Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.

Görüşdə qurumun sədri Mustafa Abbasbəyli və MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

M.Abbasbəyli rəhbərlik etdiyi qurumun bu ilin I rübündəki fəaliyyəti barədə qısa məlumat verib. O, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçirməsi niyyətində olduğunu bəyan edib. ASA sədrinin sözlərinə görə, məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarətdir. Sərgi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gilan Holding Böyük mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vəzifə: Böyük mühasib (Gilan-TN MMC)

Tikinti Materialları

Tam iş günü (Full-time)

3 ildən 5 ilə qədər

Azərbaycan / Bakı

Bakalavr

Biznesin İdarə Edilməsi, Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat

Dillər: 

  • Azərbaycan dili: Ana dili
  • İngilis dili: Orta
  • Rus dili : Orta

İT bilikləri: MS Excel,MS Word,MS Outlook

Öhdəliklər: 

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə köməkliyin göstərilməsi;
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirilməsi və onların hesabının emala hazırlanması;
  • Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
  • Materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edilməsi;
  • Dövlət büdcəsinə ödənişlərinin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi.

Namizəddə tələblər:

  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununu, A.R Vergi Məcəlləsini, Beynəlxalq mühasibat uçotu standartlarını bilməli;
  • Hesabatların plan və korrespondensiyasını bilməli;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili qaydalarını bilməli;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, dəqiqlik və səliqəlilik qabiliyyəti, birgə iş/ komandada işləmə qabiliyyəti olmalıdır.

Bu linkə daxil olaraq müraciət edə bilərsiniz.

Mənbə: gilanholding.com

Mühasibat sahəsində ən son vakansiyaları bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda ödəniş xidmətləri və sistemləri ilə bağlı qanun layihəsi hazırlanır

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib.

İclasda Elektron ticarət qaydasında edilən ödənişlərin 2017-ci il üzrə dövriyyəsinə dair araşdırmanın nəticəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinə ünvanlanmaq üçün MCC kodların yenilənmiş siyahısı, həmçinin, key-entered formasında əməliyyatlar müzakirə edilib.

İclas çərçivəsində MOTO tipli əməliyyatlar elektron ticarətə aid edildiyi üçün bu tip əməliyyatlardan vergi tutulmasına davam edilməsi və bununla bağlı banklara rəsmi məktubun ünvanlanması, 2018-ci ilin I rübü üçün MCC siyahısının təsdiq edilib Vergilər Nazirliyinə göndərilməsi, MCC kodlar üzrə 2017-ci il üçün hazırlanmış hesabatın 2016 və 2018-ci illərin analoji dövrü ilə müqayisəsi, həmçinin, ödəniş xidmətləri və ödəniş sistemləri üzrə qanun layihəsinin rəy və təkliflər üçün banklara göndərilməsi məsələləri qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi bu il işçilərinə nə qədər pul xərcləyib???

posted in: Vergi, Xəbər | 0

Bu ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin işçilərinə 10 904 708 manat xərclənib ki, bu da nəzərdə tutulan məbləğin 94,56%-i deməkdir.

Sözügedən 678 837 manatı ştatda olan işçilərin əmək haqlarının, 420 567 manatı ştatdankənar işçilərin əmək haqlarının, 1 782 240 manatı Dövlət Sosial Müdafiə Fondu üzrə öhdəliklərin yerinə yetirilməsinə sərf olunub.

Hesabat dövründə 219 işçinin əmək haqqına 118 755 manat əlavə hesablanıb ki, bu da orta hesabla hər işçiyə 542 manat deməkdir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.