ƏƏSMN “Çağrı mərkəzləri”nə nə qədər müraciət daxil olur?

posted in: Xəbər | 0

Cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 – “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 12 081 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta münasibətləri sahələrində fəaliyyət göstərən avtomatlaşdırılmış sistemlər həmin sahələr üzrə əhaliyə dövlət xidmətlərinin məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Bu da müsbət nəticələrdən biri kimi, nazirliyə ünvanlanan, eyni zamanda, “Çağrı mərkəzləri” vasitəsilə daxil olan vətəndaş müraciətlərində aidiyyəti sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının minimuma enməsi, daxil olan müraciətlərin böyük əksəriyyətinin  sorğu xarakteri daşıması ilə müşahidə olunur.

Ötən ay vətəndaşların 142 və 190 – “Çağrı mərkəzləri” vasitəsilə etdikləri müraciətlərin də 96,2 faizi sorğu xarakterli olub. Bu müraciətlərlə bağlı nazirliyin mütəxəssisləri vətəndaşların öyrənmək istədikləri məsələlərə dair onlara hüquqi izahatlar veriblər.

Eyni zamanda, nazirliyin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir. Həmin e-xidmətlərə ictimai marağın getdikcə artmasının göstəricisi kimi, son bir ayda “Çağrı mərkəzləri”nə daxil olan sorğu xarakterli müraciətlərin bir hissəsi də elektron xidmətlərdən istifadə prosedurlarına aid olub. Belə sorğulara cavab olaraq da vətəndaşların məlumatlandırılması təmin edilib.

Vətəndaşların məlumatlandırılması məqsədilə mart ayı ərzində onlara 42 059 SMS göndərilib.

Sorğu məzmunu daşımayan digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Ümumilikdə cari ilin ilk rübü ərzində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 – “Çağrı mərkəzləri” tərəfindən 43 740 müraciət cavablandırılıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kim nə qədər işləyir??? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Dünyanın müxtəlif ölkələrində iş günü, iş həftəsi və iş vaxtı, eləcə də məzuniyyətlərdən bəhs edən yazının 2-ci hissəsini sizə təqdim edirik.

Ödənilən məzuniyyət dövrünün orta müddəti müxtəlif ölkələrdə bir-birindən fərqlənir:

Avstriya – məzuniyyət dövrü 6 həftə təşkil edir (25 yaşdan başlayaraq);

Finlandiya – məzuniyyət 8 həftəyə qədər çəkə bilər (bura bir müəssisədə uzunmüddətli staja görə 18 günlük bonus da daxildir );

Fransa – məzuniyyət 9,5 həftəyə qədər çəkə bilər;

Böyük Britaniya, Almaniya – 4 həftəlik məzuniyyət;

Avropada ortalama – 25 iş günü təşkil edir;

Rusiya – 28 gün çəkən 4 həftəlik məzuniyyət;

Ukrayna – 24 günlük məzuniyyət;

ABŞ – məzuniyyətin davamiyyəti ilə bağlı qanunvericilik normaları nəzərdə tutulmayıb, burada hər şey İşəgötürəndən asılıdır;

Yaponiya – məzuniyyət 18 gün təşkil edir, qəribə də olsa bu ölkədə istirahət etmək üçün tətil götürmək pis forma sayılır, yaponlar ildə orta hesabla 8 gün istirahət edirlər;

Hindistan – ildə 12 gün;

Çin – ildə 11 gün;

Meksika – ildə 6 gün;

Filippin – ildə 5 gün (bu minimal göstəricidir).

O ki qaldı uzun çəkən yeni il tətilinə, qərb ölkələrində həmin dövr məzuniyyəti faktiki olaraq daha çox çəkir. Rəsmi olaraq istirahət günləri elə də çox deyil, amma reallıqda dekabrın 20-dən oralarda işgüzar aktivlik demək olar ki, sıfıra enir, dekabrın 25-dən isə bütün müəssisələr bağlanır, yalnız yanvarın 9-10 fəaliyyətə başlayır.

Ümumiyyətlə, tendensiyaya diqqət yetirsək, görürük ki, dünyanın əksər ölkələrində iş vaxtı tədricən aşağı enir. 1900-cü illərin əvvəllərində bir çox ölkələrdə il ərzində iş saatı 3000 saat təşkil edirdisə, hazırda dünyada bu göstərici 1800 saata bərabərdir, özü də daha məhsuldar və iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrdə bu rəqəm bir qədər də aşağıdır.

Hələ 1930-cu ildə məşhur John Keynes belə bir proqnoz vermişdi ki, 100 ildən sonra, yəni 2030-cu ildə iş həftəsi ortalama 15 saat çəkəcək. Əlbəttə, rəqəmlərdə o səhvə yol verib, amma tendensiya ilə bağlı düz söyləyib: həqiqətən də o dövrdən indiyə qədər iş saatları durmadan aşağı düşür.

İƏİT-in əməklə bağlı təqdim etdiyi məlumatları təhlil etsək, əyani şəkildə görmək olar ki, güclü iqtisadiyyat üçün çox işləmək yox, effektiv çalışmaq lazımdır. Onların məlumatlarında bunu təsdiq edən və iş vaxtından səmərəli istifadə ilə bağlı göstərici var, məsələn, maksimal və minimal iş vaxtı ilə bağlı iki Avropa ölkəsində, Yunanıstan və Almaniyada məhsuldarlığı müqayisə etsək, görəcəyik ki, Almaniyada məhsuldarlıq Yunanıstandakından 70 % yüksəkdir. Bu nümunə bir daha təsdiq edir ki, sutkada 12 saat işləmək yox, başla çalışmaq gərəkdir.

Zəhmətsevərliyin pərəstişkarları çox vaxt Asiya ölkələrini, məsələn, iş vaxtının uzun sürdüyü Hindistan və Çini misal çəkir və deyirlər ki, bu ölkələrdə də iqtisadi artım göstəricisi çox yüksəkdir. Asiya ölkələrinə başqa bir tərəfdən baxmağı məsləhət görürəm.

Məhz, Asiyada xüsusi bir termin mövcuddur, hansı ki, çox işləməkdən öldü mənasını verir. Çünki həmin ölkələrdə iş yerində ölmə faktları nadir hadisə deyil: insanlar sözün həqiqi mənasında birbaşa iş yerində can verirlər, belə ki, onların orqanizmi o cür gərgin əməyə tab gətirmir.

Düşünürəm ki, iş gününün davamlılığı, iş həftəsi və ümumilikdə iş vaxtı ilə bağlı Asiyaya deyil, Avropaya istiqamətlənmək lazımdır. Avropa ölkələrinin iqtisadiyyatı, əmək məhsuldarlığının iş vaxtının müddətindən daha mühüm olduğunu əyani nümayiş etdirir. Qısa iş günü və iş həftəsinin başlıca müsbətləri bunlardır:

  • İnsan işdə az yorulur, deməli o, daha effektiv çalışa bilər;
  • Məhdud iş vaxtı fikrin başqa yerlərə yönəlməsinin qarşısını alır və işçi bütün diqqətini iş prosesinə yönəldir;
  • İş saatları nə qədər qısa olsa, insan diqqətini bir o qədər çox işə cəmləşdirər;
  • İşçi vaxtının böyük hissəsini evdə ailəsi, doğmaları və yaxınları ilə keçirir, zamanını öz hobbisinə həsr edir, istirahət edir, deməli, əmək üçün daha çox enerjisi və gücü qalır;
  • Az işləyən insanın səhhəti ilə bağlı problemləri də az yaranır, deməli işini yerinə yetirməkdən ötrü onun daha çox qüvvəsi və enerjisi olur.            

Yuxarıda deyilənlərə yekun vurduqdan sonra, belə bir nəticəyə gəlmək olar: müsbət nümunələrə köklənmək lazımdır və iş vaxtı, iş həftəsi və ümumilikdə iş müddətinin qısaldılması kursu götürülməlidir. Başlanğıc üçün heç olmasa normadan artıq işləməni ləğv etmək lazımdır. Çünki iş prosesi qul əməyinə çevriləndə, nə işəgötürənlər, nə də işçilər üçün bu, yaxşı nəsə vəd edir. Normal, sivil əmək münasibətləri birmənalı olaraq əmək məhsuldarlığının yüksəlməsinə kömək edir və bundan hamı bəhrələnir.  

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən qalmaqallı mühasib oğurluqları (4-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

4-cü hissə

Ali məhkəmənin baş mühasibi – 368.000 manat (12,6 milyon rubl) mənimsəmə

Ola bilsin ki, bununla bağlı ən səs-küylü tarixçə 2011-ci ildə baş verib. Belə ki, Buryatiya Respublikası Ali məhkəməsinin iki qadın əməkdaşına qarşı Rusiya CM-nin 159-cu maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. Baş mühasib Olqa Bazaron cəzasını ümumi rejimli kolonda çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib, maliyyə və maddi-texniki təchizat şöbəsinin mütəxəssisi Yelena Sivtsova isə dörd il müddətinə şərti cəza alıb. Hər iki qadına vurduqları ziyana görə 292.000 manat (10 milyon rubl) məbləğində cərimə də  kəsilib.

Çünki, 2000-2006-cı illər ərzində bu iki qadın saxta sənədlər tərtib etməklə,  məhkəmə orqanının kassasından 368.000 manat (12,6 milyon rubl) oğurlayıblar. Baş mühasib Olqa Bazaron əmək haqqı cədvəllərində yekun məbləği artırıb, Sivtsova isə pul vəsaitlərinin oğurlanmasında “iştirakçı” olub. Bundan əlavə onlar hakimlərin sanatoriya-kurort müalicəsi nəzərdə tutulan pulları da mənimsəyiblər. Özlərinin istirahətə getməkləri azmış kimi, dostlarına və qohumlarına da hakimlərin yerinə sanatoriyada istirahət etmək imkanı yaradıblarmış.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Böyük dördlük audit şirkətlərindən birində təcrübə proqramı

posted in: Audit, Xəbər | 0

Vəzifə: Vergi Hesabatı və Strategiya Qrupunda Stajyer

Vəzifə barədə

Müxtəlif vəzifələrdə işin icrası və çatdırılması üçün məsuliyyət daşıyacaqsınız. Siz:

  • PwC Azerbaijan Korporativ Vergi konsaltinqində işləmək şansı əldə edəcəksiniz;
  • Daha yüksək səviyyəli kadrların nəzarəti altında konkret məsələlər üzrə əsas tədqiqatlar aparacaqsınız;
  • Vergi qanunvericiliyində bacarıq və biliklər əldə edəcək, müntəzəm uyğunluq və müştərilərə məsləhət məktubları hazırlayacaqsınız;
  • Layihələrə dəstək olacaq və peşəkar komandamızla qarşılıqlı əlaqə quraraq, gündəlik texniki bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

Tələblər:

  • Maliyyə və Mühasibat, MBA, LLB və ya vergi qanunvericiliyi üzrə magistr dərəcəsi . Xarici universitetdən alınmış dərəcə üstünlük hesab olunacaqdır;
  • Azərbaycan,rus və ingilis dillərinin güclü yazılı və şifahi biliyi. (Başqa hər hansı dil üstünlükdür)
  • Azərbaycanın vergi qanunvericiliyinin, eyni zamanda beynəlxalq vergitutmanın ümumi prinsiplərini bilmək;
  • Kifayət qədər Word, Excel, Powerpoint bilikləri;
  • Güclü analitik və yaxşı problem quruluşu bacarıqları;
  • yeni və çətin vəzifələri üstlənmək istəyi;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarıqları;
  • Əlaqəli sahə ilə bağlı təcrübənin olması yaxşıdır, amma tələb olunmur;
  • Motivasiyalı və təşəbbüskar olmaq.

Bu linkə daxil olaraq müraciət edə bilərsiniz.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mənbə: www.pwc.com

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.