Read More9
Read More9

Əmək Məcəlləsində işəgötürənin vəzifələri ilə bağlı nələr dəyişib?

posted in: Xəbər | 0

İşəgötürənin vəzifələri ilə bağlı Əmək Məcəlləsinə edilən dəyişikliklər həm öncədən nəzərdə tutulan hallar üzrə düzəlişlərin, həm də elektron sənəd formasında bağlanan əmək müqaviləsinin tətbiqi ilə bağlıdir. Yenilikləri iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əvvəlcə qeyd edək ki, elektron sənəd formasında bağlanan əmək müqaviləsinin tətbiqi ilə bağlı Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndi ləğv edilib. Həmin bənddə qeyd edilirdi ki, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin vəzifəsidir. “Əmək müqaviləsi bildirişi”nin ləğvi ilə əlaqədar “h” bəndinin də ləğv edilməsinə ehtiyac yaranıb.

Yeni redaksiyada təsdiq olunan “j” bəndi isə düzəliş xarakterlidir. Əmək Məcəlləsinin 12-ci maddəsinin “j” bəndinin əvvəlki redaksiyasında qeyd edilirdi ki, işəgötürənin vəzifələrindən biri də işçilərin icbari tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etməkdir. Əmək Məcəlləsində edilən son dəyişiklikdən sonra, “j” bəndinə əsasən, işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək işəgötürənin əsas vəzifəsi hesab edilib.

Qeyd edək ki, işəgötürən əməkhaqqı hesabladıqda məcburi dövlət sosial sığortası, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını hesablayaraq ödənişləri həyata keçirir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya gəlincə isə, işəgötürən sığorta şirkətləri ilə bağladığı müqaviləyə uyğun olaraq ödənişlər həyata keçirir. Beləliklə, işəgötürən qeyd edilən prosesi həyata keçirsə də bu Əmək Məcəlləsində əks olunmamışdı, son dəyişikliklər zamanı Məcəllənin 12-ci maddəsinin “j” bəndinə müvafiq düzəlişlər həyata keçirilib.

Elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi ilə bağlı işəgötürənin hansı vəzifələri müəyyən edilib?

Əmək Məcəlləsinin 12-ci maddəsinə aşağıdakı məzmunda “k”, “q” və “l” bəndləri əlavə edilib:

k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək;

İşəgötürən ƏMAS altsitemində əmək müqaviləsi üzrə məlumatların düzgün daxil edilməsinə görə məsuliyyət daşıyacaq. Əvvəllər “Əmək müqaviləsi bildirişi” anlayışından istifadə edildiyi üçün əmək müqaviləsi üzrə bütün məlumatların ƏMAS altsisteminə daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdı. Elektron sənəd formasında bağlanan əmək müqaviləsinin tətbiqi nəticəsində işəgötürənlərə əmək müqaviləsi üzrə bütün məlumatlarının tam və düzgün şəkildə daxil etməsi vəzifəsi həvalə olunub.

Dəyişikliyə qədər fərdi əmək mübahisələrin həlli zamanı işəgötürənin ƏMAS altsisteminə daxil etdiyi elektron sənəd yox, kağız formada imzaladığı əmək müqaviləsi məlumatları əsas götürülürdü. Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən əlavəyə əsasən, əmək müqaviləsi göstəricilərinin ƏMAS altsisteminə düzgün daxil edilməsi işəgötürənin vəzifəsidir. İşəgötürən və işçi arasında elektron sənəd formasında əmək müqaviləsi bağlandığı hallarda kağız formada əmək müqaviləsinin heç bir hüquqi əsası yoxdur. O səbəbdən də işəgötürən fərdi əmək mübahisələrinin həlli zamanı inzibati cərimələrin tətbiqinə məruz qalmamaq üçün bütün məlumatları tam və düzgün formada ƏMAS altsisteminə daxil etməlidir.

İşəgötürən bədən tərbiyəsi və idman üzrə işçiyə şərait yaratmalıdır

q) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq;
Əmək Məcəlləsinin sonunda təqdim edilən əmək müqaviləsinin nümunǝvi formasında “Bədən tərbiyəsi və idman üzrə” adlı bölmədə məlumatların daxil edilməsi tələbi var idi. Son dəyişiklikdən sonra işəgötürənə işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq vəzifəsi müəyyən edildi.

Əlavə edilən bəndlə bağlı bir neçə mühüm məqamı oxucuların diqqətinə çatdırmaq istəyirik.

Birinci məqam.

Bəzi həmkarlarımız hesab edirlər ki, işəgötürən tərəfindən işçilər üçün bədən tərbiyəsi və idman üzrə şərait yaradılması imperativ yox, dispozitiv normadır. Amma son dəyişiklikdə də işəğötürənin vəzifələrinə “q” bəndinin əlavə edilməsi göstərir ki, işçi sayından asılı olmayaraq işəgötürənlər mütləq onlara qeyd edilən şəraiti yaratmağa borcludurlar.

İkinci məqam.

İşəgötürən bədən tərbiyəsi və idmanla bağlı şəraiti iş vaxtında yarada bilər. Təcrübədə rast gəlirik ki, bəzi işəgötürənlər işçilərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün ofisdə stolüstü oyunlar (məsələn, tennis) təşkil edirlər.

Üçüncü məqam.

İşəgötürən hər hansı sağlamlıq mərkəzi ilə əməkdaşlıq edərək işçilərin bədən tərbiyəsi üçün şərait yarada bilər. Misal üçün, təcrübədə bəzi işəgötürənlər fitnes, voleybol və ya futbol oyunları xidməti göstərən mərkəzlərlə müqavilələr bağlayaraq işçilərin bədən tərbiyəsi və idmanla məşğul olmasına şərait yaradırlar.

Dördüncü məqam.

İşəgötürən işçilər arasında ayrı-seçkilik yaratmadan işçilərin bədən tərbiyəsi və idmanla məşğul olmasına şərait yaratmalıdır. Misal üçün, futbol meydançası olan şirkətlə müqavilə imzalamaqla yalnız kişi cinsindən olan işçilərə bədən tərbiyəsi və idmanla məşğul olmağa şərait yaratmaq işçilər arasında ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Bu səbəbdən də işəgötürənlər mütləq işçilərin rəylərini öyrənməklə onlar üçün müvafiq şəraiti yaratmalıdırlar.

Ştat cədvəli ilə bağlı vəzifələr

l) elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək.

Əmək Məcəlləsinin 12-ci maddəsinə əlavə edilən “l” bəndində məqsəd ƏMAS altsistemində işəgötürən tərəfindən strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərinin daxil olunmasını təmin etməkdir. Qeyd etdiyimiz kimi, işəgötürən işçi sayından asılı olmayaraq struktur və ştat vahidləri haqqında məlumatı ƏMAS altsisteminə daxil etməlidir.

İşəgötürən tərəfindən ƏMAS altsisteminə struktur məlumatlarının daxil edilməsinin müsbət cəhətlərdən birini qeyd etmək istərdik.

Misal

İşçi məhkəməyə müraciət edərək bildirir ki, məcburi köçkün olmasına baxmayaraq ştatların ixtisarı zamanı onu üstünlük verilən şəxs kimi işdə saxlamayıblar. Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda məcburi köçkün olan işçinin işdə saxlanmasına üstünlük verməlidir. İşçi şikayətini belə əsaslandırır ki, həmin təşkilatda çalışan digər işçidən fərqli olaraq ali təhsilə malik olmaqla yanaşı həm də sosial kateqoriyaya aid edilən şəxsdir.

İşəgötürən ƏMAS altsisteminə daxil etdiyi strukturda ixtisar olunmasına qərar verilən işçi ilə müqayisə olunan işçinin eyni yox, fərqli struktur bölmələrdə çalışdığını qeyd edərsə, inzibati məsuliyyətdən yayına bilər. Amma işəgötürən ƏMAS altsistemində “Ümumi” bölmə adı ilə bütün ştatları bir struktur bölmədə qeyd edərsə, dövlət qurumu və ya məhkəmə tərəfindən məcburi köçkün olan işçinin işə bərpası ilə bağlı göstərişin (qərarın) çıxarılması gözləniləndir.

Mənbə: vergiler.az

344 saylı “Elan edilmiş dividend” hesabı üzrə uçot

Hüquqi şəxsin icarədən gəlirləri hansı qaydada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

Hüquqi şəxs olan MMC 75 faizlik güzəştlə vergi ödəyicisidir. Bu MMC icarəyə verdiyi avadanlığa görə ödəmə mənbəyində 14 faiz vergi ödəməlidir, yoxsa 75 faizlik güzəşt ona da şamil olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslər üçün icarədən gəlir sahibkarlıq gəliri hesab edilir. Obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirlərin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Sorğuya əsasən, icarədən gəlir sahibkarlıq fəaliyyəti olduğundan, güzəşt hüququ olduğu halda Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində qeyd olunan güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 104, 106 və 149-cu maddələri

Mənbə: vergiler.az

343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı üzrə uçot

Əmək məzuniyyəti üçün ərizə necə yazılır

posted in: Xəbər | 0

Əmək məzuniyyəti necə rəsmiləşdirilir?

Qüvvədə olan  əmək qanunvericiliyinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin məzuniyyət ərizəsi əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilir. Məzuniyyət əmri ilə işçi məzuniyyətin başlamasına azı 5 gün qalmış tanış edilməlidir. Məzuniyyət dövrü üçün işçiyə məzuniyyət vaхtı üçün orta əmək haqqı hesablanır və məzuniyyətin başlamasına ən geci 3 gün qalmış ödənilir.

Məzuniyyət əmri rəhbər, səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanır. Bundan sonra işçi məzuniyyət əmri ilə tanış olmalı və onu imzalamalıdır.

Əmr müəssisə tərəfindən sərbəst formada hazırlansa da, özündə aşağıdakı məlumatları əks etdirməlidir:

  • müəssisənin adı;
  • məzuniyyət əmrinin nömrəsi, hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işçinin vəzifəsi;
  • məzuniyyətin müddəti, uyğun iş ili, başlanğıc və bitmə tarixi;
  • məzuniyyət bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin (səlahiyyətli şəxsin) imzası;
  • işçinin əmrlə tanış olması haqqında imzası.

İmzalarla təsdiqlənmiş əmək məzuniyyət əmri mühasibatlığa göndərilir və işçiyə məzuniyyət haqqı hesablanır və ödənilir.

Əmək məzuniyyət əmri üçün formanı yüklə

Əmək məzuniyyət ərizəsi üçün standart forma varmı?

Əmək məzuniyyəti ərizəsi üçün standart forma yoxdur. Əksər şirkətlər məzuniyyət ərizəsi də daxil olmaqla, müxtəlif ərizə forması hazırlayır. Ən asan yol onu çap etmək, uyğun məlumatları daxil etmək və kadrlar şöbəsinə təqdim etmək kifayətdir. Ərizənin qanunla təsbit edilmiş doldurulma qaydası yoxdur. Onu əl ilə yaxud kompüterdə sərbəst formada hazırlamaq olar, bu zaman qanunvericiliyin tələblərinə, rəsmi iş üslubuna və ümumi qəbul edilmiş dil qaydalarına əməl etmək lazımdır.

Məzuniyyəti ərizəsində nələr qeyd olunur?

  1. Başlıq: əmək məzuniyyəti ərizəsinin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi), ərizəni yazan şəxs  (işçinin tam adı və vəzifəsi);
  2. Ərizənin mahiyyəti: məzuniyyətin növü (illik, analıq məzuniyyəti və s.), müddəti, başlanma tarixi;
  3. İşçinin tam adı və imzası;
  4. Ərizənin tarixi.

Müəssisə və təşkilatlarda müəyyən edilmiş qaydalardan asılı olaraq məzuniyyət üçün ərizə kadrlar şöbəsinə şəxsən və ya  elektron informasiya sistemi vasitəsilə təqdim edilə bilər.

Məzuniyyət üçün ərizə formasını yüklə

Məzuniyyət üçün ərizəni nə vaxt yazmaq lazımdır?

İşçilərin planları və şəxsi vəziyyəti tez-tez dəyişə bilər, ona görə də təsdiq edilmiş məzuniyyət cədvəli yekun hesab edilə bilməz. Lazım gələrsə, işəgötürənin etiraz etmədiyi təqdirdə, əmək məzuniyyətinə başqa tarixlərdə də, məzuniyyət ərizəsi yazmaqla getmək olar.

İşçinin istifadə edilməmiş məzuniyyət günləri topladığı təqdirdə də ərizə də lazım olacaq – məsələn, bir müddət məzuniyyət götürülməyib. Məzuniyyət ərizəsi öz hesabına (ödənişsiz) məzuniyyətə, analıq məzuniyyətinə, uşağa qulluq üçün məzuniyyətə, təhsil məzuniyyətinə getməzdən əvvəl də lazımdır.

Əmək məzuniyyəti ərizəsinə hansı sənədlər əlavə edilir?

İllik ödənişli əmək məzuniyyəti üçün əlavə sənədlər tələb olunmur. Ancaq işçinin əlavə ödənişli günlər hüququ varsa, təsdiq edici sənədlər tələb oluna  bilər. Məsələn, Əmək Məcəlləsinin 120-ci maddəsinin tələblərinə uyğun  Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər müvafiq təsdiq edici sənəd təqdim etməlidir.

343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı üzrə uçot

Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

posted in: Xəbər | 0

Bu gün kirayə götürmək istədiyim mənzilin sahibi məndən 14 faiz vergi ödəməyimi tələb etdi. Bildiyim qədərilə vergini ev sahibi ödəyir, icarəyə götürən deyil. Xahiş edirəm bu barədə məlumat verəsiniz.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 99-cu, 124-cü və 149-cu maddələri.

Mənbə: vergiler.az

341 saylı “Hesabat dövründə xalis mənfəət (zərər)” hesabı üzrə uçot

 

1 312 313 314 315 316 317 318 2. 700
error: Content is protected !!