot zamanı tənzimləmələr

212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabı etibarlı maliyyə hesabatlarının hazırlanması üçün vacib vasitədir. Qısamüddətli debitor borclar üzrə uçot beynəlxalq və milli standartlara əsaslanaraq aparılmalı, törəmə müəssisələrlə olan maliyyə münasibətləri isə ayrıca diqqət mərkəzində saxlanmalıdır. Bu yanaşma həm maliyyə hesabatlarının düzgünlüyünü, həm də korporativ idarəetmənin səmərəliliyin artırır.

Törəmə (asılı) müəssisələrə təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabının debeti və 601 “Satış”, 611 “Sair əməliyyat gəlirləri” hesabların müvafiq subhesablarının krediti üzrə müxabirləşmə verilir (bənd 23.11).

Hesab üzrə digər tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 23.12-23.29-cu bəndlərinin tələbləri nəzərə alınmaqla aparılır.

Törəmə (asılı) müəssisələrə malların satışı üzrə müxabirləşmə nümunəsi

“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini göstərir. Cəmiyyət öz törəmə müəssisəsinə anbarındakı 70000 manatlıq mal 80000 manata satmışdır. Müqaviləyə əsasən satılmış mallara görə olan ödəniş bir il ərzində ödəniləcək.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701: “Satışın maya dəyəri üzrə xərclər” 205:”Mallar” 70000.00
2 Malların törəmə müəssisəyə satışı 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” 601: “Satış” 80000.00
3 Satış üzrə ƏDV hesablanması 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” 545 – Digər qısamüddətli öhdəliklər 14400.00
4 “Törəmə (asılı) müəssisə borcunu “A” MMC-yə qaytarıb 223: “Bank hesablaşma hesabı” 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” 80000.00
5 “Törəmə (asılı) müəssisə tərəfindən ödənilən ƏDV borcu 226: “ƏDV depozit hesab” 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” 14400.00
6 Depozit hesaba ödənilən ƏDV məbləğinə uyğun öhdəlik yaranır 545: “Digər qısamüddətli öhdəliklər” 521: “Vergi öhdəliklər” 14400.00
7. Satış gəliri ümumi mənfəətlə bağlanır 601: “Satış” 801: “Ümumi mənfəət (Zərər) 80000.00
8 Satış xərci ümumi gəlirdən çıxılır 801: “Ümumi mənfəət (Zərər) 701: “Satışın maya dəyəri üzrə xərclər” 70000.00

1 109 110 111 112 113 114 115 2. 693