177 saylı “Digər uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Digər debitor borc anlayışı

Debitorlar dedikdə vergi ödəyicisinə keçmiş hadisələrin nəticəsi kimi müəyyən məbləğdə borcu olan hüquqi və fiziki şəxslər başa düşülür. Bu borc məbləğləri debitor borclar sayılır.

Debitor borcların, o cümlədən digər debitor borcların) aktiv kimi tanınması üçün:

  • onlardan gələcək iqtisadi səmərələrin daxil olması ehtimalı olmalıdır;
  • onun məbləği etibarlı şəkildə ölçülə bilməlidir.

Belə aktivlər uzunmüddətli debitor borc (12 aydan çox) və qısamüddətli debitor borc (12 aydan az) kimi iki qrupa bölünür. Belə bölgü digər debitor borclara da aiddir.

Bu məqalədə 177 saylı “Digər uzunmüddətli debitor borcları” hesabı üzrə uçotun əsas xususiyyətləri şərh olunub.

217 saylı “Digər qısamüddətli debitor borcları” hesabında uçot eyni adlı məqalədə şərh olunub.

Hesabın təyinatı

Hesab üzər uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydalara görə 177 saylı hesabda “mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar 171-176 №li hesablarda əks etdirilməyən uzunmüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar” əks olunur (bənd 18.9).

Məsələn:

  • Əməkdaşlara verilmiş uzunmüddətli borclar, əgər bu borclar əsas idarəetmə heyətinə aid deyilsə, çünki onlar 173 №-li hesabda uçota alınır;
  • Təsadüfi tərəflərlə bağlanmış uzunmüddətli borc müqavilələri, misal üçün, alıcı və sifarişçi olmayan təsdafü fiizki şəxsin uzunmüddətli borcu. Alıcı və ya sifarişçilərin (müəssisədən əsas fəaliyyət çərçivəsində mal və ya xidmət alan şəxsləri) debitor borcları 171 saylı hesabda uçota alınır;
  • İflas etmiş borcludan 2-3 il ərzində qaytarması gözlənilən debitor məbləğlər;
  • Səhvən ödənilən məbləğlər – müəssisə malstana pul ödəyib, amma bank hesab nömrəsində səhv olduğuna görə digər malsatanın hesabına köçüçrülb. Səhvən pulu alan malsatanın maliyyə durumunu nəzərə alaraq, onun geri qaytarəlması 13 ay müddətinə təxirə salınıb.

177-cı hesabın digər uzunmüddətli debitor borc hesabları əlaqəsi

“Digər uzunmüddətli debitor borcları hesabı” Hesablar Planının 17-ci maddəsinə daxil olan hesablardan biridir. Bu maddəyə daxil olan hesablar uzunmüddətli debitor borcları ümumiləşdirmək üçün nəzərdə tutulub. Digər hesablar bunlardır:

Bu hesabların hər biri uzunmüddətli debitor borclarının müxtəlif növlərini əks etdirir və müəssisənin maliyyə vəziyyətini dolğun şəkildə əks etdirmək üçün vacibdir.

“Digər uzunmüddətli debitor borcları” hesabında uçotun tənzimlənməsi

177-cı hesab üzrə mühasibat yazılışları zamanı yuxarıda qeyd edilən Qaydaların aşağıdakı bəndlərinin tələbləri nəzərə alınır:

  • hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı üzrə gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli debitor borcları (171-ci hesabda uçotu aparılmayanlar) – 18.10-ci bənd;
  • əlavə dəyər vergisinin hesablanması zamanı yaranan uzunmüddətli debitor borclar -18.12-ci bənd;
  • uzunmüddətli debitor borclar qısamüddətli debitor borclarına aid edildikdə – 18.14-cü bənd;
  • silinmiş debitor borcun bərpası ilə əlaqədar hesablanmış əlavə dəyər vergisi – 18.16-cı bənd;
  • şübhəli və ümidsiz borcları silindikdə 18.17, silinmə ilə əlaqədar hesablanmış əlavə dəyər vergisi – 18.9-cu bəndi;
  • məzənnə fərqləri üzrə – 18.20-ci bəndi.

Beynəlxalq standartlar kontekstində, 177-cı ” Digər uzunmüddətli debitor borcları” hesabında mühasibat yazılışları, əsasən  BMUS 1 -“Maliyyə Hesabatlarının Təqdimatı” (IAS 1), MHBS 7 -“Maliyyə Alətləri: Açıqlamalar” (IFRS 7), MHBS 9 – “Maliyyə alətləri” (IFRS 9) ilə tənzimlənir.

Bundan başqa, Əgər 177 nömrəli hesabdakı “Digər uzunmüddətli debitor borcları” müştərilərlə bağlanan müqavilələrdən yaranan və ödəniş müddəti uzun olan gəlir komponentləri ilə əlaqəlidirsə, MHBS 15 “”Müştərilərlə Müqavilələrdən Gəlir” (IFRS 15) gəlirin tanınması prinsiplərini müəyyən edir. Bu, borcun yaranması anında gəlirin necə ölçüləcəyinə təsir edə bilər.

177 saylı “Digər uzunmüddətli debitor borcları” hesabı üzrə hesablaşma mexanizmi

Qeyd etdiyimiz kimi, bu hesab müəssisənin 12 aydan artıq müddətə alınması gözlənilən uzunmüddtli debitor borclarını əks etdirən hesablardan biridir. 177 saylı hesab üzrə hesablaşma mexanizmi borcun yaranması, ödənişi və ya silinməsi proseslərini əhatə edir.

  • borcun yaranması: bu, müəssisənin borcalana uzunmüddətli əsasda pul, mal, xidmət və ya digər aktivlər verdiyi zaman baş verir; bu cür borclar, məsələn, əsas idarəetmə heyətinə aid olmayan əməkdaşlara verilmiş uzunmüddətli borclar, sığorta şirkətlərindən uzunmüddətli gözlənilən ödənişlər, qeyri-adi əməliyyatlardan yaranan uzunmüddətli tələblər ola bilər.
  • faizlərin hesablanması (varsa): əgər borc faizlidirsa, borcun müddəti ərzində faiz gəlirləri hesablanır və tanınır; uzunmüddətli borclarda bu, xüsusilə vacibdir, çünki pulun zaman dəyəri əhəmiyyətli ola bilər.
  • ödənişin alınması: debitor borcun hissə-hissə və ya tam şəkildə ödənilməsi;
  • borcun qısamüddətliyə keçməsi: borcun ödənilmə müddətinə 12 aydan az qalması halında, onun “Uzunmüddətli debitor borcları”-ndan “Qısamüddətli debitor borcları”-na köçürülməsi tələb oluna bilər;
  • qiymətdəndüşmə: əgər debitor borcunu ödəyə bilməyəcəyi ehtimalı yaranarsa, MHBS 9 “Maliyyə Alətləri”nə uyğun olaraq gözlənilən kredit itkiləri üçün ehtiyat yaradılır. Bu, borcun real dəyərini əks etdirmək üçündür;
  • borcun silinməsi: borcun geri alınmaz olduğu qəti şəkildə müəyyən edildikdə, o, uçotdan silinir.

Mühasibat yazılışlarına nümunələr

177-ci və onunla əlaqəli hesablar üzrə mühasibat yazılışlarını aşağıdakı situasiya üzərindən izah edək.

“Parlaq Gələcək” MMC, şirkətin mühafizəçisi Elçinə şəxsi ehtiyacları üçün bank hesabı vasitəsi ilə 12 000 manat borc verir. Borc 24 ay müddətinə verilib, ödənişləri hər ayın sonunda bərabər hissələrlə ediləcək.

Müxabirləşmələr

Tarix Əməliyyatın izahı Debet Hesabı Kredit Hesabı Məbləğ (manat
15.03.2024
Borcun verilməsi
Verilmiş uzunmüddətli borc uçota alınır 177 “Digər uzunmüddətli debitor borcları” 223 “Bank hesablaşma hesabı” 12 000
31.03.2024

İlkin ödəniş

Mart ayı üzrə ilk aylıq ödəniş 223 “Bank hesablaşma hesabı” 177 “Digər uzunmüddətli debitor borcları” 500
30.04.2024 Növbəti ödənişlər Aprel ayı üzrə borcun ödənişi 223 “Bank hesablaşma hesabı” 177 “Digər uzunmüddətli debitor borcları” 500
Növbəti ödənişlər Hər ayın sonunda eyni qaydada ödənişlər davam edir (2024-cü ilin dekabrına qədər).
31.12.2024
Borcun təsnifatının dəyişdirilməsi
 2024-cü ilin sonuna qalan əsas borcun 2025-ci il ərzində ödənilməli olan hisssə 217 “Digər qısamüddətli debitor borcları” 177 “Digər uzunmüddətli debitor borcları” 6 000
31.12.2024

Şübhəli borclar üzrə düzəlişin yaradılması:

Qalan borcun 10%-i, şübhəli borclar üzrə düzəliş kimi tanınır. 731-10 “Digər əməliyyat xərcləri” 218 “Şübhəli borclar üzrə düzəlişlər” 700
Növbəti ödənişlər 2025-ci ilin yanvar-may aylarında ödənişlər davam edir (5 ay). 223 “Bank hesablaşma hesabı” 217 “Digər qısamüddətli debitor borcları” 2 500
15.06.2025

Borcun silinməsi

 

Mövcud ehtiyat hesabına borcun silinməsi 218 “Şübhəli borclar üzrə düzəlişlər” 217 “Digər qısamüddətli debitor borcları” 700
Borcun qısamüddətli hissəsinin silinməsi 731-10 “Digər əməliyyat xərcləri” 217 “Digər qısamüddətli debitor borcları” (Elçin) 3 500
Borcun uzunmüddətli hissəsinin silinməsi 731-10 “Digər əməliyyat xərcləri” 177 “Digər uzunmüddətli debitor borcları” (Elçin) 1 000

Hesablamalara dair qeydlər:

  • Borcun verilməsi: Verilən borc məbləği 177-ci “Digər uzunmüddətli debitor borcları” hesabın debeti üzrə qeydə alınacaq. Nəyə görə 173-cü “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” yaxud 182-ci “Verilmiş uzunmüddətli borclar” hesab deyil, 177-ci hesab? Çünki:
  1. Borcu alan Elçin – əsas idarəetmə heyətinə aid olmayan əməkdaşdır (fiziki şəxs), bu borc müəssisənin işçisinə verilir, kredit fəaliyyəti deyil.
  2. Borc 24 aylıqdır (2 il), yəni uzunmüddətli borcdur (1 ildən artıq, deməli qısamüddətli hesablar istisna olunur).
  3. Təyinatı şəxsi ehtiyaclar üçündür, yəni istehlak məqsədlidir, biznes deyil.
  4. Müəssisənin rəsmi kredit fəaliyyəti yoxdur, müəssisə kredit təşkilatı deyil, bu borc işçiyə sosial dəstək kimi verilib.
  • İlkin ödəniş: Aylıq ödəniş: 12 000 AZN / 24 ay = 500 AZN/ay.
  • 12.2024 tarixinə qədər keçən müddət: 15.03.2024 – 31.12.2024 tarixləri arasında 10 tam ay (mart ayının yarısı da daxil olmaqla) keçir. Bu müddətdə Elçin 10 * 500 AZN = 5 000 AZN əsas borc ödəmişdir.
  • 12.2024 tarixinə qalan borc: 12 000 AZN – 5 000 AZN = 7 000 AZN.
  • Borcun təsnifatının dəyişdirilməsi: Bu keçid əsasən ilin sonunda (hesabat tarixində, adətən 31 dekabrda) aparılır. Qalan 7 000 manat borcun növbəti 2025-ci ildə ödəniləcək 12 aylıq hissəsi (6 000 AZN) MUBS 1-ə əsasən qısamüddətli debitor borclarına köçürülür.  Digər qalan iki ay üçün olan hissə (2026-cı ilin əvvəlində ödəniləcək hissəsi) isə uzunmüddətli debitor borcu olaraq qalacaq
  • Şübhəli borclar üzrə ehtiyatın yaradılması: Şirkət Elçinin maliyyə vəziyyətində pisləşmə olduğunu görür. MHBS 9-a əsasən qiymətləndirilir ki, borcun qalan hissəsinin 10%-i geri alınmaya bilər. Bu ehtiyat həm qısamüddətli, həm də uzunmüddətli borc hissələri üçün yaradılır, lakin ümumi ehtiyat hesabında toplanır.
  • 06.2025 tarixinə qədər ödənişlər: Elçin 2025-ci ilin yanvar-may aylarında, yəni 5 ay ərzində ödəniş edib. 5 ay * 500 AZN = 2 500 AZN. Bu məbləğ 217 hesabından azaldılır.
  • Borcun silinməsi zamanı qalıq: Elçin işdən çıxır və qalan borcunu ödəyə bilmir. 31.12.2024 tarixinə qısamüddətli borc 6 000 manat idi. 2025-ci ildə 2 500 manat ödəniləndən sonra qalan qısamüddətli borc 3 500 manat Uzunmüddətli borc isə hələ də 1 000 AZN olaraq qalır. Silinəcək ümumi borc: 3 500 + 1 000 = 4 500 manat.
  • Silinmənin yazılışı: Əvvəlcə mövcud ehtiyat (700 manat) istifadə olunur. Qalan hissə (3 800 manat) birbaşa xərc kimi tanınır.

Cəmil Əsədov – Zərdab Peşə liseyinin müəllimi