İşlə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: Məqalə | 0
1. ABŞ-ın sabiq prezidenti Ronald Reagan’ın ilk iş yeri suda batanları xilasetmə idarəsi olub. O, Rock River çayında batan insanları xilas edib. Həmin yerdə işlədiyi dövrdə o, düz 77 nəfərin həyatını xilas edib.

2. Dünyada tüğyan edən işsizlik bir çox gəncləri diqqətlə peşə seçməyə məcbur edib.

3. Yaponiya sakinləri öz vaxtlarının  demək olar ki, 60 faizini ofis ərazisində keçirirlər.
4. McDonald’s-da işçilər bir neçə növbədə çalışırlar.

5. Qadınların 62 faizi karyerada yüksəlmək səbəbi ilə ailə qurmaq və uşaq dünyaya gətirmək istəmirlər.

6. İşə qəbul zamanı qadınlar əksər vaxtlarda diskriminasiyaya məruz qalırlar.

7. Ukraynada 2 milyondan 6 milyonadək insan qeyri-rəsmi işlərdə çalışır.
8. Pinqvin çevirənlər – bu çox nadir bir peşədir. Antarktidadakı aerodromlarda bu peşə çox məşhurdur. Təyyarələrin enmə və qalxması zamanı yaranan küləyin zərbindən pinqvinlər arxası üstə aşır və kömək olmadan ayağa dura bilmirlər.

9. Amerikalı qadın Todda Gordon’un peşəsi ən qeyri-adi iş sahəsi sayılır. Bu xanımın vəzifəsi gülümsəməkdir.

 

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci ildə nə qədər vergi ödəyicisi qeydiyyatdan keçib?

posted in: Vergi, Xəbər | 0

Yanvar-oktyabr aylarında ölkə üzrə cəmi 134566 vergi ödəyicisi qeydiyyata alınıb

Cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə cəmi 134566 vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28961 vergi ödəyicisi və ya 27,4% çoxdur. Qeydiyyata alınanlardan 9864-ü hüquqi, 124 702-i fiziki şəxslərdir. Hüquqi şəxslərin qeydiyyatında artım 48,0% təşkil edir.

2017-ci ilin 10 ayı ərzində yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayının cəmi fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayının cəmindən 18028 ədəd çoxdur, yəni biznes fəaliyyəti ilə məşğul olanların sayında əhəmiyyətli artım vardır.

Cari ilin ötən 10 ayı ərzində 9864 hüquqi şəxs qeydiyyata alınmış, 6499 hüquqi şəxs isə fəaliyyətini bərpa etmişdir ki, bu da 2016-cı ilin müvafiq göstəricilərindən xeyli çoxdur.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində yeni qeydiyyata alınmış və fəaliyyətin bərpa etmiş hüquqi şəxslərin ümumi sayı ləğv edilmiş və fəaliyyətini dayandırmış hüquqi şəxslərin ümumi sayından 5429 say çoxdur. Fiziki şəxslərə münasibətdə də eyni müsbət dinamika müşahidə olunur. Diqqətəlayiq haldır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ötən 10 ayı ərzində ləğv edilmiş hüquqi şəxslərin sayı 47,2% azalmışdır.

Eyni dövr ərzində, hüquqi və fiziki şəxslərə məxsus olan, yeni qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş obyektlərin ümumi sayı fəaliyyətini dayandırmış və ya ləğv edilmiş obyektlərin ümumi sayına nisbətən 17291 say çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə obyektlərin ümumi sayı 14864 say, yaxud 7.1 dəfə, o cümlədən hüquqi şəxslərə məxsus obyektlərin sayı 3266 say və ya 3.6 dəfə, fiziki şəxslərə məxsus obyektlərin sayı isə 11598 say və ya 11 dəfə artmışdır.

Cari ilin əvvəlindən etibarən Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 759-u xarici investisiyalı şirkətlərdir. Cari ildə qeydiyyata alınmış vergi ödəyiciləri arasında Türkiyə, İran İslam Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası və s. ölkələrin şirkətləri üstünlük təşkil edir.

Bazar iqtisadiyyatında müəssisələrin bağlanması və yenilərinin açılması, vergi ödəyiciərinin fəaliyyətini dayandırması və ya ləğv olunması ilə yanaşı yeni vergi ödəyicilərinin qeydiyyata alınması və fəaliyyətini müvəqqəti olaraq dayandırmış vergi ödəyicilərinin fəaliyyətini bərpa etməsi adi, normal və hər gün baş verən daimi bir prosesdir. Bu prosesin bir tərəfini qabardıb, digər tərəfini göstərməmək ya qərəzli münasibətin, ya da qeyri-peşəkarlığın göstəricisidir.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) və MDB ölkələri vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının daimi üzvü olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi həm bu beynəlxalq təşkilatlar çərçivəsində, həm də müstəqil şəkildə vergi qanunvericiliyi və vergi inzibatçılığı sahələrində mövcud olan ən qabaqcıl təcrübələri həmişə öyrənərək ölkəmizin iqtisadi inkişaf konsepsiyasına uyğun olanları öz işinə tətbiq etdiyindən, bu gün Azərbaycan həm regionun, həm də Avropanın ən qabaqcıl vergi inzibatçılığına malik olan ölkələrindən biridir. Gürcüstanın və digər qonşu ölkələrin vergi siyasəti də daim izlənilir və əgər onların təcrübəsində diqqətəlayiq layihələr olarsa, onlar da nəzərə alınacaqdır.

Onu da xatırladırıq ki, əmək haqlarının, pensiyaların, eləcə də dövlət büdcəsində nəzərdə tutulan digər xərclərin artması büdcənin gəlirlərinin artırılmasını tələb edir ki, bu da əsasən vergilərdən asılıdır.

Azərbaycan Respublikası Konsititusiyasının 73-cü maddəsində göstərildiyi kimi, hər kəs dövlət tərəfindən müəyyən olunmuş vergiləri vaxtında və tam həcmdə dövlət büdcəsinə ödəməlidir. Müasir dövrümüzdə vergilər yığılmır, vergi ödəyiciləri tərəfindən hesablanıb dövlətin büdcəsinə ödənilir. Vergi qanunvericiliyinin icrasına nəzarət isə dövlət vergi orqanlarına həvalə edilmişdir.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün böyük vergi güzəştləri və azadolmalar sistemi mövcuddur. Dünya Bankının “Doing Business” hesabatına əsasən, biznesin qeydiyyata alınmasının sadəliyinə görə Azərbaycan dünyanın ilk 20-liyinə daxildir, vergi sisteminin sadəliyinə görə isə 35-ci yerdə qərarlaşıb.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər nazirinin yeni müşaviri təyin olunub

posted in: Vergi, Xəbər | 0

 

Vüqar İsmayılov Azərbaycan vergilər nazirinin vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin olunub.

Bundan əvvəl Vüqar İsmayılov nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, hazırda vergilər nazirinin 14 müşaviri fəaliyyət göstərir.

Mənbə: fins.az

 

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

MMC-lər üçün audit məcburidir?

posted in: Audit, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində (16.1.4. vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək) qeyd olunan tələb “Məhdud Məsuliyyətli Cəmiyyət” lərə münasibətdə məcburi xarakter daşıyırmı? Əvvəlcədən təşəkkür edirik.

Cavab: Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır.

Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Qeyd olunan məsələ barədə əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə Auditorlar Palatasına müraciət etməyiniz tövsiyə olunur.

Bax: Mülki Məcəllənin 91.4-cü maddəsi.

Bax: Vergi Məcəlləsinin 218.1.2-ci və 220.1-1.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.