Müxtəlif ölkələr haqqında maraqlı məlumatlar (1-ci hissə)

posted in: Məqalə | 0
Rəsmi dövlət dilini bilməyən ölkə

Papua – Yeni Qvineyada rəsmi dövlət dillərindən biri – ingilis dilidir. Amma, bu dildə ölkə əhalisinin yalnız  bir faizi danışa bilir.  Ümumilikdə, bu dövlət linqvistika müxtəlifliyi ilə öyünə bilər: yerli sakinlər nə az-nə çox, düz 820 dildə danışırlar. Yeri gəlmişkən, burada digər rəsmi dillər də mövcuddur: top-piksin və hiri-motu.  Bu dilləri yeni qvineyalıların böyük əksəriyyəti bilir.

Kənd təsərrüfatının ümumiyyətlə, inkişaf etmədiyi ölkə.

Planetimizdə sözün həqiqi mənasında iqtisadiyyatı kənd təsərrüfatından asılı olmayan ölkər çoxdur. Onlardan ən böyüyü isə – Sinqapurdur. Burada kənd təsərrüfatı ümumiyyətlə yoxdur.

Cəngəlliklər ölkəsi

Cənubi Amerikada yerləşən kiçik bir dövlət olan Surinam tamamilə cəngəlliklərlə örtülüb – belə ki, ölkə ərazisinin 91 faizini meşə örtüyü təşkil edir. Əhalinin böyük hissəsi paytaxtdan elə də uzaq olmayan sahil boyunda yaşayırlar. Və yerli sakinlərin yalnız beş faizi (əsasən aborigenlər) ölkə dərinliyində həyat sürürlər.

Dünyanın ən çoxmillətli dövləti

Bəzi alimlərin hesablamalarına görə Hindistanda iki mindən çox xalq yaşayır. Konstitusiyaya əsasən ölkədə 21 rəsmi dövlət dili mövcuddur ki, əhalinin böyük əksəriyyəti bu dillərdə danışır. Onlardan bəziləri isə (məsələn, sanskrit) klassik statusa malikdir. Lakin, bu əsas rekord deyil… Ümumilikdə söyləsək, burada 447 dildən və 2 min dialektdən istifadə olunur.

Çayları olmayan ölkə

Səudiyyə Ərəbistanında bir dənə də olsun çay yoxdu, bu ölkədə içməli suyu yeraltı anbarlardan və sutəmizləyici qurğular vasitəsilə təmizlənmiş və şirinləşdirilmiş dəniz suyundan əldə edirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Banklararası xidmət haqları aşağı salınır

posted in: Xidmət, Xəbər | 0

Kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən «Banklararası Kart Mərkəzi» yaradılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. Bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi, emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) yaradılmışdır.

AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, növbəti addım kimi, BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə “interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart-prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılmış və ümümi razılığa gəlinmişdir. İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bank tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir. Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqların artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standart və MasterCard Standart) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilmişdir. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağazaları və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri üçün 78,5% azaldılaraq 0,3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% həcmində, nəqliyyat və dövlət ödənişləri üzrə isə 0,1% səviyyəsində müəyyənləşdirilmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İnkassasiya adı altında 5 milyon dollar qarət

posted in: Xəbər | 0

 

Moskvada inkassasiya adı ilə bankdan 5 milyon dollar qarət edilib.

Naməlum adamlar inkassasiya adı altında Moskvadakı “Evropeyskiy standart” bankının Solyanka küçəsində yerləşən şöbəsinin saxlanc yerindən 5 milyon dollar pul qarət ediblər. Hadisə barədə hüquq-mühafizə orqanlarına istinadən RİA Novosti agentliyi məlumat yayıb. Pulların yoxa çıxması noyabrın 24-də aşkara çıxıb. Maraqlıdır ki, bankın pul saxlanılan saxlancında hər hansı bir zədə və ya digər pozuntu halı aşkar edilməyib. Hazırda şübhəlilərin axtarışı həyata keçirilir.

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Facebook xərcləri gəlirdən necə çıxılır?

posted in: Vergi, Xəbər | 0

Sual:  Hüquqi şəxs korporativ kart vasitəsilə biznes məqsədilə reklam xidmətinə görə xarici şirkətə (misal üçün, Facebook) ödəmə həyata keçirdir. Bu halda ödənişi təsdiq edəcək sənəd ödənişi qəbul edən şirkət tərəfindən onlayn çek və bank tərəfindən korporativ kart hesabından çıxarış təqdim oluna bilir. Belə olan halda ödəyici şirkətin həmin xərcləri vergi orqanı tərəfindən qəbul edilirmi? Əgər bu formada qəbul edilmirsə hansı sənədlərlə ödəməni təsdiq etmək lazımdır?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd olunan halda ödəmənin aparılmasını, habelə xidmətin elektron qaydada aparılmasını təsdiqləyən hər hansı sənəd (akt, reklamın saytda yerləşdirilməsini təsdiqləyən PrintScreen və s.) gəlirin əldə olunması ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına əsas verə bilər.

Bununla belə, müvafiq maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair daha ətraflı məlumatı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.